Məhərrəmin yeni şeirləri



Yüklə 1,72 Mb.
səhifə7/44
tarix20.08.2018
ölçüsü1,72 Mb.
#63750
1   2   3   4   5   6   7   8   9   10   ...   44

NƏDİR

Bir gözəl gözünü gözümə dikib,

Söylədi saçının ağlığı nədir?

Özünü üzməynən dərdi-qəm çəkib,

Bilmirəm, sinənin dağlığı nədir?
Qəmləndi,səsində duydum titrəyiş,

Dedim ki,sən Allah mövzunu dəyiş.

Kişinin başından əksik olmaz iş,

Dünyanın kef-damaq çağlığı nədir?


Əlli ilə yüzün arasındayam,

Dədələr,babalar sırasındayam.

Ürəyin hardasa, orasındayam,

Məhərrəməm,diləyən sağlığı nədir?




DİNDİRSƏN

Bədxah adam şad xəbəri söyləməz,

Hər kəlməsi “ax”-dı , “of”-du, dindirsən.

Xeyir xəbər deyib yoldan eyləməz,

Şad işlərdə gözü yoxdu, dindirsən.

İnsan donundadı xisləti bayquş,

Ondan xarabalıq, məyusluq soruş.

Baxmaynan sifəti görünür toppuş,

Sözləri tuşlanmış oxdu, dindirsən.
Toy düyündən kənar durar,yan keçər,

Ürəyindən, diləyindən qan keçər.

Xoruz təki istəyində ban keçər,

Məhərrəm, beləsi çoxdu, dindirsən.




YARIMAYANLAR

Tanrının bədbəxti,biçarəsidi,

Arvaddan, uşaqdan yarımayanlar.

Dövranı əksinə, zaman nəsidi,

Bəxtiylə öcəşib, sarımayanlar.
Düzəlməz bir işdi şeytana uymaq,

Sevən ürəkləri sözüylə oymaq.

Böyük etirafdı səhvini duymaq,

Dəhşətdi axtarıb, aramayanlar.


Məhərrəm çox görüb səxada müflis,

Qəlbi küdurətli, beyni duman-sis.

Malına qıymayıb, yeməyir xəsis,

Yeyib səfa sürüb, zarımayanlar.




NEYLƏSİN

Dəli könül bir gözələ uyubdu.

Ayrılanda ağlamasın, neyləsin?

Həsrətindən məlul-müşkül durubdu,

Nazlı qızı yoxlamasın, neyləsin?

Alıb əldən rahatlığı, dincliyi,

Məhəbbətdir daxilimin içliyi.

Xatırlayır keçən günü gəncliyi,

Çaylar kimi çağlamasın, neyləsin?
Nə edim ki,göz önündən getməsin,

Aramızda hicran, kədər bitməsin.

Arzum budur, vaxtımız boş itməsin,

Gözdə yaşı saxlamasın, neyləsin?


Məhərrəməm, doymaq olmur nazından,

Mən yazıq da yayınmıram gözündən.

Bal süzülür bu ceyranın ağzından,

Durub dastan bağlamasın, neyləsin?




İNŞALLAH

Səxalı, varlıyam sözdə, sənətdə,

Neçə kitab dərcləyəcəm inşallah,

Yaradıram yaşadıram yanıram,

Göhvərimi xərcləyəcəm inşallah.
Söz vermişəm şah əsərlər yaradım,

Telli sazın tellərini yaradım,

Yatmış duyğuları, hissi oyadım,

Qələbəmi xərcləyəcəm inşallah.


Mənim eşqim həm güvəncim, sazımdır,

Bu xalqıma göhvə,r zərim lazımdır,

Məhərrəməm, yadigarım lazımdır,

Hafizəmi gücləyəcəm inşallah.




SÖYLƏYİRSƏN

Sənin də qəribə xasiyyətin var:

Kara dinlə,kora gör söyləyirsən.

Bilirəm ürəkdə çox niyyətin var:

Gəl sınıq könlümü hör söyləyirsən.
Sən ki hər əl altda sığallanmadın,

Cığala qoşulub,cığallanmadın.

Ağılsıza baxıb, ağıllanmadın,

Sinənə alovlu qor söyləyirsən.


Məhərrəməm,iblis,ilana uyma,

Sayılmazı,anılmazı sən duyma.

Tanrı, dostlarımı damənda qoyma,

Əlacı olmaza zor söyləyirsən.




DEYİRSƏN

Allah deyib, allahsızlıq edərək,

Haramlı mayana baldı deyirsən.

Tanrı yolun əyri-üyrü gedərək,

Ölü cana Rüstəm Zaldı deyirsən.
Qazandığın dava-dərdə xərclənir,

Ağrıların nəfsin ilə güclənir.

Övladların atasıtək biclənir,

Qoca dünya qeyli-qaldı deyirsən.


Qan üstündə qazanıbsan paranı,

Dost-qardaşla sən kəsibsən aranı,

Sinələrə çəkdiribən yaranı,

İstədiyin, puldu,maldı deyirsən.


Mərhərrəmdən tamah uzaqdı-uzaq,

Tanrı yazdığını biz necə yazaq?!

Həqiqət yuxumu tərsinə yozaq?

Danəndənin ağzı faldı deyirsən.




COŞANDA

Bilirsiz nə qədər sevinib güldüm,

Həsrətlə,doğmalar qucaqlaşanda.

Saz aldım oxudum,sevinclə dindim,

Ürək hüdudunu aşıb-daşanda.
Mənim arzularım yerinə düşdü,

Üzlərdə təbəssüm, gözlər toqquşdu.

Aşıq vəcdə gəlib sazla döyüşdü,

Kindən-küdurətdən uzaqlaşanda.


Məhərrəm köklənib, çalıb oxudu,

Belə bir şənlikdən ətir qoxudu.

Sazın,kamançasın,tarın dindirdi,

Çoşuban çağladım elə bu anda.




İNDİ

Qarğış səni zamanında haqlayıb,

Tutubdu tanrının bəlası indi.

Sinən üstün çalın-çarpaz dağlayıb,

Sökülüb könlünün qalası indi.
Gülürdün qonşuna,gəldi başına,

Kimlər zəhər qatdı şirin aşına.

Döndün bu fələyin sapand daşına,

Adına ad oldu, çalası indi.

Su çanağı suda sındı dağıldı,

Bu necə düşüncə,necə ağıldı.

Ömür yolun yaddan çıxan nağıldı,

Viranə küncünün talası indi.


Məhərrəməm, duymazlara dərs olsun,

Haqsız işi avand deyil,tərs olsun.

Lovğalığın aqibəti pəs olsun,

Bax belə ağlasın, anası indi.




BEŞCƏ İL


(Təzə deputat eşqinə düşənin birinə)

Mənə dəstək verin deyən bikəslər,

Sonra bizlə məzələnir beşcə il.

Yalan vəd verərək bu boş nəfəslər,

Öz xeyrinə özələnir beşcə il.
Dar məqamda xalq adından danışar,

Bəhsə-bəhslə rəqiblərlə yarışar.

Canımıza gənə kimi sırışar,

Yalan sözlər çözələnər beşcə il.

Məhərrəməm seçiciyə toy tutar,

Zurnaçının zurnasına zuy tutar.

Hər nə görsə, öz-özünə pay tutar,

Ev-maşını təzələnər beşcə il.



OLMALIDI
Harda görünübdü ata-ananın,

Övladı üzünə ağ olmalıdı.

Oduna odlanıb,suyna axanın,

Sonda sinəsinə dağ olmalıdı.


Harda görünübdü tanrını danmaq,

Kişi vüqarında əyilmək,sınmaq.

Gicbəsər,sarsağı sayılan sanmaq,

Canlı müqəyyanı sağ saymalıdı.


Çox gördüm dünyada Əhmədi biqəm,

Sevincə şərikli, dilində min qəm.

Harda görünübdü, aşıq Məhərrəm,

Haqq işin haqsıza lağ olmalıdı.





Yüklə 1,72 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   44




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə