98
XII.
NTERNETDƏ PƏRAKƏNDƏ T CARƏT N
TƏŞK L OLUNMASI
1.
nternet-mağazalar
2.
Pərakəndə elektron ticarətin aparılmasının müxtəlif
sistemlərinin üstün cəhətləri və çatışmazlıqları
1. Ticarətin avtomatlaşdırılması, onun miqyasları art-
dıqda daha sərfəli olur. Alıcıların sayı az olduqda və onların si-
farişləri bir neçə əməkdaş tərəfindən yerinə yetirildikdə n-
ternet vasitəsilə nternet-vitrin əsasında ticarətin həyata ke-
çirilməsi əlverişli olur. Lakin gün ərzində yüzlərlə işləri yerinə
yetirən firmalar üçün bu, qəbul edilə bilməz.
nternet-ticarətin daha kompleks sistemi – nternet-
mağazadır.
nternet-mağaza ticarət müəssisəsinin bütün əsas
biznes-proseslərini: malın seçilməsini, sifarişin rəsmiləşdiril-
məsini, qarşılıqlı hesablaşmaların həyata keçirilməsini, sifariş-
lərin icrasının izlənilməsini və s. əhatə edir
nternet-mağazanın nternet-vitrindən üstün cəhəti ondan
ibarətdir ki, burada alıcıya fərdi xidmət göstərir, çevik güzəştlər
sistemi tətbiq olunur, malın daşınma xərcləri, ödəniş və sığor-
talanma növləri, vergi ödənişləri daxil edilməklə hesab yazılır.
Elektron kommersiyada bu modeldən istifadə olunması anbar-
larda mal ehtiyatlarını əhəmiyyətli olaraq azaltmağa imkan verir.
nternet-mağaza aşağıdakı tərkib hissələrə malikdir:
– nternet-vitrin — Web-serverdə yerləşmiş və virtual
alıcı səbəti ilə təmin olunmuş front-ofis (front-office);
– ödənişlərin qəbulu sistemi;
– sifarişlərin uçotu və onların icrasına nəzarət sistemi;
– informasiya sistemi front-ofislə inteqrasiya olunmuş
bek-ofis (back-office)
.
nternet-mağaza aşağıdakı vəzifələrin yerinə yetirilməsi
üçün nəzərdə tutulmuşdur:
– alıcılara on-line köməyinin göstərilməsi;
99
– alıcıların qeydiyyatdan keçirilməsi;
– satılan malların məlumat bazasına interfeysin təqdim
olunması (kataloq, prays-vərəqə formasında);
– alıcının elektron səbəti («arabacığı») ilə iş;
– ödəniş, çatdırılma, sığortalanma və hesabın yazılması
metodunun seçilməsi ilə sifarişlərin rəsmiləşdirilməsi;
– malların anbarda ehtiyatda saxlanılması;
– hesablaşmaların aparılması (ödənişin elektron me-
todlarını seçən zaman) və yaxud ödənişə nəzarət (ənənəvi
hesablaşma metodlarından istifadə edən zaman);
– malların alıcılara çatdırılması üzrə sifarişin formalaş-
dırılması və müşayiətedici sənədlərin yazılması;
– malların çatdırılmması;
– müxtəlif marketinq informasiyasının toplanması və
təhlili;
– alıcıların şəxsi informasiya təhlükəsizliyinin təmin
olunması;
– şirkətin bek-ofisi ilə avtomatik informasiya mübadi-
ləsinin təmin olunması.
Ümumi halda nternet-mağazanın fəaliyyət göstərməsi üçün
lazım olan minimum proqram-aparat tərkib hissələrinə aiddir:
– Web-server ( nternetdən daxil olan sorğuları bölüş-
dürür, informasiyaya çıxışı ayırıb bölüşdürür);
– Server əlavələr (ticarət sisteminin işini, o cümlədən
nternet-mağazanın biznes-məntiqini idarə edir);
– SUBD (məlumat bazasının idarə edilməsi sistemi) –
server (mallar, müştərilər, hesablar və s. haqqında məlumat-
ların saxlanılmasını və işlənilməsini təmin edir).
Mal ehtiyatlarının mövcudluğuna görə Internet-mağa-
zalar bölünürlər:
– malgöndərənlərlə müqavilə ilə işləyənlər (hər hansı bir
xüsusi mal ehtiyatlarının olmaması);
– xüsusi anbar təsərrüfatı olan (mal ehtiyatlarının
mövcud olması).
100
2. Pərakəndə elektron ticarətin aparılmasının müxtəlif
sistemlərinin üstün cəhətləri və çatışmazlıqları
Model
Üstünlük
Çatışmazlıq
1
2
3
Elektron
ticarət sırası
Geniş çeşid; artıq mövcud
olan mağazalarda mal
təklifinin reklamının ucuz
həlli yolu
Vahid keyfiyyət standartlarının
olmaması, ticarət sırasının
inkişaf səviyyəsindən asılılıq,
mal təklifinin
fərdiləşdirilməsinin
mürəkkəbliliyi, iştirakçılar
arasında rəqabətin yüksək
olması
nternet-vitrin
Nisbətən ucuz və
mürəkkəb olmayan
nternet-həll, bazara
tezliklə çıxış
Təkcə sifarişin rəsmiləşdirilməsi
reallaşdırılır, satışın prosesinin
digər tərkib hissələrinin
olmamması (hesabın yazılması,
interaktiv qarşılıqlı
hesablaşmalar, sifarişin yerinə
yetirilməsinin izlənilməsi,
güzəştlərin verilməsi və s.),
biznes-prosesin
avtomatlaşdırma vasitələrindən
tam istifadə olunmaması
Xüsusi anbar
rəsərrüfatının
olmadığı və
malgöndərənl
ə
rlə müqavilə
ə
sasında
işləyən
nternet-
mağaza
nternet-vitrinə nisbətən
biznes-proseslərin
avtomatlaşdırılmasının
yüksək səviyyəsi; bazara
çıxışın nisbətən asan
olması (anbar
ehtiyatlarının
yaradılmasına ehtiyac
yoxdur)
Logistikanın məhdud
effektivliyi, və bunun səbəbi
kimi sifarişin uzun müddət
ə
rzində kompletkləşdirilməsi və
çatdırılması,auditoriyanın
artması zamanı logistikaya
çəkilən xərclər artır, əlavə
xidmətlər göstərilmir
Xüsusi anbar
ehtiyatlarına
malik olan
nternet-
mağaza
Çevik qiymət sistemi,
nternet-ticarətın bütün
üstünlüklərinə malikdir
Elektron kommersiyanın
aparılmasının ən kapitaltutumlu
üsuludur
Dostları ilə paylaş: |