_____________Milli Kitabxana______________
Fəthülfütuh - qələbələrin qələbəsi, zəfərlərin zəfəri.
Fışqa - fit, fiştırıq.
Fövq - üst, yuxarı.
Fülus - xırda pul.
Füzəla – fəzillər, fəzilət sahibləri.
-G-
Gədik - dağ aşırımı.
Gərdun - dolanan, dönən; fələk, tale; göy, səma.
Girdəkan - qoz.
Giriban - yuxa.
Gülbəsər - gülü üstündə olan tər xiyar.
Gülçin - gül dərən; seçilmiş, seçmə, hər bir şeyin əlası.
Gürbə - pişik.
Güşvarə - sırğa.
Güzər - keçmə, yol getmə; əl çəkmə.
-H-
Hadi - yol göstərən.
Hal-qal - sufi istilahlandır.
Hamaş - yol yoldaşı.
Hampa – kənd varlısı (XIX əsrin sonu, XX əsrin əvvəllərinə aid istilah).
Havar - hay-haray, kömək.
Hayil - burada: qorxunc, nəhəng, azman.
Həkəm - hakim, münsif.
Həllənmək - həll olmaq.
Həmil – hamilə, boylu,
Həmlə - hücum.
Həmsər - yoldaş, həyat yoldası, arvad.
Həndil - maşınları öndən işə salan əyri açar (dəmir).
Hənindirmək – nəfəsdən salmaq, əldən salmaq.
Hənzəl - acı xiyar, it xiyarı.
Hərəc - qorxu, təzyiq.
Hərim - hərəm, gizli, toxunulmaz yer.
Həsbhal - kef-əhval bilmə, halından xəbər tutma.
_____________Milli Kitabxana______________
Hətmən - hökmən
Hazyan - sayıqlama, mənasız, havayı sözlər.
Hicab - pərdə, örtük; utanma.
Hövlə - dəsmal.
Hövləsək - hövlnak
Hünərmənd və məcliskərm - hünərli, bacarıqlı və məclis qızışdıran.
-X-
Xanevadə -ailə.
Xare - qranit daş.
Xatəm - sonuncu; üzük.
Xeymə - çadır.
Xəffaş - yarasa.
Xəlfə - məclisdə başçılıq edən; keçmişdə molla məktəblərində müəllimin
(mollanın) köməkçisi.
Xərdəl - xardal.
Xəs-çör - çöp, çırpı.
Xətminə getmək - sonuna yetmək, axıradək getmək.
Xizab - tünd qırmızı rəngli boyaq.
Xorata - boş danışıq, dedi-qodu.
Xum - küp; qədim Azərbaycan atəşpərəstlərinin içkisi.
-İ-
İcbar - məcburiyyət.
İctinab - saqınma, çökinmə.
İffət - namus, mənəvi təmizlik.
İxlas - rəxnə salma, pozma, xələl qatma.
İxlas - təmiz məhəbbət, sədaqət, ürəyi təmizlik, səmimiyyət.
İxtiyar - qoca.
İmamət - imamlıq etmə, məzhəb işlərində rəhbərlik etmə.
İnficar - partlayış.
İns - insan.
İntıha - sona çatma, axıra yetişmə, tükənmə, bitmə, axır, nəhayet.
İntixab - seçmək.
_____________Milli Kitabxana______________
İntisab - nəsb etmə, birləşdirmə.
İnziva - guşənişinlik.
İstəxr - göl.
İstiqbal - gələcək, qarşılama, gələn adamın qarşısına çıxmaq.
İstir – istəyir.
İştibah - səhv, nöqsan, şübhə.
İştiyaq - arzu etmək, çox istəmək, həsrətində olmaq.
-K-
Kəc - əyri.
Kəftaş - ayaqqabı tikən.
Kəmər - bel.
Kəmin (e) - aciz, həqir; ən azı,
Kənkan - quyu qazan.
Kərdi - bostan, lək.
Kəsil - yorğun.
Kət - kənd.
Kəzmə - yaranın gözü, qaysağı.
Kişvər - ölkə.
Küfr - kafirlik, Allaha inanmamaq, dinsizlik, inamsızlıq, söyüş, asi olmaq,
Küpsədi - çırpdı.
-Q-
Qacıtmaq - qanırmaq.
Qadaş - qardaş
Qafil etmək - xəbərsiz saxlamaq.
Qafilə - karvan.
Qanalar - meynələrin söykəndiyi torpaq qalaqlan.
Qapsamaq - bürümək, göturmək, ələ keçirmək.
Qarındaş - bir ana bətnindən çıxan bacı-qardaşlara deyilir.
Bu söz tədricən qardaş şəklinə keçmişdir.
Qavırıx - qovuruq
Qazalaq - quş növlərindən biri
Qeybnüma - gizlin aləmləri göstərən
Qəhhar - qüdrətli, güclü; məcbur edən.
_____________Milli Kitabxana______________
Qəhvarə - beşik.
Qəm - əsr.
Qəndil - çilçıraq; sünbül kimi sallanmış çiçək; alma növü.
Qəni - varlı, dövlətli.
Qərə qeyid - qara fikir, dərd.
Qəvi - böyük, nəhəng, qüvvətli.
Qəvza - dikəlt, qaldır.
Qəzal - ceyran.
Qəzov - qədər - tale, taleyin gərdişi.
Qıbrax - qıvraq, cəld, sağlam.
Qissə - hekayət, nağıl,
Qiyas - tutuşdurma, müqayisə; bənzətmə, ölçü.
Qov - qığılcım.
Quş - biyaban-qulyabanı.
Qürfə - eyvan.
Qüsur - burada qəsrlər.
-L-
Lamihalə - çarəsiz, istər - istəməz; şübhəsiz, labüd; heç olmasa.
Ləhzə - an, saniyə.
-M-
Mağıl - heç olmazsa.
Mah - ay.
Mahal - baş tutmayan, çətin.
Mar - ilan.
Matəmsəra - yasxana.
Mehrə gəlmək - məhəbbətə gəlmək, sevmək.
Mehri-çöhrə - üzün günəşi, gözəlin üzündə parlayan günəş.
Məbədi-tərsa - kilsə.
Məbhut - mat, heyran.
Məbus - göndərilmiş elci; xalq vəkili, deputat.
Məclisgərm - məclisqızışdıran.
Mədar - mərkəz, orbit; ox, mehvər; özül, təməl.
Məgəs - milçək.
Məhafili – gənn - qızğın keçən yığıncaq, məclis.
_____________Milli Kitabxana______________
Məhcub - örtülü, utanan, utancaq.
Məhfil - yığıncaq yeri, toplanmış həyət; məclis.
Məhtab - ay işığı.
Məxrubə - xarab edilmiş, dağıdılmış, xaraba qalmış.
Məxzən - xəzinə.
Məqfur - bağışlanmış.
Məlul - qəmli.
Məncəlab - bataqlıq, çamır, çirkli su.
Məndil - süfrə, sovqat bağlısı, yaylıq.
Mərkəb - minik heyvanı, dəvə, gəmi.
Məşşaq - məşqçi.
Məzrəə - tarla, əkin.
Midad-kağızı - qələm, kağız.
Minbər - burada: çörək yığılan səki.
Misdaq - layiq, uyğun.
Mişkfəşan - müşksaçan, ətirsaçan.
Mötəmən - təmənna edən.
Mövc - dalğa.
Mövla - sahib, yiyə; cənab, ağa; hami, havadar.
Muşək - raket.
Mübhəm əsrar - gizli sirlər.
Müdam - daima, həmişə, arasıkəsilmədən.
Müdara - zahirdə dostluq göstərmə, üzə gülmə; dözmə, qatlaşma; yubanma.
Müdava - dərman vermək, müalicə.
Müdərris - mədrəsə müəllimi, din alimi.
Mühəyya - hazırlanmış, tədarük olunmuş, hazırlığı görülmüş, bərpa olunmuş.
Müjgan - kiprik.
Münacat - gizli söhbət, gizli müsahibə, söhbət; Allaha dua etmə; Allaha xitabən
yazılmış klassik şeir forması.
Münadi - çağıran, səsləyən.
Münqələb – həyəcanlı, narahat.
Münzəvi - guşənişin, yalqız həyat keçirən.
Mürəttəb - tərtib olunmuş, sıralanmış; qaydaya, nizama salınmış; tərtibli,
müntazəm.
Dostları ilə paylaş: |