MəHƏRRƏM ƏKBƏrov



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə1/59
tarix15.04.2018
ölçüsü2,8 Kb.
#38639
  1   2   3   4   5   6   7   8   9   ...   59


MƏHƏRRƏƏKBƏROV 
 
 
 
 
 
 
 
 
 
 
E L E K T R O N 
 K O M M E R S   Y A 
 
Dərs vəsaiti 
 
 
 
Azərbaycan 
Respublikası 
təhsil 
nazirinin  13  yanvar  2011-ci  il  tarixli 
53  saylı  əmri  ilə  dərs  vəsaiti  kimi 
təsdiq edilmişdir. 
 
 
 
 
 
 
 
 
 
B A K I – 2011 
     


 
 
2
 
Elmi redaktor:   
 
Rəyçilər: 
K.P.Paşayev i.e.d., prof.  
 
A.H.Səmədov,  Azərbaycan  Dövlət  qtisad 
Universitetinin 
«Ticarət» 
kafedrasının 
professoru,  i.e.d.,  Rusiya  Kommersiya 
Akademiyasının ademiki,  
 
E.N.Quliyev,  Azərbaycan  Dövlət  qtisad 
Universitetinin  «Marketinq»  kafedrasının 
i.e.n., dosent,  
 
A.Ş.Hüseynov,  Azərbaycan  Respublikası 
Ticarət-Sənaye Palatasının vitse-prezidenti, 
i.e.n.  
 
V.Əliyev,  Azərbaycan Kooperasiya Univer-
sitetinin  Ekspertiza-kommersiya  fakültəsinin 
dekanı, professor  
 
 
Ə
kbərov M.Q.  Elektron kommersiya /Ali məktəb tələbələri  
üçün dərs vəsaiti. Bakı: « qtisad Universiteti»  
Nəşriyyatı, 2011. -  212  səh. 
            
 
 
 
 
 
 
 
 © Əkbərov M.Q., - 2011 
 ©  qtisad Universiteti -  2011 


 
 
3
 
I.
  ELEKTRON KOMMERS YANIN NƏZƏR  
Ə
SASLARI 
 
1.
  Elektron kommersiya anlayışı 
2.
  Elektron  kommersiyanın  yaranmasının  və  inkişafının 
xronoloji tarixi 
3.
  Elektron  kommersiyanın  inkişafını  müəyyən  edən 
amillər 
 
1. Bu gün «elektron kommersiya» ifadəsi altında ilk növ-
bədə malların və xidmətlərin qlobal informasiya şəbəkəsi vasi-
təsilə təqdim olunması başa düşülür.  
ABŞ  Prezidenti  Administrasiyasının  xüsusi  sənədində 
«elektron biznes» kimi təkcə  nternetdən deyil, istənilən kom-
pyuter şəbəkəsi vasitəsilə həyata keçirilən hər bir əməliyyat nə-
zərdə tutulur və bunun nəticəsində mülkiyyət hüququ və yaxud 
mallardan  və  ya  xidmətlərdən  istifadə  edilməsi  hüququ  bir 
şə
xsdən  digərinə  keçir.  Elektron  biznes  kommersiya  təşkilatı-
nın kompyuter şəbəkəsi vasitəsilə həyata keçirdiyi proses kimi 
başa düşülür.  
Keçən  əsrin  90-cı  illərin  ortalarından  başlayaraq  bütün 
dünya üzrə on-line ticarəti sahəsində fəallığın artması müşahi-
də olunmuşdur. Kompyuter avadanlığını istehsal edən iri firma-
ların  ardınca  Şəbəkəyə  ənənəvi  malları  satan  tacirlər  çıxmağa 
başladılar.  Böyük  sayda  kitab,  kompakt-disk  və  videokaset, 
şə
rab-çaxır mağazaları meydana çıxdı. Hazırda demək olar ki, 
istənilən malı Şəbəkə vasitəsilə almaq mümkündür.  
Bu nöqteyi-nəzərdən elektron kommersiya – bir çox biz-
nes-proseslərin  elektron  formada  ötürülmə  yolu  ilə  tezləşdiril-
məsi başa düşülür ki, bu zaman hər bir mərhələdə verilən infor-
masiya,  kağızların  çoxlu  sayda  surətlərini  yaratmadan  birbaşa 
alıcıya çatdırıla bilir.  
«Elektron  kommersiya»  ifadəsi  özündə  müxtəlif və  çox-
saylı texnologiyaları birləşdirir ki, bunlardan - EDI (Electronic 


 
 
4
Data  Interchange  –  məlumatların  elektron  mübadiləsi)
,  elek-
tron  poçt,  nternet,  ntranet  (şirkətdaxili  informasiya  mübadi-
ləsi)
,  Ekstranet  (xarici  aləmlə  informasiya  mübadiləsi)  gös-
tərilə  bilər.  Elektron  kommersiya,  əsasən,  biznesin  nternet 
vasitəsilə aparılması kimi xarakterizə oluna bilər. 
Elektron kommersiya anlayışı altında təkcə  nternetə isti-
qamətlənmiş  sistemlər  deyil,  həm  də  digər  kommunikasiya 
mühitindən  -  BBS,  VAN  və  s.  istifadə  edən  «elektron  mağa-
zalar»  da  düşürlər.    Digər  tərəfdən,  WWW  əldə  olunan  infor-
masiya  ilə  həyata  keçirilən,  lakin  məlumat  mübadiləsi  üçün 
faksdan, telefondan və s. istifadə edilən satış proseduraları qis-
mən elektron kommersiya sinfinə aid oluna bilər. Onu da qeyd 
eləmək  lazımdır  ki,  WWW  elektron  kommersiyanın  texnoloji 
bazasını təşkil etməsinə baxmayaraq, bir sıra sistemlərdə digər 
kommunikasiya imkanlarından istifadə olunur. Məsələn, malın 
ölçülərinin  dəqiqləşdirilməsi  və  yaxud  sifarişin  rəsmiləşdiril-
məsi üçün satıcıya göndərilən sorğular elektron poçt vasitəsilə 
də göndərilə bilər.   
Elektron formada kompyuterdə  yaradılan istənilən infor-
masiyanı - məsələn, mətn fayllarını, elektron cədvəlləri, məlu-
mat  bazasını,  şəkilləri,  sifarişləri,  hesabları,  ödənişləri,  infor-
masiya  sorğularını,  prays-vərəqləri  (prays-list,  yəni  qiymətlər 
haqqında məlumatları), multimedia göstəricilərini və s. vermək 
mümkündür.  
Elektron kommersiya üçün lazım olan şərait – heç olmasa 
satıcı  sistemində  sifarişlərin  tam  avtomatik  işlənilməsinin 
təmin  olunmasıdır.  Bunsuz  on-line  rejimində  mülkiyyət  hüqu-
qunun  tam  verilməsi  əldə  oluna  bilməz.  Məsələn,  ABŞ-da  bu 
cür əməliyyatlar satışda vergidən azad olunmuşdur. Əgər Ame-
rikanın  nternet  vasitəsilə  sifarişlər  edə  bilən  hər  hansı  bir 
Web-şəbəkəsi kuryer vasitəsilə çatdırılan malın nağdı qaydada 
hesablaşmasını həyata keçirsə, bu zaman malın dəyərinə satış-
dan  vergi  əlavə  edilməlidir.  Bunun  mahiyyəti  aydındır:  dövlət 
maliyyə  axınlarını  nağdsız  və  şəffaf  etməkdə,  həmçinin  pul-


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   59




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə