MəHKƏMƏ QƏrari strasburq



Yüklə 314,66 Kb.
Pdf görüntüsü
səhifə7/12
tarix14.04.2018
ölçüsü314,66 Kb.
#38489
1   2   3   4   5   6   7   8   9   ...   12

 

1. Tibbi yardım 

 

79.  Məhkəmə  qeyd  edir  ki,  tərəflər  həbsdə  saxlanma  yerində  ərizəçinin  aldığı 



tibbi yardımla bağlı fərqli rəylər təqdim ediblər. Buna görə də Məhkəmə ərizəçinin 3-

cü  maddə  üzrə  şikayətlərinin  araşdırılmasına  həmin  şikayətlərin  məhz  bu  hissəsinə 

aid olan faktların müəyyən edilməsindən başlayacaqdır. 

 

a) Faktların müəyyən edilməsi 

 

80.  Məhkəmə  “əsaslı  şübhə  yeri  qoymayan”  sübut  standartını  təsdiq  edən 



presedentlərini  bir  daha  xatırladır  (bax:  Əvsər  Türkiyəyə  qarşı,  ərizə  Nº  25657/94, 

AİHM  2001).  Bu  cür  sübut  kifayət  qədər  güclü,  aydın  və  uzlaşan  nəticələrin  və  ya 

faktlara  dair  eyni  cür  təkzibedilməz  ehtimalların  mövcudluğundan  irəli  gələ  bilər. 

Araşdırılan  hadisələrin  hamısı  və  ya  bir  hissəsi  dövlət  orqanlarına  məlumdursa 

(həbsxanada  onların  nəzarəti  altında  olan  şəxslərə  münasibətdə  həqiqətən  belədir), 

onların nəzarəti altında həbsdə olan şəxslərin xəsarət alması halları baş verdikdə belə 

faktlarla  bağlı  ciddi  ehtimallar  meydana  çıxır.  Belə  hallarda  qaneedici  və  inandırıcı 

izahat təqdim etmək vəzifəsi dövlət orqanlarının üzərinə düşür. Belə izahat olmadıqda 

Məhkəmə  cavabdeh  Hökumətin  xeyrinə  olmayan  nəticələr  çıxara  bilər  (bax:  Orxan 

Türkiyəyə qarşı, ərizə Nº 25656/94, 274-cü bənd, 18 iyun 2002-ci il). 

81.  Hazırkı  ərizəçi  iddia  etdi  ki,  həbsdə  olduğu  müddətdə  xəstəlikləri  ilə  bağlı 

lazımi müalicə almayıb. Lakin o, məhkəməyə qədər həbsdə olduğu müddətdə aldığı 

faktiki  müalicənin  xarakterini  göstərən  tibbi  sənədləri  təqdim  etmədi  (əgər  onlar 

varsa). 

82.  Lakin  Məhkəmə  bir  daha  bildirir  ki,  müəyyən  hallarda  sübutetmə  yükü 

ərizəçinin üzərindən cavabdeh dövlətin üzərinə keçə bilər (yuxarıda 80-ci bəndə bax). 

Ortaya  çıxan  sual  bundan  ibarətdir  ki,  bu  yanaşma  bu  işə  tətbiq  edilə  bilərmi?  Bu 

suala  cavab  vermək  üçün  Məhkəmə  hər  iki  tərəfin  qəbul  etdiyi  mövcud  sübut 

elementlərini və iş üzrə faktları araşdıracaqdır. 

83. Birincisi, tərəflər etiraz etmir ki, həbsə alındığı anda ərizəçi bir neçə xroniki 

xəstəlikdən,  məsələn,  epilepsiya,  pankreatit,  xroniki  B  və  C  hepatitindən,  habelə 

müxtəlif  ruhi  çatışmazlıqlardan  əziyyət  çəkirdi.  O,  həmçinin  HİV  daşıyıcısı  idi. 

Hökumət inkar etmədi ki, bəziləri həyat üçün təhlükəli olan bu xəstəliklərin ərizəçidə 

olması  dövlət  orqanlarına  məlum  idi  və  həmin  xəstəliklər  həkimlər  tərəfindən 

mütəmadi  tibbi  nəzarət  və  müalicə  tələb edirdi.  Müvafiq  orqanlar  ərizəçinin  həbsdə 

olduğu müddətdə sağlamlıq durumu və aldığı müalicə barədə qeydlər aparmalı idilər 

(bax:  Tibb  yardım  standartları  barədə  İQK-nın  Ümumi  Məruzəsi;  yuxarıda  56-cı 

bənddə məruzədən sitatlar verilmişdir). 

84. Məhkəmə narahatlıqla qeyd edir ki, həbsdə olduğu müddətdə ərizəçi qızılca, 

bronxit  və  kəskin  pnevmoniya  kimi  bir  neçə  ciddi  xəstəliyə  düçar  olub.  Onda 

həmçinin  bir  neçə  epilepsiya  tutması  olub.  Onun  mütəmadi  xəstəlikləri  qismən 

keçmiş xəstəlik tarixçəsi ilə, yəni onun HİV daşıyıcısı olması faktı ilə izah olunsa da, 

həbsdə saxlanma yerində onun sağlamlıq durumunun kəskin pisləşməsi oradakı tibbi 

müalicənin  lazımi  səviyyədə  olması  ilə  bağlı  müəyyən  şübhələr  doğurur  (bax: 

Farbtus Latviyaya qarşı, ərizə Nº 4672/02, 57-ci bənd, 2 dekabr 2004-cü il). 

85. Məhkəmə həmçinin qeyd edir ki, ərizəçi öz narazılıqlarını dövlət hakimiyyəti 

orqanlarının diqqətinə çatdırmışdı və həmin vaxt onların müvafiq tədbirlər görməsini 

gözləməyə  haqlı  idi.  Ərizəçi  müraciətlərində  onun  sağlamlıq  problemlərinin  təsviri 

ətraflı və aydın verilmişdi. Dövlət orqanlarında onun xəstəlik tarixçəsindəki qeydlər 



vardı və onlar mülki həkimlərin zəruri tibbi müalicə ilə bağlı tövsiyələrindən xəbərdar 

idilər. 


86.  Bundan  başqa,  ərizəçinin  atası  azı  iki  dəfə  həbsdə  saxlanma  yerinin 

müdiriyyətindən  ərizəçinin  sağlamlığının  müstəqil  tibbi  müayinədən  keçirilməsini 

xahiş  etmişdi.  Lakin  bu  müraciətlər  rədd  edilmişdi:  Hökumətin  təqdim  etdiyi  tibbi 

arayışdan məlum olur ki, ərizəçinin hər hansı sonrakı tibbi müayinəsi yalnız istintaq 

orqanlarının  təşəbbüsü  ilə  mümkün  idi.  Ərizəçinin  tibbi  müayinəsi  məsələsinin 

istintaq  orqanlarının  ixtiyarına  buraxılması  tam  həyəcan  doğuran  haldır:  bu  halda 

ərizəçinin  hər  hansı  əlavə  tibbi  yardıma  ehtiyacı  olub-olmaması  barədə  qərar 

çıxarmaq həkimlərin deyil, müstəntiqin öhdəsinə buraxılır. Belə olan halda ərizəçinin 

hər hansı əlavə tibbi müayinəyə və ya müalicəyə ehtiyacı olmadığı barədə Hökumətin 

iddiasını qəbul etmək çətindir. 

87.  Nəhayət,  bir  insident,  yəni  26  aprel  1999-cu  il  hadisəsi  xüsusi  narahatlıq 

doğurur. Ərizəçi iddia etdi ki, həmin gün onun kamera yoldaşları epilepsiya tutmasını 

dayandırmaq üçün ona iynə vurmalı olublar. Ərizəçi bu iddiasını təsdiq etmək üçün 

kamera  yoldaşlarının  imzaladıqları  yazılı  ifadəni  təqdim  etmişdir.  Məhkəmə 

Hökumətin  belə  bir  arqumentini  nəzərə  alır  ki,  bu  ifadə  sübut  qismində  qəbul  edilə 

bilməz,  çünki  ərizəçinin  kamera  yoldaşları  peşəkar  tibb  işçisi  deyildilər.  Lakin 

həbsxana  xəstəxanası  personalının  üzvünün  ərizəçiyə  iynə  vurmadığını  söyləmək 

üçün  peşəkar  biliklərə  malik  olmağa  ehtiyac  yoxdur.  İfadəni  imzalamış  ərizəçinin 

kamera  yoldaşlarının  yalan  dediklərini  düşünmək  üçün  heç  bir  əsas  yoxdur.  Digər 

tərəfdən, Hökumət bu insidentlə bağlı hər hansı qeyd təqdim etməyib. Buna görə də 

Məhkəmə  26  aprel  1999-cu  il  hadisəsinə  dair  ərizəçinin  məlumatları  ilə  razılaşır. 

Bununla bağlı Məhkəmə xatırladır ki, qeyri-peşəkar şəxslər tərəfindən göstərilən tibbi 

yardım  adekvat  yardım  sayıla  bilməz  (bax:  Farbtusun  işi  üzrə  yuxarıda  adı  çəkilən 

qərar, 60-cı bənd). 

88.  Yekun  olaraq,  yuxarıdakı  amillərin  kombinasiyası  ərizəçinin  belə  bir 

iddiasının lehinə dəlalət edir ki, həbsdə saxlanma yerində tibbi yardım qeyri-adekvat 

olub. Belə olan halda həmin amilləri təkzib etmək Hökumətin öhdəsinə düşür. Lakin 

Hökumət ərizəçiyə hansı növ tibbi müalicənin təyin olunduğunu, müalicənin nə vaxt 

və  kim  tərəfindən  aparıldığını  izah  edə  bilən  hər  hansı  sənəd  təqdim  etməyib 

(müvafiq  dəyişikliklərlə  bax:  Ostrovar  Moldovaya  qarşı,  ərizə  Nº  35207/03,  86-cı 

bənd,  13  sentyabr  2005-ci  il).  Bu  məsələ  ilə  bağlı  Hökumətin  arqumentləri  qeyri-

müəyyəndir  və  yaxşı  əsaslandırılmayıb.  Belə  ki,  Hökumət  öz  arqumentlərində  iddia 

edir ki, 

ərizəçi “ümumi bərpaedici müalicə və vitamin terapiyası” alıb, bu, olduqca geniş 

ifadədir və əlavə təfsilatlar tələb edir. Bundan başqa, Hökumət mülki həkimlərin təyin 

etdiyi  müalicəni  ərizəçinin  alıb-almaması  məsələsinə  aydınlıq  gətirməyib  (yuxarıda 

24-cü  bəndə  bax).  Hökumətin  təqdim  etdiyi  tibbi  arayışlara  və  ərizəçinin  xəstəlik 

tarixçəsindən  çıxarışlara  (onların  oxuna  bilən  hissələrinə)  gəldikdə,  bunlar  yalnız 

diaqnozları təsdiq edir, amma orada ərizəçinin aldığı müalicənin xarakteri barədə və 

ya  onun  hər  hansı  konkret  müayinəsi  barədə  məlumat  yoxdur.  Müvafiq  surətdə, 

Məhkəmə  hesab  edir  ki,  Hökumət  həbsdə  saxlanma  yerində  ərizəçinin  sağlamlıq 

durumunun pisləşməsi ilə bağlı ağlabatan izahat təqdim etməyib. 

89.  Buna  görə  də  Məhkəmə  ərizəçinin  həbsdə  saxlanma  yerində  olduğu 

müddətdə  sağlamlıq  durumu  ilə  və  aldığı  tibbi  yardımla  bağlı  rəyi  ilə  razılaşır. 

Xüsusən  Məhkəmə  razılaşır  ki,  1999-cu  ilin  aprelində  və  iyulunda  ərizəçidə 

epilepsiya  tutmaları  olmuş,  amma  ona  vaxtında  və  ixtisaslı  tibbi  yardım 

göstərilməmişdir.  Ərizəçi  həbsdə  olduğu  müddətdə  müvafiq  orqanlar  onun  xroniki 

xəstəliklərini monitorinq etməmiş və adekvat tibbi  yardım  göstərməmişlər ki, bu da 




Yüklə 314,66 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   12




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə