MəHƏMMƏDHÜseyn şƏHRİyar seçİLMİŞ ƏSƏRLƏRİ



Yüklə 2,39 Mb.
Pdf görüntüsü
səhifə90/106
tarix15.03.2018
ölçüsü2,39 Mb.
#32089
1   ...   86   87   88   89   90   91   92   93   ...   106

_____________Milli Kitabxana______________

VƏHŞİ GÜL

Qonşuda bir gözəl gül budağı var,

Görəsən kiminçün qönçəsi açar?

Vəhşidir, uzaqdan gördüyüm zaman

Qaçıb qapısını möhkəmcə bağlar.

Baxanda özümü bəyənmərəm mən,

Məni də bəyənməz o nazlı nigar.

Ey qoca könlüm, bil, vaxtı çatanda

Alma dərilməsə, çürümüş olar.

SƏNTURUN MƏZARI

Bir məzar üstündə eşqin pərisi,

Şur ilə Mahura saxlardı matəm.

Dedim: "Həbib ölmüş, məzarı bumu?

Ki yazıq könlümə dolmuş dərdü qəm?"

Pəri dilə gəlib dedi: "Bu torpaq

Səntunin qəbridir, Həbiblə bahəm".

MAARİFİMİZ

Nəyimiz var öyünməli, cəhalətdir maarifimiz,

Maarifin özünə də xəyanətdir maarifimiz.

Əcnəbilər qələmiylə yazılmışdır proqramı,

Tutuquşu dərsi verir, o sifətdir maarifimiz.

Ustalaşıb düzü əyri, əyrini düz tanıtmağa,

Yazıq millət, faciədir, müsibətdir maarifimiz.

Harda ki nur qapısı var, yeddi yerdən qıfıllayır,

Bir qaranlıq uçurumdur, bir zülmətdir maarifimiz.

Əcnəbinin tənburilə oynadığın yetər, bəsdir,

Oyan millət, öz gözünlə gör, qəflətdir maarifimiz.

Gözlərini aça bilsən bu ağır div yuxusundan,

Nalən çatar fələklərə, fəlakətdir maarifimiz.



_____________Milli Kitabxana______________

Cavanlara nə bir sənət, nə də həyat dərsi verir,

Açır zillət qapısını, cəhalətdir maarifimiz.

Oğrulara şərik dövlət, doğruluqdan dərs öyrədir,

Başdan-başa quru sözdür, nəsihətdir maarifimiz.

Bu dövlətə qulluq etmək, məmləkətə xəyanətdir,

Xainliyə, satqınlığa dəlalətdir maarifimiz,

Ömrümüzün altı illik gül tacını yelə verən

Darülfünun nə öyrədir, səfalətdir maarifimiz.

Müdərrislər bilə-bilə təliminə yalan qatır,

Ona belə mənfəətdir, zəlalətdir maarifimiz.

O, "xəyanət bağçasından" gül dərsə də, susur yenə,

Nə eyləsin, əlacı yox, rəzalətdir maarifimiz.

Bikəs vətən, hünərsizlər, qeyrətsizlər əlindəsən,

Başdan-başa xəyanətdir, cəhalətdir maarifimiz.

EŞQİN XUMARI

İki bölmüş məni hicran, iki dünya kimiyəm,

Yarı getmişsə yarımla, yarı qalmış məndə.

Cavanı aycamal eşqilə qoşulmuşdur ona,

Məni bivaxt qocaltmış qarı qalmış məndə.

Yaşılı öylə aparmış ki, özüylə o nigar,

Nə baxım güzgüyə, ancaq sarı qalmış məndə.

Aparıb gül-çiçəyi, baxmalı bir mənzərə yox,

Uca hicran dağıyam ki, qarı qalmış məndə.

O zərif çiyninə qonmuşdu göyərçin ruhum,

Hicranın bayquşu qalmış, sarı qalmış məndə.

Aparıbdır balım, qorxulu, pünhan vüsalın,

Sızlaşır boş pətək içrə, arı qalmış məndə.

Hər nəyim vardısa əldən gedib, artıq nə deyim,

Nə şikayət ki, bu röya varı qalmış məndə.

Od-alov saçdı məhəbbət, yığışıb getdi o yar,

Bu yamq cisminə baxma, nan qalmış məndə.

Aparıbdır dodağında o şirin şərqiləri,

Bu sınıq könlümə bənzər tarı qalmış məndə.

Bağını dərmiş, aparmış bu yazıq Şəhriyarın,

Acıdır, yığmayıb, həsrət barı qalmış məndə.



_____________Milli Kitabxana______________

MƏNİM EYBİM

Allahımdan gileyim var,

Nə nöqsandır xilqətimdən,

Nemət aşıb-daşan zaman,

Zövq almıram ləzzətindən.

Əldən gedən səadətçün

Baş açmıram həsrətindən.

TƏBİN QUYUSU

Mənim təbim dərin quyu,

Qəzəllərim axar suyu.

Yanında dəftərim dolça,

Şəfa tapar cavan, qoca.

Tənabımdır yarın teli,

Onsuz susar şerin dili.

ULAĞIN NEÇƏYƏ?

Daşımasan yükünü yadın bu xərabədə,

Soruşmazlar, ay gövhər satan, ulağın neçə?

Orda saxsı yüklə ki, hamı qaçsın dalınca,

Yalvarıb söyləsinlər, əmi, növrağın neçə?

Şəhriyarıyam eşqin, hərdəm bir cüvəllağı

Tacı başından qapıb: başın, papağın neçə?

CAVANLIQ SƏRVƏTİ

Şikayət zəiflərə yaraşır ancaq, inan,

İnsan yoxsul görünür zəif olduğu zaman.

Varlı-karlı qocanın həyata rəğbəti az,

Gənclik qayğısızlığı ixtiyara yaraşmaz.

Cavansansa, deməli, sən də varlısan əlbət,

Varmı gənclikdən böyük, gənclikdən ulu sərvət?



_____________Milli Kitabxana______________

SƏRBƏST ŞEİRLƏR

RƏSSAM

Əziz rəssam,

Uzaq üfüqlərdə bir xəyal,

Bürünüb buluddan süzülən

Ayın nuruna.

Qafın zirvəsidir,

Bir guşəyə çəkilib.

Salam verirəm mən ona.

Mən gecənin qoynunda

Qorxulu bir mağarayam.

Həm kölgəli,

Həm nurlu,

Həm vahiməli,

Həm də şən.

Sənin də üzün mənim kimi

Soyuq şölədir,

Ötüb keçən karvandan

Düşüb qalmısan, nədir?

Sən ey ötən qərinələrin

Qəhrəmanlıq varisi.

Bir səhərin alaqaranlığında

Nə onda məhəbbət görünür, nə ay.

Nə ağ deyir ona bir insan səsi

Nə qara.


Öz qəlbi ilə həsbhal edir bu ara.

Vicdanını oyat yuxudan nəvazişlə,

Bir vicdan ki,

Nəşəylə uyuyur hələ...

Götür o firçanı ki, əziz rəssam!

Hər tükü şair xəyalından toxunub.

Çünki sair xəyalı şeir olur,

Vicdanın xatirat heybəsinə sal əlini.




_____________Milli Kitabxana______________

Ara-axtar

Yenə gəz təzədən, axtar.

Nə istəsən, orda var,

Bir zərif firça var onda.

Bir gözəl kirpiyidin kölgəsidir o da.

O kirpikdə buza dönmüş

Axan göz yaşı.

Qətlə yetmişdi

O dilbər gəlinin yoldaşı.

Öldürən kimdi?

Namus oğruları!

Bədnam etmək üçün günahsız nigarı.

İndi o məsum gözlər

Bir ömür giryan olub.

Çıraq olmaq idi ilk arzusu

Övladları yolunda.

Fəqət, buluda döndərdi o gözləri də xəyanət.

Əziz rəssam!

O vicdan heybəndə

Dərdli sinələrdən vərəqlər var.

Yadigar albomlardan əl çək,

O varaqları çıxart,

Bir rəssam dəftəri yarat.

Faciə ilə dolu hər varağı.

Taxtaya dönmüş bir sinə,

Qırşmış dəri,

Xətləri qabırğa sümükləri.

Bir sinə də çək,

Ancaq üstündə yaz,

Burada bir ciyər də varmış,

Birvaxt...

Əziz rəssam!

İndi o rəngləri gətir,

Biri zindan bucağından

Üfüqə baxan bir məhbusun ahıdır,

Bir parça işıq ver bu kölgəyə.

O gəncin ki,




Yüklə 2,39 Mb.

Dostları ilə paylaş:
1   ...   86   87   88   89   90   91   92   93   ...   106




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə