MəHƏRRƏm qasimli



Yüklə 2,05 Mb.
Pdf görüntüsü
səhifə3/113
tarix08.07.2018
ölçüsü2,05 Mb.
#53812
1   2   3   4   5   6   7   8   9   ...   113

 
~ 10 ~ 
görə,  yağıĢ  yağan  kimi  bu  çayın  yatağı  su  ilə  dolur.  ġəhərin 
alaqapısından  olan  məsafə  Olearinin  göstərdiyi  rəqəmlə  (milin 
dörddə  biri,  yəni  təxminən  iki  verst)  uyğunlaĢır.  Bulağa  çatma-
mıĢ,  yolun  sağında,  üzümlüyün  qarĢısında  düĢüb  iki  yerə  par-
çalanmıĢ böyük qəbir daĢı tapdıq. DaĢın altında yerləĢən quyuya 
endikdə, alt tərəfdəki yazıları görmək olurdu. Ancaq daĢın ağırlığı 
imkan  vermirdi  ki,  onu  çevirib  yazıları  oxumaq  mümkün  olsun. 
Üst  tərəfdə  heç  bir  yazı  yox  idi.  Çox  güman  ki,  bu  məzar  daĢı 
Olearinin  dediyi  və  "Pir  Muxar"a  (Pir-Muxtara)  aid  etdiyi 
"çöldəki qəbir"lə bağlıdır. "Qayalı hündürlükdəki-dağdakı  qəbir" 
buraya  yaxın  bir  yerdəymiĢ.  Doğrudan  da,  qayalı  sıldırım  qərb 
tərəfdən  bu  qəbir  daĢına  çox  yaxındır.  Ancaq  yerli  sakinlər 
oradakı  mağara  və  ziyarətgah-məzar  barədə  heç  nə  bilmirdilər. 
Qorqudun  adı  da  onlara  qətiyyən  bəlli  deyildi"  (V.V.Bartold. 
Soçineniə,  V  tom,  M.,  1968,  s.  379-380).  Göründüyü  kimi, 
V.V.Bartoldun  Dədə  Qorqudun  qəbri  ilə  bağlı  apardığı  incələ-
mənin  əsas  uğuru  A.Olearinin  göstərdiyi  koordinatların  xeyli 
qismini yenidən müĢahidə etməsi və təsdiqləməsidir. Ola da bilər 
ki,  yaĢı  və  səhhəti  ona  qarĢıdakı  sıldırım  qayalığa  qalxmaq  və 
orada  axtarıĢlar  aparmaq  imkanı  verməmiĢdir.  Qızmar  yay 
günlərində  (iyulun  21-i)  qayalıqlarda  hərəkət  etməyin  təhlükəli 
ola  biləcəyi  də,  çox  güman  ki,  Bartoldu  çəkindirmiĢdir. 
V.V.Bartoldun  təqribən  yüz  il  öncə  cəhd  göstərdiyi  səthi  axtarıĢ 
cəhdindən sonra heç bir elmi ekspedisiya son dərəcə böyük tarixi 
əhəmiyyətə  malik  olan  bu  məsələ  ilə  maraqlanmamıĢ,  folklorçu, 
etnoqraf  və  arxeoloqların  birgə  tədqiqatları  təĢkil  olunmamıĢdır. 
Ən  nəhayət,  mən  1987-89-cu  illərdə  Nizami  adına  Ədəbiyyat 
Ġnstitutunun  xətti  ilə  Dərbənddə  elmi  ezamiyyətdə  olduğum  za-
man  A.Oleari  və  V.V.Bartoldun  göstərdiyi  əlamətləri  bir  daha 
təsbitlədim.
 
Bu səfərin nəticələri bu günün özündə də əhəmiyyətli 
ola bilər.  
Adam  Olearinin  səyahət  dəftərindəki  yol  bələdçiliyi  ilə 
Qırxlar  qapısından  və  qəbiristanlığından  adlayaraq  Ģimal-qərb 
tərəfdəki  quru  çay  yatağından  sonra  gələn  sol  tərəfdəki  qayalığa 
çatanda orada qoyun otaran 55-60 yaĢlarında bir yerli sakinlə rast-
laĢdım. Buralarda Dədə Qorqudun qəbir olması barədə bir söhbət 
eĢidib  eĢitmədiyini  soruĢdum.  O,  bu  haqda  heç  kəsdən  bir  Ģey 
eĢitmədiyini  söylədi.  Ancaq  söhbət  əsnasında  qəribə  bir  məsə-
lədən söz açdı: 
- Dədə Qorqudu deyə bilmərəm, ancaq mən eĢitdiyimə görə 
imamlardan  biri  Dərbənddə  süfrə  açıb,  nahar  eləyəndən  sonra 


 
~ 11 ~ 
həmən imam süfrəsini bu torpağa çırpıb, o səbəbdən də Dərbən-
din ruzusu, xeyir-bərəkəti həmiĢə bol olur… 
Bu  söhbəti  eĢidəndə  mən  elə  bil  yüz  ilin  yuxusundan  dik 
atıldım: Adam Olearinin 1638-ci ildəki məĢhur yol qeydlərində də 
söhbət  imamdan  gedir  – Ġmam  Kurxuddan. Bilindiyi  kimi,  on 
iki  imamdan  hansısa  birisinin  Dərbənddə  olması  barədə  heç  bir 
tarixi bilgi yoxdur. Dərbəndlilərin yaddaĢında qalan relikt əlamət 
də Ġmam Qorqudla bağlı mifoloji düĢüncənin qalıntısından baĢqa 
bir Ģey deyildir. 
Mən  bu  barədə  söhbətləĢdiyim  yerli  sakinə  heç  bir  söz 
demədən yolun sol yaxasındakı qayalığa sarı üz tutdum. Sıldırım 
qayalıqlardakı aramalardan sonra belə bir qənaətə gəlmək olurdu 
ki, böyük ehtimalla XVIII-XIX yüzilliklərdən birində hansısa bir 
zəlzələ  və  ya  uçqun  nəticəsində  qayalıqdakı  mağara  ya  tam 
uçulub  dağılmıĢ,  ya  da  yuxarıdan  düĢən  iri  qaya  parçaları  ma-
ğaranın  giriĢini  tutub  qapamıĢdır.  Bu  məsələlərin  aydınlaĢması 
üçün  mütləq  və  mütləq  yüksək  ixtisaslı  mütəxəssislərdən  ibarət 
ekspedisiya  qrupu  yaradılmalı  və  arxeoloji  araĢdırmalar  aparıl-
malıdır.  Hər  halda,  ən  azı  bir  Ģeyi  həyata  keçirmək  o  qədər  də 
çətin  deyildir.  Mənbələrdə  göstərilən  məĢhur  sıldırım  qayalığın 
qarĢısında  (orada  bunun  üçün  gözəl  Ģərait  var)  ―Dədə  Qordqud‖ 
xatirə-kompleksi ucaltmaq olar. Rusiya Federasiyası və Dağıstan 
respublikası  ilə  bu  barədə  danıĢıqlar  aparmaq,  müĢtərək  elmi 
ekspedisiya  həyata  keçirməyi  və  xatirə-kompleksi  qurmağı 
razılaĢdırmaq mümkündür. 
 P.S  Elmi  ictimaiyyət  və  bütövlükdə  xalqımız  üçün  çox 
maraqlı  olacağını  nəzərə  alaraq  Adam  Olearinin  1638-ci  ildə 
Dərbənd  səfərindən  aldığı  təəssüratın  Dədə  Qorqudla  bağlı 
məqamlarını  Ədəbiyyat  Ġnstitutunun  əməkdaĢı  Ruhəngiz 
Məmmədovanın  alman  dilindən  etdiyi  tərcümədə  oxuculara 
təqdim edirəm.  
Adam Oleari 
("Səyahətnamə "dən bir parça) 
«Biz  Dərbənddə  çoxlu  məzarüstü  kitabə  və  qəbir  daĢları 
gördük.  Onların  sayı  bir  neçə  min  olardı.  Ġnsan  boyundan  bir 
qədər  hündür  olan  bu  məzar  daĢları  yarımdairəvi  və  çökək 
formada idi. Məzar daĢlarının üzərində ərəb və suriya hərfləri ilə 
yazılar vardı. Yerli camaat arasında bu məzarlar haqqında belə bir 
rəvayət  dolaĢır:  Qədim  zamanlarda,  hər  halda  Məhəmməddən 
sonra, əslən Okus (Oğuz - M.Q.) olan Midiya hökmdarı Kassanın 
(Qazan xanın - M.Q.) xalqı Elbrus dağının arxasında Tabasaranda 


 
~ 12 ~ 
yaĢamıĢdır.  Orada  indi  yəhudilər  çoxluq  təĢkil  edir.  Oğuzların 
"ləzgi" adlandırdığı Dağıstaıı tatarları ilə Qazanın tayfası arasında 
qəddar,  qanlı  döyüĢ  baĢ  verir.  Sonda  Qazan  xan  qalib  gəlir. 
Dağıstan  tatarlarından  isə  bir  neçə  min  kiĢi  həlak  olur.  O,  həlak 
olanlardan  ən  məĢhurlarının  məzarının  üstünə  yuxarıda  təsvir 
olunan forma və üslubda məzar daĢı qoyulmasını əmr edir. 
Dəniz  kənarında  yerləĢən  digər  məzarlıq  hasarla  əhatə 
olunmuĢdur.  Burada  əvvəlkilərə  bənzər  qırx  böyük  məzar  daĢı 
yerləĢirdi.  Onların  üzərinə  bayraqlar  sancılmıĢdı.  Farslar  buranı 
Çeltenan,  türklər  və  tatarlar  isə  Kerxler  ("Qırxlar"  -  M.Q.) 
adlandırırlar.  Deyilənə  görə,  burada  həmin  döyüĢdə  həlak  olmuĢ 
40  hökmdar  (xan),  müqəddəs  kiĢi  dəfn  olunmuĢdur.  Farslar  və 
tatarlar  dua  etmək  üçün  hər  gün  bu  yerə  gəlirlər.  Əvvəllər  bura 
bol sədəqə verilən yer kimi tanınırdı. Ġndi isə orada yaĢayan yaĢlı 
bir kiĢi məzarları qoruyur və ziyarətə gələnlərdən sədəqə alır. Öz 
əcəli  ilə  dünyadan  köçən  Kassan  xan  Təbrizdə  Acı  çay  yaxınlı-
ğında dəfn olunmuĢdur, onun məzarını bu günədək orada görmək 
olar.  Kassan  xanın  həyat  yoldaĢı  Ģahzadə  Burle-(Burla  xatun-
M.Q.)-nin  məzarı  Urmiya  qalasının  yaxınlığında  yerləĢir.  Deyi-
lənlərə  görə,  onun  qəbrinin  uzunluğu  40  futdur.  Sakinlər  iddia 
edirlər  ki,  bu  nəslin  (oğuzların  -  M.Q.)  keçmiĢ  insanları  indi-
kindən çox güclü və ucaboy olmuĢlar. 
Aprelin 13-ü oraya (Qırxlara ) 50 tatar kiĢi və qadın gəlmiĢdi. 
Belə  ki,  növbəti  gün  "Zülhatcə"  (zülhiccə)  ayının  10-u  Ġbrahim 
qurbanı  gününə  təsadüf  etdiyindən  onlar  qurban  mərasimini 
"Kerxler"  (Qırxlar)  da  keçirirdi.  Bir-birinin  ardınca  gələnlər  mə-
zar daĢını öpür, sonra əllərini açıb dua edirdilər. 
…  Dərbənddə  beĢ  gün  gözlədikdən  sonra  yola  düĢməyə 
hazırlandıq.  Atları  minib,  qəfil  yola  düĢmək  istəyəndə  sultan 
(Dərbənd  hakimini  nəzərdə  tutur-  M.Q.)  darvazaları  bağlamağı 
əmr etdi. Biz buna çox təəccübləndik. Səbəbini öyrənmək üçun öz 
nümayəndəmizi onun yanına yolladıq. Ondan cavab gəldi: " Ona 
dəqiq məlumat gəlib ki, sərhədi Dərbəndə yaxın olan tatar knyazı 
Osmik  böyük  bir  ordu  ilə  silahlanıb.  Bizə  basqın  edib  böyük 
xərac tələb edəcək. Tələbi yerinə yetirilməsə, bizi soyacaq. Bun-
ları  nəzərə  alaraq,  xan  bizə  müĢayiətçi-keĢikçilərsiz  hərəkət  izni 
vermir.  Bizimlə  bağlı  bir  bədbəxt  hadisə  olarsa,  o,  Ģahın 
qarĢısında böyük məsuliyyət daĢıyar. Ona görə ki, biz Ģahın yaxın 
dostlarıyıq.  KeĢikçilər  isə  hələ  bu  gün  yaraqlana  bilməzlər. 
MüĢayiətçi-keçikçilərə  elə  də  əhəmiyyət  vermədən,  xanın  həqiqi 
rəğbətini hiss etdikdən sonra biz yenə də xahiĢ etdik ki, Ģəhərdən 


Yüklə 2,05 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   113




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə