MəHƏMMƏd füzuli



Yüklə 3,63 Mb.
Pdf görüntüsü
səhifə6/64
tarix28.06.2018
ölçüsü3,63 Mb.
#52279
1   2   3   4   5   6   7   8   9   ...   64

29 
 
Darüşşəfayi-haşrdə bimari-mə'siyət  
Şəhdi-şəfaətindən umar şərbəti-şəfa. 
 
Ey çaryari-kamilin ə'yani-nıülki-din,  
Ərbabi-sidqü mə'dələtü rifətü həya. 
 
Dövrün bu dörd fəsl ilə bir mö'tədil zaman,  
Şer'in bu dörd rükn ilə bir mö'təbər bina. 
 
Ya Mustəfa, Füzuliyi-möhtacə rəhm edüb
İzhari-iltifat ilə qıl hacətin rəva. 
  


30 
 
BU, ƏRZİ-ƏDƏMİ-QÜDRƏTDİR 
və  
ÜZRİ-FİQDİ-QÜVVƏTDİR 
 
Arayişi-söhbət eylə, saqi!  
Ver badə, mürüvvət eylə, saqi!  
Bir cam ilə qıl dimağımı tər,  
Lütf eylə, bir iltifat göstər!  
Qəm mərhələsində qalmışam fərd,  
Nə yar, nə həmnişin, nə həmdərd.  
Həmcinslərim təmam getmiş.  
Söz mülkündən nizam getmiş,  
Bu bəzmdə sən qalıbsənü mən,  
Bu bəzmi gəl edəlim müzəyyən!  
Sən ver badə, mən eyləyim nuş,  
Mən nəzm oxuyum, sən ona tut guş!  
Bir dövrdəyəm ki, nəzm olub xar,  
Əş'ar bulub kəsadi-os'ar.  
Ol rütbədə qədri-nəzmdir dun  
Kim, küfr oxunur kəlami-mövzun.  
Bir mülkdəyəm ki, gər udub qan,  
Məzmuni-ibarətə çəkib can,  
Min riştəyə türfə lə'l çəksəm,  
Min rövzəyə nazənin gül əksəm,  
Qılmaz ona hiç kim nəzarə,  
Derlər gülə xar, lə'lə xarə.  
Ancaq deməzəm ki, xaki-Bağdad  
Alayişi-nəzmdəndir azad.  
Yoxdur bir mülk bu zamanda  
Kim, nəzm rəvacı ola onda:  
Nə Hind, nə Fars, nə Xorasan,  
Nə Rumü Əcərn, nə Şamü Şirvan.  
Olsaydı birində bir süxənsənc,  
Əlbəttə, əyan olurdu ol gənc.  
Gəncineyi-nəzm gizli qalmaz,  
Sanmın
1
 günəş olsa, nur salmaz. 
 
                                                            
1
 
Sanmayın 


31 
 
 
  
Kanı necə kim nihan tutar daş,  
Eylər onu lə'l aləmə faş.  
Hala məgər iqtizayi-dövran  
Oldur ki, ola o gənc pünhan.  
Dövran ilə mən nəqiz seyrəm,  
Dövr əhlindən məgər ki, qeyrəm.  
Dövran istər ki, xar ola nəzm,  
Biizzətü e'tibar ola nəzm,  
Mən müntəzirəm verəm rəvacın,  
Bimar isə, eyləyəm əlacın.  
Ol nəfyi-kemali-hikmət eylər,  
Lazım bilirəm xəsarət eylər.  
Tə'miri-xərabə qalibəm mən,  
İnşəallah ki, qalibəm mən. 
 
 
SAQİNAMƏ 
 
Saqi, mədəd et ki, dərdməndəm!  
Qəm silsilesinə paybəndəm.  
Qem dəf inə cami-mey dəvadır,  
Tədbİri-qəm eyləmək rəvadır.  
Səndən nə inayət olsa vaqe,  
Fikr etmə ki, məndə ola zaye.  
Mən bir sədəfəm, sən əbri-niysan,  
Ver qətrəvü al dürri-qəltan.  
Sənsən xurşidü mən siyəh xak,  
Ver atəşü al cəvahiri-pak.  
Rəhm et ki, qəribü xaksarəm,  
Bimunisü yarü qəmküsarəm.  
Ol bir neçə həmdəmi-müvafiq,  
Yə'ni şüərayi-dövri-sabiq  
Tədrİc ilə gəldilər cəhanə,  
Tə'zim ilə oldular rəvanə.  
Dövran oları müəzzəm etdi,  
Hər dövr birin mükərrəm etdi. 
Hər birinə hami oldu bir şah, 
 


32 
 
  
Zövqi-süxənindən oldu agah.  
Türkü ərəbü əcəmdə əyyam  
Hər şairə vermiş idi bir kam.  
Şad etmiş idi Əbunüvası  
Haruni-xəlifənin ətası.  
Bulmuşdu səfayi-dil Nizami,  
Şirvanşəhə düşüb girami.  
Olmuşdu Nəvaiyi-süxəndan  
Mənzuri-şəhənşəhi-Xorasan.  
Söz gövhərinə nəzər salanlar,  
Gəncinə verib gühər alanlar  
Çün qalmadı, qalmadı fəsahət, 
Ərbabi-fəsahət içrə rahət.  
Ol taifə çəkdi xirqəye baş,  
Halətlərin etməz oldular faş.  
Ta olmaya rəsmi-şe'r məfqud,  
Əbvabi-fünuni-nəzm məsdud,  
Lazım mənə oldu hifzi-qanun,  
Zəbti-nəsəqi-kəlami-mövzun.  
Naçar tutub təriqi-namus,  
Rahətdən olub müdam mə'yus,  
Əhdi sözə üstüvar qıldıra,  
Əş'ar demək şüar qıldım.  
Çün xəlqə xilafi-müddəayəm,  
Onlar zə'mincə süst rayəm.  
Hər söz ki, gəlir zühurə məndən,  
Min tə'nə bulur hər əncüməndən.  
Eylər həsəd əhli bağlayıb kin,  
Təhsin əvəzinə nefyü nifrin.  
Ümmid ki, rəf olub küdurət,  
Təğyirpəzir ola bu surət.  
Ol qövm bu gülşənə girəndə, 
Bu gülşən içində gül dərəndə,  
Gül tazə idivü səbzə növxiz,  
Təprəndikcə nəsimi-gülriz,  
Onlar gülü dərdilər, məni-zar 
  


33 
 
Hala dilərəm dərəm xəsü xar.  
Bu bəzmə olar verəndə təzyin,  
Mey saf idi, bəzm həm növayin. 
Mey safi olara oldu ruzi,  
Qaldı mənə daği-dürd suzi.  
Bu dürdə mən olmuşam həvaxah,  
Bir nəş'ə verərmi, bilməzəm, ah! 
 
  


34 
 
BU, SAQİYİ-BƏZMƏ BADƏ ÜÇÜN 
XİTABDIR 
 
Saqi, kərəm eylə, cam gəzdir!  
Durma, qədəhi müdam gəzdir!  
Dövranə çox e'tibar qılma,  
Gəzdir qədəhi, qərar qılma!  
Tök alıb ələ gümüş sürahi,  
Zər sağərə ruhbəxş rahi.  
Sərf eylə riayətimdə əltaf,  
Tənhalığımı gör, eylə insaf!  
Şüğlüm bu büsat içində çoxdur,  
Səndən özgə, mədədçi yoxdur.  
Həmdəmligim ilə ar qılma!  
Məndən nifrət şüar qılma!  
Gər bilməz isən ki, mən nə zatəm,  
Nə zülməti-çeşmeyi-həyatəm,  
Feyzi-hünərim şərabdan sor,  
Suzi-cigərim kəbabdən sor.  
Tutsan əlini məni-fəqirin,  
Həqq ola həmişə dəstgirin.  
Mən şairi-Musiyi kəlamənı,  
Sahirlərə mö'cüzi-təmaməm.  
Mən sahiri-Babili nəjadəm,  
Harutə bu işdə ustadəm.  
Söz dərkinə sərf edib fərasət,  
Əmlakına bulmuşam rəyasət.  
Gəh tərzi-qəsidə eylərəm saz,  
Şəhbazını olur büləndpərvaz.  
Gəh də'bi-qəzəl olur şüarım,  
Ol də'bə rəvan verər qərarım.  
Gəh məsnəviyə olub həvəsnak,  
Ol bəhrdə istərəm düri-pak.  
Hər dildə ki, var, əhli-razəm,  
Məcmui-fünunə eşqbazəm.  
Bir kargərəm həzarpişə,  
Canlar çəkib istərəm həmişə  
Dükkanım ola rəvaci-bazar,  
Hər istədigin bula xiridar. 
 
  


Yüklə 3,63 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   64




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə