MəHƏMMƏd füzuli



Yüklə 3,63 Mb.
Pdf görüntüsü
səhifə4/64
tarix28.06.2018
ölçüsü3,63 Mb.
#52279
1   2   3   4   5   6   7   8   9   ...   64

19 
 
Bir zatə vücud münbəsirdir  
Əksidir onun vücudi-əğyar,  
Mə'nidə yox, e'tibar ilə var.  
Var olani xəlq yox sanırlar,  
Yox varhğma aldanırlar.  
Yoxdur bu vücudun e'tibari,  
Həq ayinədir, cahan qübari.  
Ey əq!, ədobə riayət eylə,  
Bu bilmək ilə kifayət eylə!  
Təhqiqi-sifaiə qane olğıl,  
Əndişeyi-zatə mane olğü!  
Ol pərdəyə kimsə rah bulmaz,  
Təhqiq bil, onu bilmək olmaz.  
Gər yetsə idi bu sirrə idrak,  
Demozdi Rəsul "maərəfhak”
1
 
Xəlq oldu bu bəbri-heyrətə qərq,  
Ta xəlqdən ola Xaliqə fərq.  
Hər riştə ki, Haqq əyan edibdir,  
Sərriştəsini nihan edibdir.  
Bir kimsə əgər olaydı agah  
Kim, xəlqi necə yaradır Allah,  
Mümkün ki, iradətilə ol həm  
Xəlq edə biləydi özgə aləm.  
Verməz çü kəmali-hikməti-Həq  
Təhqiqi-rümuzə rahi mütləq,  
Faş oldu ki, sirri-Həq nihandır,  
Aləmdə nişanı binişandır. 
  
 
  
 
 
                                                            
1
 
Səni tanımadıq
 
 


20 
 
BU, İZHARİ-E'TİRAFİ-CƏHALƏTDİR 
və 
İQRARİ-İSRAFİ-MƏ'SİYƏTDİR 
 
Ey hikmətə baxmayan nəzərsiz,  
Əhvali-zəmanədən xəbərsiz!  
Tə'n etmə ki, çərx bivəfadır,  
Daim işi cövr ilə cəfadır.  
Şərh eylə mənə ki, çərx netdi?  
Ondan nə cofa zühura yetdi?  
Nən
1
 var idi kim, əlindən aldı,  
Nə mərtəbədən aşağı saldı?  
Dövrana gətirdi mehrü mahi,  
Axıtdı səfidivü siyahi.  
Gəh atəşə zəcri-ab verdi,  
Gəh badə qəmi-türab verdi.  
Şəm'i-əməlin münəvvər etdi,  
Hər nə dilədin müyəssər etdi.  
Qıldı səni hiçdən bir adəm,  
Əsbabi-tənə'ümün fərahəm.  
Çərxin xud işi səninlə böylə;  
Sən neylədin onun İlə, söylə?  
Hər dəm onu bivəfa oxursan,  
"Dunsan" - deyə bəddua oxursan.  
Çün ol sənə qıldı mehribanlıq,  
Yaxşılığa eyləmə yamanlıq!  
Ey ruh ki, cami-cəhl edib nuş,  
Hübbi-vətən eylədin fəramuş,  
Kim saldı səni bu təng rahə,  
Qandan düşdün bu damgahə?  
Sən tərk qılıb ədəm diyarin,  
Bulduqda vücud e'tibarin,  
Qılmışdı səninlə hikmətüllah,  
Əcnasi-həvasü əqli həmrah.  
Ta aləmə gəldigin zamanda 
 
                                                            
1
 
Nəyin
 
 


21 
 
 
Bazari-tərəddüdi-cahanda  
Sərmayələrindon edəsən sud,  
Ol sud nədir? - Rizayi-Mə'bud.  
Hala ki, xəsarət oldu vaqe,  
Sərmayələrin təmam zaye.  
Heyranü mükəddərü tühidəst,  
Əhvalı xərabü rütbəsi pəst.  
Dönsən yenə gəldigİn raəqamə,  
Qabilmi düşərsən ehtiramə?  
Əlbəttə, zəlilü xar olursan,  
Bu fel ilə şərmsar olursan.  
Ey nəfspərəstü cismpərvər,  
Olma qəmi-hirs ilə mükəddər!  
Cəhd eylə, əzabi-gur yığma!  
Sə'y eylə, mətayi-mur yığma!  
Alma ələ sağəri-meyi-nab  
Kim, qərqə edər səni bu girdab!  
Olma nigərani-səbzeyi-bəng,  
K'ayineyi
1
-dininə salır jəng!  
Dəf kimi köküsdə ləhv qoyma!  
Ney kirni həvayi-nəfsə uyma!  
Damani-təriqi-şər'i tutğıl!  
Hər nə ki, xilafi-şər' unutğıl!  
Təhqiqi-vəsüeyi-vüsul et!  
Təqlidi-şəriəti-Rəsül et! 
 
                                                            
1
 
Ki ayineyi
 
 


22 
 
BU, SƏRDƏFTƏRİ-ƏNBİYANIN  
KİTABİ ÖVSAFINDAN BİR VƏRƏQDİR 
və 
SƏRVƏRİ-ƏSFİYANIN  
GÜLZARİ-LƏTAFƏTİNDƏN BİR TƏBƏQDİR 
 
 
 
Ey padşəhi-səriri-lövlak,  
Məqsudi-vücudi-xakü əflak!  
Olmuş əflak xaki-rahin
Çəkmiş əflakə xak cahin.  
Ey raqimi-nüsxeyi-məani,  
Mə'mureyi-elmi-dinə bani!  
Şahənşəhi-məsnədi-risalət,  
Rəssami-qəvaidi-ədalət!  
Ey ərşnəvazü fərşpərvər,  
Dəftərdari-hesabi-məhşər!  
Sərdəftəri-ənbiyayi-mürsei,  
Onlara hənı axirü həm əvvəl!  
Ey vazei-istilahi-iman,  
Həqdən səbəbi-nüzuli-fürqan!  
Sənsən sultanü qeyr xeylin,  
Səndən özgə sənin tüfeyün.  
Ey xəlvəti-qürbə şəm'i-məhfü,  
Cibril tərəddüdünə mənzil!  
Həqq əmri səninlə xəlqə cari,  
Qövlünlə ol əmrin e'tibari.  
Ey qiblənümayi-əhli-taət,  
Gəncineyi-gövhəri-şəfaət,  
Taci-səri-ərş xaki-payin,  
Şəmi-şəbi-qədr nuri-rayin.  
Ey vasiteyi-nizami-aləm,  
Ə'yani-vücuda sədri-ə'zəm.  
İrfani-sifatü zatə arif,  
Keyfiyyəti-kainatə vaqif!  
Ey zatın üçün bəşər vücudi  
Adəmdə sənə mələk sücudi! " 
Yasin" sədəfi-düri-sifatın, 


23 
 
"Taha" güli-bustani-zatın.  
Ey məktəbi-danişə müəllim,  
Məhruseyi-hökmi-şər'ə hakim!  
Dərgahinə ənbiya rücui,  
Tə'ziminə asiman rükui.  
Təhsin sənə, ey xücəstəfərcam  
Kim, və'z qılıb təriqi-islam,  
Keyfiyyəti-halı rövşən etdin,  
Xeyrü şər işin müəyyən etdin.  
Əhvali-əvamİrü nəvahi,  
Mə'lum elədin bizə kəmahi.  
Sən bildirdin ki, kimdir Allah,  
Sənsiz kim olurdu ondan agah?  
Gümrahları təriqə saldın,  
Üftadələrin əlini aldın.  
Faş oldu nəsihətin cəhanə,  
Sən qoymadın ortada bəhanə.  
Əmma bizə yoxdur ol səadət  
Kim, hifzi-təriqin ola adət.  
Ehmal edəriz itaətində,  
Təqsir ədayi-xidmətində.  
Hər necə kif xud şərmsarız,  
Bu cürm ilə həm ümidvarız  
Kim, feyzi-əvatifi-əmimin  
Şad eyləyə könlün əhli-bimin.  
Asilərin olasan pənahi,  
Nomidlərin ümidgahi.  
Sənsən çü şəfıi-hər məasi,  
Nə qəm əgər olsa kimsə asi.  
Gər məndə ola təmam taət,  
İzhar nədən bular şəfaət?  
Sənsən bu sərir padşahi,  
Bu mülkdə olanın pənahi.  
Hər əsrdə bir nəbi zühuri,  
Hər dövrdə bir rəsul nuri  
Fitrət yolunu müzəyyən etdi,  
Üzün şəmi ilə rövşən etdi. 
  


Yüklə 3,63 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   64




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə