MəHƏMMƏDHÜseyn şƏHRİyar seçİLMİŞ ƏSƏRLƏRİ



Yüklə 2,39 Mb.
Pdf görüntüsü
səhifə26/106
tarix15.03.2018
ölçüsü2,39 Mb.
#32089
1   ...   22   23   24   25   26   27   28   29   ...   106

_____________Milli Kitabxana______________

PƏRVANƏ VƏ ŞƏM

Bərq olmadı, qızım gecə yandırdı laləni,

Pərvanənin o dəmdə baxırdım ədasına.

Gördüm təvafi-Kəbədə yandıqca yalvarır,

Söylür: "Dözüm nə qədər bu eşqin cəfasına?

Ya bu hicab şişəni qaldır ki, sovrulum,

Ya sondürüb bu fitnəni, batma əzasına".

Baxdım ki, şəm söylədi: "Ey eşqə müddəi!

Aşiq haçan olub yetə öz müddəasına?

Bir yari-məhliqadı bizi böylə yandıran,

Səbr eylə, yandıran da çatar öz cəzasına".

Amma bu eşq atəşi ərşidi, candadır,

Qoy yandırıb xodunu yetirsin xudasına.

"BEYADİ-DUSTİ DİRİNƏM

MƏHƏMMƏDƏLİ MƏHZUN"

Köhnə dostum Məhəmmədəli

Məhzunun xatirəsinə

Məhzun da o nazlı kişilərdən birisiydi.

Zövqündə qəzəl sanki qəzalın sürüsüydü.

Mən yağ dərisitək onu əvvəl dolu gördüm,

Sonda yağı süzmüşdü, qalan bir dərisiydi.

Məhzun bir ovuc torpaq idi dost ayağında,

Fərq eyləməyib - bu ölüsü, o dirisiydi.

Şair dediyin dəryada mirvariyə bənzər,

Mirvari çoxu rizədi, Məhzun irisiydi.

DAN ULDUZU DA BATDI

Nənəqız əmqızının vay xəbəri çatdı mənə,

Kət gözümdə elə bil titrədi, dam-daş uşdu.

O, bizim karvana dan ulduzu hökmündə imiş,

O da batdı ki, dayanma, daha karvan köşdü.



_____________Milli Kitabxana______________

O gözəllik ki, görürdük hamı "Heydərbaba"da,

Bu gözəllərlə ölüb, göz yaşı gözdən düşdü.

Sanki bir körpünün üstündə durubsan, baxısan,

Üz qoyub axirətə, sel kimi ellər keşdi.

Nənəqız əmqızının gözləri "Heydərbaba"da

Qocalıb ölməsinə bir əbədi qarqışdı.

Şəhriyarın da o mənzumədə kəskin qələmi

Gülə yay-yaz, tikana sanki küləkdir, qışdı.

QARDAŞIMIN MƏZARI

Duşizə Şəhin Pəzirənin dilicə

Daş nə bilir mən bəlalı başım var,

Bu qəbr üstə axan bir göz yaşım var,

Arzı-gürzi tarixçəsindən qalan

Burda ancaq bir yazılı daşım var.

Fatihəni unutmayın ki, burda

Mənim də bir yarali qardaşım var.

DÜNYA NƏ YAMAN TAPMACADIR

İl keçdi, bahar oldu, xəbər yox gülümüzdən,

Gül açmadı, qovzanmadı səs bülbülümüzdən.

Bayram günümüz yaslı görüşlərlə keçərkən

Şadlıq nə umaq biz ayımızdan, ilimizdən.

Təqvim ala bilməm ələ, gördüm mənə təqvim

Gözdağı ki, Təqvimi də getdi əlimizdən.

Biz bağçamızı belliyə billik? Daha heyhat!

Nomid əcəlin beldarı vurmuş belimizdən.

Təqvimi olardandı ki, yaddan çıxa bilməz,

Yaddan necə çıxsın, adı düşmür dilimizdən,

El içrə başı bir yerə gahdan o yığardı,

O getdi, yığıncaq da yığışdı əlimizdən.

Yoldaş səpələndi, elə bil sam yeli əsdi.




_____________Milli Kitabxana______________

Sərsamdı qalan bizlərə bu sam yelimizdən.

Dünya nə yaman tapmacadır, baş çıxaran yox,

Biz baş tapaq ancaq bu qubul-mənqəlimizdən.

Təqvimi kimi düz kişi? Heyhat, tapılmaz,

Bir şəm idi ki, köçdü bizim məhfilimizdən.

Üç nazlı bala, həmsərilə qaldıla başsız,

Yansaq da, od əl çəkməyəcəkdir külümüzdən.

Bir Kafiyə ondan bacan yadigar olsun,

Baş yolmada, bir teldi qalan kakilimizdən.

El bir də desin: "Sel Saranı qapdı, qaçırtdı".

Ağlaşdı buludlar da bu daşqın selimizdən.

Bir məzrəədir Şəhriyarın ömrü, nə hasil?

Sel qoymuri bir çöp də qala hasilimizdən.



ANCELA

Gözlərimin ağı-qarası Ancela,

Ürəyimin dağı, yarası Ancela.

Sənli-mənli ürəyimiz dağlıdır,

Dərdimizin yox çarası, Ancela.

Hər kimsəyə qəmdən bu bir hissədir,

Ata dağı bir dağ kimi qüssədir,

"Sel Saranı apardı" tək qissədir,

El yarası, sel Sarası - Ancela.

Mən də yaman saralmışam, solmuşam,

Dolandıqca dərdə-qəmə dolmuşam.

Gemim sınıb, dəryada qərq olmuşam,

Dəryanın də həp arası Ancela,

Gözlərimin ağı-qarası Ancela.

Nazlı yarım getdi, günüm qərəldi,

Onun dağı qəlbimi yardı, dəldi,

Özü getdi, paket içində gəldi,

Bilərziyi, güşvarası Ancela,

Gözlərimin ağı-qarası Ancela.



_____________Milli Kitabxana______________

Bel bükülür, yapışmışam belimdən,

Həzyan kimi adı düşmez dilimdən,

Hara gedim? Hamı gedib əlimdən,

Qəriblərin var harası, Ancela?

Gözlərimin ağı-qarası Ancela.

Sən mənim öz nazlı, gözəl balamsan,

Mən dəniz olsam da, qızıl alamsan,

Kəhliyimsən, fəriyimsən, falamsan,

Buludların mahparası Ancela,

Gözlərimin ağı-qarası Ancela.

Türkiyəyə getdin, unutdun məni,

İstambulun ovçusu səpdi dəni,

Qapdı demək mirvari görcək səni,

İstambulun Marmarası Ancela,

Gözlərimin ağı-qarası Ancela.

Gördün bala, necə tifaq dağılı,

Fələk vurar, şərab küpü cağılı,

Biz də ollux "San inək" nağılı,

Fatiməsi, Qundarası Ancela,

Gözləimin ağı-qarası Ancela.

Heç bilmədim nə vaxt tutuldu toyun,

Bir görmədim, gəlin gedəndə boyun,

Musiqimiz, şerimiz olmuş oyun,

Heyvərələr zəmburası Ancela,

Gözlərimin ağı-qarası Ancela.

İncə, zərif zövqün qalırmı, ya yox?

Ərün səndən bir zövq alırmı, ya yox?

Şerə də bir nəzər salırmı, ya yox?

Ya şeir onun dır-dırası Ancela,

Gözlərimin ağı-qarası Ancela.

Gəlin görək göz bir-birin heç tanır?

Ya yadlaşıb, tanışlığm da danır?

Ömür keçir qara yeltək firlanır

Ruzigarın fırfırası Ancela,

Gözlərimin ağı-qarası Ancela.




Yüklə 2,39 Mb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   ...   106




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə