MəHƏMMƏDHÜseyn şƏHRİyar seçİLMİŞ ƏSƏRLƏRİ



Yüklə 2,39 Mb.
Pdf görüntüsü
səhifə44/106
tarix15.03.2018
ölçüsü2,39 Mb.
#32089
1   ...   40   41   42   43   44   45   46   47   ...   106

_____________Milli Kitabxana______________

O xütən ceyranını bil ki, döyüb bağtadılar.

Əhd-peyman elədi qarğalar ilə güllər,

Bülbülün gözlərinə qum ələyib bağladılar.

Neçə huşyar tapılıb, dostlarımın qollarını,

Gözümü zülmət ilə sürmələyib, bağladılar.

Hanı el oğlu cavanlar ki, Vətən eşqi ilə

Yükünü sevgi, məhəbbət çiləyib bağladılar.

Hər döyüş vaxtı qılıncı kəfənin üstə qoyub,

Mərdi-mərdanə vuruşlar diləyib bağladılar.

Şəhriyar, doldu qara qarğalar ilə bağımız,

Bülbülün nitqini sus, dinmə, deyib bağladılar.



AYIN KÖLGƏSİ

Mənim aydan da nurlu, nur selindən sərvətim vardır,

Bu bəxt aynamda ahımdan qutarmaz dövlətim vardır.

Qapında qalmışam, qallam, vəfalı qul kimi vallah,

Bilənlər bildi, şahımsan, yanında hörmətim vardır.

Dilimdə nəğmə, seyr etdim xəyalən göy çəmənlərdə,

Nə yaxşı, ahu gözlüm, tək səninlə ülfətim vardır.

Dönən namərd fələk mənlə oyunlar oynadı, bəsdi,

Başımda bu papaqdandır ki, ali qiymətim vardır.

O kirpik oxlarından da mənim bir zərrə qorxum yox,

Gözəllik padişahımdan tükənməz qüvvətim vardır.

Mənəm şahlar şahı dilbər, bu sevgi aləmində bil,

Hünərdə, sevgidə sonsuz, ilahi şöhrətim vardır.

Bu sevgi dünyamız bir də mənə yol verdi, xoşbaxtam,

Ucaldım, gördüm əfsus ki, bu yolda həsrətim vardır.

Ağırdır ayrılıq dərdim, ürəkdə qəm yüküm hədsiz,

Bu gücsüz canda bir gör ki, çəkilməz möhnətim vardır.

Özüm təqsirkaram, gərçi sinəmdə dərd-qubar bağlar,

Bu dərdi silməyə ahimlə ey yar, cürətim vardır.

Şeir şahiddi, şahiddi, məhəbbət ləl, cəvahirdir,

Sübuta ehtiyac olsa, əlimdə fürsətim vardır.

Kaman qaşlarını dilbər, xəyalım rəsm edər hər dəm,

Üzün görmək üçün hər gün zamandan möhlətim vardır.

Deyir ki, Şəhriyar, yarın camalı nurlu dünyadır,

O nurdan könlümün gör ki, evində sərvətim vardır.



_____________Milli Kitabxana______________

RUZİGARIN BƏDBƏXTİ

Aldı zülfün bil qərarım, qalsın onda yadigar,

Zülfün almış çün qərarım, qalmışam mən biqərar.

Ruzigarın əlləriylə ol pərişan zülflərin

Halımı pamal edib, olmuş pərişan ruzigar.

Qalmışam meyxanə küncündə xəyalınla sənin,

Mehrili bir cüt gözün camında olmuş aşikar.

Daşla az doy qapını, zahid, gəlib bir yaxşı bax,

Burda kuzə tez sınar, yoxsa ki, pəhriz tez sınar?

Gözləri tovdan düşər baxsa fələk bu ay üzə,

Gecələr qoymaz yatam sübhə kimi ayüzlü yar.

Qəlbimə çəkmiş hasar, zindana salmış tellərin,

Ey şahım, ey aycamallım, de, nədir böylə hasar?

Zülfünün sevdası aşiq qəlbimi bərbad edib,

Oldu asudə başım eşqinlə bil sərmayədar.

Ahu tək qaçdım cəmiyyətdən, dedim azad olum,

Ahuya bənzər gözün etdi məni məndən fərar.

Gəlməsən ölləm daha, yoxdur amanım cismidə,

Gözlərim yolda, özüm xəstə, könül də intizar.

Qış bahar olsun mənim qoy qəbrim üstə gəlməyin,

O pərişan zülfünün ətriylə dolsun ta məzar.

O cəmalın şövqünə ollam qəzəlxan mən yenə,

Çünki bülbül də qəzəlxanlıq edir fəsli-bahar.

Bil, qəzəldə Şəhriyar olmaq mənə bəs eyləyər,

Məndən özgə ölkədə yoxdur daha bir Şəhriyar.

VƏTƏNƏ QAYIDARKƏN

Yenə qanadlanıram mən vətən havası ilə,

Necə qanadlanar hər quş bahar yuvası ilə.

Vətən sarı yeriyən qafilə dağı oyadır,

O şad xəbər gətirən zənglərin sədası ilə.

O doğma yurda yetişsəm, ürək də hiss edəcək,

Axı Xütən qoxuyur yurdumun havası ilə.



_____________Milli Kitabxana______________

Ona şükür edirəm, yar ilə diyarə yetib,

Qovuşmuşam yenə də dostların vəfası ilə.

Vəsalət istəyirəm qəhrə getmiş eşqin üçün,

Necə ki, tövbəni rind sındırar rizası ilə.

Açıbdı bülbülə bənzər təbim yenə dəhənin

Ki, qönçələr açılar nəğmənin nidası ilə.

Nə xoşdu nəğmələrim birləşə bahar yelinə,

Çəməndə rəqs edə güllər onun səfası ilə.

Nədəndi gül şaxına qonmağa cəsarəti yox

O bülbülün ki, qalıb hicranın cəfası ilə.

Fəqət nə fayda ki, hər yerdə üzbəüz oluram

Bu hiyləgər fələyin mən yenə cəzası ile.

Köçüb gedən o əziz dostların yeri görünür,

Sədaları qarışıb çöllərin nəvası ilə.

Gətirdi oğlunu Kənana nalə ilə Yəqub,

Fəqət məzarda görüşdü oğul atası ilə.

Gözümdə qətrələnən yaş deyil, ürək qanıdır,

Əqiqə bənzəyir o, rəngi, həm bəhası ilə.

Bacılarım yığılıb dövrəmə bir halə kimi,

Necə ki, halə salar dövrə ay ziyası ilə.

İnan ki, Şəhriyarın qəlbdən qəmi silinər

Fəqət bu doğma, əziz torpağın dəvası ilə.

GÖZ YOLDA

Neçün gəlməz təbibim, qalmaya könlümdə dərd pünhan,

Neçün döyməz qapım canan, yığılsın gözlərim yoldan.

Nə dərdimə olar dərman, açılmaz sübh, gecə zindan.




_____________Milli Kitabxana______________

Bu hicranla keçən ömrü amandır, sayma sən asan.

Yarın ətrin gətirsə sübh yeli qoy canımı alsın,

Səhər vaxtı sönən şamtək verərəm canımı qurban.

Dəmirtək pəncənə sən də güvənmə çox da, ey səyyad,

Rəvadırmı bahar fəsli edirsən bülbülü nalan.

Səhər nərgiz gözündə şəbnəmə bənzər axan yaşlar,

Bunu dərk eyləyər ancaq gözündə nur olan insan.

Səhər meh əssə torpağa düşər şeh danəsi mey tək,

Bu bağda lalələr yanmışdır yaz vaxtında, bağtından.

O güldən də gözəl hüsnə nəzər salmaq nə müşküldür,

Tamam nazdır, tamam qəmzə, baxan insan olur heyran.

Məni öz oğluna dilbər, əgər irsən ata etsən,

Bu sevdada qazancım tək ata olmaq olar, canan.

Əgər söndürsə mehr ilə məhəbbət şəmini gərdun,

Mahaldır, söndürə bilməz hünər şamını heç dövran.

Əsər qoy Şəhriyar, sən də əgər cavidlik istərsən,

Cahanda kim əsər qoysa olar aləmdə cavidan.



YARI YAD ETMƏK

Bahar olanda gəlir xatirimə yar mənim,

Oyadır xatirəmi şövq ilə bahar mənim.

Güləndə gün göy üzündə bulud tökər yaşını,

Ürəyim ağlayacaq anda zar-zar mənim.

Elə artar qəmimin, fəryadımın da sayı bil,

Özünə dərdli sinəm dərdləri bağlar mənim.

Gətirər sübh yeli yarımın ətrin, nə gözəl,

Yadıma bir də düşər ətri-zülfi yar mənim.

Görəndə laləni dağın döşündə, kövrələrəm,

Dağlı könlüm darınxıb gör nec ağlar mənm.

Yada düşdükcə nigarımla keçən günlərimiz

Gözlərimdə bu çəmən, gül də olar yar mənim.

Yaz da yaşıl geyinib, barlı olur bağlar da,

İlahi arzularım verməyibdi bar mənim.

Çəməndə bülbül ötər, gül görünsə gözlərinə,

Nədəndir güllər olur gözlərimdə xar mənim.



Yüklə 2,39 Mb.

Dostları ilə paylaş:
1   ...   40   41   42   43   44   45   46   47   ...   106




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə