MəHƏMMƏDHÜseyn şƏHRİyar seçİLMİŞ ƏSƏRLƏRİ



Yüklə 2,39 Mb.
Pdf görüntüsü
səhifə83/106
tarix15.03.2018
ölçüsü2,39 Mb.
#32089
1   ...   79   80   81   82   83   84   85   86   ...   106

_____________Milli Kitabxana______________

Can verdi, qan verdi, qeyrət verdi o,

Bizə insaf verdi, mürvət verdi o.

Bizə əl verdi ki, imdada çataq,

Yıxılan bir kəsin qolundan tutaq.

Bizə ağıl verdi - vicdanlı, mətin,

Dərk edək dərdini bəşəriyyətin.

Sussun o ürək ki, buzdan soyuqdur,

Üzülsün o qol ki, yardımı yoxdur.

Kor olsun o göz ki, alovlanmaya,

Bir insan könlünə işıq salmaya.

İnsan dərdlərinə biganə insan

Quru bir kötükdür başdan, binadan.

Bu qoca dünyanın seyrinə sən gəl,

Təbiət nə qədər gözəl, mükəmməl...

Necə mehribandır çöldə çiçəklər,

Eyni səmtə əsir əsən küləklər.

Çöllərdə ceyranlar dəstəylə gedir,

Dənizdə ləpələr qol-qola verir.

Yeddi qardaş ulduz - işıqlı, iri,

Hələ bircə dəfə küsməyib biri.

İnsan da dünyada - bir çiçək, bir quş,

Onun da xilqəti belə saf olmuş.

Bəs hardan yarandı ikitirəlik?

Haçan zəhərləndi bu qan, bu ilik?

Nədir bu canilik, bu ölüm, bu qan?

Biz ki təmiz idik başdan, binadan.

Sən ey mələk qədər müqəddəs insan,

Ey adı günəşlə qoşa dayanan!



_____________Milli Kitabxana______________

Neçin mələk ikən tblisə döndün,

Qızıl günəş ikən qaraldın, söndün?

Zülmətə çevrildin, sən bir nur ikən,

Bataqlıq yaratdın, saf, büllur ikən.

Dünyaya od-alov tökürsən bu gün,

Dünən qurdugunu sökürsən bu gün.

Göydə ulduzlara sığal çəkirsən,

Fəqət yer üstündə zindan tikirsən.

Baxıram əynində təzə paltara,

Zahirin parlaqdır, batinin qara.

Başında kamalın, biliyin də var,

Daha dəhşətlidir bilikli xunxar!

Biliksiz olmağın bəlası birdir,

Bilikli canilik daha betərdir.

Hansı mərtəbəyə gör çatıb bəşər:

Silahlanıb fitnə, yaraqlanıb şər.

Boynunda qalstuk, əlində silah,

İnsan qiyafəli yırtıcı timsah!

Üzdə mədh eləyir mədəniyyəti,

Ancaq batindəsə fikri, niyyəti

Dağıtmaq, qopartmaq, parçalamaqdır,

Sözü ipək kimi, dişi - bıçaqdır.

Gecələr dalıram gur şəhərlərə,

Gecələr bənzəyir al səhərlərə.

Heyhat, göz güldürən bu işıq, bu nur

Onun silahında ölüm, qan olur.

Deyin, bununçünmü Edison məgər,

Əlləşdi, vuruşdu uzun gecələr?



_____________Milli Kitabxana______________

Gözünün nurunu o gilə-gilə,

Əridib axıtdı bir cüt naqilə.

Düşündü: insana bu, bir köməkdir,

İnsan işıq görüb sevinəcəkdir.

Axacaq ürəyə, idraka işıq,

Bəs niyə nigaran, naçar qalmışıq?

Siz ey yer üzünə ölüm yayanlar,

Zərif duyğuları tapdalayanlar!

Siz ey müstəmləkə havadarları,

Dünyanın "mədəni" canavarları!

Yurdları qurd kimi qamarlayanlar,

Dünyanı min yerdən hasarlayanlar!

Raketlə, tankla, topla, tüfənglə,

Cılız bir ürəklə, dar bir diləklə.

Bu böyük dünyanı tikələyənlər,

İnsanlıq adını ləkələyənlər!

Bilik sizin üçün fitnədir yalnız,

İşığı bəbəkdən qoparırsınız.

Baxıram dünyanın xəritəsinə,

Bu başı bəlalı Yer kürəsinə.

Dünya zolaq-zolaq, dilim-dilimdir,

Çeynənən sərhədlər didim-didimdir.

Nə qədər çəpərlər, nə qədər mərzlər.

Mərz üstə mənasız mübarizələr.

Viran Hirosima, ölüm sükutu,

İyirminci əsrin nəhəng tabutu!



_____________Milli Kitabxana______________

Hələ dəryalarca insan qəmləri,

Daxau, Buhenvald cəhənnəmləri!

Hələ canilərin çoxusu diri,

Hələ Əhrimənlər, Hitlerlər sağdır.

Bəs hansı qüdrətin polad əlləri

Onları dünyadan qoparacaqdır?!

Neçin tərlan kimi havalanmayaq?

Bütün Yer üzünü Vətən sanmayaq?

Qınına çəkmiş tısbağa kimi

Yaşamaq insana eyib deyilmi?

Gözləri nə qədər dardı onlaraı –

Bir qarış yer üstə boğuşanların!

Bir anlıq əl saxla, düşün, ey insan,

Axı nədən ötrü vurhavurdasan?

Bir bax ətrafına, gör dünya nədir?

Sonu görünməyən bir xəzinədir.

Nə zəngin yaranmış ana təbiət,

Torpaqda səxavət, suda səxavət.

Almalı, armudlu bu bağlar sənin,

Səadət qaynaqlı bulaqlar sənin.

Gör dünya səninçin nələr saxlayır:

Daşlar öz bağrında gövhər saxlayır.

Sənindir ağ saçlı şəlalələr də,

Gözləri al çanaq, tər lalələr də.

Sağımız, solumuz gümüşdür, zərdir,

Dünyanın sərvəti dünya qədərdir.



_____________Milli Kitabxana______________

Tamah cilovunu biz yığsaq əgər,

Bu sərvət, bu nemət hamıya yetər.

Yalnız əmək görək, halal bir əmək,

Zəhmət haləsilə əhatələnək!

Dan üzü quşlarla birgə oyanmaq,

Dəryaz çala-çala şehdə yuyunmaq.

Gözəldir arxlarda şırıldayan su,

Kətan parıltısı, torpaq qoxusu.

Gözəldir baharın bağ çiçəkləri,

Sevgili nəfəsi - dağ çiçəkləri!

Zəmilər qoynunda xəyala dalmaq,

Çörəyin ətrini sünbüldən almaq!

Dalıb üfqüqlərin sonsuzluğuna,

Qışqırmaq bu eşqi bütün cahana.

- İnsan Yer üzünün dürdanəsidir,

İnsanın Vətəni Yer kürəsidir

Yalançı sərhədlər silinsin görək,

Ərzin bütövlüyü bilinsin gərək!

Oyanır Afrika, qalxır fil kimi,

Alıb xortumuna cırtdan hakimi,

Çalır qayalara, çırpır daşlara,

Alqış zülm əlindən qurtulmuşlara!

Nilin əzəməti onun səsində,

Azadlıq eşqi var əsrin səsində!

Oyanıb yuxudan Təbrizim mənim,

Yatmır Şəhrizadım, əzizim mənim.



_____________Milli Kitabxana______________

Azadlıq deyirdik. Azadlıq hələ -

Həyatda bizimçin birinci pillə.

Hələ göy üzündə neçə sarhəd var,

Açsın əsrarını aylar, ulduzlar.

Bizə Yer kürəsi dar bir qəfəsdir,

Yetər bu qəfəsdə yaşamaq. Bəsdir!

Qalxaq ulduzlara, aylara qalxaq,

Dünyaya uca bir zirvədən baxaq.

Kainat insanın uçuş meydanı,

İnsan - kainatın zəka tərlanı.

Buludlar - açılan qanadlarımız,,

Kəhkəşan - ucalıq iqtidarımız...

Heyf, bu mətləbi bilməyənlər var,

İnsan harayına gəlməyənlər var.

Hələ gör nə qədər yetim-yesirlər

Şaxtada titrəşir, qarda əsirlər.

Qolları qandallı igidlər min-min,

Gəmirir daşını dar məhbəslərin.

Hələ fitnə-fəsad qovulmamışdır,

Zalimlərin burnu ovulmamışdır.

Hələ neçə xəyal ələk-fələkdir,

Ən böyük dərd isə biganəlikdir.

Bizim qəlblərimiz birləşsə əgər,

İnsan hər ulduzdan parlaq görünər!

Birləşsə cahanda milyard ürəklər,

Bütün arzulara yetişər bəşər!



Yüklə 2,39 Mb.

Dostları ilə paylaş:
1   ...   79   80   81   82   83   84   85   86   ...   106




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə