MəHƏRRƏm qasimli



Yüklə 2,05 Mb.
Pdf görüntüsü
səhifə2/113
tarix08.07.2018
ölçüsü2,05 Mb.
#53812
1   2   3   4   5   6   7   8   9   ...   113

 
~ 7 ~ 
XIX  əsr  Türkiyə  və  Azərbaycan  ədəbiyyatının  yeniləĢməsində  baĢlıca 
mərhələlər 
Axundova Gülnar ......................................................................................257 
ġifahi  xalq  ədəbiyyatında  xalq  psixologiyası  və  milli  -  mənəvi 
dəyərlər 
Jalə Xəlilova...............................................................................263 
Azərbaycan dastanlarında mifoloji obrazlar 
Şəms Hümbətli...........................................................................271 
Əski türk dastanlarından bu günümüzə adqoyma mərasimi 
Məryəm Burtiyeva......................................................................281 
Azərbaycanda toy adət-ənənələri 
Rəsulova Rəbiyyə ......................................................................292 
Azərbaycan xalq Ģeirində meyxana janrı 
Leyla İsmiyeva...........................................................................300  
Novruz bayramı 
Vüsalə Kərimli...........................................................................307 
Azərbaycan folklor nümunələrində psixoloji paralelizm 
Xanım Hüseynova.....................................................................314 
Bəhlul Danəndə lətifələrinin bədii dil xüsusiyyətlərinə dair 
Asunta Hüseynova.....................................................................320 
―Qurbani‖ dastanında milli-mənəvi dəyərlərin təcəssümü 
Xıdırlı Günel..............................................................................327  
―Novruz‖ dastanının dilində məcazlar sistemi 
Həsənova Ülviyyə......................................................................334 
Türk mifoloji düĢüncəsində canlı təbiət obyektləri (quĢ, at obrazı) 
ilə bağlı yaranan kultlar 
Abbasova Səməni.......................................................................341 
Ġskəndər Palanin ―ġah və Sultan‖ romanı və obrazlar aləmi 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 


 
~ 8 ~ 
MƏHƏRRƏM QASIMLI 
Azərbaycan Respublikasının 
Dövlət Mükafatı laureatı, professor 
  
DƏDƏ QORQUDUN QƏBRĠ DƏMĠRQAPI  
DƏRBƏNDDƏDIR 
 
Açar sözlər: Dədə Qorqud, Qafqaz, Bayat  qapısı, Səyahət, 
Anadolu 
 
Tarix  içindəki  oğuz-türk  mənəvi  mədəniyyətinin  ana  axar-
larından biri Dədə (Ata) Qorqud və onun çevrəsindəki mifoloji və 
tarixi  proseslərlə  bağlıdır.  Babalarımız  olan  oğuzların  mənəvi-
ruhani  hamisi,  yol  göstəricisi  statusunda  çıxıĢ  edən  "Qorqud", 
Ģübhəsiz  ki,  birinci  növbədə  yüzilliklərin  dərinliklərindən  gələn 
müdriklik, öncəgörməlik, ulusu-etnosu gələcəyə doğru istiqamət-
ləndirmə  düĢüncəsinin  ortaya  çıxardığı  rəmzi-mifoloji  obrazdır. 
Oğuz-türk  tarixinin  çeĢidli  dönəmlərində,  xüsusən  də  taleyüklü 
məqamlarında ulus-etnos içərisindən çıxmıĢ (zühur etmiĢ!) fövqəl 
istedad,  bilici-görücü  keyfiyyətlərinə  malik  unikal  Ģəxsiyyətlər 
sözügedən  mənəvi  statusu  ("qorqudluğu")  öz  üzərinə  götürmüĢ, 
bu  səbəbdən  də  "Qorqud"  adı  ilə  çağırılmıĢlar.  Bu  baxımdan 
"Qorqud"  tarixi-mifoloji  statusunun  yüzillər  boyundakı  daĢıyıcı-
larının sayı, yəqin ki, onlarladır. Türküstan, Qafqaz və Anadoluda 
müĢahidə  olunan  çoxsaylı  Qorqud  qəbirləri  də  həmin  tarixi 
gerçəkliyin ifadəsidir.  
"Qorqudlar"  silsiləsi  haradan  və  kimdən  baĢlanır,  hansı 
ardıcıllıqla  davam  edir,  kiminlə  qapanır?  Bu  suallara  cavab 
vermək  o  qədər  də  asan  deyildir.  Hər  halda  folklor  və  tarix 
qaynaqlarından  gələn  bilgilərin  tutuĢdurulması  belə  bir  təxmini 
sonucu söyləməyə imkan verir ki, deyəsən, "Kitabi-Dədə Qorqud" 
eposunda  adı  keçən  "Dədə  Qorqud"  "Qorqudlar"  silsiləsinin 
sonuncularından biridir. Bəlkə də elə məhz sonuncusudur. Burada 
bir  məqama  qarĢı  olduqca  diqqətli  və  həssas  davranmaq  lazım 
gəlir.  "Qorqudlar"  silsiləsinə  mənsub  olan  "sələf  qorqudlar"ın 
barəsindəki  əksər  təsəvvür  və  düĢüncələr,  o  cümlədən  də  sak-
rallıq-müqəddəslik,  ilahi  aləmə  -  ruhlar  dünyasına  bağlılıq  və  s. 
kimi  mifoloji  keyfiyyətlər  "xələf  qorqudlar"a  da  ötürülmüĢdür. 
Buna  görə  də  qorqudlar  çevrəsində  yüzillər  boyunca  yaranmıĢ 
rəvayət  və  hekayətlər,  o  cümlədən  də  oğuznamələr  hər  növbəti 
Qorqudla yenidən etnik-mənəvi dövriyyəyə daxil olaraq bir az da 


 
~ 9 ~ 
zənginləĢmiĢ  və  irəliyə  daĢınmıĢdır.  Dədə  Qorqud  oğuznamə-
lərində  çox  fərqli  zamanların,  biri-birindən  kifayət  qədər  uzaq 
olan  tarixi  dövrlərə  məxsus  relikt  -  əlamətlərin  görünməsi  də 
əsasən  bu  səbəbə  söykənir.  Qorqudlar  silsiləsinin  sözü  gedən 
səciyyəsi  ən  əski  çağdakı  Qorqudla  nisbətən  yaxın  zamandakı 
Qorqud  arasında  kəskin  ayrıntı  yaratmaq  imkanı  vermir.  "Qor-
qudluq" etnik-mənəvi statusu bir sistem kimi elə qurulmuĢdur ki, 
xələf  Qorqud  bütün  hallarda  sələf  Qorqudun  davamçısı  olduğu 
qədər həm də onun özüdür... 
 Kitabi-Dədə  Qorqud"un  epik  yaddaĢından  Dəmirqapı 
Dərbəndin  adı  bir  neçə  dəfə  keçir:  Qazan  xanın  evinin  dağıdıl-
ması ilə bağlı olan boyda hadisələr Dərbənd və onun yaxınlığında 
baĢ verir. Dərbəndin  məĢhur qapılarından birinin indinin  özündə 
də  "Bayat  qapı"  adlanması  Dədə  Qorqudun  çıxdığı  Bayat  elinin 
bu  yerlərlə  nə  qədər  sıx  bağlı  olduğunun  daĢ  möhürüdür.  Dədə 
Qorqud  qəbirlərindən  birinin  Dərbənddə  olması  barədə  çeĢidli 
söyləntilər, hətta tarixi bilgilər də vardır. Qorqud qəbirlərinin say 
çoxluğu və türk dünyasının müxtəlif bölgələrində müĢahidə olun-
ması bir mənzərə kimi olduqca təbii və qanunauyğundur.  
―Qorqudlar‖  silsiləsinin  Dərbəndlə  bağlı  olan  «Dədə  Qor-
qudu» dastan-epos, rəvayət yaddaĢı ilə yanaĢı tarix qaynaqlarında 
da iz qoymuĢdur. Belə ki, məĢhur alman səyyahı Adam Olearinin 
1638-ci  il  də  Dərbənddə  olarkən  qeydə  aldığı  səfər  təəssüratı 
Dədə  Qorqud  məsələsinə  xeyli  dərəcədə  aydınlıq  gətirir.  Onun 
yol qeydləri Dədə Qorqudun, Qazan xanın və Burla xatunun tarixi 
kimliyi,  onların  qəbirlərinin  coğrafi  və  məhəlli  koordinatları 
barədə  qiymətli  ip  ucları  verir.  Adam  Olearidən  on  bir  il  sonra- 
1649-cu  ildə  Dərbənddə  olmuĢ  məĢhur  Osmanlı  səyyahı  Övliya 
Çələbi  də  Dədə  Qorqudun  qəbrinin  Dərbənddə  olmasını  və 
ziyarətgah  sayılmasını  qeydə  almıĢdır:  ―Ziyaretgahe  Dədə  Xor-
xud.  Ullu  sultandır,  Ģirvanlılar  bu  sultana  mötəqiddirlər‖ 
(O.Çelebi. Kniqa puteĢestviə. Vıp. 3, M., 1983, s. 176). Bu mən-
bələrlə  yaxından  tanıĢ  olduqdan  sonra  akademik  V.V.Bartold 
1908-ci  ildə  Dərbəndə  elmi  səfərə  yollanmıĢ  və  Adam  Olearinin 
təsvir etdiyi Ģərti (sözlü) xəritəyə əsasən Dədə Qorqudun qəbrini 
axtarmağa baĢlamıĢdır. Onun aĢağıdakı qeydi olduqca maraqlıdır: 
"Ġyulun  21-də  kənd  sakinlərinin  biri  və  tələbə  Ġsrafillə  Olearinin 
təsvir etdiyi yeri - Ģəhərdən Ģimal tərəfdəki ərazini gözdən keçirt-
dim.  Xüsusi  hasara  alınmıĢ  qırx  Ģəhidin  məzarı  yerləĢən  böyük 
qəbiristanlığın  Qırxlar  qapısından  keçdikdən  sonra  yol  bulağın 
yanından keçir və daha sonra quru çay yatağı ilə kəsiĢir. Deyilənə 


Yüklə 2,05 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   113




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə