Məhəmməd Əmin Rəsulzadə



Yüklə 1,14 Mb.
Pdf görüntüsü
səhifə31/51
tarix20.09.2018
ölçüsü1,14 Mb.
#69924
1   ...   27   28   29   30   31   32   33   34   ...   51

66 
 
QORXUDAN «ĠSLAHAT» 
 
Moskvadan  «islahat»  xəbəri  gəldi.  Sovetlər  Ġttifaqı  konqresində  mühüm 
bir  qərar  alınmıĢdır:  bundan  sonra  sovet  seçkiləri  müsavi,  doğru  və  gizli  olaraq 
keçiriləcəkmiĢ. 
Demək  ki,  indilik  nəzəri  olaraq  [çünki  yeni  seçkilər  bir  neçə  il  sonra 
keçiriləcək]  bir  tərəfdən  köylü  ilə  Ģəhər  fəhləsi  arasındakı  siyasi  müsavatsızlıq 
qalxacaq,  digər  tərəfdən  də  hər  köylü  ilə  fəhlə  beĢ-altı  vasitəyə  ehtiyac  qalmadan 
dövlətin ən böyük konqresinə öz delegələrini doğrudan-doğruya göndərəcəkdir və 
eyni zamanda rəyini hər kəsdən saxlı və gizli olaraq verə biləcəkdir. 
Bu  siyasi  islahatla  bərəbər  Sovet  hökuməti,  öz  təbəələrini  bir  də  iqtisadi 
bir  «islahat»la  sevindirir:  kolxozlarda  çalıĢan  köylü  kolxoz  torpaqları  xaricindəki 
hökumət  yerlərindən  uzun  müddət  qullanmaq  üzrə,  əkməyə  veriləcək  və  eyni 
zamanda hər kolxozçu bir baĢ inəklə bir neçə baĢ qoyun-keçi [və yaxud donuz] və 
istədiyi qədər toyuq sahibi ola biləcəkmiĢ. 
Biri  siyasi,  o  biri  cə  iqtisadi  bir  müsaidədən  ibarət  olan  bu  «islahat»ın 
yönəldiyi  Ģey  Ģübhəsiz  köylüdür.  Bu  müsaidələrlə  kəndliyə  nə  kimi  qiymət 
verildiyinin təfsilatı digər məqalədə ətraflı anladılmıĢdır, burada onu təkrar edəcək 
deyilik. 
Fəqət,  bunu  təkrar  edək  ki,  Sovet  hökuməti  rəisi  Molotovun  söyləməsinə 
rəğmən,  bu  «islahat»  ilə  həqiqi  demokratizm  və  həqiqi  parlamentarizm  arasında 
heç bir münasibət yoxdur. 
Demokraizmin  də,  parlamentarizmin  də,  əsil  hikməti  hürriyyətdədir.  Bu 
hürriyəti  Ģiddətlə  rədd  etməkdə  israrla  hər  gün  yeni  bir  həmləyə,  Ģəxsi  və  keyfi 
istibdada  doğru  gedən  Stalinizmin  bu  yapma  «demokratizminə»  əlbətdə  ki, 
əhəmiyyət verməyə gəlməz. 
Fəqət,  nə  olsa  da,  sözdə  olsa  da,  bu  «islahat»ın  köylüyə  qarĢı  bir  güzəĢt 
olduğu meydandadır. 
Səbəb  nə?  Nədən  «iĢçi  diktatorluğu»  durub-dururkən  dönüb  «köylü 
hökuməti» olur?... 
Bu  sualın  cavabını  biz  təbii,  sovet  hüquqçularının  anlatmalarında  deyil, 
Sovet  hökumətinin  beynəlmiləl  vəziyyətində  aramalıyıq.  Bu  xüsusda  general 
VoroĢilovun tərifi, siyasətçı Molotovun təfsirindən daha aydın və daha səmimıdir. 
Ġnanmırıq ki, bu «islahat» «köy bünyəsindəki (kökündən) dəyiĢmənin əsəri» olsun. 
Doğrudur  ki.  «sülh  çağında  «iĢçi»  olan  qızıl  ordu,  yapon  savaĢının  baĢlayacağı 
sıralarakı səfərbərliyin ertəsində həmin «köylü olacaq». 
Əslində  bütün  tədbirlər,  bütün  siyasətlər  və  «islahatlar»ın  həqiqi  sanki 
(səbəbi) budur. Bu savaĢ qorxusudur. 
Diqqət  edəcək  olursaq  görürük  ki:  ġərqə  doğru  getdikcə  bu  «köylüləĢmə» 
əməliyyatı  çoxalır.  Mancuriya  hüdudlarına  yaxın  Sovet  vilayətlərində 
kommunizmdən adəta əsər belə görünməzmiĢ... 


67 
 
BolĢeviklər  sənayeləĢdirmə  iĢində  ən  böyük  əhəmiyyəti  orduya  verirlər. 
Qızıl  ordu  var  qüvvə  və  imkanlarla  silahlandırılır,  xüsusi  istilah  ilə  - 
«motorlaĢdırılır». Sovet hava qüvvələri bütün dünyanı özü ilə məĢğul edir - çünki 
bu sahədə olsun  mühtəməl (ehtimal olunan) düĢmənlərə qarĢı bolĢevizm üstünlük 
qazanmaq istəyir. 
DıĢ  siyasətlərinə  baxın:  eyni  görünüĢ.  ġərqdən  qorxulur.  Qərb  hüdudları 
düĢünülür.  Budur  paktlar.  BarıĢıqlar.  AnlaĢmalar.  BağlaĢmalar.  Diplomatiyadakı 
bütün ixtilaf prinsiplərinə əlvida... Rapollodan niĢan yox, Moskva indi versalçıdır. 
Əskidən «quldur dəstəsi» idi, indi «Millətlər Cəmiyyəti»dir. Moskva bu cəmiyyətə 
üzv  olmaqla  fəxr  edir.  «Qalın  qalalı»lar  indi  əlləri  sıxılacaq  centlimenlərdir. 
«Mürtəce fransız kapitalistləri»lə çar Rusiyasına nəsib olan ittifaqı yeniləyə bilmək 
Kremlin diplomatlarının ən müqəddəs düĢüncələridir. 
Hətta  QPU  adını  dəyiĢdikləri  kimi,  indiki  demokratiya  oyunları  da  eyni 
taktikanın  bir  cüzidir  (parçasıdır).  Digər  «cəmiyyətçi»lər  kimi,  «Sovetlər»də  də    
«seçkilər» həm “müsavi”, həm də “gizli”dir, yoxlayan gözlərə dəsmal asılacaqdır.  
Sovetlər  konqresindəki  nitqlərə  baxılsın  –  mövzular  bütünlüklə  müdafiə! 
“Kimsənin  torpağında  gözümüz  yox,  -  fəqət,  torpaqlarımıza  göz  dikənlərə  qarĢı 
qüvvəmiz var!...” – budur söylənənlərin xülasəsi!... 
Diktator  Stalin  yüksəldikcə  yüksəlir!  O,  indi  sadə,  “tək  məmələkətdə 
sosializm”in  müəllimi,  Leninin  ustadını  keçmiĢ  bir  Ģagird  deyildir.  O,  Qızıl 
ordunun ruhu və onun ən böyük  yaradıcısıdır. Ġndi ona yeni bir ad dəxi taxdılar – 
“ən  təbii  baĢ  komandan”.  Gərçi,  indilik  bu  ünvan  ədəbi  mahiyyətdədir, 
məddahların  ağzındadır.  Fəqət,  bu  ağızlar  özbaĢına  söyləməzlər:  yarın  rəsmiyyət 
alacağı ehtimal olunan bir motivin tütəyini indidən ötdürürlər!.. 
Bütün  bunlar  bir  ildən  bəri  nəqarat  halını  alaraq  son    zamanlarda  bilxassə 
təkrarlanan  “vətən”  mövzusundakı  ideoloji  propaqanda  ilə  qarĢılaĢdırılır  və 
“Ġzvestiya” qəzetinin “əskərlik Ģərəfdə, vətənçilik modadır” dediyi üzərində bir az 
durulursa,  o  zaman  bütün  bu  “islahat”ın  qorxudan  hərb  qarĢısımda  görülən 
tədbirdən baĢqa bir Ģey olmadığı aĢkar olur!.. 
Bu hərb təhlükəsi isə hələ bərtərəf edilməmiĢ durur. Bundan təkcə bolĢevik 
mətbuatı və qızıllar deyil, bolĢeviklərin dıĢ siyasətini tutan bəyaz (ağ) ruslar dəxi, 
təkrar  bəhs  etməyə  baĢladılar.  General  Denikin,  Parisdə  verdiyi  bir  konfransda 
təkrar  bu  məsələni  yenilədi.  Almaniya,  PolĢa  və  Yaponiya  arasında  Sovetlər 
Ġttifaqını bölüĢmək üçün gizli bir plan varmıĢ. Qafqaz ilə Ukrayna, Türküstan kimi 
ölkələrin Rusiyadan ayrılması da bu plana daxil imiĢ. 
Əskəri  müdafiə  strategiyası  ilə  bilxassə  məĢğul  olan  sonku  Sovetlər 
konqresində dəxi ehtimallara çox yanaĢıldı.  
Bax,  köylülərə  qarĢı  edilməkdə  olan  “icazələrin”  əsil  hikməti  burada,  bu 
hərb qorxusunda aramalıdır. 


Yüklə 1,14 Mb.

Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   ...   51




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə