MəHKƏMƏ QƏrari strasburq



Yüklə 314,66 Kb.
Pdf görüntüsü
səhifə1/12
tarix14.04.2018
ölçüsü314,66 Kb.
#38489
  1   2   3   4   5   6   7   8   9   ...   12


XUDOBİN (KHUDOBIN) RUSİYAYA QARŞI İŞ 

 

(Ərizə Nº 59696/00) 

 

MƏHKƏMƏ QƏRARI 

 

Strasburq 



 

26 oktyabr 2006-cı il 



 

Xudobin Rusiyaya qarşı məhkəmə işində Avropa İnsan Hüquqları Məhkəməsi 

(Üçüncü Seksiya), 



hakimlər: 

Cənab B.M.Zupançiç (B.M.Zupanćić)Sədr, 

Cənab C.Hediqan (J.Hedigan)

Cənab K.Birsan (C.Bîrsan)

Cənab A.Kovler (A.Kovler), 

Cənab V.Zaqrebelski (V.Zagrebelsky), 

Xanım A.Gülümyan (A.Gyulumyan)

Cənab David Tor Byörqvinsson (David Thór Björgvinsson) 

və Seksiyanın katibi Cənab V.Bergerdən (V.Berger) ibarət tərkibdə Palatada iclas 

keçirərək, 

6 iyul və 5 oktyabr 2006-cı ildə qapalı müşavirə keçirərək, 

yuxarıda göstərilən sonuncu tarixdə qəbul edilmiş aşağıdakı qərarı elan edir 

 

PROSEDUR 

 

1.  İş  İnsan  hüquqlarının  və  əsas  azadlıqların  müdafiəsi  haqqında  Avropa 



Konvensiyasının  (“Konvensiya”)  34-cü  maddəsinə  əsasən  Rusiya  vətəndaşı  Cənab 

Viktor  Vasilyeviç  Xudobin  (“ərizəçi”)  tərəfindən  29  oktyabr  1999-cu  ildə 

Məhkəməyə təqdim edilmiş Rusiya Federasiyasına qarşı ərizə (Nº 59696/00) əsasında 

başlanmışdır. 

2. Ərizəçini Moskvada vəkillik fəaliyyəti ilə məşğul olan Xanım K.Kostromina 

təmsil  etmişdir.  Rusiya  Hökumətini  (“Hökumət”)  Avropa  İnsan  Hüquqları 

Məhkəməsində Rusiya Federasiyasının nümayəndəsi Cənab P.Laptev təmsil etmişdir. 

3.  Ərizəçi  konkret  olaraq  iddia  etmişdir  ki,  o,  istintaq  müddətində  həbsxanada 

adekvat tibbi yardım almayıb; onun həbsdə saxlanma şəraiti qeyri-insani və ləyaqəti 

alçaldan olub; məhkəməyə qədər həbsdə saxlandığı müddət ağlabatan müddət həddini 

aşıb; azadlığa buraxılmaq barədə müraciətlərinə əhəmiyyətli yubanmalarla baxılıb və 

ya heç baxılmayıb; və nəhayət, onun məhkum olunması bütünlüklə polisin təhrikçiliyi 

nəticəsində əldə edilmiş sübutlara əsaslanıb. 

4.  Ərizə  Məhkəmənin  Üçüncü  Seksiyasının  icraatına  verilmişdir  (Məhkəmə 

Reqlamentinin  52-ci  Qaydasının  1-ci  bəndi).  26-cı  Qaydanın  1-ci  bəndinə  uyğun 

olaraq  həmin  Seksiyanın  tərkibində  işə  baxacaq  Palata  təşkil  edilmişdir 

(Konvensiyanın 27-ci maddəsinin 1-ci bəndi). 

5. 3 mart 2005-ci il tarixli qərarı ilə Məhkəmə ərizəni qismən qəbul olunan elan 

etmişdir. 

6. Ərizəçi və Hökumət işin mahiyyəti üzrə yazılı izahatlarını təqdim etmişlər (59-

cu Qaydanın 1-ci bəndi). 

 



FAKTLAR 

 

I. İŞİN HALLARI 

 

7. Ərizəçi 1979-cu ildə Moskvada anadan olmuşdur və orada yaşayır. 



 

A. Ərizəçinin həbsinə səbəb olmuş hallar 

 

8.  29  oktyabr  1998-ci  ildə  məxfi  polis  agenti  xanım  T.  ərizəçiyə  zəng  vurdu  və 



dedi ki, bir doza heroin almaq istəyir. Ərizəçi onun üçün heroin almağa razılıq verdi 

və  Cənab  M.-in  müşayiəti  ilə  küçədə  Xanım  T.  ilə  görüşdü.  Xanım  T.  polis 

əməkdaşları  S.  və  R.  tərəfindən  ona  verilmiş  və  xüsusi  maddə  ilə  nişanlanmış  (onu 

yalnız  ultra-bənövşəyi  işıqda  görmək  olurdu)  pul  əskinaslarını  ərizəçiyə  verdi. 

Ərizəçi  pulu  götürdü  və  digər  bir  şəxsin  –  Cənab  G.-nin  evinə  getdi.  Sonuncu 

ərizəçiyə içərisində 0,005 qram heroin olan kiçik bağlama (paket) verdi. Ərizəçi şərti 

alıcı  ilə  görüş  yerinə  qayıdarkən  küçədə  onu  gözləyən  polis  əməkdaşları  tərəfindən 

yaxalandı. 

9. Ərizəçi yerli polis məntəqəsinə gətirildi, orada onun barmaqları ultrabənövşəyi 

şüanın  altında  yoxlanıldı:  onun  barmaqlarında  əskinasları  nişanlamaq  üçün  polislər 

tərəfindən istifadə olunmuş maddənin izləri vardı. Xanım T. iki hal şahidinin yanında 

bağlamanı polis əməkdaşlarına verərək izah etdi ki, onu ərizəçidən almışdır. Bağlama 

möhürləndi, hal şahidləri tərəfindən imzalandı və məhkəmə ekspertizasına göndərildi. 

Ərizəçi bütün gecəni polis məntəqəsindəki həbsxanada qaldı. 

 

B. Ərizəçinin istintaqa və məhkəməyə qədər həbsdə saxlanması 

 

10.  30  oktyabr  1998-ci  ildə  cinayət  işi  açıldı  və  ərizəçi  narkotik  maddələrin 



alverində ittiham olundu. Elə həmin gün Moskvanın Şimal-Şərq rayonunun prokuroru 

ərizəçinin  tutulmasının  hallarına,  ona  qarşı  ittihamların  ağırlığına  və  onun  qaçıb 

gizlənmə  riskinə  istinad  edərək  həbs  qətimkan  tədbiri  barədə  qərar  çıxardı.  Ərizəçi 

Moskvadakı 48/1 saylı ibtidai həbs yerinə göndərildi. 

11. Bu arada ibtidai istintaq başa çatdı və 24 dekabr 1998-ci ildə işin materialları 

ittihamnamə  ilə  birlikdə  Moskvanın  Butırski  rayon  məhkəməsinə  məhkəmə 

araşdırması  üçün  göndərildi.  29  dekabr  1998-ci  ildə  Preobrajenski  rayon 

məhkəməsinə  verilmiş  azad  edilmək  barədə  vəsatət  Butırski  rayon  məhkəməsinə 

göndərildi  və  belə  əsas  gətirildi  ki,  ittihamnamə  bu  məhkəməyə  göndərilib  və  buna 

görə də ərizəçinin işinin bütün aspektlərinə bu məhkəmə baxmalıdır. Ərizəçinin vəkili 

bu  qərardan  şikayət  verdi,  lakin  3  fevral  1999-cu  ildə  Moskva  şəhər  məhkəməsi 

şikayəti rədd etdi. 

12.  13  yanvar  1999-cu  ildə  hazırlıq  iclasında  məhkəmə  qərara  aldı  ki,  ərizəçi 

məhkəməyə  qədər  ibtidai  həbsdə  qalmalıdır,  amma  bu  qərarı  heç  nə  ilə 

əsaslandırmadı. 

13.  18  fevral  1999-cu  ildə  ərizəçinin  atası  ərizəçinin  azad  olunması  üçün 

məhkəməyə  yeni  vəsatət  verərək  iddia  etdi  ki,  ərizəçinin  səhhətinin  pis  vəziyyətdə 

olması,  xüsusən  ibtidai  həbs  mərkəzində  göstərilən  tibbi  yardımın  səviyyəsi 

baxımından, onun həbsdə saxlanma şəraitinə uyğun deyil. 

14. 17 mart 1999-cu ildə məhkəmə ərizəçinin məhkəməyəqədərki həbs müddətini 

artırdı. Bu qərar üçün heç bir əsas gətirilmədi. 

15.  21  aprel  1999-cu  ildə  ərizəçinin  atası  ərizəçinin  azad  olunması  üçün  rayon 

məhkəməyə  yeni  vəsatət  verərək  yenidən  oğlunun  sağlamlıq  problemlərinə  istinad 



Yüklə 314,66 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   12




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə