MəHƏMMƏDHÜseyn şƏHRİyar seçİLMİŞ ƏSƏRLƏRİ



Yüklə 2,39 Mb.
Pdf görüntüsü
səhifə38/106
tarix15.03.2018
ölçüsü2,39 Mb.
#32089
1   ...   34   35   36   37   38   39   40   41   ...   106

_____________Milli Kitabxana______________

Qalx, qaldır, ey mələk, aləmi-inqilabı sən.

Nöqsana, eybə pərdə çəkər, gizlədər niqab,

Ey gül, götür üzündən, ayır o niqabt sən.

Ağlar bulud ki, gülşəni-aləmdə gül gülə,

Gülsən o gül kimi, dağıdarsan səhabı sən.

Öz haqqın istəyərsə qadın, söylə bir görək,

Hardan, necə, nədən verəcəksən cavabı sən.

Ağ gün gətirdi şeyxə sənin qarə paltarın,

Qarə gününlə qarə edibsən hicabı sən.

Meydən danışma şeyxə, ona mey nəyə gərək?

Xalqın qanın içir, yerə əndər şərabı sən.

Düşdü güzarmız yenə də qəm diyarına,

Bir yolluq eylə qafilədən bu sərabı sən.

Şərin cırağı olmasa, aydındı yolların,

Öz xeyr əməllərinlə qazandın savabı sən.

Saqi, dayan, qulağa pıçıldar bahar yeli,

Şövq ilə səslə bir də bu eşqi-əzabı sən.

Dünya qopanda qəm qopacaq hər tərəfdə, bil,

Fövt etmə fürsəti, götürüb çal rübabı sən.

Gör ki, necə bu çərxi-fələk firlanır hələ,

Yad eylə torpaq olmuş o Əfrasiyabı sən.

Xacəylə, şeyxlə vuruşur Şəhriyari-şeir,

Çöndər, varaqla bir də o zəngin kitabı sən.



EY QADIN!

Hüququndan söhbət ac, bir söz söylə, ey qadın!

Ağır zəncirləri qır, düşsün dillərə adın.

Bu matəm paltarını parçala bir gün səhər,

Sənin aydınlığından işıq alsın üfüqlər.

Son ki, həyat nəfəsli Məsiha yaratmısan,

Bəlkə yeri, göyü də elə sənsən yaradan.

Sən günəş timsalısan, yaraşıq ver özünə,

Ox ol naməhrəmin də, məhrəmin də gözünə.

Dinib-danışan saz ol, yaşa nəğmələr kimi,




_____________Milli Kitabxana______________

Bu sonsuz kədərinlə parçalama qəlbimi.

Şərəf-şan bayrağını ucalt öz əməlinlə,

Səadət bayrağını sanc dünyaya əlinlə.

İstərm görünməsin bir də gözlərində nəm,

Mərd ol, cəsarətini görsün bütün bu aləm.

Sən aysan, öz başına yumruq niyə döyürsən?

Düyünlə yumruğunu, şeyxin başına döy sən!



FƏLƏYİN BAYRAMLIĞI

Ay keçdi, il dolandı, ondan nişan gəlmədi,

Bahar gəldi, gül açdı, namehriban gəlmədi.

Sən qara ürəklisən, ey bayram, üzün qara,

Azadə insanlara bayram əlvan gəlmədi.

Dostlar qonaq gələrdi hər il şəkərə, qəndə,

Fəqət ürək qanına kimsə mehman gəlmədi.

Mənim evim yox daha, məntək xanimansızın

Görüşünə bir nəfər, bircə insan gəlmədi.

Hara uçub getdi bəs mənim ağ göyərçinim,

O mələk aşiyana niyə bir an gəlmədi.

Məhəbbət carçıları harda qaldı görəsən,

Niyə geri dönmədi, o karvan gəlmədi?

Bayramlıq nə gətirdin bu il bizə, ey fələk,

Get-get, səndən nə ümid, nə də aman gəlmədi.

Hamı görüşə gədər sabah biri-birinə,

Kasıbın görüşünə qoca, cavan gəlmədi.

Acı göz yaşlarına alışıb döz, ey ürk,

Yaxşılara dünyadan bir ərməğan gəlmədi.

Ürəyini, qəlbini mənfəətə bağlama,

Gözü tox insanlara bundan ziyan gəlmədi.

Cavanlıq qüruru da ötəridir dünyada,

Ömür də, cavanlıq da, bil, cavidan gəlmədi.

Bahar gəlir, o yandan bu ömür gülşəninə

Kim deyir ki, bahardan sonra xəzan gəlmədi?

Dünyaya bənzərin var, dünya kimi vəfasız,




_____________Milli Kitabxana______________

Vəfa iyi dünyadan, bu cahandan gəlmədi.

Acı dərdlər əlində sümüyə dönmüş bədən,

Qurmadı huma quşu bir aşiyan, gəlmədi.

Səndən başqa kimsəni yad eyləməm dünyada,

Adım sənin dilinə heç bir zaman gəlmədi.

Dostların ürəyini həmişə şəfqətlə al,

Əsl dostlar, sevgilim, ələ asan gəlmədi.

Vüsalın həsrətiylə yaşayırdım, dözürdüm,

Bu qədər dərd əlində boğaza can gəlmədi.

Ey səba küləyi, gəl yadına sal əhdini,

Bayram gəldi, görüşə yenə canan gəlmədi.

Eşqin əfsanəsini oxuma, ey Şəhriyar,

O, qəm saçır, dilinə özgə dastan gəlmədi?!



MƏN OLMAZ

Rəqibim hünərimi oğurlasa, mən olmaz,

Bir gül bitirmək ilə tulanbar gülşən olmaz.

Qızıl zəmi biçəsən gümüş oraqla gərək,

Yoxsa bir neçə sünbül döyülsə xərmən olmaz.

Bir məhrəm çobanı var Turi-Təcəllanın da,

Ondan qeyri bu dağın sirrini bilən olmaz.

Küp başında yeddi növ mey içəndən soruş sən,

Hər şərab igidləri yerlərə sərən olmaz.

Sərt tufanlar tacını tarac eyləsin gərək,

Yoxsa dağın sinəsi yox yerdən mədən olmaz.

Şüşənin boğazına usta üfürsün gərək,

Hər naşının dodağı şüşüfürən olmaz.

Hafiz atəşgahında yanmaq mənim qismətim,

Axı hər yanan çıraq zülmətlər dələn olmaz.

Bu daş ürəkli təbib məndən dərman əsirgər,

Məgər qol sınan zaman ağrıyan bədən olmaz.

Soyuq küləklər əsən bir yerdə, bir məkanda,

İki yüz şam alışdır, yenə də rövşən olmaz.

Sədəf xəzinəsindən ayrıldınsa, qabıqsan,

Cəvahir bazarında sənə göz dikən olmaz.

Kişilik xislətini sən yerin bətnindən al,




_____________Milli Kitabxana______________

Bu qoca Zal bir daha bəhər gətirən olmaz.

Sinələrdə boğulan ümid fəğan doğurur,

Heç bir ölüm şivəni bu sayaq şivən olmaz.

Sanma ki, gül qıranda susdurdun bülbülləri,

Bilmədin dil tikanı olmayan süsən olmaz.

Necə mum tək əriyib, yanmayım atəşdə mən,

Əzizlərim, aşiqin qəlbi dəmirdən olmaz.

Tənələrin oxuyla Yəqub tikdi yaxasın,

Fəqət bir köynək ətri həmin pirəhən olmaz.

Güllər yağır ətəkdən, qaç çəməndən yel kimi,

Qan izi var bu yerdə, çəmən o çəmən olmaz.

Dostları candan sevən, hanı səntək Şəhriyar,

Düşməndən dost olmamış, dostdan da düşmən olmaz.



QIŞ AĞASI

Qış ərbabın çiyninə xəzli palto salıbdır,

Qar altında yoxsulun lüt bədəni qalıbdır.

Bu dövlətsarayların yolun tanımayan qış,

Bizim matəmsəradan bir gün uzaq olmamış.

Zülüm saraylarına baş əyir qar, yağış da,

Kasıbın dərisini soyur şaxtalı qış da.

Yoxsulun bu ölkədə dərdi var, dərmanı yox,

Mürüvvətsiz təbibin pulu var, vicdanı yox.

Acı göz yaşlarında can ver, azadə insan,

Ürəksizdi, alçaqdan aman istəmə, aman!

Kimə pənah apardıq, açılmadı bu müşkül,

Əllər, qollar bağlısa, müşkül açılan deyil.

Oyun zamanı yadlar tanış maska geyindi,

Oyun qurtaran kimi, yad üzlər də göründü.

Hər atəş fərmanına can tapşırdı alaylar,

Viran qalsın, dağılsın fərman verən saraylar.

Ruzusunu bu xalqın möhtəkirlər mənimsən,

Bu əjdaha qarınlar iti bir kəsər istər.

İzzətlə verməyindən, zillətlə almaq gərək,

Ağılsızın, qanmazın yadına salmaq gərək.

Hərif istehza edib Şəhriyara söylədi:

Yoxsulları tuturlar, ehtiyatlı ol, dedi.



Yüklə 2,39 Mb.

Dostları ilə paylaş:
1   ...   34   35   36   37   38   39   40   41   ...   106




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə