~ 21 ~
sitayiĢlər və inanclarla, bütpərəstliklə, yaxud xristianlıqla (bura
əlavə et: islamla -S.O.) əlaqədar yaranan əfsanə və rəvayətlər,
mövhumat və inanclar, əhalinin əqli fəaliyyəti, din, təriqət, Ģəriət
baĢçıları, xeyriyyəçilik iĢləri və formaları və s.) haqqında mə-
lumat
toplamaq; 10) KiĢilərin, qadınların həyat tərzi (buraya ev və
ictimai fəaliyyət, ailə üzvləri arası münasibətlər, yaĢayıĢ,
təsərrüfat və ictimai mənzillərin quruluĢu, kiĢi, qadın və uĢaq gey-
imləri və mətbəx mədəniyyəti, xörəklərin növləri, evlənmə, toy,
doğum, dəfn və digər hadisələrlə əlaqədar mərasimlər, ayinlər,
ənənələr, adətlər, yerli və milli adət və ənənələr - məsələn, qız
qaçırma və qan düĢmənçiliyi kimi, maddi dolanıĢıq səviyyəsi, gi-
giyena və sanitar səviyyə, xəstəlikləri müalicə üsulları - xalq
təbabəti, türkəçarə, falçılıq, inanca və dərman bitkilərinə, həkim-
lərə münasibət, əhalinin fəaliyyəti - bağçılıq, heyvandarlıq,
quĢçuluq, balıqcılıq, arıçılıq, ov, ticarət, gəmiçilik, peĢələr və s.);
11) Tərbiyə üsulları və vasitələri, məktəbdarlıq, maarifçilik,
oğlanların və qızların tərbiyəsinə münasibət, dini və dünyəvi təh-
sil və s.; 12) Ġdarəçilik və inzibati quruluĢ...
Proqramın bu hissəsinə əlavə edilən qeyddə (примечание)
imkan daxilində tövsiyə edilir ki, Ģəhərin, kəndin, aulun geniĢ
planını, Ģəkillərini, quruluĢunu, abidələrin, kiĢi və qadınların,
ümumiyyətlə təsviri verilən hər bir maraqlı Ģeyin Ģəkillərini, qraf-
ik təsvirlərini, fotolarını, tarixi əĢyaların, əlyazmalarının əsillərini
və ya surətlərini əldə edib göndərsinlər. Həmçinin, mahnı mət-
nilərini orijinalda və rus dilinə tərcüməsini, imkan daxilində on-
ların ifa notlarını, əfsanələri, nağılları, atalar sözlərini orijinalda
və rus dilinə tərcümədə mərkəzə göndərilməsi xahiĢ edilir (2,1-
24).
Proqrama əlavə edilən və əsasən Rusiya Ġmperator Coğra-
fiya Cəmiyyətinin üzvü Q.Ġ.Potanin tərəfindən hazırlanmıĢ, Top-
lunun 2-ci buraxılıĢında nəĢr edilmiĢ və indiki halda müəyyən
əlavələrlə zənginləĢdirilmiĢ "Rəvayət, nağıl, mövhumat adətləri
və ənənələrin öyrənilməsi üzrə bəzi suallar" («Несколько вопро-
совъ по изучению поверий, сказаний, суверныхъ обычаевъ и
обрядов») məqaləsi "Ġnanclar və mövhumi rəvayətlər" («По-
верья»), "Adlar" («Названия»), "Nağıl, rəvayət və əfsanələr"
(«Сказания и поверья»), "Mərasim və adət-ənənələr" («Об-
ряды») baĢlıqları altında dörd hissəyə bölünür, hər hissə də öz
növbəsində tematikaya görə yarımsərlövhələrə ayrılır. Burada bir
məsələni qeyd edək ki, təqdim olunan mətnin özündə də, folklor-
istik anlayıĢ və terminlər çox vaxt bir-birini əvəzlədiyindən biz də