MəHƏMMƏDHÜseyn şƏHRİyar seçİLMİŞ ƏSƏRLƏRİ



Yüklə 2,39 Mb.
Pdf görüntüsü
səhifə1/106
tarix15.03.2018
ölçüsü2,39 Mb.
#32089
  1   2   3   4   5   6   7   8   9   ...   106


_____________Milli Kitabxana______________

MƏHƏMMƏDHÜSEYN ŞƏHRİYAR

SEÇİLMİŞ

ƏSƏRLƏRİ

"AVRASİYA PRESS"

BAKI-2005



_____________Milli Kitabxana______________

Bu kitab “Məhəmmədhüseyn Şəhriyar. Seçilmiş əsərləri”(Bakı, Elm, 2000)

nəşri əsasında tərtib olunmuş və təkrar nəşrə hazırlanmışdır.

Tərtib edənlər:



Nazim Rizvan

Xuraman Quliyeva

İslam Qəribov

Ön sözün müəllifi:



Bəkir Nəbiyev

894.3611-dc21

AZE

Şəhriyar Məhəmmədhüseyn.

Seçilmiş əsərləri. Bakı, "AVRASİYA PRESS", 2005, 480 səh.

Məhəmmədhüseyn  Şəhriyar  o  taylı  bu  taylı  Azərbaycanın  XX əsrdə

yetirmiş  olduğu ən  görkəmli  şairlərdən  biri,  Azərbaycan  və İran ədəbiyyatlarının

fəxridir.  Zamana  sıgmayan,  nəhəng  bir  ümmanı  xatırladan  müdrik  və məğrur

təbiətli  sənətkar  füsünkar əsərləri  ilə hələ öz  sağlığında  klassiklər  səviyyəsinə

yüksəlmiş,  Yaxın Şərq ədəbiyyatını  bədii  möcüzələrlə,  təravətli obraz  və ifadə

vasitələri ilə zənginləşdirmiş, xüsusən anadilli poeziyamıza "Heydərbabaya salam"

kimi  son  dərəcə xəlqi  və sənətkarlıq  baxımından  nadir əsərlərdən  birini  töhfə

vermişdir.

Şəhriyar yalnız həqiqətləri deyən, düşünüb-duyduqlarını sadə, anlaşıqlı və şirin

el  dilində tərənnüm  edən,  "təpədən  dırnağadək  ürəkdən  ibarət"  olan əyilməz,

hünərli bir şairdir. Şəhriyar milli olduğu qədər bəşəri, bəşəri olduğu qədər də milli

şairdir.

"Seçilmiş əsərələri"nə bitməz-tükənməz  aləmli  qüdrətli  sənətkarın  ana  dilində

şeirləri ilə yanaşı farsca yazdığı əsərələri daxil edilmişdir.

ISBN 9952-421-11-5

© "AVRASİYA PRESS", 2005




_____________Milli Kitabxana______________


_____________Milli Kitabxana______________

KƏLAMIN VÜSƏTİ

Məhəmmədhüseyn Şəhriyar İranda XX əsrdə ərsəyə gəlmiş ən görkəmli

şairlərdən biri, Azərbaycan və İran ədəbiyyatlarının fəxridir. Ana dilində və

farsca  yazılmış əsərləri  ilə o,  hələ öz  sağlığında  klassiklər  səviyyəsinə

qalxmış,  Yaxın  Şərq ədəbiyyatını  bədii  möcüzələrlə,  təravətli obraz  və

ifadə


vasitələri  ilə

zənginləşdirmiş,  xüsusən  dünya  poeziyasına

"Heydərbabaya  salam"  kimi  yüksək  dərəcədə xəlqi  və sənətkarlıq

baxımından nadir əsərlərdən birini töhfə vermişdir.



1

Haqqında  yazılmış  kitab  və məqalələrdən  məlum  olur  ki,  Seyid

Məhəmmədhüseyn  Şəhriyar  1907-ci  ildə Təbriz  şəhərinin  Bağmeşə

bölgəsində,  o  zamanın  tanınmış  hüquqşünaslarından  Hacı  Mirağa

Xoşginabininin ailəsində dünyaya  gəlmişdir. Məhkəmədə vəkillik  etməklə

ailəsini dolandıran atası şeri və musiqini çox sevən bir ziyalı idi. Oğlunun

təhsili ilə əvvəllər şəxsən özü məşğul olmuş, öz kitabxanasındakı qiymətli

əsərləri  oxumağa  balaca  Şəhriyarı o  həvəsləndirmişdir.  Anası  Kövkəb

xanımın da sinəsi dolu imiş. Onun Azərbaycan şifahi xalq yaradıcılığından

və klassik  irsimizdən,  xüsusən  S.Ə.Şirvaninin  qəzəllərindən  oxuduğu  bəzi

nümunələri Şəhriyar  yetkin çağlarında  belə xatırlamış,  Seyid Əzimin

"Gəlim"  rədifli  qəzəlinə gözəl  bir  nəzirə də yazmışdır...  Gələcək  şair  ilk

mədrəsə təhsilinə Təbrizdə başlamış,  yay  tətillərini  Xoşginabda  məşhur

Heydərbaba  dağının ətəklərində keçirmiş,  tanınmış  müəllimlərdən  Molla

İbrahimin  yanında  biliklərini  təkmilləşdirmişdi.  Sədinin  "Gülüstan"ı,

Hafizin  qəzəlləri,  Qurani-Kərim,  bəzi ərəb-fars  lüğətləri  Şəhriyarın  hələ

uşaq  yaşlarında  öyrəndiyi

əsərlərdən  olmuşdur.  Düşdüyü  ecazkar

Heydərbaba  mühitinin,  atasından  eşitdiklərinin, nəhayət,  böyük  həvəslə

oxuduğu  kitabların  təsiri  ilə Şəhriyar  yeniyetməlik  illərində ilk  qələm

təcrübələri olan şeirlərini yazmağa başlayır. Əlinə düşən hər



_____________Milli Kitabxana______________

təzə kitabı  acgözlüklə oxuyan ərəb  və fransız  dillərini  mükəmməl

öyrənmək  üçün əlavə məşğələlərini  davam  etdirən  Şəhriyar  Təbrizdə orta

təhsilini  başa  vurub  1922-ci  ildə Tehran  Universitetinin  tibb  fakültəsinə

qəbul olunmuşdur. 20-ci illərin ortalarından etibarən artıq istedadlı bir şair

kimi  tanınmağa  başlayan  Şəhriyar  Sürəyya  adlı  bir  qıza  aşiq  olmuş  və bu

məhəbbəti  ilə əlaqədar  onun  başı  bir  çox  bəlalar  çəkmişdir. Sürəyyanın

varlı-hallı qohumları bu  izdivaca  etiraz əlaməti  olaraq  Şəhriyara  təzyiq

göstərir,  onun  Tehrandan  Nişabura  sürgün  edilməsinə müvəffəq  olurlar.

Beləliklə də şair ali təhsilini yarımçıq qoymağa məcbur olur. O, bir müddət

İranın müxtəlif  şəhərlərində o  cümlədən  də Məşhəddə yerli  idarələrdə

məmurluq edir. 30-cu illərin ortalarında Tehrana qayıdıb banklardan birinə

işə düzəlir. Çox sevdiyi atası 1934-cü ildə vəfat etmiş, şair bu münasibətlə

xüsusi  bir  şeir  yazmışdır.  Sonralar  anasının vəfatından  doğan  kədər

duyğularını  isə Şəhriyar  "Eyvay  madərim!"  şerində dərin  səmimiyyət

duyğusu ilə əks etdirmişdir. 1950-ci illərin əvvəllərində Təbrizə gələn şair

1953-cü ildə ibtidai məktəbdə dərs deyən Əzizə xanımla evlənmişdir.

1954-cü  ildə Şəhriyar  Xoşginaba  gedib  Heydərbabanın ətəklərində öz

uşaqlıq  təəssüratlarını yenidən  yaşamış,  doğma  el-obasından  aldığı  təzə

intbahlar əsasında  məşhur  "Heydərbabaya  salam"  poemasını  yazmışdır.

Şəhriyar  yaxşı  tar  çalar,  bu  qədim  musiqi  alətində muğamları və xalq

mahnılarını  ifa  etməyi  xoşlardı. Şairin  çox  gözəl  xətti  varmış. İmkan

düşəndə Quran  ayələrini  və sevdiyi  şairlərin əsərlərindən  kiçik  parçaları

böyük  məhəbbətlə və özünəməxsus  bir  incəliklə köçürüb  dostlarına

bağışlarmış.

Şəhriyar  və ailəsi  uzun  illər  boyu  maddi  sıxıntılar  içində yaşamışdır.

Yaradıcılığının 

tədqiqatçılarından 

şairə

Hökumə


xanım 

Billuri 


öz

monoqrafiyasında  onun  1976-cı  ildə

Tehran  qəzetlərinin  birinə

verdiyi


müsahibənin  mətnini  dərc  etmişdir.  Həmin  müsahibə zamanı  şair  demişdir:  "Mən

illərdir ki, yalnız çox vacib olduqda evdən çıxıram. Mənim hər şeyim bu bir otaqda

yerləşmişdir.  Gördüyünüz  kimi,  onun  bəzəyi  ancaq  sadəlikdir...  Üç  uşağımla

burada  yaşayıram.  Qazancım  vaxtilə işlədiyim,  Fəxri  ustad adı aldığım yerdəndir.

16 aydır ki, maaşımın bir az artırlması üçün qərar çıxarıblar. Qərar var, ancaq pul

yoxdur.  Bilmirəm  qənaət  falı  niyə elə şairin  bəxtinə düşmüşdür?..  22  il

bundan əvvəl aldığım paltarı hələ də



Yüklə 2,39 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   106




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə