MəHƏMMƏd füzuli



Yüklə 3,63 Mb.
Pdf görüntüsü
səhifə1/64
tarix28.06.2018
ölçüsü3,63 Mb.
#52279
  1   2   3   4   5   6   7   8   9   ...   64



 
 



 
 
MƏHƏMMƏD FÜZULİ 
 
 
 
 
 
 
 
 
ƏSƏRLƏRİ 
 
 
 
 
ALTI CİLDDƏ  
 
 
II CİLD 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
"ŞƏRQ-QƏRB" 
BAKI-2005 
  
  
 



 
Bu kitab "Məhəmmad Füzuli  Əsərləri. Altı cilddə, II cild" (Bakı, "Azərbaycan " 
naşriyyatı, 1996) nəşri əsasında təkrar nəşrə hazırlanmışdır. 
 
 
 
Tərtib edəni:      
 
Həmid Araslı 
 
Redaktoru:  
 
Teymur Kərimli 
 
 
 
 
 
 
894.3611 - dc 21  
AZE 
Məhəmməd Füzuli. Əsərləri. Altı cilddə. II cild. Bakı, "Şərq-Qərb", 2005,
 336 səh. 
 
Orta  əsrlər Azərbaycan dilində yüksələn  şerin  ən uca zirvəsi Füzuli yaradıcılığıdır. Yalnız 
Azərbaycan xalqının deyil, bütün türk xalqlarının  ədəbiyyatına Nəvaidən sonra qüvvətli təsir 
göstərmiş bu ən böyük sənətkar doğma dilin elə imkalarını  kəşf etmişdir ki, ondan sonra 
ədəbiyyatımızda fars və  ərəb dillərində yazıb-yaratmağa bir ehtiyac qalmamışdır. Azərbaycan  şeir 
dilinin müdrik, qanadlı  və ibrətli poeziya səviyysinə yüksəlməsi üçün tarixi iş görmüş Füzuli ana 
dilində yaratdığı əsərləri ilə türkcəni də Şərqdə hakim dil səviyyəsinə qaldırmışdır. 
Duyğu dünyasının sonsuz çalarlarını yaşaya-yaşaya onun türk dilindəki bənzərsiz ifadəsini üzə 
çıxarmış Füzulinin "Leyli və  Məcnun"u - eşq haqqında dastan deyil, eşq məqamına yüksələn, 
məcnunlaşan şerin özüdür. Bu mövzu şerimizdə Füzuli ilə başlamayıb, amma Füzuli ilə qurtarıbdı. 
Ölməz bəstəkarımız Üzeyir Hacıbəyli 1908-ci ildə yaratdığı ilk Azərbaycan operasını  məhz bu 
poema üzərində qurmuşdur. 
Füzuli əsərlərinin təqdim olunan ikinci cildində Şərqin bu ən səmimi, ən həssas şairinin "Leyli 
və  Məcnun"undan başqa alleqorik poemalarından "Bəngü Badə". "Söhbət ül-əsmar", eləcə  də ana 
dilində yazdığı digər əsərləri - müəmmaları, məşhur şikayətnaməsi, məktubları və Ə.Camidən bədii 
tərcüməsi -"Hədisi-ərbəin" toplanmışdır

 
 
 
 
ISBN 9952-418-51-2 
 
 
©"ŞƏRQ-QƏRB", 2005 
  
 



 
 
 



 
ÖN SÖZ YERİNƏ 
 
Füzuli  əsərlərinin ikinci cildinə  şairin "Leyli və  Məcnun"  əsəri, alleqorik 
poemalarından "Bəngü Badə" və "Söhbət ül-əsmar", ana dilində yazdığı 
müəmmalar, məşhur "Şikayətnamə"si, Qazi Əlaəddinə,  Əhməd bəyə, Bayəzid 
Çələbiyə yazdığı  məktublar və  Əbdürrəhman Camidən tərcümə etdiyi "Hədisi-
ərbəin" daxil edilmişdir. 
Beləliklə, I və II cildlər Füzulinin qəsidələrindən və "Hədiqət üs-süəda"dan 
başqa ana dilindəki bütün əsərlərini əhatə edir. 
"Leyli və  Məcnun" Füzuli yaradıcılığının yüksək zirvəsidir.  Şərq xalqları 
içərisində çox geniş yayılmış bu mövzunun qədim bir tarixi vardır. Hələ qədim 
zamanlardan ərəb şifahi ədəbiyyatında mövcud olaıı bu mövzuda ilk dəfə 1188-
ci ildə Nizami Gəncəvi epik poema yazmış, sonralar onlarca Şərq  şairi bu 
mövzuya müraciət etmişlər. "Leyli və  Məcnun" türk ədəbiyyatının da sevimli 
mövzularından olmuş və hələ XV əsrdən başlayaraq türk dilində bir çox "Leyli 
və  Məcnun"  əsərləri yaranmışdır ki, bunların içərisində geniş  şöhrət qazanıb 
nadir sənət nümunəsi kimi əbədiləşən Füzuli poeması olmuşdur. 
Füzuli özünün həssas sənətkar təbiətinə çox uyğun olan bu mövzunu 
sələflərindən fərqli bir şəkildə işləyərək, əsərə bir çox yeni epizodlar və mövzu 
ilə bağlı türk xalq ədəbiyyatında yayılan rəvayətlər əlavə etməklə insanın mənəvi 
əzəməti, insan gözəlliyinin ülviliyi və  məhəbbətin qüdrətini tərənnüm edən 
ölməz sənət abidəsi yaratmışdır. Saf, təmiz eşqin mənəvi qələbəsini təsdiq edən 
bu  əsərində  şair bir sıra ictimai məsələlərə  də toxunmuş, sevgi azadlığı, 
məhəbbət aləmində  bərabərlik, insan şəxsiyyətinə hörmət, vəfa, sədaqət, 
fədakarlıq, dəyanət kimi gözəl sifətlərdən bəhs etmişdir. Poemada Füzulinin 
fəlsəfi-irfani düşüncələrinə də geniş yer verilir. Və həm də bu problemlər burada 
da yenə insan qəlbinin bu ali hissilə bağlı  şəkildə öz bədii-fikri tutumunu 
tapmışdır. Şair eləcə də İnsan və təbiət probleminin həllində bu zəmindən çıxış 
edir. Poemada "hünər və kamal əhli" olan zəka sahiblərinin müsibəti, müqəddəs 
arzular önünə çıxan maneələrin keçilməzliyinə etiraz da baş mövzu ilə ustalıqla 
əlaqələndirilir. 
Əsərdə xüsusi diqqəti çəkən problemlərdən biri də orta əsr qadınlarının 
hüquqsuzluğuna, kölə  vəziyyətinə etiraz və usyandır.  Əsərin qadın qəhrəmanı 
Leylinin dilindən deyilmiş aşağıdakı sətirlərə diqqət edək: 
 
Mən gövhərəm, özgələr xiridar,  
Məndə deyil ixtiyari-bazar. 



 
Dövran ki, məni məzada saldı,  
Bilmən kim idi satan, kim aldı.  
Olsaydı mənim bir ixtiyarım,  
Olmaz idi səndən özgə yarım. 
 
Bu sətirlərdə, eləcə  də Leylinin şama, pərvanəyə, aya, səbaya, buluda 
müraciətlərində  şair qüvvətli bədii ümumiləşdirmə ilə qadının mənəvi azadlıq 
istəyini ifadə edir. 
Zəmanəsinin ictimai dərdlərini mahir sənətkar qələmilə göstərən bu poema 
həm ideya baxımından, həm də  bədii gözəlliyi ilə klassik Şərq poeziyasının 
misilsiz nümunələrindən biri kimi tanınmaqdadır. Son dərəcə maraqlı 
kompozisiyası, sadə, zəngin dili ilə seçilən bu əsəri şair lirik ricətlər, baş verən 
əhvalatların ruhuyla səsləşən gözəl təbiət təsvirləri ilə daha da zənginləşdirmiş, 
hadisələr və  qəhrəmanların  əhvali-ruhiyyəsinə uyğun ecazkar qəzəl 
nümunələriylə zinətləndirmişdir. Bədii sözə  zərgər dəqiqliyi ilə yanaşmağı 
bacaran ustad sənətkar doğma dilin zəngin ifadə imkanları və klassik poetikanın 
qayda-qanunlarından məharətlə bəhrələnmiş, şeirin məna tutumuna təsir edən və 
zahiri gözəlliyini artıran bədii vasitələri bir-birilə vəhdətdə işlətmişdir. Poemada 
xalq danışıq ifadələri, xalq məsəlləri, sadə el deyimləri, xalq ədəbiyyatının dərin 
hikmətini özündə əks etdirən aforizmlər ustalıqla əsas məzmuna bağlanır. 
Füzuli hələ gənc yaşlarında yazdığı "Bəngü Badə" əsərində də zəmanəsinin 
ictimai dərdlərinə toxunmuş, alleqorik şəkildə da olsa Beng və Badənin 
timsalında mülk-torpaq üstündə gedən qanlı  çəkişmələrə,  şöhrət, ad-san, 
mənəmlik üçun aparılan qəsbkarlıq vuruşmalarına qarşı  çıxaraq Bəng ilə 
Badənin bir-birinə meydan oxuyan hücum və  təhdidlərində dövrünün tarixi 
hadisələrinə işarə vurmuşdur. 
Füzuli zəmanəsində gördüyü ictimai çatışmazlıqlara, baş verən  əbəs 
çəkişmələrə eləcə  də "Söhbət ül-əsmar"  əsərində öz münasibətini bildirmiş, 
yersiz qürur, mənasız öyünmələrin fayda vermədiyini, bir-birinin eyblərini 
söyləməklə öz məziyyətlərini tərifləyən meyvələrin mübahisəsində göstərmişdir. 
Meyvələrin xassələri və onların hər birinin insan orqanizminə təsirini gözəl bilən 
şairin bu əsəri zahirən uşaqlar üçün yazılmış sadə  əsər kimi görünsə  də öz 
fəlsəfi-nəsihətamiz ruhu ilə diqqəti cəlb edir. Əsərdə ictimai ədalətsizliyə etiraz 
edən, dünyanın vəfasızlığından şikayətlənən şair yazır: 
 
Dünya işinin mədarı yoxdur,  
Heç kimsəyə etibarı yoxdur.  
Eylər birisini sahibi-tac,  
Ol birisin eylər ona möhtac. 
  


Yüklə 3,63 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   64




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə