MəHƏMMƏd füzuli



Yüklə 3,63 Mb.
Pdf görüntüsü
səhifə8/64
tarix28.06.2018
ölçüsü3,63 Mb.
#52279
1   ...   4   5   6   7   8   9   10   11   ...   64

40 
 
Kim eylər idi həqaiqi-raz,  
Şeyxidənü Əhmədidən ağaz.  
Kim söylər idi ögüb kelami,  
Övsafı-Cəliliyü Nizami. 
Bilmişlər idi ki, hüsni-göftar  
Qədrim qədərincə məndə həm var.  
Çün var idi məstlikdə lafım,  
Ta anlana sidqimü xilafıra,  
Mən xəstəyi etdilər nişanə  
Bir rəng ilə tiri-imtəhanə.  
"Lütf eyle! - dedilər, - ey süxənsənc!  
Faş eylə cəhanə bir nihan gənc!  
Leyli-Məcnun əcəmdə çoxdur,  
Ətrakdə ol fəsanə yoxdur.  
Təqrirə gətir bu dastanı,  
Qıl tazə bu əski bustam".  
Bİldim, bu qəziyyə imtəhandır,  
Zira ki, bu bir bəlayi-candır.  
Sevdası dirazü bəhri kutah,  
Məzmunu fəğanü naləvü ah.  
Bir bəzmi-müsibəti-bəladır  
Kim, əvvəli qəm, sonu fənadır.  
Nə badəsinə nişatdən rəng,  
Nə nəğməsinə fərəhdən ahəng.  
İdrakı verər xəyalə azar,  
Əfkan edər məlalı əfgar,  
Olsaydı təvəccöhü münasib,  
Tövcihinə çox olurdu rağib.  
Olsaydı təsərrüfündə rahət,  
Çox kamil ona qılırdı rəğbət.  
Billah ki, nə xoş demiş Nizami,  
Bu babdə xətm edib kəlami:  
"Əsbabi-soxən nişatü nazəst,  
Zin hər do soxən bəhanəsazəst.  
Meydani-soxən fərax bayəd,  
Ta təb' səvareyi nomayəd. 
  


41 
 
Dər gərmiyi-rigü səxtiyi-kuh  
Ta çənd soxən rəvəd beənbuh?"
1
  
Bir iş ki, qılır şikayət ustad,  
Şagirdə olur rücui bidad.  
Gərçi bilirəm, bu bir sitəmdir,  
Təklifi bunun qəm üzrə qəmdir.  
Əmma necə etmək olur ikrah?  
Bir vaqeədir ki, düşdü nagah.  
Yeydir yenə üzrdən şüruim,  
Bu işdə təvəkkülə rücuim.  
Ey təb'i-lətifü əqli-vala!  
İdraki-büləndü nitqi-guya!  
Düşdü səfərim diyari-dərdə,  
Kimdir mənə yar bu səfərdə?  
Hər kimdə ki, vardir istitaət,  
Dərdü qəmü möhnətü qənaət,  
Oldur bu müsafirətdə yanın,  
Zövq əhlinə yoxdur e'tibarım.  
Mərkəb gərək olsa əzmi-rahə,  
Bəsdir bizə xaməvü siyahə.  
Vər tuşeyi-rah olursa mətlub,  
Məzmuni-xoşü ibarəti-xub,  
Əzm eyləyəlim, təəllül etmən!  
Mənzil kəsəlim, təğafül etmən!  
Ey bəxt, vəfasız olma sən həm!  
Həmrahlıq et bizimlə bir dəm! 
 
 
 
 
                                                            
1
 
Tərcüməsi:  Şadlıqdır, eyhamdır sözün arğacı,  
        Bunlarla düzəlir söz ehtiyacı.  
        Gərək söz meydanı gen olsun müdam,  
        Atını dörd yana səyirtsin ilham.  
        Qumsala, daşlığa ilham gedərmi?  
  
        Getsə də, torpağa təsir edərmi? 
 
Tərcümə Səməd Vurğunundur 
 


42 
 
 
 
 
 
BU, SƏADƏTLİ  
BƏY HƏZRƏTLƏRİNİN MƏDHİDTR 
 
Ey xameyi-sərkəşi-səbükxiz,  
Vəqt oldu ki, olasan gühərriz!  
Mon acizəmü bıı əmr müşkil,  
İmdad dəmidir, olma qafil!  
Asari-mürüvvət eyiə izhar,  
Bir təprən, əgər mürüwətİn var!  
Sən qıl hünori, mon alayım ad,  
Sən çək ələmi, mən olayım şad.  
Çün nəxli-hədiqeyi-hünərsən,  
Miftahi-xəzaneyi-gühərsən,  
Cəhd eylə çıxar cəvahiri-pak,  
Fikr etmə ki, yoxdur əhli-idrak!  
Demə ki, bolub kəsad bazar,  
Bulmaz bu mətaimiz xiridar.  
Yetməzmi sənə əmiri-kamil,  
Sərdari-zəmanə, Veysi-adil?  
Ol bəhri-ətavü kani-əltaf  
Kim, şə'niııo gəldi ədlii insaf.  
Sərdari-müəzzəmü mükərrəm,  
Cananeyi-mülkü cani-aləm.  
Zatında ormn həmişə mövcud  
Elmü ədəbü şücaətü cud.  
Ədlindən əgər təraneyi-çəng  
Faş eyləyə bəzmdə bir ahəng,  
Yel şəm'ə dəxi təərrüz etməz,  
Pərvanəyə şəm' zülmü yetməz.  
Hüsni-ədəb ilə eylə mö'tad,  
Yanında nə vəqt qılsalar yad,  
Ol sözü deməz ki, ola təkrar,  
Ta yetməyə sayəsmdə azar.  
Üslubi-şücaət üzrə mahir,  
Xurşidsifət cahanda zahir.  
Həm xas onu söyləməkdə, həm am,  
Həm Rum dolu adı ilə, həm Şam. 


43 
 
Gər cudinə kimsə olsa talib,  
Mümkün ola lütfi qəhrə qalib.  
Yə'ni mənə öyrədib səxavət,  
Bir hacəti istəmək nə hacət?  
Olmuş ona xaneyi-əmarət  
Bu dörd bina ilə imarət.  
Ey dustnəvazü düşmənəndaz,  
Şahinrəvişü büləndpərvaz!  
Düzdüm sənə türfə aşiyanə,  
Yə'ni abedi nişatxanə.  
Mə'mur edibən binayi-ali,  
Cənnət sifəti, İrəm misali.  
Ta ruzi-əbəd bunu məqam et,  
Bidəğdəğə işrəti-müdam et!  
Billah ki, degil yaman əsər bu,  
Gər adisə müddəa yetər bu.  
Mən kim, sənə olmuşam sənaxan  
Sultan Veysə necə ki, Səlman.  
Budur qərəzim ki, cavidani  
Adın tuta ərseyi-cahani.  
Ta baqi ola bu səbz gülşən,  
Həm mən olum əhli-zikr, həm sən. 
  


44 
 
 
BU, TUĞRAYİ-MİSALİ-MƏHƏBBƏTDİR 
və  
DİBAÇEYİ-DİVANİ-MÖHNƏTDİR 
 
                                                                                                     
Dehqani-hədiqeyi-hekayət,  
Sərrafı-cəvahiri-rəvayət  
Mə'ni çəmənində gül dikəndə,  
Söz riştesinə gühər çəkəndə  
Qılmış bu rəvişdə nüktədanlıq,  
Gülrizligü gühərfəşanlıq  
Kim, xeyli-ərəbdə bir cəvanmərd,  
Cəm'iyyətü izzü cah ilə fərd,  
Müstəcnəi-cümleyi-fəzail  
Bulmuşdu rəyasəti-qəbail.  
Əmrinə ərəb mütjü münqad, Cəh  
Bəirə məqamı, gah Bağdad.  
Bir büq'ədə olmayıb qərarı,  
Gəzməldə keçərdi ruzigarı.  
Hər ləhzə urardı ol yeganə  
Sərçeşimələrə siyah xanə.  
Seyr eylər idi sürüb tənə'üm,  
Gözlər izərə misali-mərdüm.  
Övzai-xiyami-mişkfami  
Xəlqə şäbi-qədrtək girami.  
Hər mənzilə kim, güzar edərdi,  
Səhrayi bənəfşəzar edərdi.  
Gülzarlar içrə lalə çağı,  
Bənzərd evinə lalə dağı.  
Əmvalım cəmii-cinsdən çox,  
Əmma bu cəhanda varisi yox.  
Gər qılsa onu tələf həvadis,  
Yox bir xələfi ki, ola varis.  
Fərzəndiz adəmi tələfdir,  
Baqi edən adəmi xələfdir.  
Nəsl ilə olur  bəqayi-insan,  
Nəzmi-reşərü nizami-dövran.  
Can cövhərinə bədəldir övlad; 
 
  


Yüklə 3,63 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   64




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə