MəHƏRRƏm qasimli



Yüklə 2,05 Mb.
Pdf görüntüsü
səhifə113/113
tarix08.07.2018
ölçüsü2,05 Mb.
#53812
1   ...   105   106   107   108   109   110   111   112   113

 
~ 340 ~ 
Murad Adcı yazır: ―Məhz bu daĢ mənzərələr xalqların köçü 
adlı nəhəng tamaĢanı əks etdirir. Bu mənzərələrdə hər Ģey səliqəli, 
təntənəli və yiyəsizdir‖ (1, 90). 
Lena  qayalarındakı  Ģəkillər  daha  yaxĢı  qorunub,  zamanın 
onlara rəhmi gəlib (1, 90). 
At  obrazına  daha  çox  dastanlarda  rast  gəlirik.  Dastanın 
əsasını  qəhrəmanın  həyatı  və  igidlikləri  təĢkil  edirsə  də  onun 
həyatında  atın  rolu  və  yeri  xüsusi  əvəzolunmazdır  desək  yanıl-
marıq.  Buna  misal  olaraq  ―Koroğlu‖  dastanını  qeyd  edə  bilərik. 
Dastanda təsvir olunan at obrazları fövqəltəbii bir Ģəkildə, sudan 
çıxaraq  peyda  olurlar.  Bununla  yanaĢı  onların  qeyri-adi  gücə, 
görüĢə malik olmaları da diqqəti cəlb edir.  
Dastandan  Qırat  və  Dürat  kimi  tanıdığımız  bu  atlar  Kor-
oğlunun  bütün  qələbələrinin  əsas  səbəbkarı,  onun  ən  yaxın 
yardımçısı, köməkçisi olmuĢdur.  
Bəzən  biz  dastanlarda  qəhrəmanın  öz  atı  ilə  söhbətini, 
onunla  sevincini  və  ya  kədərini  bölüĢdürdüyü  anları  da  görə 
bilərik.  Bu  isə  türkün  ata  yalnız  yardımçı  qüvvə  kimi  deyil, 
həmçinin sirdaĢ, yoldaĢ, dərd ortağı kimi də yanaĢdığını göstərir.  
―Kitabi-Dədə  Qorqud‖  dastanına  da  atın  böyük  rəğbətə 
sahib  olduğunu  ona  Qazlıq  adının  verilməsi  sübut  edir.  Bəzi 
tədqiqatçılara görə ―qazlıq‖ sözü mənən uca, yüksək deməkdir.  
Türk  xalqları  atları  mifikləĢdirməklə  kifayətlənmir,  hətta 
onların  rəngində  də  mifik  iĢartılar  axtarırdılar.  Belə  ki,  onların 
fikrinə görə boz və ağ rəngli atlar daha çox mifik xüsusiyyətlərə 
malikdir. Onlar düĢünürdülər ki, bu cür atları Xızır kimi müqəd-
dəslər,  dərviĢlər  minirlər.  Bu  fikri  ―Kitabi-Dədə  Qorqud‖  das-
tanında  Xızırın  Buğacın  gözünə  boz  at  üzərində  görünməsi  ilə 
izah edirlər (1, 94).  
Mifik  keyfiyyətli  atların  əldə  olunması  da  mifik  xarakter 
daĢıyır.  Bu  barədə  bir  sıra  əfsanələr  mövcuddur.  Murat  Uruz 
―Türk  mifolojisi‖  adlı  əsərində  bu  əfsanələrdən  bir  neçəsini 
vermiĢdir. Bunlardan biri belədir:  
Xızır ölümünə çarə axtara-axtara gəlib Qaf dağına çıxır. O, 
burada Süd gölünə rast olur. Qaf dağında havada uçan qanadlı və 
suda üzən kürəkli atlar görür. Xızır gölə Ģərab tökür. Atlar içibh 
sərxoĢ olurlar və Xızır onlardan ikisini tutur.  
BaĢqa  bir  əfsanəyə  görə  suda  yaĢayan  atlar  bulaq  suyu 
içmək üçün dənizdən çıxır: adam  bu zaman atlardan birini tutub 
minərsə o insana ram olur və onun yaxın köməkçisinə çevrilir (1, 
93).  


 
~ 341 ~ 
Türk  (mifoloji)  düĢüncəsində  at  o  qədər  müqəddəs  hesab 
olunurdu ki, hətta doğmayan qadın dua edəndə belə bu duanı ağ-
boz atın dərisi  üzərində edərdi. Məhz bu inanc türk xalqalarında 
nəinki ata, hətta onun dərisinə belə müqəddəs kimi  yanaĢmasına 
sübutdur.  Bu  inanca  türklərin  atın  ətini  yeməyə  baĢlamazdan 
əvvəl etdikləri (saf, təmiz) duaları da misal göstərə bilərik.  
Düzdür belə bir fikirlər mövcuddur ki, istər canlı, istərsə də 
cansız təbiət  qüvvələrinə inam insanlarda hələ islamdan çox-çox 
əvvəl  meydana  çıxmıĢ;  insanlar  vahid  din  olmadığına  görə 
müxtəlif  qüvvələrə  inanmıĢ  onları  kultlaĢdırmıĢlar.  (R.Özdək  bu 
fikri inkar edirdi) Lakin ata olan sevgi islamdan sonra da insanlar 
arasında davam etmiĢdir.  
Müasir  günümüzdə  röyada  at  görmək  röyanı  görən  Ģəxsin 
arzusuna,  muradına  çatacağına  bir  iĢarə  kimi  yozulur.  Bu  isə 
röyada at görən insanın belə qəlbində ata sevgi qığılcımları salır.  
 
Ədəbiyyat: 
 
1.
 
ġükürov.A.  ―Mifologiya‖,  VI  kitab  (Qədim  türk  mifologiya-
sı). Bakı: Elm, 1997, 223 s.  
2.
 
PaĢayev.S. Azərbaycan xalq əfsanələri. 1985. 
3.
 
Azərbaycan nağılları. 5 cilddə, Bakı, 2004.  
4.
 
Bayat.F.  Oğuz  epik  ənənəsi  və  ―Oğuz  Kağan‖  dastanı.  Bakı, 
1993. 
5.
 
Ögəl B. ―Türk mifologiyası‖. I cild, Bakı, 2006.  
6.
 
Azərbaycan  Ģifahi  xalq  ədəbiyyatına  dair  tədqiqlər.  XXV 
kitab. Bakı, 2007, s.72-80.  
 
 
 


 
~ 342 ~ 
ГАСАНОВА УЛЬВИЯ  
 
ЖИВЫЕ ОБЪЕКТЫ ПРИРОДЫ В ТЮРКСКОЙ 
МИФОЛОГИИ (КУЛЬТЫ СВЯЗАННЫЕ С ПТИЦАМИ 
И ЛОШАДЬМИ) 
 
РЕЗЮМЕ 
 
Ключевые слова: культ, птица, лошадь, Феникс, 
 легенды, символ 
 
У  некоторых  тюркских  народах  в  доисламский  период 
была вера  в  силы  природы.  Они  возводили  до  уровня  боже-
ства  многих  культовых  животных.  Культы  птиц  и  культы 
лошади сохранились до настоящего времени и представляют 
большой  интерес.  Они  являются  предметом  исследования  в 
данной статье. 
 
HASANOVA ULVĠYYA  
 
LIVING OBJECTS OF NATURE IN TURKISH MY-
THOLOGY  (CULTS ASSOCIATED WITH BIRDS  
AND HORSES) 
 
SUMMARY 
 
Key words: cult, bird, horse, Phoenix, legend, character
 
 
Ancient turkish people had believed to strength of of nature 
before Islam. They raised to God’s level and idolized the animals 
that  they  considered  cult.  The  bird  or  horse  cults  that  we  have 
spoken  about  are  interesting  today  too.  All  these  problems  have 
been investigation in this article. 
 
 


 
~ 343 ~ 
ABBASOVA SƏMƏNĠ 
BDU, magistr 
 
ĠSKƏNDƏR PALANIN “ġAH VƏ SULTAN” ROMANI VƏ 
OBRAZLAR ALƏMĠ 
 
Açar sözlər: roman, İskəndər Pala, Şah İsmayıl Xətai, 
        Sultan Səlim, sufi 
 
Türkiyə  ədəbiyyatında  ġah  Ġsmayıl  Xətainin  bədii  obrazı 
yaradılan  əsərlərdən  biri  kimi  ―ġah  və  Sultan‖  romanı  xüsusi 
maraq doğurur. 
―ġah  və  Sultan‖  romanında  Ġ.Pala  iki  görkəmli  tarixi 
Ģəxsiyyətin ġah Ġsmayıl Xətai və Sultan Səlimin bədii obrazlarını 
yaratmıĢdır.  Əsərdə  baĢ  verən  hadisələr  ġah  Ġsmayılın  hakimiy-
yətə  gəldiyi  ildən  ölümünə  qədər  Səfəvi  və  Osmanlı  dövlətində 
baĢ  verən  hadisələr  təsvir  olunmuĢdur.  Müəllif  ġah  və  Sultanın 
saray daxili yaĢantılarını, bilinməyən məziyyətlərini, həyat dram-
larını,  Ģəxsi  duyğularını,  hökmdar  olaraq  ehtiĢamlarını,  fərd 
olaraq faciələrini göz önünə sərir. 
Əsərdə  ġah  Ġsmayılın  sarayında  baĢ  verən  hadisələr  xədim 
elətdirib saraya gətirdiyi qardaĢı oğlu Qəmbərin dilindən danıĢılır. 
Osmanlı  sarayında  baĢ  verən  hadisələr  isə  Sultan  Səlimin  yaxın 
silahdaĢı  Hüseyn  tərəfindən  nəql  edilir.  Yazıçı  hər  iki  dövlət 
baĢçısının  bədii  obrazını  yaradarkən  onlara  eyni  münasibət  gös-
tərmiĢ,  ġah  və  Sultanın  hər  ikisinin  mənfi  və  müsbət  cəhətlərini 
əks  etdirmiĢdir.  Müəllifin  əsər  boyu  hər  iki  tarixi  sima  ilə  bağlı 
yanaĢması maraq doğurur. 
1)
 
ġah Ġsmayıl da, Sultan Səlim də hər ikisi güclü sərkərdə, 
dövlət  baĢçısı  olmaqla  yanaĢı,  həm  də  Ģair  kimi  də  təsvir  olun-
muĢdur.  
2)
 
ġah  Ġsmayıl  Təbrizdə  sünniləri  cəzalandırırsa,  Sultan 
Səlim  də  hakimiyyətə  gəldikdən  sonra  qızılbaĢları  cəzalandırır, 
onları sürgün elətdirir. 
3)
 
ġah  Ġsmayıl  anası  AləmĢah  bəyimin  edamının  infazın 
verirsə, Sultan Səlim atasını zəhərləyib öldürtdürür. 
4)
 
Hər  ikisi  Çaldıran  döyüĢündən  əvvəl  qəfil  hücumun 
olunmasına  etiraz  edir  və  hər  ikisi  döyüĢün  hiylə  ilə  qazanıl-
masına etiraz etməklə sərkərdə kimi böyüklüklərini bir daha sübut 
etmiĢ olurlar. 


 
~ 344 ~ 
ġah Ġsmayıl da, Sultan Səlim də Ģairdirlər. Ġskəndər Pala da 
bu  romanda  Ģah  Xətai  ilə  Ģair  Xətaini  qarĢılaĢdırmıĢdır.  Müha-
ribələrdən,  fəthlərdən  imkan  tapdıqca  qılıncı  yerə  qoyub,  qamıĢ-
dan  qələmi  ələ  alır,  biri  Səlimi,  o  biri  Xətai  təxəllüsü  ilə  Ģeirlər 
yazır,  qəzəllərində  gözəli,  gözəlliyi,  bu  dünyanın  faniliyini,  Uca 
Yaradana  bağlılığı,  sufi-ürfani  hikmətləri  tərənnüm  edirdilər. 
Yazıçı  bu  məqamdan  istifadə  edərək,  hər  bir  fəslin  sərlövhəsi 
altında  Səliminin  və  Xətainin  o  bölümün  ruhuna  və  ovqatına 
uyğun  düĢən  bir  beytini,  yaxud  bəndini  epiqraf  olaraq  verir  (4, 
120). 
ġah  Ġsmayıl  bu  romanda  qətiyyətli,  tədbirli  dövlət  xadimi 
kimi  təqdim  olunmuĢdur.  O,  mühüm  məsələlərin  həllində  yaxın 
silahdaĢları  ilə  məsləhətləĢsə  də  sonda  qərarı  özü  verirdi.  Onu 
fikrindən  daĢındırmaq  isə  mümkün  deyildi.  ġah  Ġsmayıl  baĢa 
düĢürdü  ki,  minlərlə  insanı  öz  ətrafında  toplamaq,  bir  amal 
uğrunda  mübarizədə  birləĢdirmək  üçün  onlarda  öz  ideallarına 
dərin inam oyatmaq lazımdır. Buna görə də ġah Ġsmayıl dindən, 
Ģiəlik  ideologiyasından  bir  bayraq  kimi  istifadə  edir.  GeniĢ  xalq 
kütlələri  onun  müqəddəsliyinə  doğurdan  da  inanırdılar.  Onun 
zühuru  gözlənilən  Mehdi  olduğunu  hamı  qəbul  etmiĢdi.  Hətta 
―Bismillah‖  əvəzinə  ―BismiĢah‖  deməkləri  də  buna  sübut  idi. 
Onun  üzündə  olan  nuru  sanki  hər  kəs  görürdü.  Ta  ki  törətdiyi 
qətllərə  qədər.  Etdiyi  bu  qətllərdən  sonra  onun  üzündəki  nur  da 
sanki yox olmuĢdu. 
―ġah və Sultan‖ romanında ġah Ġsmayılla Özbək xanı ġey-
bani xan arasında olan gərgin münasibətlər diqqəti çəkir. ġeybək 
xanın  talan  etdiyi  yerlərin  əhalisinə  qarĢı  etdiyi  zülmlərin 
qarĢılığında  onlar  Ģaha  məktub  göndərərək,  onları  ġeybək  xanın 
zülmündən  xilas  etməyə  çağırırdılar.  Bunların  qarĢılığında 
ġeybək xan Ġsmayıla ―Zavallı çapqınçı atlıların baĢçısı olan aciz, 
gücsüz Ġsmayıl bilsin ki...‖ sözləri ilə baĢlayan və ―hansı deĢikdə 
gizlənirsən, ortaya çıx ki, səni cücü kimi əzək!‖ cümləsiylə bitən 
bir məktub yollamıĢdı. ġah da eyni tərzdə bir məktub yazaraq ona 
yollamıĢdı.  Bu  məktublar  da  müharibənin  baĢlamasını  labüd 
etmiĢdi. Daha sonra yazıçı döyüĢün nəticəsini, Ģahın qalib olduq-
dan sonra etdiyi çıxıĢı və özbək xanın qafa tasında Ģərab içməsini 
təsvir etmiĢdir.  
Romanda  ġah  Ġsmayıl  Xətai  həm  də  ana  qatili  kimi  təsvir 
olunur.  Əvvəlcə  bu  faktı  Reha  Çamuroğlu  ―Ġsmayıl‖  romanında 
vermiĢ,  sonradan  Ġskəndər  Pala  da  bu  yanlıĢ  yanaĢmadan  qaça 
bilməmiĢdir. ―ġah və Sultan‖ romanında Ģahın hüzuruna gələn bir 


 
~ 345 ~ 
Ģairin  dediyi  sözlər  onu  qəzəbləndirir.  ―ġahım,  unutmayın,  tarix 
yenə də ―Sünni ananın qızılbaĢ oğlu Təbrizdə sünniləri öldürdü‖, 
yazacaq‖(3,  60).  Bu  sözlərdən  sonra  Ģah  qəzəblənir  və  anasının 
öldürülməsi  ilə  bağlı  əmr  verir.  ġahın  anasını  öldürtdürməsi  isə 
dərviĢlər tərəfindən ġahın qurduğu müqəddəs dövlət naminə canı 
qədər sevdiyi anasını belə fəda etməsi kimi izah olunur. Ġskəndər 
Pala ―ġah və Sultan‖ əsərində Sultan Səlimin də atasını boğdurub 
öldürdüyünü təsvir etmiĢdir. Hətta onun iki qardaĢını və 5 əmisi 
oğlunu  da  öldürüldüyü  bildirilir.  Təsadüfi  deyil  ki,  Sultan  Səlim 
tarixdə ―zalım‖ mənasını verən Yavuz ləqəbi ilə tanınmıĢdır.  
―ġah  və  Sultan‖  romanında  ġ.Ġ.Xətainin  sərkərdə  kimi 
cəngavərliyi,  igidliyi  təsvir edilmiĢdir. Əgər, Sultan Səlim  döyü-
Ģün  gediĢinə  nəzarət  edirsə,  ġ.Ġ.Xətai  Ģəxsən  öz  sərkərdə 
yoldaĢları ilə birgə döyüĢür və onu fikrindən daĢındırmaq istəsələr 
də razı olmur. ġ.Ġ.Xətai Sultan Səlimlə həmiĢə mübarizə aparma-
sına baxmayaraq ancaq onun ölüm xəbərini eĢidəndə təəssüflənə-
rək  ―Qəhrəman  hökmdarıydı.  Allah  rəhmət  etsin!‖  deməsi  də 
ġ.Ġ.Xətainin böyüklüyünün, qüdrətli bir hökmdar olmasından irəli 
gəlirdi. 
Bildiyimiz  kimi,  Çaldıran  döyüĢündən  əvvəl  ġ.Ġ.Xətai  ilə 
S.Səlim bir-birilərinə məktub yazırlar. Bu məktublar da ġ.Ġ.Xətai 
və  S.Səlim  obrazlarının  xarakterlərin,  mənəvi  aləmlərinin 
açılmasına  kömək  edir.  S.Səlim  ona  ―Gəlib  kandarımı  öpmək 
sənin üçün iftixardı‖ deməklə ġ.Ġ.Xətaini təslim olmağa çağırırdı. 
ġ.Ġ.Xətai isə bu məktuba cavab olaraq: ―Səninlə mən daĢla ĢüĢəyə 
oxĢayırıq: daĢ ĢüĢənin üstünə də düĢsə, ĢüĢə daĢın üstünə də dəy-
sə,  param-param  olacaq  Ģey  məlumdur‖  -  sözlərini  deyir.  Belə-
liklə,  onların  arasında  gedən  məktublaĢmalardan  həm  Ģah,  həm 
sultan  bir-birlərini  təslim  olmağa  çağırsalar  da,  nə  Ģah,  nə  də 
sultan öz fikirlərindən daĢınmırlar. Çünki  ġah sultanı,  Sultan isə 
ġahı  öz  dövləti  üçün  maneə  olaraq  görürdü.  Bu  məktublardan 
sonra  həm  ġ.Ġ.Xətainin,  həm  də  S.Səlimin  güclü  bir  sərkərdə 
olmaqla  yanaĢı  ,  həm  də  hazırcavab  Ģair  olduqlarını  bir  də 
göstərmiĢ  olur.  Onlar  arasında  qılınc  savaĢından  əvvəl  gedən  bu 
söz  savaĢı  sanki  hər  iki  sərkərdənin  döyüĢdən  əvvəl  birinin 
digərini  məğlub  etməyə  çalıĢmaq  cəhdi  idi.  Söz  savaĢında  kim 
udacaqdısa qılınc savaĢının qalibi də o olacaqdı. 
―ġah  və  Sultan‖  romanında  yazıçının  təsvir  etdiyi  maraqlı 
epizodlardan biri də Sultan Səlimə atası tərəfdən edilən qarğıĢdır. 
―Səni  görüm  Ģiri-pəncələr  əlində  öləsən‖-  deyərəkoğlu  Səlimə 
qarğıĢ edir. Sultan Səlim hakimiyyətdə olduğu müddətdə düĢünür 


 
~ 346 ~ 
ki,  atasının qarğıĢı heç vaxt  gerçəkləĢməyəcək. Çünki  o düĢünür 
ki, onu öldürəcək bir aslan pəncəsi, yaxud pəncəsi aslan kimi olan 
igid  biri  yoxdur.  Ancaq  romanın  sonunda  Səlimin  kürəyində 
çıxan  və  təbabətdə  ―Ģiri-pəncə‖  adlandırılan  ölümcül  çiban  onun 
ölümünə səbəb olur. 
‖Çox  zaman  ayrı-ayrı  mənbələrdə  tarixi  hadisə  və  Ģəxslər 
haqqında verilən məlumatlar bədii əsər üçün kifayət etmir. Yazıçı 
istedadı  bu  məqamda  xüsusi  ilə  nəzərə  çarpmalıdır.  O,  bədii 
uydurma  vasitəsi  ilə  tarixdən  aldığı  fakta  yeni  Ģtrixlər  əlavə 
etməklə əsəri daha da zənginləĢdirməlidir (1, 62) . Ġskəndər Pala 
da  bunun  üçün  uyğun  və  uğurlu  süjet-kompozisiya  quruluĢu 
seçmiĢdir.  Hadisələrin  gediĢinə  gözəl  Bəhruzə  obrazını-  Taclı 
xatunu  yerləĢdirmiĢdir.  Əsərin  əsas  hissəsi  14-15  yaĢındakı 
Bəhruzənin və sonradan onun qulluqçusu olacaq Qəmbərin uĢaq-
lığı və onların ġah sarayına düĢdükdən sonrakı həyatının təhkiyəsi 
ilə  baĢlayır.  Əsl  adı  Bəhruzə  olan,  daha  sonra  isə  baĢına  tac 
qoyduğu  üçün  Taclı  adlanmağa  baĢlayan  bu  obraz  vasitəsilə 
yazıçı  həm  də  ġah  Ġsmayılı  oxuculara  tanıtdırır.  Bəhruzənin 
sevdiyi  Təbrizli  Ömər  sünnidir.  ġah  Ġsmayıl  isə  sünnilərin  düĢ-
mənidir.  On  beĢ  yaĢına  yenicə  qədəm  qoyan  Bəhruzə  ġah 
Ġsmayılın  xanımı  Gülüzar  Bəyimin  üstünə  günü  gəlir.  ġah 
Ġsmayılla  yaĢadığı  beĢ  il  ərzində  Bəhruzə  yataqda  ġahla  arasına 
qılınc  qoyub  yatır.  Sevgilisi  Ömərdən  onu  ayırdığı  üçün  ġahı 
bağıĢlaya bilmir. Lakin səbəb təkcə bu deyil. Bəhruzə ġahın ona 
aĢiq  olmasını,  Ģərabdan  deyil,  eĢqdən  sərxoĢ  olmasını  istəyir. 
Bunu görə bilmədiyi üçün o ġahı əri olaraq qəbul edə bilmir.  
ġah Bəhruzəni sevir. Yazdığı Ģeirlərini Bəhruzəyə həsr edir. 
Bəhruzə də Ģah Ġsmayılı deyil, Ģair Ġsmayılı sevir. Onun apardığı 
müharibələr  idi  ki,  bəlkə  də  Bəhruzənin  onu  sevməsinə  mane 
olurdu.  Çaldırandakı  məğlubiyyəti  azmıĢ  kimi,  Taclının  da  əsir 
düĢməsi  ġahın  pəriĢanlığını  daha  da  artırır.  ġah  Ġsmayılın  sima-
sında  oxucu  həm  də  sevdiyini  itirən  bir  aĢiqin  keçirdiyi 
sarsıntıların Ģahidi olur. Günlərlə söhbət eləmir, dövlət iĢlərindən 
uzaqlaĢır və vaxtının çoxunu ―Xətai‖ təxəllüsü ilə Ģeir  yazmaqla 
keçirir.  
Bu bəxt-i bəd ki mənim var, Xətai, ol Ģuxu, 
Qəm əhlinə deyərlər qəmküsar imiĢ, mənə nə?! (3,311). 
 
Ġ.Pala  ġ.Ġ.Xətainin  Taclıya  olan  sevgisini  təkcə  dünyəvi 
sevgi  hesab  etmir,  bu  həm  də  ilahi  sevgi  idi.  Hüseynin  dilindən 
deyilən sözlər bunu göstərir. ġah Taclının simasında mütləq olan 


 
~ 347 ~ 
bir gözəlliyi, yəni Allahı görürdü. Taclıya qovuĢmaq əslində onun 
öz məninə qovuĢması,  yəni  Tanrıya qovuĢması  demək idi.  Bunu 
hürufilərin  baxıĢları  ilə  eyniləĢdirmək  olar.  Onlar  Allahın,  ilahi 
sevginin  insanda  təcəlla  etdiyini  bildirirdi.  ġ.Ġ.Xətainin  yazdığı 
Ģeirlərin  əksəriyyətində  onun  bir  sufi  Ģair  kimi  ilahi  sevgini 
tərənnüm etdiyini görmək mümkündür. 
Taclının  sultan  sarayına  əsir  düĢdükdən  sonrakı  taleyi  də 
maraqlıdır.  Sultan  Səlim  bu  qadının  gözəlliyinə  heyran  olsa  da 
onu Tacizadə Cəfər Çələbiyə ərə verir. ―ġah artığı‖ hesab etdiyi 
Bəhruzəylə  nigah  qurmağı  öz  Sultan  adına  yaraĢdırmır.  Lakin 
sonradan Tacizadəni boğdurub öldürtdürən də məhz Sultan Səlim 
olur.  Bəhruzə  Sultanı  da  sevir,  onun  ölümündən  çox  kədərlənir. 
Taclı  tərəfindən  Sultan  Səlim  haqqında  Qəmbərə  deyilən  sözlər 
maraq  doğurur:  ―Bir  damcıda  ümmanları  dalğalandıran,  baĢıpo-
zuq  əsgərdən  nizami  ordu  yaradan,  kiçik  fikirdən  ortaya  mədə-
niyyət  çıxardan,  qısa  müddətdə  dövlətini  bir  neçə  dəfə  böyüdən 
belə  uca,  güclü  hökmdar  dünyaya  beĢ  yüz  ildən  bir  gəlir,  dünya 
tarixi  bir  az  da  həmin  qəhrəmanların  tarixi  sayılır‖  (3,  353). 
Taclının ġah, Sultan, Cəfər Çələbi, Ömər və Qəmbər can misalın-
da  Ģahlıq,  sultanlıq,  köləlik,  sünnilik,  Ģiəlik  tanımayan  həqiqi 
məhəbbətə dair düĢüncələri ilə açılım gerçəkləĢir (4,119). 
Romanda  Həsən  və  Hüseyn  obrazları  da  çox  həyatidir. 
Əslində  iki  qardaĢ  olan  Həsənlə  Hüseynin  simasında  yazıçı  ġah 
və  Sultanı  görürdü.  Hüseynin  simasında  Sultan  Səlimi,  Həsənin 
simasında isə ġah Ġsmayılı. Hüseyn Sultan Səlimin, Həsən isə ġah 
Ġsmayılın yaxın silahdaĢı olur. ġaha və Sultana olan sevgilərindən 
ayrı düĢən bu iki qardaĢ illər sonra bir-birlərinə qovuĢur. Birinci 
dəfə  Sultan  Səlim  dərviĢ  libasında  ġahın  sarayına  gələndə. 
Talenin amansızlığıdır ki, onları bu cür görüĢdürmüĢdü. Həsənlə 
Hüseyn düĢmən cərgəsində iki qardaĢ, ġah və Sultan isə qardaĢlıq 
cərgəsində  düĢmənidilər.  Ġllər  sonra  bir-birlərini  tapdıqlarını  və 
ayrılmayacaqlarını düĢünsələr də  yenə də birinin ġaha, digərinin 
isə  Sultana  olan  sevgisi  və  sədaqəti  üzündən  ayrılmağa  məcbur 
olurlar. 
Ġkinci  dəfə  isə  onlar  bu  hadisədən  yeddi  il  sonra  Çaldıran 
düzənliyində  bir-birlərinə  qovuĢurlar.  Həm  qovuĢurlar,  həm  də 
sonsuzadək  ayrılırlar.  Çünki  Hüseyn  üzünü  görmədiyi  üçün  qar-
daĢı Həsəni öldürmüĢdü. Yalnız bundan sonra öldürdüyü insanın 
düĢmən  yox,  əslində  doğma  qardaĢı  olduğunu  görmüĢdü.  Əsil 
Çaldıran  döyüĢü  bu  idi.  QardaĢı  qardaĢ  əliylə  öldürtdürən  bir 
müharibə.  Əslində  ölən  təkcə  Həsən  deyildi.  Həm  Hüseyn,  həm 


 
~ 348 ~ 
ġah, həm də Sultan bu döyüĢdə ölmüĢdü. Əslində bu Ģahın məğlu-
biyyəti  deyildi.  Bu,  həm  də  Sultan  Səlimin  və  türk  dünyasının 
məğlubiyyəti idi. ―Çaldıran sanki ġah Ġsmayıl xasiyyətinin, Xətai 
xislətinin bütün mürəkkəb, təzadlı, dolaĢıq cəhətlərini əks etdirir‖ 
(2, 56). 
Romanda  tarixi  həqiqətlərə  uyğun  olmayan  bir  sıra  faktlar 
verilsə də, fikrimizcə, roman bədii əsər kimi uğurlu alınmıĢdır. 
 
Ədəbiyyat: 
 
1. Axundlu Y. Tarix və roman. Bakı: Yazıçı, 1988, 190 s 
2. Anar. ġairin zəfəri // ġ.Ġ.Xətai (məqalələr toplusu). Bakı: Elm, 
1988, s. 41-58  
3. Ġskəndər P. ġahvə Sultan. Bakı: Qanun, 2012, 384 s. 
4. Rəsulov Ə. ―ġah və Sultan‖ romanında tarixi hadisələr və bədii 
Ģərtilik. Dil və Ədəbiyyat, Bakı, 2012, s. 118-121 
 
АББАСОВА СЕМЕНИ 
 
РОМАН "ШАХ И СУЛТАН " ИСКЕНДЕРА ПАЛЫ И 
МИР ОБРАЗОВ 
 
РЕЗЮМЕ 
 
Ключевые слова: роман, Искендер Пала, Шах Исмаил 
 Хатаи, Султан Селим, суфи 
 
В этой статье были проинформированы образы в романе 
Искендера Палы " Шах и Султан ". Там приведены мысли об 
основных образов романа Шах Исмаил Хатаи, Султан Селим 
и другие образы.
 
 
 
 


 
~ 349 ~ 
ABBASOVA SEMENI 
 
ISKANDAR PALA'S NOVEL “THE SHAH AND THE 
SULTAN” AND WORLD OF CHARACTERS 
 
SUMMARY 
 
Key  words:  roman,  Iskender  pala,  Shakh  Ismail  Khatai, 
Sultan Selim, suphi 
This  article  gives  information  about  the  characters  in 
Iskandar  Pala's  novel  ―The  Shakh  and  the  Sultan‖.  The  article 
states  opinions  about  the  main  characters  of  the  novel-  Shakh 
Ismayil Khatai and Sultan Selim, as well as other characters. 

Yüklə 2,05 Mb.

Dostları ilə paylaş:
1   ...   105   106   107   108   109   110   111   112   113




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə