MəHƏRRƏM ƏKBƏrov



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə33/59
tarix15.04.2018
ölçüsü2,8 Kb.
#38639
1   ...   29   30   31   32   33   34   35   36   ...   59

 
 
111
•  sığortaedən  və  onun  xidmətləri  haqqında  ümumi 
təəssüratın yaradılması; 
•  veb-kalkulyatorın  köməyi  ilə  müstəqil  olaraq  ödəniş 
haqları üzrə hasablaşmaların aparılması; 
• on-line məsləhətlərdən istifadə olunması; 
•  sığorta  müqavilələrinin  bağlanılması  üçün  sifarişin 
elektron formada verilməsi; 
•  nternet vasitəsilə sığorta müqaviləsinin bağlanılması və 
sığorta mükafatının verilməsi; 
• sığorta müqaviləsinin on-line müşayiətinin alınması; 
•  internet  vasitəsilə  sığorta  halının  baş  verməsi  barədə 
məlumatın verilməsi. 
 
5.  nternetdə kommunikasiya xidmətləri  
E-MAIL  electron  poçtu  kompyuter  ünsiyyətinin  ən 
universal vasitəsidir. Elektron poçt adi poçt kimi tamamilə mü-
qayisə  oluna  biləndir:  nternetin  hər  bir  istifadəçisi  şəbəkədə 
özünün  ünvanı  olan  poçt  yeşiyinə  malikdir  ki,  kompyuter  va-
sitəsilə  buraya  məlumatlar  göndərilir.  Fərq  ondan  ibarətdir  ki, 
elektron məktub göndərilən kimi gəlib çatır. Beləliklə, elektron 
poçt  özündə  həm  telefonun  (birbaşa  əlaqə)  və  həm  də  mək-
tubun  (yazılı  şəkildə  informasiya)  üstünlüklərini  birləşdirir. 
Telefondan  fərqli  olaraq  elektron  məlumat  tərkibində  təkcə 
mətn  olmur.  Ona  istənilən  faylı,  o  cümlədən,  audioinformasi-
yanı və videomaterialı olan məlumatı da birləşdirmək olar. Bu 
isə ünsiyyətə aşağıdakı xüsusiyyətləri verir: 
•  göndərişin  və  qəbulun  tezliyi  əks  əlaqəni  almağa  və 
reaksiya verməyə imkan verir; 
•  məktubun  surətinin  istənilən  sayda  adresatlara  gön-
dərmək imkanının olması, bu da informasiya yayımının ən tez 
vasitələrindən biridir; 
•  istənilən  şəkildə  informasiyanın  ötürülməsi  imkanı 
məlumatın informativliyini artırır. 


 
 
112
Çox  böyük  insan  qruplarının  ünsiyyəti  zamanı  elektron 
poçtdan asılı olmayan sistemdən – konfransdan istifadə olunur.  
Konfrans.  Ə
n  iri  kompyuter  konfransı  (USENET)  bütün 
dünya üzrə yüz minlərlə maşını birləşdirir. Onun quruluşu, bir 
tərəfdən elanlar lövhəsini, digər tərəfdən isə  qəzeti xatırladır.  
Konfrans  iştirakçılarının  heç  bir  siyahısı  olmur,  hər  bir 
kəs məlumatı göndərə bilər və onu ala bilər. Göndərilən məlu-
matlar  mövzular  üzrə  qruplara  bölünür  və  qrupun  məlumatını 
almaq  üçün  həmin  qrupa  abunəçi  kimi  yazılmaq,  yəni  bu 
qrupun  adını  öz  kompyuterində  siyahıya  salmaq  lazımdır. 
USENET
  konfransına  xidmət  edən  şəbəkə  proqram  təminatı 
bütün təklif olunan məlumatlardan konkret siyahıdan qrupa aid 
olan  məlumatları  seçir.  Məlumatı  göndərərkən  onun  hansı 
qrupa aid olmasını qeyd etmək lazımdır, və qrupa yazılanların 
hamısı onu əldə edəcəkdir.  
ICQ («I Seek You» 
— «Mən səni axtarıram») — bu proq-
ram  on-line  real  vaxt  rejimində  əlaqə  yaratmağa  imkan  verir. 
E-mail
  prinsipi  üzrə  fəaliyyət  göstərir,  lakin  onun  sürəti  daha 
tezdir.  
NetMeeting 
—  nternetlə  səs  vasitəsilə  ünsiyyətdə  ol-
mağa  imkan  verən  proqramdır.  Eyni  zamanda  bir  neçə  həm-
söhbətlərlə ünsiyyətdə olmağa imkan verir. Səsli mübadilədən 
ə
lavə  olaraq  «lövhədən»  istifadə  edib  onun  köməyi  ilə  təsvir 
vermək mümkündür. Distant təhsil üçün çox perspektivlidir.  
IRC («Internet Relay Chat») — 
bu sistem  nternetin digər 
istifadəçiləri  ilə  xüsusi  «kanallarda»  və  yaxud  şəxsən  dialoq 
aparmağa imkan verir. 
Sistem  danışıqların  aparılması  və  istehsalat  məşvərətləri 
üçün əlverişlidir. 


 
 
113
 
XVI.
  KORPORAT V BÖLMƏDƏ ELEKTRON  
KOMMERS YA S STEMLƏR   
 
1.
  Alışların idarə edilməsi sistemi (e-procurement) 
2.
  Malgöndərənlərin müşayiət olunmasının tam dövriliyi 
sistemi - SCM 
3.
  Satışların idarə edilməsi sistemi 
4.
  Müştərilərin müşayiət olunmasının tam sistemi - CRM 
5.
  Sahəvi (şaquli) elektron ticarət meydançaları 
 
Korporativ  bölmədə  elektron  kommersiyanın  aşağıdakı 
sistemləri  daha  geniş  yayılmışdır:  alışların  idarə  edilməsi 
sistemi  (e-procurement);  malgöndərənlərin  müşayiət  olunma-
sının  tam  sistemi  -  SCM;  satışların  idarə  edilməsi  sistemi; 
ştərilərin  müşayiət  olunmasının  tam  sistemi  -  CRM;  sahəvi 
(şaquli) elektron ticarət meydançaları

 
1. Alışların idarə edilməsi sistemi (e-procurement) mad-
di-texniki  resurslara  olan  tələbatını  nəşr  etməyə,  malgön-
dərənlərin axtarılıb tapılması, onlardan kommersiya təkliflə-
rinin alınması, tenderlərin, konkursların təşkil olunması və s. 
imkanları verir. 
Alışların  idarə  edilməsi  sistemi  müəssisəni  özünün 
nternet-saytı  vasitəsilə  birbaşa  malgöndərənlərlə  qarşılıqlı 
ə
laqədə olmağa imkan verir. Bu sistemin təyinatı:  
• alışların həyata keçirilməsinə çəkilən xərclərin aşağı 
salınması; 
• alışlar üzərində nəzarətin əhəmiyyətli dərəcədə 
artırılması; 
• alışların dəyərinin azalması yolu ilə məsrəflərin 
azaldılması; 
• daimi malgöndərənlər bazarının formalaşdırılması; 
• alınan malların seçiminin əhəmiyyətli dərəcədə 
artırılması. 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   29   30   31   32   33   34   35   36   ...   59




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə