MəHƏRRƏm qasimli



Yüklə 2,05 Mb.
Pdf görüntüsü
səhifə7/113
tarix08.07.2018
ölçüsü2,05 Mb.
#53812
1   2   3   4   5   6   7   8   9   10   ...   113

 
~ 22 ~ 
yanaĢı  anlayıĢlardan  istifadə  etmək  məcburiyyətində  qaldıq. 
"Adlar"  baĢlığı  altında  bütün  növ  vəhĢi  heyvanların,  quĢların, 
sürünənlərin  və  cücülərin,  balıqların  adları  sadalanır  və  bunların 
yayılma arealı, barələrində olan əfsanə və rəvayətlərin toplanması 
tələb edilir. 
"Nağıl, əfsanə və rəvayətlər"də isə bu və ya digər nağıl mo-
tivlərini  əks  etdirən  folklor  materiallarının  toplanmasına  fikir 
vermək tələb edilir. Məsələn, müdrik çar Solomon (bizdə  Süley-
man  peyğəmbər),  dirilik  və  əbədiyyət  suyunun  axtarıĢı,  quĢlar 
özlərinə necə Ģah seçdilər, dünyanın  suya qərq olması,  dünyanın 
və  ilk  insanın  yaranması,  odun  əldə  edilməsi  barəsində  olan  əf-
sanə  və  rəvayətlər,  ögey  ana  və  evdən  qaçan  övlad,  Ģahzadə 
qurbağa, xanın, Ģahın, carın bahadırı, pəhləvanı məhv etmək üçün 
təhlükəli  səfərə  göndərməsi  və  s.  bu  kimi  motivləri  əks  etdirən 
nağılların  (əsasən  sehirli  nağıllar  nəzərdə  tutulur  -S.O.)  toplanıl-
ması nəzərdə tutulur. 
"Ruhlar  haqqında  rəvayətlər"  hissəsində  isə  xurafat  və 
mövhumatı əks etdirən rəvayətləri, əfsanələri, inancları toplamaq 
tövsiyə edilirdi. Məsələn, evdə, çöldə, meĢədə, dağda, su kənarın-
da  yaĢayan  ruhlar,  təkgöz  iblis,  heyvanların  və  qadınların 
südlərini sağan cinlər, Ģəyətinlər, qulyabanılar, hal arvadları, qaz 
cildində  suda  çimən  qızlar,  adamyeyənlər,  lunatiklər,  qorxulu 
yuxular,  və  s.  belə  qeyri-adi  hadisələr,  barəsində  nağıl  və  əf-
sanələrin, ruh, ölüm, xəstəliklər və o dünya, tale kitabı, alın yazısı 
kimi  mövhumi  və  s.  belə  qeyri-adi  hadisələri  əks  etdirən  əf-
sanələrin, inancların toplanılması bu hissədə sadalanır. 
Məqalənin  "Mərasimlər"  adlanan  hissəsində  isə  müxtəlif 
səbəblərlə, istəklərlə kəsilən qurban kəsmə adətlərinin, mərasim-
lərinin ətraflı təsviri, oda, suya, dağa qurban kəsilirmi və belə bir 
adət  hələ  də  varmı?  ġeytanı,  Ģəyətini,  cini  qovmaq  mərasimi 
varmı və necə keçirilir? Evdən pay vermə və ya iĢləmə hansı gün 
və  günün  hansı  vaxtı  günahdır  inancı,  xalq  təqvimi  ilə  bağlı 
keçirilən müxtəlif mərasimlərin xarakteri, kosmoqonik hadisələrlə 
bağlı  mərasimlər,  uĢaqların  doğumları  ilə  əlaqədar  keçirilən 
mərasimlər,  oxunan  dualar,  mahnılar,  beĢik  nəğmələri,  hamilə 
qadınlara  münasibətlə  əlaqəli  inanclar,  qan  qardaĢlığı,  süd  qar-
daĢlığı-bacılığı  bağlanılan  zamanı  edilən  mərasimlər,  andlar, 
öldürülmüĢ, ovlanmıĢ heyvanın ətrafında edilən rəqslər və oxunan 
mahnılar, çobanların arasında olan və keçirilən mərasimlər, oxu-
nan  nəğmələr,  uĢaq  oyunları,  uĢaq  mahnı  və  nəğmələri,  anaların 
uĢaqlarına danıĢdıqları yağıĢ, çiçəklər, böcəklər, quĢlar və s. təbiət 


 
~ 23 ~ 
hadisələri  barəsində  oxuduqları  nəğmələr,  söylədikləri  nağıllar, 
müxtəlif təbiət hadisələri – göy, günəĢ, Ay, ulduzlar, ildırım, od-
ocaq, ölüm, qartal, ayı və s. barəsində uĢaqlara söylənilən tapma-
calar, əl barmaqlarının adları, nəsil, nəcabət, millət, el-oba, tayfa 
ilə bağlı əfsanə və rəvayətlərin toplanılmasından danıĢılır...(2,25-
37). 
"Qafqazın müxtəlif ərazisi və həmin ərazidə yaĢayan tayfa-
lar haqqında olan məlumatın  toplanması proqramı"nın  məzmunu 
və  toplanma  materiallarının  bu  dərəcədə  müxtəlif  profilli  geniĢ-
liyinin özü SMOMPK məcmuəsinin illər boyu - 50 il nəĢri davam 
edən  46  cildinin  nə  qədər  böyük  elmi,  ədəbi,  bədii,  folkloristik, 
etnoqrafik və ictimai-tarixi əhəmiyyətə malik olduğunu, bir daha, 
sübut  edir...  Bu  möhtəĢəm  mətbuat  abidəsini,  bir  çox,  Qafqaz 
xalqlarının  elm  aləmi  müxtəlif  istiqamətlərdə  öyrənilməsi  və 
tədqiqi  iĢi  ilə  məĢğul  olduqları  halda,  təəssüf  ki,  bizdə  bu 
istiqamətdə bir-iki faktdan baĢqa heç nə mövcud deyildir... Hətta, 
XIX  əsrə  aid  elmi-tədqiqat  əsərlərində  belə,  bu  mənbəyə  istinad 
edilmir, ya da ötəri bir Ģəkildə, fakta əsaslanmadan adı çəkilir... 
Göründüyü  kimi,  Qafqaz  xalqlarına,  o  cümlədən  Azərbay-
can xalqına məxsus mədəniyyət layının, etnoqrafik və folklor ma-
teriallarının mükəmməl bir Ģəkildə, müəyyən elmi sistemə əsasla-
naraq toplanma qaydaları ilk dəfə SMOMPK məcmuəsində təsbit 
edilmiĢdir. 
XX əsrin 20-ci illərinin ortalarında,  yeni mərhələ Azərbay-
can  folklorĢünaslığının  görkəmli  nümayəndələrindən  biri  olan 
Hənəfi  Zeynalı  bu  cəhətdən  mühüm  bir  mətləbə  toxunur, 
SMOMPK  məcmuəsindən  xəbəri  olduğunu  və  bu  məcmuənin 
folklorumuzu  toplama  iĢində  böyük  iĢ  gördüyünü  Azərbaycan 
ziyalıları sırasında ilk dəfə yüksək dərəcədə qiymətləndirir: 
"Azərbaycan  el  ədəbiyyatı  deyil,  bütün  Qafqaz  miqyasında 
olaraq  xalqlar  tarixi,  etnoqrafiyası  və  xalq  ədəbiyyatı  ilə  məĢğul 
olan  Lopatinskinin  ətrafında  çalıĢan  Azərbaycan  müəllimlərinin 
adını həmin «Сборник материалов для описания местностей и 
племен Кавказа» məcmuələrində oxuduqca insanın heyrəti artır. 
O  adamların  nə  qədər  həvəsi,  nə  qədər  qeyrəti  varmıĢ!..  Qəpik- 
quruĢ  bir  mükafata  (qonorara,  qələm  haqqına  -  S.O.)  uzun-uzun 
hekayələri, mənzumələri türkcə (azərbaycanca - Red.), (ya erməni 
- gürcücə) toplayıb tərcümələri ilə bərabər Tiflisə göndərərmiĢlər. 
Əlbəttə  ki,  xalq  ədəbiyyatı  tarixi  yaradılarkən  böylə  adamların 
adları qızıl su ilə ən görkəmli yerdə yzılmalıdır!."(3;116-117) 


 
~ 24 ~ 
Belə bir proqram-tövsiyədən, nəyi toplamaq, necə toplamaq 
prinsiplərinin, yenə qeyd edirəm, müasir mərhələdə də əhəmiyyəti 
və  aktuallığı  göz  önündədir.  Niyə  bizim  XXI  əsrdəki  bölgələri-
mizin, kəndlərimizin folkloristik-etnoqrafik təsviri verilməsin? Bu 
bölgələrdə  yaĢayan  sinədəftər  ziyalılarımızın  Ģəxsiyyətləri,  ic-
timai-sosial  fəaliyyətləri,  bacarıqları  barədə  materiallar  toplanıb 
gələcək  nəsillərə  yadigar  saxlanılmasın.  Yeni  dövrdə  yaranmıĢ 
folklor  materialları  toplanıb  arxivləĢdirilməsin?  Yeni  yaranmıĢ 
antroponimlər, etnonimlər və s. bu cərgədən olan məsələlər qeydə 
alınıb folkloristik təsviri və Ģərhi verilməsin? Ġndinin özündə xur-
afatın,  mövhumi  məsələlərin  ekran-efir  səviyyəsində  təqdimini 
görürük  və  bunları  folkloristik  mövqedən  qeydə  almağı,  Ģərh 
verməyi isə unuduruq! 
Qaçqın-köçkün  çadırlarında  folklorun  mənzum-lirik  janrla-
rında  minlərlə  nümunələr  yaranıbdır.  Xüsusən,  Qarabağ  mühari-
bəsi  və  hadisələri  mövzusunda  bayatıların,  ağıların  yaranması 
prosesi güclənibdir. Ulu öndərin Ģəxsiyyəti və fəaliyyəti ilə bağlı 
xalq arasında yüzlərlə bayatı, qoĢma, gəraylı mövcuddur, adına 
 dastanlar bağlanıbdır. Bunların toplanması, arxivləĢdirilməsi 
lazımdır. Və bizə elə gəlir ki, folklorun ən aktual problemlərindən 
biri də budur. 
Ədəbiyyat: 
 
1. SMOMPK 2-ci buraxılıĢ, 1-ci Ģöbə, Tiflis, 1882 
2. SMOMPK 27-ci buraxılıĢ, 4-ci Ģöbə, Tiflis, 1900 
3.Zeynallı H. SeçilmiĢ əsərləri. Toplayanı və çapa hazırlayanı 
f.e.n. Tağıyev. Bakı, 1982 
 
СЕХЕР ОРУДЖЕВА 
 
ЗАБОТЫ, ПРОБЛЕМЫ И ПРЕДСТОЯЩИЕ ЗАДАЧИ 
СОВРЕМЕННОЙ ФОЛЬКЛОРИСТИКИ 
 
РЕЗЮМЕ 
 
 
Ключевые слова: фольклор, этап, собирание, 
 социально-политический, духовный, особенность 
 
Как  известно,  в фольклоре  существуют  различные  осо-
бенности  каждого  этапа,  и  каждый  период  считается  про-
шедшим  по  отношению  к  предыдущему.  Сейчас  мы  имеем 


Yüklə 2,05 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   113




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə