MəHƏMMƏd füzuli


BU, BİR TƏRİQ İLƏ KƏSRİ-NƏFSDİR



Yüklə 3,63 Mb.
Pdf görüntüsü
səhifə7/64
tarix28.06.2018
ölçüsü3,63 Mb.
#52279
1   2   3   4   5   6   7   8   9   10   ...   64

35 
 
BU, BİR TƏRİQ İLƏ KƏSRİ-NƏFSDİR  
VƏ  
MÜQƏDDİMEYİ-MƏDHİ-PADİŞAHİ-ƏSRDİR 
 
Saqi, nə idi bu cami-gülgun  
Kim, eylədi halımı digərgun?  
Sərməst olubam, sözüm həbadır,  
Hər lafki, eylərəm - xətadır.  
Tə'siri salıb dimağə təşvir,  
Təşviri məcazım etdi təğyir.  
Mən qandanü lafı-hüsni-göftar  
Kim, söz deməyə olan səzavar?  
Olsaydı mənim sözümdə bir hal,  
Əlbəttə, olurdum əhli-iqbal.  
Müstövcibi-izzü cah olurdum,  
Şayəsteyi-bargah olurdum.  
Məqbul düşərdim asitanə,  
Mənzuri- şəhənşəhi-zəmanə.  
Ol padişəhi-büləndbiniş  
Kim, xaki-rəhidir afəriniş,  
Müstəhfizi-din, pənahi-islam,  
Məxdumi-zəman, məlazi-əyyam.  
Əbr istehsanü bərq kinə,  
Şahənşəhi-Məkkevü Mədinə.  
Müstəlzəmi-həq, müxilli-batil,  
Sultani-muradboxşi-adil,  
Ərbabi-hünər ümidgahi,  
Türkü ərəbü əcəm pənahi.  
Dərya kimi eyləyən dəmadəm  
Əndişeyi-qürbü bö'di-aləm. 
Lutfilə verən yaxına lö' lu, 
Əbrilə iraqə göndərən su,  
Lö'lösini eyləyən cahantab,  
Ləbtəşnələri dür ilə sirab.  
Gərdun kimi lütf edəndə zahir,  
Damən-damən tökən cəvahir.  
Gün kimi olanda cudo məzhər, 
 
  


36 
 
Xərmən-xərmən nisar edən zər,  
Tuğraymisai-Ali-Osman,  
Sultani-sipəhşikən Süleyman!  
Yerdə düşər olsa feyzi xakə,  
Tə'n eyləyə xak ruhi-pakə.  
Göydə nəzər etsə gər hümayə,  
Xurşid salır hümayə sayə.  
Gər şərqə ura sinani-sərkəş,  
Gün kimi çıxar sipehro atəş.  
Gər qərbə çalarsa tiği-bürran,  
Gərdunə yetər şəfəq kimi qan.  
Dün çərx yana nigah qıldım,  
Nəzzareyi-İövhi-mah qıldım,  
Gördüm bu xəti ki, xameyi-xur  
Ol lövhdə eyləmişdi məstur:  
Ya Rəb ki, müzəffər ola daim  
Zatilə binayi-ədl qaim.  
Şayəstə ona sərirü əfsər,  
Aləmlərə ədli sayəgüstər. 
 
 
BU QƏSİDƏ 
PADİŞAHİ-İSLAM ŞƏ'NİNDƏDİR 
 
Zəhi-kamil ki, əqli-nüktədan dərkində heyrandır,  
Vücudi-bimisali intixabi-növ'i-insandır. 
 
Fələk bir dürc, onun zati-şərifi gövhəri-yekta,  
Cahan bir cism, onun hökmi-rəvani, filməsəl, candır. 
 
Əsasi-hökmidir, mə'nidə bir səddi-Sekəndər kim,  
Onun Yə'cucdur bir yanivü bir yani insandır. 
 
Binayi-qədrdir mə'nidə ol ali imarət kim,  
Müqəməs taği-gərdun ol imarətdən bir eyvandır. 
 
Müzəffər daima Sultan Süleyman xani-adildir 
Ki, hər kim tabeyi-fərmanı olmaz - namüsəlmandır. 
 


37 
 
Cahangiri ki, güntək mülk təsxirinə əzm etsə,  
Mühəqqər cilvəgahi ərseyi-İranü Turandır. 
 
Səxi təb'i, mürüvvət pişeyi kim, bəhri-əltafı  
Təməvvüc qılsa  mövcü fəqr bünyadinə tufandır. 
 
Kəminə kimsəyə kəmtər ətasi hasili-dərya,  
Mühəqqər məclisə bəzli-həqiri bəhreyi-kandır. 
 
Vücudi-pak ilə Həq rəhmətidir aləmə nazil,  
İtaot əhlinə göstərdiyi ədl ilə ehsandır. 
 
Süleyman bargahidir yəqin heybətli dərgahi  
Kim, onda divlər tabe, pərilər bəndəfərmandır. 
 
Müəzzəm ləşkəridir bir bulud kim, düşmənə ondan  
Firəngilər sədası rə'd, toplar daşı barandır. 
 
Səməndi səgridəndə lame' olmuş əxtəri-Saqib,  
Sipahi təprənəndə mövcə gəlmiş bəhri-Ümmandır. 
 
Səfərdə çəkmək üçün həşmətü iqbal osbabın,  
Ərabə ərş lövhi, ordusu gərduni-gərdandır. 
 
Zəmanində yetib cəm'iyyəti-əsbabə ariflər,  
Olub dərhənı həmin məhbublar zülft pərişandır. 
 
Xəlayiq sübhtək xəndan olub mehri-cəmalindən,  
Dili-suzan ilə dövründə ancaq şəm' giryandır. 
 
Həvadisdən məcazi-mülk tə'mirinə imkan yox  
Kəmali-ədl ilə ta mülkə Osman oğlu sultandır. 
 
Bihəmdüllah, bu gün xövfü xətadan şər' namusun  
Bulub tövfiqi-nüsrət saxlayan Sultan Süleymandır. 
 
Nişani-feyzdir ol nüsrətü iqbal kim, hala 
Nə yan kim, əzm qılsa rəhbəri tə'yidi-Yəzdandır. 
 
  


38 
 
Dilü candan Füzuli əzmi-iqbalinə ol şahın,  
Rizayi-Həqq üçün daim duaguyi-sənaxandır. 
 
Çü oldur hamiyi-islam, vacibdir onun mədhi, 
Nə kim, mədhindən özgə söz demiş, ondan peşimandır. 
 
İlahi, baqi olsun daim insanpərvər iqbali  
Cahani-fani içrə ta bəqayi-növ'i-insandır. 
  


39 
 
BU, SƏBƏBİ-NƏZMİ-KİTABDIR 
və  
BAİSİ-İRTİKABİ-ƏZABDIR 
 
Saqi, tut əlim ki, xəstəhaləm!  
Qəm rəhgüzərində payimaləm.  
Sənsən məni-mübtəlaya qəmxar,  
Səndən özgə dəxi kimim var?  
Müşkül işə düşmüşəm, mədəd qıl,  
Mey hirzi ilə bəlamı rəd qıl!  
Həll eyləyə gör bu müşkülatı,  
Kəm etmə qulundan iltifatı!  
Bir gün ki, meyi-Süheyltə'sir  
Vermişdi mizaci-pakə təğyir,  
Həmrəngi-bəhar olub xəzanım,  
Dönmüşdü əqiqə zə'fəranım.  
Cəm idi yanımda ittifaqi:  
Sazü məzəvü şərabü saqi.  
Peyvəstə ləbaləbü peyapey,  
Nuş eylər idim qədəh-qədəh mey.  
Zövq üzrə mey artınrdı zövqüm,  
Şövq üzrə ziyad olurdu şövqüm.  
Ol bəzm idi afiyət bəharı,  
Mən bülbüli-zarü biqəran.  
Bir həddə irişdi nəş'eyi-cam  
Kim, qalmadı əhli-bəzmə aram.  
Əsrari-dil oldu aşikara,  
Məsdud oluban dəmi-müdara.  
Olmuşdu rəfiqü həmzəbanım,  
Ayineyi-tutiyi-rəvanım  
Bir neçə zərifi-xütteyi-Rum,  
Rumi ki, dedin, qəziyyə mə'lum.  
Yə'ni ki, qamu həqaiq əhli,  
Hər məs'ələdə həqaiq əhli,  
Həm elm fənində nüktədanlar,  
Həm söz rəvişində dürfəşanlar. 
  


Yüklə 3,63 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   64




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə