MəHƏRRƏm qasimli



Yüklə 2,05 Mb.
Pdf görüntüsü
səhifə14/113
tarix08.07.2018
ölçüsü2,05 Mb.
#53812
1   ...   10   11   12   13   14   15   16   17   ...   113

 
~ 43 ~ 
universal  rol  oynayan  və  onu  idarə  edən  xeyir  -  Ģər  duallığıdır. 
Belə duallığın  «idarəetmə» funksiyası  yalnız zahiri aləmə  yönəl-
miĢ  insan  təfəkkürünü  formalaĢdırmağa  qabildir.  «Zahiri  aləmə 
yönəlmiĢ  insan təfəkkürü» dedikdə maddi  dünyanın  iĢləri ilə sıx 
bağlı  olub  ruhani  həyatı  və  onun  qanunauyğunluqlarını  nəzərə 
almayan,  yaxud  da  bilməyən  insanların  materialist  düĢüncə  tərzi 
nəzərdə  tutulur.  Belə  ki  ruhani  həyatın  dərinliklərində,  ezoterik 
düĢüncədə  «xeyir-Ģər»  özünün  duallığını  itirərək  «vahid  həyat» 
konsepsiyasında birləĢir.  
Bütün  dövrlərdə  etnik  mədəniyyətlərin  mifik-fəlsəfi 
düĢüncəsində  xeyir  və  Ģər  əksliyi  həyatın,  insan  yaĢayıĢının  ana 
xəttini  təĢkil  edib.  Miflərdə  və  mifik  obrazların  iĢtirak  etdikləri 
nağıl  və  rəvayətlərdə  həyatın  axarı,  onun  mahiyyəti  və  fəlsəfi 
mənalandırılması xeyirlə Ģərin konflikti kontekstində gedir. Xeyir 
-Ģər  duallığı  hər  cür  ziddiyyətlərin  təməl  prinsipini  təĢkil  edir. 
Dünyanı dərk forması kimi Vahidi dərkin ikiliyə - çoxluğa bölün-
məsi,  obyekt  və  subyektə  ayrılma  xeyir  –  Ģər  duallığı  məkanını 
yaradır.  Ġnsanlıq  tarixi,  əslində,  xeyir  -  Ģər  binarlığının  periodik 
əvəzlənmələri  tarixidir.  Belə  ki,  tarixin  bütün  mərhələlərində  in-
sanların  özlərini,  öz  həyatlarını  və  dünyanı  dərk  tərzini, 
keyfiyyətini  müəyyənləĢdirən  əsas  amil  xeyir-Ģər  problemi  olub. 
Mifik  düĢüncədə  insanlar  xeyirlə  Ģərin  obrazları  formalaĢmıĢdır 
və  onlar  –  obrazlar  dünyanı  dərkin  ilkin  mərhələsinin  ifadəçisi 
kimi  qiymətləndirilir.  K.Levi-Stross  deyir  ki,  mifoloji  təfəkkür 
bəzi  əksliklərin  dərki  ilə  yaranır  və  onları  dəf  etməyə  çalıĢarkən 
inkiĢaf edir; mifin məqsədisə binar oppozisiyaların (həyat – ölüm, 
xeyir – Ģər və s.) həlli üçün məntiqi modellərin təqdim edilməsidir 
(2). Belə məntiqi modellərdən biri və birincisi umümbəĢəri gücə 
malik olan humanizm prinsipidir.  
Sevgiyə,  ədalətə  dayaqlanan  humanizm  prinsipini  qabart-
maq  üçün  Ģərin  iĢtirakı  zəruri  amildir.  Ona  görə  də  bütün  mifik 
obrazların iĢtirak etdiyi nağıl və rəvayətlərdə həmiĢə qəhrəmanlar 
Ģər  qüvvələrlə  üzləĢirlər,  bir  növ,  onların  məktəbindən  keçməli 
olurlar. Mifoloji təfəkkür bütün tarixi dövrlərin içərisindən keçib 
zamanımıza gəlib çatan və reallığını itirməyən bir həqiqət daĢıyır 
- həyatın dialektikası enmə və yüksəlmə xətləri, bir növ, hiperbola 
və parabola üzərində qurulan «süjetlər»dən ibarətdir. Belə «süjet-
lər»  hər  bir  etnik-mədəni  bölgə  üçün  spesifik  olan  emosional–
obrazlı  düĢüncənin  örtüyünə  bürünüb.  Ona  görə  çox  asanlıqla 
müxtəlif  xalqların  müxtəlif  folklor  nümunələri  arasında  oxĢar-
lıqlar,  hətta  eyniliklər  tapmaq  olur.  Məsələn,  nağılların  struktur 


 
~ 44 ~ 
analizi  göstərir  ki,  mənsub  olduqları  etno-mədəni  arealların 
müxtəlifliyindən asılı olmayaraq, insanların mifik təfəkkürü oxĢar 
modellərlə  iĢləyir.  Levi-Strossa  görə,  bütün  ‖dillər‖  (söhbət 
müxtəlif  mədəniyyətlərə  aid  olan  mif  və  nağıllardan  gedir  – 
M.A.)  üçün  struktur  eynidir,  yəni  müxtəlif  xalqların  məĢhur 
rəvayətlərini,  deyimlərini,  nağıllarını  çap  etmək  üçün  çox  sayda 
kitab  lazım  olardı,  lakin  iĢtirakçıların  rəngarəngliyi  arxasında 
həddən  artıq  sadə  funksiyaları  görməklə  onları  məhdud  saya 
gətirib çatdırmaq olar (3).  
Mifik  təfəkkürlü  ilkin  insanın  mübarizəsi  arxetipik  qəhrə-
manın  əcaib  obrazlarda  ifadə  olunan  kosmik  Ģərlə  (əjdaha,  div, 
siklop,  kiklop,  təpəgöz  və  s.  ilə)  mübarizəsidir.  Mifoloji  obraz-
larda  Ģər  xislətinin  böyük  ölçülərdə  verilməsi  onların  potensial 
ekvivalenti ola biləcək xeyirin ölçülərinə dəlalət edir. Bu, Allahın 
insan  xislətində  yerləĢdirdiyi  xeyiri  anlamaq  üçün  mühüm 
cəhətdir.  VI  əsrdə  yaĢamıĢ  yunan  filosofu  Areopagit  Psevdo-
Dionisi  öyrədirdi  ki,  ―Tanrını  yalnız  ən  görkəmsiz  Ģeylərlə 
göstərmək olar. ...təĢbeh həqiqətə nə qədər az oxĢayırsa, həqiqət 
bir  o  qədər  aydın  təsəvvür  olunar.  Qorxunc  və  qəribə  surətlərlə 
qarĢılaĢan  insanın  təxəyyülü  canlanır  və  cismani  rahatlığa  qapıl-
madan  həqiqəti  iyrənc  görüntülərin  pərdəsi  altında  axtarmağa 
məcbur olur‖ (4, 98). 
Mifik  təfəkkürün  baza  elementlərindən  olan,  Ģər  qüvvəni 
təmsil edən kosmik Ģər obrazları ilə döyüĢən igid obrazları bütün 
mədəniyyətlərin  mifik  təfəkküründə  mövcud  olub.  HəmiĢə  nağıl 
qəhrəmanları  Ģər  qüvvələrlə  mübarizə  aparmalı  olublar.  Adətən, 
qəhrəmanın  qalibiyyəti  həmiĢə  ilkin  məğlubiyyətdən  sonra 
baĢlanır. Mifik personajların iĢtirak etdiyi nağıllarda, rəvayətlərdə 
müxtəlif  obrazlarla,  alleqorik  vasitələrlə  təsvir  olunan  xeyirlə 
Ģərin qarĢılıqlı münasibətində və mübarizəsində  hər zaman xeyir 
qələbə  çalır,  lakin  qələbəyə  çatana  qədər  Ģərin  ona  verdiyi 
əzablardan,  çətinliklərdən  keçməli  olur;  bu  yolda  müvəqqəti 
məğlubiyyətlərə  məruz  qalır,  alçaldılır,  əzilir,  bunun  nəticəsində 
daha yüksək keyfiyyətlər əldə edir, daxilən cilalanır, yüksək mər-
təbələr  qazanır  (7,  271).  Belə  süjet  xətti  bütün  xalqların  obrazlı 
təxəyyülü  üçün  səciyyəvidir.  Burada  həyat  dialektikasının  ən 
mühüm qanunauyğunluğu özünü göstərir – həyatın dibinə enməyi 
bacarmayan  (uduzmağı  bacarmayan)  onun  zirvəsinə  qalxa  bil-
məz!  Bu  konsepsiya  insanlıq  tarixinin  nəinki  ilkin  (mifik 
təfəkkür)  mərhələsində,  həmçinin  bütün  dönəmlərində  müdrik-
lərin  həyat  kredosu  olub.  Qədim  və  orta  dövrlərdə  özünün 


Yüklə 2,05 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   113




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə