Məhəmməd Füzuli – Meyvələrin söhbəti



Yüklə 27,76 Kb.

tarix28.06.2018
ölçüsü27,76 Kb.


Məhəmməd Füzuli – Meyvələrin söhbəti 

 

      Bahar  fəsli  idi.  Çöllər,  çəmənlər  yaşıl  don  geymişdi.  Qış  yuxusundan  ayılmış      



güllər,  çiçəklər  min  rəngə  çalırdı.  Lalə  elə  qızarmışdı  ki,  elə  bil  bağrına  dağ 

çəkmişdilər. Nərgizgülü bağa girən kimi ətrafına baxıb özünü itirdi. Bənövşə aciz-

aciz  boynunu  əyib  durmuşdu.  Qönçələrin  açıldığını  görən  şeyda  bülbül  sevinir, 

qızılgülə  baxıb  ah-naləyəbaşlayırdı.  Çəmənlərdə  yasəmənlərin  xoş  rəngi,  ətri, 

gözəlliyi qəlbə fərəh verirdi. 

     Təbiətin  belə  gözəl  çağında,  meyvələrin  dilini  bilən  bir  nəfər  arif  adam  bağa 

gəzməyə gəldi. O, bağa girən kimi meyvələrin fəxr edib öyündüklərini gördü. Alça 

deyirdi: 

    -  Dünyada  mənim  kimi  gözəl  meyvə  hanı?  Qızdırma  xəstəliyinə  tutulanların 

şəfası,  ağzı  acı  olanların  dəvası  mənəm.  Bütün  həkimlərin  dediyi  kimi,  mən 

başağrısının da dərmanıyam.  

      Alça sözünü deyib qutaran kimi Gavalı hirslənib özündən çıxdı və Alçaya dedi: 

   -  Ey  əfəl,  utanmırsan  ki,  belə  fəxr  edirsən?  Turşuluqdan  dişləri  qamaşdırırsan, 

səni  yeyən  adam  ya  əzgin  olar,  ya  da  iflic.  Meyvələr  içində  səndən  yaramazı 

yoxdur. Mənim isə adımı Gavalı qoyublar. Yüz min tərəfə saçılan budaqlarım var, 

dür kimi saf, gah yaşıl, gah qırmızı, gah da zəfəran rənginə çalan meyvələrim var. 

Gilas Gavalının səsini eşitcək ona belə tənə vurdu: 

   - Heç utanıb xəcalət çəkmirsən? Bəsdir özünü bu qədər tərif elədin. Sənin dadına 

baxan adam gərək gündə üş dəfə bal yesin. Mənim əynimdəki gözəl libasım heç bir 

meyvədə  yoxdur,  dənələrim  göydəki  ulduzlara  bənzəyir.  Hər  budağım  bir  sərv 

ağacıdır. Bütün gözəllər mənim həsrətimi çəkirlər.  

   Bu sözləri eşidən ərik qışqırıb dedi: 

   - Gör Gilas necə qudurub! Ey qarğa və sağsağanların yemi! Bu eybilə fəxr edib 

özünü  öyürsən?  Vücudun  bir  damcı  su  ilə  sümükdən  ibarətdir.  Səni  yeyən 

ziyandan başqa bir şey görməz. Səni bəsləyən bağban axırda zərərini çəkər. Mənim 

adımı  Ərik  qoyublar.  Gah  zümrüd  kimi  yaşıl,  gah  da  qızıl  suyuna  salınmış  kimi 

sarı  oluram.  Bağbanlar  məni  qurudurlar,  karvanlar  uzaq  ölkələrə  aparırlar.  Hər 

yerdə məni əziz tuturlar, mən xörəklərin dadı, ləzzətiyəm. 

  Əriyin dediyini eşidən Alma acıqlanıb qışqırdı: 

-  Ey  qurdlu,  vərəmli,  yaxası  yarıq!  Sənin  paltarın  tozludur,özün  də  torpaq  dadı 

verirsən.  Xasiyyətini  bilə-bilə  özünü  öyürsən.  Səni  yeyənin  qarnı  şişər,  bəlaya 

düşər. Mənim isə adımı Alma qoyublar, üzüm al-qırmızıdır, paltarım atlazdandır. 

İki sevgilinin arasında hamıdan məhrəməm. Məclisdə heç kim məni qoyub, başqa 

meyvələrə əl vurmaz. 

 Alma bu sözlərlə öyünməkdə ikən Armud irəli çıxıb dede: 

  -  Ey  şeytan  kimi  fəsad  törədən!  Tərifə  layiq  olsaydın,  adın  alma  yox,  al  olardı. 

Mənim adımı isə Armud qoyublar. Yaxşı xasiyyətim var, nuşcanlıqla yeyərlər. Hər 

xəstəyə şəfa, hər dərdə dəvayam. 

  Armud  özünü  hey  tərifləyirdi.  Birdən  Üzüm  onun  səsini  eşidib  qəzəbləndi  və 

Armuda belə dedi: 

-  Ey  qarnının qurdundan  rəngi  saralmış, ey  zəiflikdən başı  yekəlmiş!  Özün  dərdli 

olduğun  halda,  özgələrə  necə  əlac  edərsən?  Keçəl  dərman  bilsəydi,  öz  başına 




yaxardı. Əvvəlcə get öz dərdini sağalt, sonra da başqalarına şəfa ver. Mənim adımı 

isə  Üzüm  qoyublar.  Səbz,  kişmiş,  mövüc  məndən  olur.  Meyvələr  içində  mən 

hamıdan  əzizəm.  Turşu  da  məndən  olur,  halva  da,  şərab  da.  Kef    məclislərinin 

ziynəti də mənəm, mən! 

  Heyva bu danışığı eşidən kimi hirsindən sapsarı sarldı.Üzümə dedi: 

 -  Ağzını  yum!  Səndən  hazırlanan  şərabı  içən  adamın  həm  pulu  gedər,  həm  abır-

həyası, axırda hamının gözündən düşüb müflis olar, qəmə, qüssəyə batar. Ləzzət də 

desən məndədir,dad da, yaxşı ad da. Bütün bağ və bağçanı mənim ətrim bürüyüb: 

məni  bəzək  üçün  taxtalara  düzür,  hər  bir  ölkəyə  aparıb,  gözəllərə  töhfə  verirlər. 

Heyvanın öyündüyünü eşidən Narınc dilə gəldi: 

 -  Ay  yazıq,  utanmırsan  belə    sözlər  danışırsan?  Özündən  xəbərin  yoxdur, 

acığından  rəngin  saralıb?  Hamı  sənə  rişxənd  edir,  sən  isə  özünü  tərifləyirsən. 

Qarnın  qurdla  dolub,  bədənin  qurdlara  məskən  olub,  mənim  isə  adımı  Narınc 

qoyub,  əynimə  elə  gözəl  paltar  geydiriblər  ki,  həmişə  bu  paltarımla  fəxr  edirəm. 

Elə bircə şəklimə baxanın xoşu gələr. 

   Turunc dilləndi:  

 - Ey ağılsız Paltar nədir ki, onunla fəxr edirsən? Eşşəyin üstünə zərli, naxışlı palan 

qoymaqla çönüb  adam olmaz. Rəngim həmişə yaşıldır, görkəmim təzə. 

     Bu sözləri eşidən Nar, Narınc ilə Turuncun fəxr etdiklərinə gülüb dedi: 

 -  Bu  mə”nasız  danışıqlar,  puç  arzular  nədir?  Rəngə  qalsa,  mənim  meyvəmin, 

çiçəyimin  rəngi  hamıdan  əladır.  Tərifəlayiq  bir  şey  varsa,  o  da  mənim 

turşaşirinliyimdir.  Mən  özümü  tərifləyib  deyirəm  ki,  Narınc  ilə  Turunc  nökərim, 

heyva ilə Alma isə qulluqçularımdır. 

    Nar  özünü bu  cür tərif  etməkdə ikən  bağda  Xurma  bunları  eşitdi. Narın üstünə 

qışqırıb dedi: 

-  Az  tə”riflə  özünü,  sən  buna  layiq  deyilsən!  Amma  mən  bütün  Ərəbistanda  və 

sair  yerlərdə    məşhuram,  məni  Misir  və  Şam  ölkələrindən  hər  yerə  sovqat 

aparırlar. Məni o qədər xoşlayırlar ki, cürbəcür adlarla şağırlar.  

Xurma özünü tərifləyib qutaran kimi, Badam qeyzlə nərə çəkib ona dedi: 

 -  Ey  səyyah  Xurma,  sənin  pisliyin  elə  ondadır  ki,  heç  vaxt  bir  yerdə  qərar 

tutmursan,  gah  bağdadlı  olursan,  gah  da  isfahanlı.  Sənin  bu  tərifini  eşidib  lap 

əridim.  Mənim  isə  o  qədər  yaxşı  xasiyyətlərim  var  ki,  sadalamağa  utanıram. 

Abinabat, noğul, halva məndən hazırlanır.  

Püstə bunları eşidib ağzını açdı. Badama bu sözlərlə sataşdı: 

 -  Ey  kinindən  ağzı  yumulu,  arından  üzü  örtülü  Badam!  Sənin  səxavətin  az, 

xəsisliyin  çoxdur.  Minlərcə  daş  dəyməyincə  sınmırsan.  Mənim  isə,  qönçə  kimi 

ağzım açıqdır. Məni yemək istəyən əziyyət çəkməz. 

    Bundan  sonra  Fıstıq,  İydə,  Şabalıd,  Fındıq,  İnnab,  Tut,  Albalı,  Əncir,  Zoğal, 

Qoz,  Lumu  sözə  başlayıb  hərəsi  özündən  bir  əfsanə  danışdı.  Şaftalı  deyirdi 

padşaham. Fıstıq deyirdi ki, ulduzlar içində Ayam. Qoz deyirdi mən şaham. Fındıq 

deyirdi  şahənşaham.  Lumu  deyirdi  mən  bu  bağın  sevimlisiyəm.  Şabalıd  deyirdi 

pəhlavanam.  Əncir  deyirdi  dünyada  məhşuram.  İnnab  deyirdi  gözələm.  Zoğal 

deyirdi... Albalı da özünü tə”rifə başladı, Tut da tuti kimi dil-dil ötdü. 



     Dincəlib ləzzət almaq üçün bağa səyahətə gəlmiş arif adam bu səs-küyü eşidib 

orada  qalmaq  istəmədi,  evinə  qayıdarkən  yolu  bostana  düşdü.  O,  bostanı  elə  bir 

vəziyyətdə gördü ki, az qaldı bağrı çatlasın. 

Burada Xiyar özünü tə”rifləyir, təcürbə və bacarığından danışıb deyirdi: 

 - Mən ürək yanğısının dərmanıyam, məni yeyənlərin ürəyini sərinlədirəm. 

Bunu eşidən Gərmək üzünü Xiyara tutub dedi: 

 -  Ay  zalım,  bu  tərif  nədir  eləyirsən?  Sənin  bircə  quru  addan  başqa  nəyin  var? 

Camış əti səndən dadlıdar. Tərifə mən layiqəm ki, həm xəstələrə şəfa, həm ürəklərə 

səfa verirəm! 

   Gərməyin tərifini eşidən Qarpız el nərə çəkdi ki, dəniz kimi cuşə gəldi. O dedi: 

 -  Məgər  bu  xasiyyətlər  məndə  yoxdur?  Mən  dərdlərə  şəfa,  gözlərə  işıq  verirəm. 

Qızdırma və başağrısının dərmanıyam. Rəngim qırmızı, suyum saf və şirindir. 

Bunları  eşidən  Qovun  hiddətləndi.  Qarpıza  verdiyi  vəzirliyi,  Gərməyə  verdiyi 

vəkillik mənsəbini əllərindən aldı. Xiyarı mülazim, Şamamanı xadim rütbəsindən 

qovdu  və  bostançıya  əmr  etdi  ki,  bunların  cəzasını  versin.  Xiyarın  qabığını 

soydurub, ixtiyarını əlindən aldı. Gərməyə bir neçə yerdən yara vurub parçalatdı. 

Qarpızı ortadan böldü, Şamamanı bir kənara atıb dedi: 

- Bu bostanda sizin şahınız mənəm! Ətrimin, dadımın tayı-bərabəri yoxdur! 

        Xülasə,  Qovun  özünü  o  qədər  təriflədi  ki,  axırda  özü-özünə  hirslənib  başını 

yardı. Bunu görən səyyah bostanda qalmaq istəmədi. Bu  dünyanın işlərinə heyrət 

edib, lovğalananlara gülüb yoluna düzəldi. 

 

 



       

 

 



 



Dostları ilə paylaş:


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə