MəHƏMMƏDHÜseyn şƏHRİyar seçİLMİŞ ƏSƏRLƏRİ



Yüklə 2,39 Mb.
Pdf görüntüsü
səhifə53/106
tarix15.03.2018
ölçüsü2,39 Mb.
#32089
1   ...   49   50   51   52   53   54   55   56   ...   106

_____________Milli Kitabxana______________

Zöhrənin ilham sazı coşğun təbindir,

Hafiz, öz qəlbinin səsidir qüdrətə çağıran səs.

Orda ki, yar camah mələklər dilindədir,

Fələkdənmi ucalmış söhbətə çağıran səs?!

Hər başa yaraşarmı şerin iftixar tacı,

Könüllər naləsidir şöhrətə çağıran səs.

Hafiz mədhi gərəkdir qafiyəçi bülbülə,

Onun öz avazıdır vüsətə çağıran səs.

Fələyin gərdəninə girdiyi vaxt Ay gəlin,

Çatır dan ulduzuna ülfətə çağıran səs.

O yerdə ki, ilhamı möcüzələr yaratmış,

Bizi məktəbə səslər sənətə çağıran səs.

Hər kəs ki, yaraqlanıb ölməz Divanın ilə,

Onu qorxuda bilməz qəflətə çağıran səs.

Sürmə nazını çəkməz, öz nazı var nərgizin,

Gözələ ziynət deyil ziynətə çağıran səs.

Bu gecə eyvanına ulduz yağır, Şəhriyar,

Qoca Şirazdan gəlir vəhdətə çağıran səs.

ORUC SINDIRAN

Elə ki, mən oruc tutdum, xurma gələr bazara,

Üzülmüşəm, sonum çatar tutulsam bir azara.

Qəfəsimin qapısını açan olmaz baharda,

Onda qapım açarlar ki, xəzan düşüb gülzara.

Oyaq gözlər kiprik altda min hekayət danışar,

Ahu çıxsa göy çəmənə, şir də çıxar şikara.



_____________Milli Kitabxana______________

Nə qızılgül istəmişəm, nə də lalə baxtımdan,

Boz taleyə n söyləyim mən bozara-bozara.

Əl və əmək alətləri pıçıldayır təbimə:

-Sənətinlə bazar açsan, qalacaqsan avara.

Bu torpağın ürəyindən nalə qalxır anbaan,

-Bir gül idim, tez dərildim, əsir düşdüm qəddara.

Batdı həya gülabına pardaxlanan qızılgul,

Tifil üzü gülsün deyə könlüm düşüb ah-zara.

Nərgiz gözü nigarandır, lalə köksü dağlıdır,

Ay da, gün də dərd çəkir ki, iqbal dönər idbara.

Bulud çəmən günlərinin başı üstə ağlayır,

Çünki güllər xəzəl olur, əsir düşür rüzgara.

Şəhriyarla şeyda bülbül verib yenə bas-başa,

Orucunu sındır daha, nəğmə ara, söz ara!

DAĞILMIŞ SƏDD

Sular coşub çağlayır, dörd yanımız selabdır,

Qışqır, ayılt qonşunu, aləm qorxunc sərabdır.

Bütün varlıq dağılır, uçub qopur kökündən,

Qarğışdır, hıçqırtıdır, iniltidir, əzabdır!

Qara bulud içində titrər ay məqbərəsi,

Ley tutub göyərçini, hər anı iztirabdır.

Suya qərq olmuş amal, suya dönüb ürəklər,

Bəlkə də bu lövhənin yerliyi tünd şərabdır.

Su üstündə rəqs edər dəhşətli əhrimənlər,

Pəncəsindəki qandır, üzündəki niqabdır.



_____________Milli Kitabxana______________

Allahdan sormaq olmur nədir bu müsibətlər,

Allahın da cavabı məzəmmətli cavabdır.

Küfr, nifaq selidir, qisas alır dünyadan,

Dağılmış sədd ayəli, surəli bir kitabdır.

Yetişib o zaman ki, soruşasan tanrıdan,

Nə səbəbdən Quranın hər ayəsi xitabdır?!

Fitnələr zənciri var boynunda bu dünyanın,

Günaha batdığından xərabədir, xərabdır.

Beyəti sındıranlar üz tutub Şama sarı,

Zülmət vadisi boyu qaçlıaqaç, çaphaçapdır.

Bir tərəfdə hamı cəm, bir tərəfdə didərgin,

Ey qismətləri bilən, bu necə haq-hesabdır?!

O şiri-nər ki, çıxdı ormanların qoynundan,

Qarğalar məclis qurur, aslan bağrı kababdır.

Bu vilayət şahmın qəlbi inam nöqtəsi,

O da ki, su üzündə bir köpükdür, hübabdır.

Xərabəlik anası ağrı çəkib, şer doğur,

Xeyir oyanmır hələ, bu da bir inqilabdır.

Bu dünya dağılsa da, sən qəlbimdəsən, ey şux,

İlahəsən, dar gündə səni anmaq savabdır.

ŞİRNİYYATÇI TUTİ

Sən ki, rəna bir gülsən, mat qoymusan şümşadı,

Ey uca boylu xurma, yandır sərvi-azadı.

Baxtımız gəlini Ay güzgüdə rəqs eləyir,

Vüsal şamını yandır, gözdə qoyma muradı.



_____________Milli Kitabxana______________

Mən bu qoca vaxtımda sənə verrəm tacımı,

Cavan baxtm Allahdan pay almış istedadı.

Tor quran ovçu çoxdur azad könlüm quşuna,

Ovla qaşınla məni, ey ovçular ustadı!

Yel vurar qara telin ağ üzdə lövhə çəkər,

Ey Xosrovun Şirini, nakam qoydun Fərhadı.

Söhbət şirin, söz şirin, dodaq şirin, dil şirin,

Şirniyyatçı tutisən, mətahındır qənnadı.

Pərilər ətəyində böyütmüş bəlkə səni,

Necə yaraşır sənə ay üzlü gəlin adı,

Özün nurlu şersən, sübh asılmış üzündə,

Cən şerimi sevəli şirindir sözün dadı.

Unutsam da dünyam, unuda bilməm səni,

Özün verdin ey mələk, təbimə bu qanadı.

Axaram göz yaşıtək, düsərəm ayağına,

Məzarımın üstünə qoyma bədxahı, yadı.

Qocalıq tufanları yıxar ömrüm qəsrini,

Dağdar, viran olar, dərin deyil bünyadı.

Şəhriyar çeşməsindən ayrdsan, ey gül üzlüm,

Yandıracaq dünyanı ah-naləsi, fəryadı.

AYRILIQ MƏŞQİ

Eşqin əzablarına öyrədir hicran məni,

Div ayrılıq eyləmiş qanıma qəltan məni.

Ay üzlüm, tanrı şahid, vəfasız olsam sənə,

Andımız eyləyəcək yer ilə yeksan məni.



_____________Milli Kitabxana______________

Ayrılıq qılıncımn tiyəsi başım üstə,

Nalədən kam almağa çağırır dövran məni.

Hicran şagirdiyəm mən, tapşırıq dəftərim var,

Müsibət müəllimim eylər imtahan məni.

Bəlkə də şair təbi ayrılıqdan yaranmış,

Bu pərdənin dalında görərsən nalan məni.

Şəfa qılmadın mənə, ey daş ürəkli təbib,

Eşqin cəfakeşiyəm, sağaltmaz dərman məni.

Saçların kəməndinə özüm könüllü düşdüm,

Biryolluq verim sənə, incitməsin can məni.

Bu tamah iblisinə qulaq assam incimə,

Gözəllərin qəlbinə etmiş hökmüran məni.

Torpaq eşqi fələyin fərmanına baş əyir,

Özünə Allah eylər gecə asiman məni.

Ucaldar eşqimizi göyə tanrı camalın,

Bu yollarda görərsən yorulmaz sarvan məni.

Qayığım gözəl aydır, qızd buludlar avar,

Qular kimi üzürəm, çağırır ümman məni.

Ayrılıq sərxoşuyam, sözlərimdən incimə,

Şəhriyaram, bu sayaq yaratdı cahan məni.

YARIN BELƏ FİKRİ VAR

Yenə dindirdi məni tənəli bir naz ilə yar,

Süzülən göz-qaş ilə, incimiş avaz ilə yar.

Hər ota, hər çicəyə, yarpağa paylar gülüşün,

Bülbülə zülm eləyir, düşmən olub yaz ilə yar.



Yüklə 2,39 Mb.

Dostları ilə paylaş:
1   ...   49   50   51   52   53   54   55   56   ...   106




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə