MəHƏRRƏm qasimli



Yüklə 2,05 Mb.
Pdf görüntüsü
səhifə5/113
tarix08.07.2018
ölçüsü2,05 Mb.
#53812
1   2   3   4   5   6   7   8   9   ...   113

 
~ 17 ~ 
BaĢqa sözlə desək, indinin özündə də, milli müstəqillik dövrünün 
bütün  ovqatını  özündə  əks  etdirən,  ən  müxtəlif  janrlarda  əksini 
tapan folklor nümunələri yaranmıĢdır və yaranmaqdadır. 
Milli  müstəqillik  dövründə,  Azərbaycan  dövlətçiliyinin 
müasir  mərhələsində  -  ən  yeni  mərhələdə  folklorumuzun  toplan-
ması,  öyrənilməsi  və  tədqiqi  tamamilə  yeni  dövrün  tələblərinə 
uyğun  Ģəkildə  müəyyənləĢmiĢ  prinsiplərlə  öyrənilməlidir.  Hətta 
xalqımızın  tarixən  keçdiyi  ictimai-siyasi,  sosioloji,  coğrafi 
situasiyalara  uyğun  yaranan,  toplanan,  nəĢr  olunan  Azərbaycan 
folkloru  da  ən  yeni  dövrün  tələblərinə  uyğun  elmi-nəzəri  prin-
siplərə  uyğun  bir  tərzdə  təzədən  öyrənilməli,  yenidən  tədqiq 
edilməlidir...  Bunun  özünün  də  çox  mühüm  və  ciddi  səbəbləri 
vardır. 
FolklorĢünaslıqda  ən  mühüm,  baĢlıca  problemlərdən  biri 
folklorun toplanması və nəĢri iĢidir. Bu vacib iĢi gördükdən sonra 
bütün digər məsələlər növbəsi ilə gəlir... 
Bildirək  ki,  Azərbaycanda  folklor  yaradıcılığının  toplama 
iĢinin  dəqiq  tarixi  mövcud  deyildir.  Folklorun  müxtəlif  janr-
larından  ayrı-ayrı  nümunələri  qədim  əlyazmalarında,  cünglərdə, 
yazılı abidələrdə mövcud olsa da bunu ciddi və elmi toplama iĢi 
hesab  etmək  olmaz.  Bəlkə  də  tarixən  ayrı-  ayrı  söz  xiridarları 
tərəfindən belə bir iĢ  görülmüĢdür, lakin bizə gəlib çatmamıĢdır. 
Məsələn,  Nizami  Gəncəvinin  "Xəmsə"sinə  daxil  olan  əsərlərdə 
zəngin  folklor  nümunələrinə  rast  gəlmək  mümkündür.  Bu  mən-
zum  romanlarda  əksini  tapan  onlarla  hekayətlərin,  əfsanə  və 
rəvayətlərin, atalar sözü və məsələlərin folklordan süzülüb gəldiyi 
məlumdur.  Hətta,  "Sirlər  xəzinəsinə"  daxil  olan  hekayətlərin 
hamısının xalq yaradıcılığından qidalandığı, buradan gəldiyi aĢkar 
görünür.  
Bu əsərlərin hər birinin əsas mövzusunun da, baĢlıca moti-
vinin  də  Ģifahi  ədəbiyyatda  mövcudluğu  konsepsiyası  təsdiqini 
tapmıĢ həqiqətlərdəndir. ġeyx Nizami Gəncəvi bunların hamısını 
ağızlardan  eĢidə  bilməzdi,  yəqin  onun  əlində  bu  xalq  əfsanə  və 
dastanlarının  toplanmıĢ,  yazıya  alınmıĢ  nümunələri  olmuĢdur. 
Yaxud, tutaq ki, elə özü bunları xalq arasından toplamıĢ, sonra da 
əsərlərində  istifadə  etmiĢdir  və  hər  iki  versiyada  bunlar  toplama 
faktıdır. 
Təkcə bu faktların özü göstərir ki, orta əsrlərdə və hətta on-
dan  əvvəllər  də,  məsələn,  "Dədə  Qorqud"  boylarının  yazıya 
alınması faktının özü də sübutdur ki, folklorumuzun toplanılması, 
yazıya alınması tarixini qədimlərdən, ən azı orta əsrlərdən götür-


 
~ 18 ~ 
mək  mümkündür,  amma  neyləyəsən  ki,  əlimizdə  hələlikdə  folk-
lorun  müxtəlif  janrlarını  ayrıca  toplanılmasını  əks  etdirən  qədim 
əlyazması yoxdur... 
Bizim  folklorumuzun  bir  sıra  nümunələri  XIX  əsin  30-cu 
illərindən  toplanıb  tərcümə  edilərək  ayrı-ayrı  rus  mətbuatında 
dərc edilməsi faktları mövcuddur. Lakin elmi əsaslar və prinsiplə 
Azərbaycan  folklorun  toplanıb,  tərcümə  edilib,  orijinalla  paralel, 
yanaĢı  nəĢri  iĢi  XIX  əsrin  80-ci  illərindən  SMOMPK  məcmuə-
sinin  təĢəbbüsü  ilə  baĢlamıĢ,  sürəkli  və  ardıcıl  tərzdə  davam 
etdirilmiĢdir.  Tədqiqatımız  nəticəsində  məlum  oldu  ki,  əlli  il 
müddətində  nəĢr  edilən  məcmuədə  bu  sahədə  zəngin  faktlarla 
yanaĢı,  həmdə  toplama,  nəĢr  və  tərcümə  iĢində  zəngin  təcrübə 
toplanmıĢdır. 
Yeri  gəlmiĢkən  bunu  da  qeyd  edək  ki,  XIX  əsrdən  baĢla-
yaraq  bütün  XX  əsr  boyu  və  XXI  əsrin  indiki  mərhələsində  də 
folklorumuzun  toplanılması  və  nəĢri  iĢi  reqressiv  və  proqressiv 
tempdə, amma mütəmadi, arasıkəsilmədən davam etdirilmiĢ, zən-
gin təcrübə ənənəsi və faktı toplanmıĢdır.  
Belə  ki,  indiyənə  qədər  ayrı-ayrı  folklorĢünaslar  tərəfindən 
bu  təcrübə  və  iĢ  adı  çəkilib  qiymətləndirilsə  də,  bu  təcrübənin 
müəyyən  nüanslarından,  prinsiplərindən  ağız  ədəbiyyatının  son-
rakı mərhələlərdə toplama, tərcümə və nəĢr iĢinə tətbiq edilsə də, 
folklorun toplanmasına dair müəyyən metodik vəsaitlər, təkliflər, 
tövsiyələr  irəli  sürülsə  də,  təəssüf  ki,  bizim  folklorĢünaslıqda  bu 
prosesin  özü  hələ  də  ciddi  elmi  tədqiqat  obyekti  olmayıb,  bu 
zəngin təcrübə elmi cəhətdən ümumiləĢdirilməyibdir. 
Bu  zəngin  ənənədən  bəhrələnərək  müasir,  ən  yeni  mərhə-
lədə  folklorumuzun  toplanması  və  nəĢri  iĢinin  elmi  prinsiplər 
əsasında  müəyyənləĢdirilməsi  folklor  nəzəriyyəsinin  ən  mühüm 
vəzifələrindəndir. 
Ġlk  dəfə  folklorun  Qafqaz  regionunda,  o  cümlədən  Azər-
baycanda elmi prinsiplərlə toplanmasının nəzəri istiqamətləri XIX 
əsrdə  nəĢr  edilmiĢ  "Qafqaz  əraziləri  və  xalqların  təsvirinə  dair 
materiallar  toplusu"  -  SMOMPK  (1881-1929)  məcmuəsində  irəli 
sürülmüĢdür.  "Qafqazın  müxtəlif  ərazisi  və  həmin  ərazidə 
yaĢayan  tayfalar  haqqında  olan  məlumatın  proqramı"  («Прог-
рамма  собирания  сведений  о  разных  местностяхь  Кавказа  и 
племенахъ  населяющихъ  оныя»)  ictimai,  sosial,  siyasi,  tarixi  - 
etnoqrafik, toponimik, filoloji, folkloristik məna və mahiyyətinin 
müasirliyini,  əhəmiyyətini  nəzərə  alaraq  bu  proqramın  mühüm 


 
~ 19 ~ 
hesab  etdiyimiz  bir  sıra  bölmə  və  hissələrini  nəzərə  çatdırmağı 
məqbul saydıq: 
SMOMPK  məcmuəsinin  1882-ci  il,  ikinci  buraxılıĢının 
baĢlanğıcında  bu  proqrama  əlavə  olaraq  yeni  toplama  sahəsi 
müəyyənləĢdirir  və  "Qafqaz  tədris  dairəsi  idarəsi"nə  Rusiya  Ġm-
peratorluğunun Coğrafiya Cəmiyyətinin üzvü Q.Potaninin Qafqaz 
xalqlarının həyatında, məiĢətində müĢahidə edilən xurafatla bağlı 
inancların,  rəvayətlərin,  mövhumi  adət,  ənənə  və  mərasimlərin 
necə  öyrənilməsi,  nələrə  diqqət  yetirilməsini  aydınlaĢdıran,  top-
lama  prinsiplərini  müəyyənləĢdirən  proqram-məqaləsi  («Нес-
колько вопросов по изучению поверий, сказаний, суеверных 
обычев и обрядов») edilir və nəĢr olunur (1, 15-17). 
Q.  Potanin  məqaləsinin  əvvəlində  "Kosmoqonik  mövhumi 
inanclardan"  söhbət  açır,  göy  cisimlərindən  günəĢ,  ay,  ulduzlar, 
süd yolu, göy qurĢağı (raduqa), dan ulduzu, qütb ulduzu, bürclər, 
göy  gurultusu,  ĢimĢək  çaxıĢı,  ay  cisminin  müxtəlif  fazalarda 
görünüĢünü  dəyiĢməsi,  ay  və  günəĢ  tutulmaları  barəsində  xalq 
arasında  yayılmıĢ  inam,  əfsanə  və  rəvayətlərin  toplanması,  bu 
proseslər baĢ verərkən xalqın keçirdikləri ayinlər və s. barəsində 
söhbət  açır,  sonra  heyvanlar  və  bitkilər,  onlara  verilən  adlar, 
dağlar  və  qayalara  mövhumi  münasibət,  cin,  Ģeytan  və  əjdaha 
kimi  dini-mövhumi  obrazlardan,  ruhlar  aləmindən,  o  dünyadan, 
ölmək və dirilməklə əlaqədar inanclardan, bütün bunlar barəsində 
xalq  arasında  yayılmıĢ  rəvayət  və  əfsanələrdən  danıĢır,  onlardan 
nümunələr  göstərir,  bəzi  xəstəliklərin  yaranması  və  müalicəsi 
haqqında  mövhumati  adətləri,  ayinləri  xatırladır  ...  Toplayıcılara 
bütün bunlara diqqət yetirmələrini tövsiyə edir... Və Q. Potaninin 
"Xurafatların,  rəvayətlərin,  mövhumati  adət  və  ənənələrin  bəzi 
məsələləri"  məqaləsi  bu  cür  folkloristik  məsələlərə  həsr  edilmiĢ 
toplama və Ģərhin təcrübi prinsiplərindən ibarətdir. Bu tövsiyələr 
müasir  mərhələdə  də  toplayıcılar  üçün  öz  aktuallığını  heç  də 
itirməmiĢdir... 
Məcmuənin redaksiya heyəti toplama və nəĢr iĢinə o qədər 
prinsipial və məsuliyyətlə yanaĢmıĢlar ki, onlar 19 ildən sonra bu 
problemə yenidən qayıtmıĢ, məcmuənin birinci və ikinci sayların-
da  dərc  etdikləri  toplama  proqramını  daha  da  təkmilləĢdirərək, 
yeni redaktədə və yeni tələblərə uyğunlaĢdıraraq 1900-cü ilin 27-
ci buraxılıĢının 4-cü Ģöbəsində dərc etmiĢlər. Proqram bir ümum 
baĢlıq altında iki əsas hissədən ibarətdir. "Müəllimlərin və tədris 
müəssisələrinin  baĢqa  qulluqçularının  Qafqazın  müxtəlif  sa-
hələrinə  aid  olan  məlumatların  Tədris  Ġdarəsinə  göndərilməsinə 


Yüklə 2,05 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   113




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə