MəHƏMMƏDHÜseyn şƏHRİyar seçİLMİŞ ƏSƏRLƏRİ



Yüklə 2,39 Mb.
Pdf görüntüsü
səhifə23/106
tarix15.03.2018
ölçüsü2,39 Mb.
#32089
1   ...   19   20   21   22   23   24   25   26   ...   106

_____________Milli Kitabxana______________

Qırıram vətənin ipin, ülfətin,

Cigərdən ayrılmır bir pıçaq, Nəbi,

Ay qoçaq Nəbi!

Vətəndən doymuşam, məni qınama,

Dur gedək, bu xəlqi artıq sınama,

Dur görüm! Bu ağac bənzir anama,

Telindən qoy qırım bir saçaq,

Nəbi, Ay qoçaq Nəbi!

Haralı olmalı? Bilə bilmədik,

Ləkəsin bu qanın silə bilmədik,

Bir də biz bu yana gələ bilmədik,

Arazın suyundan bir içək, Nəbi,

Qeyrətün qurbanı, ay qoçaq Nəbi



KƏRƏC XATİRƏSİ

Sən Əli, yaxşı bu dağda oturaq eyləmisən,

Şəhri, dünyanı Əlitək setalaq eyləmisən.

Ürəyində əkilib yaxşı təvəkkül toxumu,

Yaxşı bitdikcə də sən yaxşı alaq eyləmisən.

Əl-qolun var ki, təkəlli, bu dağın böyründə

Bu sayaq bir avadanlıq əl-ayaq eyləmisən.

Qeyrətin dağ kimidi, dağ-dağa əlbət dayanar,

Sən də dağlar kimi dağları dayaq eyləmisən.

Açılıb burda üfüq, dağdı, ağacdı, bağdı,

Dağa dirsəklənib, o mənzəri bağ eyləmisən.

Bir qürur var bu fağır qürfədə, bir istiğna,

Sanki fironların qəsrinə lağ eyləmisən.

Bu qala-qallı şəhərdən çəkilibsən qırağa,

Nazlı Məsuməni gözlərdən iraq eyləmisən.

Bu səfalı komadan kəndimizin iysi gəlir,

Məni də bu qoca vaxtımda damaq eyləmisən.

Köçdürübsən elə bil Tehrana Heydərbabanı,

Nənəqız əmqızının sən üzün ağ eyləmisən.

Nənəqız əmqızının burda camalı görünür,




_____________Milli Kitabxana______________

Lalədən qızlara yandıqca yanaq eyləmisən.

Gecələr sübhə kimi burda çıraqlar sönməz,

Ayı, ulduzları yüz şanlı çıraq eyləmisən.

Zövqdən bilmir adam burda yata, orda yata?

Ay-günəşlər oturağında yataq eyləmisən.

Burda bir çeşmə də tap, qoy baxa Heydərbabaya,

Bilmirəm hansı gözü Daşlıbulaq eyləmisən?

Çoxlu kənd evləri baxsan qara palçıqdı, suvaq,

Burda sən kənd evini bir ağ otaq eyləmisən.

Cemilə əmqızının iynəsi saplandı, dedim:

- Kəndi də Tehrana yırtıqca yamaq eyləmisən.

Səidin əksini gördüm, nə gözəl oğlandı!

Görüm inşallah onu barlı budaq eyləmisən.

Mir Əbülfəz məni bir də gətirənməz buraya,

Gördü ki, sən məni artıqca qonaq eyləmisən.

Şəhriyar, səndə cavanlıq yenidən pöhrə verir,

Yoxsa Heydərbabanı burda soraq eyləmisən?



GETMƏ, TƏRSA BALASI

"İzn ver toy gecəsi mən də sənə dayə gəlim,

Əl qatanda sənə məşşatə təmaşayə gəlim".

Sən bu məhtab gecəsi seyrə çıxan bir sərv ol,

İzn ver, mən də dalınca sürünüb sayə gəlim.

Mənə də baxdın o şəhla gözülən, mən qaragün

Cürətim olmadı bir kəlmə təmnnayə gəlim.

Mən cəhənnəmdə də baş yastığa qoysam sənlə,

Heç ayılmam ki, durub cənnəti-məvayə gəlim.

Nənə qanında da sənlə əkiz olsaydım mən,

İstəməzdim doğulub bir bu dünyaya gəlim.

Sən yatıb cənnəti röyada görəndə gecələr,

Mən də cənnətdə quş ollam ki, o röyayə gəlim.



_____________Milli Kitabxana______________

Qıtlıq illər yağışıtək quruyub göz yaşımız,

Kuyi-eşqində gərək bir də müsəllayə gəlim.

Sən də səhrayə marallar kimi bir çıx, nolu ki,

Mən də bir seyrə çıxanlar kimi səhrayə gəlim.

Allahından sən əgər qorxmayıb olsan tərsa,

Qorxuram mən də dönüb dini-Məsihayə gəlim.

Şeyx Sonan kimi donquz otarıb illərcə,

Səni bir görmək üçün məbədi-tərsayə gəlim.

Yox, sənəm! Anlamadım, anlamadım, haşa mən

Buraxım məscidimi, sənlə kəlisayə gəlim!

Gəl çıxaq Turi-təcəllayə, sən ol cilvəyi-tur,

Mən də Musa kimi, ol Tura təcəllayə gəlim.

Şirdir Şəhriyarın şeri, əlində şəmşir,

Kim deyər mən belə bir şir ilə dəvayə gəlim?

Azər ayı, 1353

FƏXRİYYƏ ÖLÜMÜ

Seyidin vay səsi gəldi, ocaq söndü, çıraq öldü,

Bizim Fəxriyyəmiz ölsə, çəmənlər soldu, bağ öldü.

Seyid əyləncələr qurmuş, bu şəhrə dil-damaq vermiş,

Seyid ölsə, deyin əyləncə köçdü, dil-damaq öldü.

Seyidin xətminə getmək, bu asanlıqda ki olmaz,

Dizimdə qüvvətim qurtardı, əl yatdı, ayaq öldü.

O bir oğlan idi, yas məclisində varid olsaydı,

Görərdin toy tutuldu, güllər açdı, qaş-qabaq öldü.

Bizi bir ömr güldürdü, dönüb axırda ağlatdı,

Deyin gözlər sulansın, bağımız yandı, bulaq öldü.

Gözüm qalmışdı yollarda ki, bir gəlsin, üzüm gülsün,

Qara bəxtim kitab açcaq, qara görsəndi, ağ öldü.



_____________Milli Kitabxana______________

Seyidin qüssəsi yaddan çrxartdı hər nə matəm var,

Bu dərdü dağ gəlcək hər nə varsa dərdü dağ öldü.

Bu il biz intizardaydıq ki, Təbrizə qonaq gəlsin,

Xəbər gəldi ki: qızlarun qara geysin, qonaq öldü!

Hünərmənd ölməmiş, bir bax, hünər bağında tufandır,

Ağaclar sındı, yarpaqlar saraldı, qol-budaq öldü.

Nə tək Təbrizin, Azərbaycanın fəxri Fəxriyyə

Gedib əldən uzaq düşdü, əzizlərdən iraq öldü.

Bizi başsız qoyub getdin, deyirlər yarü-yoldaşlar:

Niyə bu bivəfa çıxdı? Niyə bizdən qabaq öldü?

Sənə ölmək yaraşmır, xalqı ağlatma, diril, qoy gəl,

Görək birdən genə gülmək dirildi, ağlamaq öldü.

Mən ölmüşdüm neçə illər boyu, sən sağ idin amma,

Özüm də qalmışam heyran: ölən dirçəldi, sağ öldü.

Lətayif söyləmək fənnindən indi bir nəbuğ itdi,

Məhafil gərm qılmaq sənətindən bir ocaq öldü.

O cür kəskin məharət bir də doğmaz, bir də doğrulmaz,

Qəmə-qəddarə qatlandı, qılınc sındı, bıçaq öldü.

Təbiət öldü sənlə Şəhriyarın dağlı təbindən,

Duman qovzandı, cəngəl itdi, dərya batdı, dağ öldü.

DÖYÜNMƏ - SÖYÜNMƏ

Bir qərn də qardaşdan uzaqlaşmaq olurmuş?

Qardaş deyə, bir ömr soraqlaşmaq olurmuş?

Birdən də bu qardaşla qucaqlaşmaq olurmuş?

Bunlar belə ki, ərz elədim, gəldi və oldu!

Mən hər nə məhal fərz elədim, gəldi və oldu!

Biz ayrılalı qərndi qardaşlarımızdan,

Leşlər kimi ayrı düşəli başlanmızdan,

Üzmüş əli qafqazlı qarındaşlarımızdan.

Gör mən nə hal ollam bu qızıl gülləri tapsam,

Rüstəm Əliyev tək gülü bülbülləri tapsam.

Qardaş! Gözüm axtarmada, qoy bir səni tapsın,

Eşqim tilisim dağlan Fərhad kimı çapsın,



Yüklə 2,39 Mb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   106




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə