MəHKƏMƏ QƏrari strasburq



Yüklə 314,66 Kb.
Pdf görüntüsü
səhifə6/12
tarix14.04.2018
ölçüsü314,66 Kb.
#38489
1   2   3   4   5   6   7   8   9   ...   12

69.  İşin  materiallarını  aldıqdan  sonra  hakim  müttəhimin  həbsdə  qalmalı,  yoxsa 

məhkəmə  araşdırması  müddətində  azadlığa  buraxılmalı  olduğunu  konkret  olaraq 

müəyyən  etməli  (keçmiş CPM-in  220-ci  maddəsinin  5-ci  bəndi  və  230-cu  maddəsi) 

və müttəhimin azad edilmək barədə verdiyi istənilən vəsatətə dair qərar çıxarmalıdır 

(keçmiş  CPM-in  223-cü  maddəsi).  Vəsatət  rədd  edildikdə  yeni  vəsatət  məhkəmə 

araşdırması  başlayan  kimi  verilə  bilər  (keçmiş  CPM-in  223-cü  maddəsi).  Məhkəmə 

araşdırması  ərzində  məhkəmə  istənilən  vaxt  preventiv  (qabaqlayıcı)  tədbiri,  o 

cümlədən  həbs  qətimkan tədbirini  təyin  edə,  dəyişdirə  və  ya  ləğv  edə  bilər (keçmiş 

CPM-in 260-cı maddəsi). 

70.  Belə  qərara  qarşı  yuxarı  məhkəməyə  şikayət  verilə  bilər.  Şikayət  on  gün 

müddətində  verilir  və  həmin  şikayətə  işin  mahiyyəti  üzrə  məhkəmə  qərarından 

verilən  apellyasiya  şikayəti  ilə  eyni  müddət  ərzində  baxılır  (keçmiş  CPM-in  331-ci 

maddəsi). 

 

D. Vəkil-müştəri münasibətləri; zərurətdən irəli gələn nümayəndəlik 

 

71. Müştərinin məhkəmədə hüquqi nümayəndə vasitəsilə təmsil olunması adətən 



tapşırıq  və  ya  nümayəndəlik  müqavilələrinin  normaları  ilə  tənzimlənir  (Rusiya 

Federasiyası  Mülki  Məcəlləsinin  49-cu  və  52-ci  fəsilləri).  Bundan  əlavə,  Mülki 

Məcəllənin 50-ci fəslində nəzərdə tutulur ki, bir şəxs digər şəxsin mülkiyyətinə ziyan 

vurulmasının  qarşısını  almaq,  onun  qanuni  maraqlarını  qorumaq  və  ya  həmin 

maraqlara yardım göstərmək və s. üçün həmin şəxsin maraqları naminə hərəkət edə 

bilər.  Lazımi  səlahiyyət  almadan  digər  şəxsin  marağı  naminə  hərəkət  edən  şəxsin 

hərəkətləri  həmin  hərəkətlərdən  faydalanan  şəxs  tərəfindən  bəyənilirsə,  bu,  onların 

arasında  zərurətdən  irəli  gələn  nümayəndəlik  sayılır  (Mülki  Məcəllənin  982-ci 

maddəsi).  Müvafiq  surətdə,  həmin  hərəkətlərdən  faydalanan  şəxs  nümayəndənin 

çəkdiyi ağlabatan xərcləri ödəməlidir (Mülki Məcəllənin 984-cü maddəsi). 

 

HÜQUQİ MƏSƏLƏLƏR 

 

I. HÖKUMƏTİN İLKİN ETİRAZI 

 

72. 2006-cı ildə Hökumət ərizəçiyə hüquqi yardım göstərilməsi məsələsi ilə bağlı 



xanım Kostrominanın Məhkəmədəki icraatda iştirakına etiraz etdi. O, konkret olaraq 

qeyd  etdi  ki,  22  mart  2000-ci  il  tarixli  etibarnamə  forması  ərizəçinin  özü  tərəfindən 

deyil,  anası  tərəfindən  imzalanıb.  Həmin  tarixdə  ərizəçi  artıq  yetkin  yaşlı  olduğuna 

görə  etibarnaməni  özü  imzalamalı  idi.  Bundan  başqa,  etibarnamədə  Kostrominanın 

imzası  yox  idi  ki,  bu  da  Hökumətin  fikrincə  sənədi  etibarsız  edirdi.  Hökumət 

Məhkəmədən  xahiş  etdi  ki,  ya  ərizəçi  onun  adından  xanım  Kostrominanın  təqdim 

etdiyi  hər  bir  sənədi  şəxsən  yazılı  surətdə  təsdiq  etsin,  ya  da  Məhkəmə  bu  işi 

baxılmalı olan işlərin siyahısından çıxarsın. 

73.  Məhkəmə  öncə  xatırladır  ki,  Məhkəmə  Reqlamentinin  45-ci  Qaydasına 

əsasən, Məhkəmədəki icraatda təmsil olunmaq üçün yalnız yazılı etibarnamə etibarlı 

sayılır.  Konvensiyanın  praktikasında  bu  cür  sənədlər  üçün  xüsusi  formal  tələblər 

yoxdur (hətta daxili qanunvericilikdə bu cür tələblər olsa belə) (son dövrün qərarları 

arasında bax: Nosov Rusiyaya qarşı (ərizənin qəbuledilənliyinə dair qərar), ərizə  Nº 

30877/02,  20  oktyabr  2005;  həmçinin  bax:  Moiseyev  Rusiyaya  qarşı  (ərizənin 

qəbuledilənliyinə dair qərar), ərizə Nº 62936/00, 9 dekabr 2004; İsayeva və başqaları 

Rusiyaya  qarşı  (ərizənin  qəbuledilənliyinə  dair  qərar),  ərizələr  Nº  57947/00, 

57948/00 və 57949/00, 19 dekabr 2002). 




74.  Strasburqdakı  icraatda  ərizəçini  təmsil  etmək  üçün  xanım  Kostrominanın 

etibarnaməsinin  ərizəçi  tərəfindən  təsdiq  edilmədiyinə  dair  Hökumətin  şübhəsinə 

gəldikdə,  Məhkəmə  ehtimal  edir  ki,  prosesdəki  hər  iki  tərəf  –  ərizəçi  və  həmçinin 

Hökumət  vicdanla  hərəkət  edirlər;  bu  ehtimalı  təkzib  etmək  üçün  yetərli  sübutlar 

təqdim edilməlidir. İşin materiallarından belə çıxır ki, xanım Kostromina dövlətdaxili 

icraatda ərizəçini təmsil edib (yuxarıda 46-cı bəndə bax). Xanım Kostrominanın adına 

etibarnamə formasını imzalamış ərizəçinin anası da birinci instansiya məhkəməsində 

ərizəçinin  nümayəndələrindən  biri  idi.  Rayon  məhkəməsinin  11  noyabr  1998-ci  il 

tarixli  qərarından  belə  məlum  olur  ki,  ərizəçinin  özü  ruhi  xəstə  olub  və  məcburi 

müalicəyə  ehtiyacı  olub.  Təbii  ki,  belə  vəziyyətdə  ərizəçinin  anası  onun  adından 

hərəkət  edərək  xanım  Kostrominanı  onun  hüquqi  nümayəndəsi  təyin  edib.  Bundan 

başqa, ərizəçinin imzaladığı vəsaitlər haqqında bəyannamədə xanım Kostromina onun 

nümayəndəsi  kimi  göstərilib.  Nəhayət,  prosesin  bu  vaxta  qədərki  mərhələlərində 

Hökumət bu arqumenti irəli sürməyib. 

75. Bu kontekstdə Məhkəmə hesab edir ki, ərizə lazımi qaydada təqdim edilib və 

xanım  Kostromina  ərizəçini  təmsil  etmək  üçün  lazımi  qaydada  səlahiyyət  alıb.  Bu 

məsələ barədə Hökumətin ilkin etirazı rədd edilməlidir. 

 

II. KONVENSİYANIN 3-cü MADDƏSİNİN İDDİA EDİLƏN POZUNTUSU 

 

76.  Konvensiyanın  3-cü  maddəsinə  əsasən  ərizəçi  məhkəməyə  qədər  həbsdə 



saxlanma yerində ona tibbi yardım göstərilməməsindən və həbsdə saxlanma yerindəki 

qeyri-insani şəraitdən şikayət etdi. 3-cü maddədə deyilir: 

 

“Heç  kəs  işgəncəyə,  qeyri-insani  və  ya  ləyaqəti  alçaldan  rəftara  və  ya  cəzaya  məruz 



qalmamalıdır”. 

 

A. Tərəflərin arqumentləri 

 

77. Hökumət israr etdi ki, ərizəçi məhkəməyə qədər həbsdə olduğu zaman zəruri 



müalicə  alıb,  həbsdə  saxlanma  yerinin  xəstəxanasındakı  kameralarda  çoxlu  sayda 

adam  olmayıb  və  həmin  kameralar  lazımi  qaydada  təchiz  olunub  (yuxarıda  36-cı 

bəndə və ondan sonrakı bəndlərə bax). Ərizəçinin nümayəndələrinin hər bir şikayəti 

hərtərəfli araşdırılıb və əsaslandırılmış cavablar vaxtında verilib. Həqiqətən 26 aprel 

1999-cu  ildə  ərizəçinin  tutması  olub.  Lakin  o  dərhal  növbətçi  həkim  tərəfindən 

müayinə olunub və ixtisaslı tibbi yardım alıb. Ərizəçinin xüsusi tibbi biliklərə malik 

olmayan  kamera  yoldaşlarının  imzaladığı  yazılı  ifadə  sübut  qismində  qəbul  oluna 

bilməz.  Hökumət  yekun  olaraq  bildirdi  ki,  ərizəçinin  3-cü  maddə  üzrə  şikayətləri 

əsassızdır. 

78. Ərizəçi öz iddialarında israr etdi. O, iddia etdi ki, həbsdə saxlanma şəraitini 

və  həbsdə  saxlanma  yerinin  xəstəxanasında  aldığı  tibbi  yardımı  düzgün  təsvir  edib 

(yuxarıda  29-cu  bəndə  və  ondan  sonrakı  bəndlərə  bax).  Dövlət  orqanları  onun 

xəstəlikləri  barədə  tam  məlumatlı  idilər.  Ərizəçinin  atası  dəfələrlə  oğlunun  səhhəti 

barədə sorğularla müraciət etmişdi. Lakin həbsdə saxlanma yerinin müdiriyyətindən 

aldığı  bütün  cavablar  ümumi  xarakterli  idi  və  orada  ərizəçinin  xəstəlikləri  ilə  bağlı 

aldığı  müalicə  barədə  təfsilatlı  informasiya  yox  idi.  Ərizəçi  xüsusi  olaraq  26  aprel 

1999-cu il tarixli insidenti qeyd etdi, həmin gün onda epilepsiya tutması olmuş, amma 

ona ixtisaslı tibbi yardım göstərilməmişdi. 

 

B. Məhkəmənin qiymətləndirməsi 



Yüklə 314,66 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   12




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə