MəHƏMMƏDHÜseyn şƏHRİyar seçİLMİŞ ƏSƏRLƏRİ



Yüklə 2,39 Mb.
Pdf görüntüsü
səhifə85/106
tarix15.03.2018
ölçüsü2,39 Mb.
#32089
1   ...   81   82   83   84   85   86   87   88   ...   106

_____________Milli Kitabxana______________

Ondan can alıb çapır öz atın,

Hər zərrəsi var bu kainatın.

Güc mərkəzidir o, kəhrəbanın,

Gülzarıdı hüsnü dilrübanın.

Gah bir gözəlin gözündə parlar,

Gah cəzbə dönüb ürəkdə çarpar.

Hüsnün odu gah işıq saçar, şən,

Eşq atəşi tək yaxar da bəzən.

İnsan xəmirindədir o fitrət,

Bimayə xəmir fətirdir əlbət.

Görmüşsə ürək həyat səfasın,

Haqdan nur alıb saçar ziyasın.

Zövq ilə keçərsə xoşdu sevda,

Canlar qovuşarsa, nuşdu sevda.

Zövq ilə hünərdir ömrün əsli,

Puçdur qalanı, bu - yaz nəfəsli.

Zövq olsa taparsan övliyalıq,

Bir də təbiətlə aşinalıq.

Şeir ilə bu musiqi cahanmış,

Yoltək əbədiyyətə uzanmış.

Tut şeri, kədərlə gəl vidalaş,

Tapsın səni ol, vəfalı sirdaş.

Allah nuru parlamazsa qəlbdə,

Tapmaz yolunu nicata qəlb də.

Dünyada nə var həyat üçündür,

Allah deyilən büsat üçündür.

Məktəbdi bizə bu zövq, bu nəşə,

Allahı tanıtdırar həmişə.

Ol şəxs ölümə gülər, sınaqdan

Cürətlə çıxıb qazansın ad-san.

Əzbərləməsən ilahi dərsi,

Seçməz şüurun avandı, tərsi.

Vardır çoxu, anlamır, zəmanə

Zindandır ona, ömür bəhanə.

Əflakə tərəf dilərsən uçmaq,

Eşqin qanadıyla uç sən ancaq.



_____________Milli Kitabxana______________

Zövq olmasa, yox hünərdə qüvvət,

Əfsus, hər hünərdə yox bu nemət.

Axtarma səfanı bihünərdə,

Şər çöl də məgər dəyərmi dərdə?

Vermə ürəyi, əmanətindir!

Allahsız ilə həyat çətindir!

Yazıqsan, əgər bəyəndiyin ər

Qəlbən kor ola, ağılca bitər.

Get zövqü səfaya doğru yalnız,

Hərçənd bular tapılmır, ay qız.

Bax, haq yolu xudpəsəndlər azmış,

Sev Allahı, qisməti o yazmış.

Qandan, qadadan keçib gətirsin,

Allah səni arzuna yetirsin.

Sanma gecəni nahaq buraxdım,

Əfsanə deməklə keçdi vaxtım.

Dağlar ağarırsa sübh gözündə,

Şamım də oyaqdı, mən özüm də.

Bir şam ki, odu qapar çıraqdan,

Bənzər o gözə - axır bayaqdan.

Mən guşənişinəm, əhli-zöhdəm,

Bəs mənlə neçindi fikrin həmdəm?

Mən ki belə küsmüşəm cahandan,

Neyçün xəyalın olub mənə can?

Saysaq gecənin girovu xabdır,

Yuxsuzluğumuz hara hesabdır?

Sənsiz olaramsa, ey gül, əlhaqq,

Ollam o dəm Allah ilə ancaq.

Qəlbim sənə arzular səadət,

Şerim də edir buna şəhadət.

Dövrün pərisi, amandı, barı,

Düşsün fələyin sənə baharı.

Dünyada əgər kama çatarsan,

Xoşbəxtlik oxun demək atarsan.

Ömrün uzun olsa, gör həyatı,

Bir dəfə oxu bu xatiratı.



_____________Milli Kitabxana______________

Xatırla ki, yatmadım gecə, çün

Əfsanə dedim, qala səninçün.

Sidqilə dedim göyə, a kəklik,

Tanrım sənə eyləsin köməklik.

Xidmətlərimi o dəmdə yad et,

Köçmüşsəm əgər, bu ruhu şad et.



_____________Milli Kitabxana______________

NİŞABURDA

Dostlarım düşdü uzaq, getdi Vətən,

Qaldı bir xəstə ürək, xəstə bədən.

Düşmüşəm bir yerə - yoxdur bir adam,

Olsa da gərçi, vilayətdə yadam.

Nə qədər varsa kasıb - oğru, rəzil,

Hökm edir varlı da zülm ilə: əzil!

Lotuluqla qoçuluq "şanlı" əməl,

Bitirib qəın çölü kor ilə keçəl.

İsməti, canı sayırlar əsil ov,

Özü öz qollarına canlı buxov.

Hamı arsız və xeyirsiz, gücü az,

Amma xəncərlə bıçaq vurmağa saz.

Badə pulsuzsa, olur badəpərəst,

Badə olmazsa, olur qan ilə məst.

Çoxunun geyməyə yox şalvarı, bax,

Lakin hazırdı qılınc ilə bıçaq.

Bilməyirlər nədi ya qazıxana,

Uğrayırlar ya da itoynadana.

Hər yan avarəçilikdir, lotuluq,

Hələ min fitnə-fəsaddan da boluq.

Tiryəki, şireyidir bir parası,

Qamazlıq qurudub, yox çarası.

Hərənin qəsdi ölümdür özünə,

Bənzəyir iblisə, baxsan üzünə.

Hamının evləri dar zirzəmidir,

"Ev"ə, "evdar"a ürək nifrət edir!

Nurludur, gendi qarışqa yuvası,

Buradan xoşdu məzarın havası.

His tutan dər-divan sanki yanıb,

O, qəmin palçığı ilə suvarııb.

Döşəmə yoxdu, kəsif torpağı var,

O rütubətli gilin göz dağı var.

Zöhrənin yox günəşi, dam qarışıq,

Qazmanın daxilinə salsın işıq.

Bu lal, iflic, bu çolaq, kor nə demək?




_____________Milli Kitabxana______________

Öldürürlər sağ ikən gordakıları!

O rütubəli çuxur yerdə, aman!

Torpağın cövhəridir, vermədə can!

Dəhlizin kərpici dibdən başadək,

Qaradır zağlı kömür parçasıtək.

Nəzər et burdakı ölgün şama bir,

Qəbrin üstündə yanan şam kimidir.

Qazmalardan ucalan tüstü bu an

Elə bil gürzədi, qalxır yuvadan.

Burulan tüstü ilandır deyəsən,

Xəlqi də çalmış o andır, deyəsən!

Əlqərəz, sirli bir aləmdi bura,

Adı məşhur o cəhənnəmdi bura.

Ürəyə nur çiləyən vadiyə heyf!

Dil "Fərəhbəxş"ə gərəkdir deyə: heyf!

Geyinib göy donunu dağ, dərə, düz,

Al-yaşıldır ora başdan-başa, süz.

Qəlbə şadlıq gətirir sübhün üzü,

Küləyin ətri açır könlümüzü.

O tukənməz, o əziz nemətin, ah,

Bilməmək qədrini ən ali günah.

Şəhər ətrafı verir ruha cila,

Şəhərin daxili möhnətdi, bəla.

Şəhri viranəlik atmış bir oda,

Görə bilməz onu düşmən yuxuda.

Axı yarəb, nə günah işləmişəm,

Qəzəbinlə belə bir dərdə düşəm?!

Niyə xarlıq gülə üzağlığmıa?

Qıyma gəl, burdakı dustaqlığıma!

Bir yerin Mücrüm isə qibləgası,

Bəndənin orda hünərdir günahı.

Nə deyim, bircə günahımdı-hünər,

Yoxdu "təqsir" daha bundan da betər.

Deyiləmsə mən özüm əhli-ədəb,

Bağlıdır onlara sinəmdəki qəlb.

O qədər onlara sadiqdir ürək,

Tanıyır varlığımı göydə fələk.




Yüklə 2,39 Mb.

Dostları ilə paylaş:
1   ...   81   82   83   84   85   86   87   88   ...   106




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə