MəHKƏMƏ QƏrari strasburq


A. Tərəflərin arqumentləri



Yüklə 314,66 Kb.
Pdf görüntüsü
səhifə9/12
tarix14.04.2018
ölçüsü314,66 Kb.
#38489
1   ...   4   5   6   7   8   9   10   11   12

 

A. Tərəflərin arqumentləri 

 

100.  Hökumət  iddia  etdi  ki,  ərizəçinin  davamlı  olaraq  həbsdə  saxlanması  ona 



qarşı ittihamların ağırlığı, onun xarakteri və qaçıb gizlənmə riski ilə əlaqədar olaraq 

zəruri idi. Ərizəçi ciddi cinayətlərdə ittiham olunurdu və ona on üç ildən artıq həbs 

cəzası təyin oluna bilərdi. Ərizəçinin həbsə alınması barədə prokurorluq orqanlarının 

20  oktyabr  1998-ci  ildə  çıxardığı  ilk  qərarda  onun  qaçıb  gizlənmə  təhlükəsi  qeyd 

olunmuş və onun həbsə alınması barədə bütün sonrakı qərarlar da birmənalı şəkildə 

bu  səbəbə  əsaslanmışdı.  Ərizəçinin  sağlamlıq  durumu  onun  barəsindəki  həbs 

qətimkan  tədbirinin  davam  etməsini  tələb  edən  ictimai  maraqlardan  üstün  tutula 

biləcək  dərəcədə  pis  vəziyyətdə  deyildi.  Ərizəçinin  həbsdə  saxlanma  müddətinin 

uzadılmasına  xüsusən  ona  görə  ehtiyac  vardı  ki,  ərizəçinin  ruhi  vəziyyəti  ekspert 

tərəfindən müayinədən keçirilməli idi. Beləliklə, həbsdə saxlanma müddəti ağlabatan 

müddət həddini aşmamışdı. 

101.  Ərizəçi  öz  arqumentlərində  israr  etdi.  O,  Hökumətin  arqumentlərinə  belə 

cavab  verdi  ki,  onun  davamlı  olaraq  həbsdə  saxlanması  zəruri  deyildi.  Onun  qaçıb 

gizlənməsi,  yeni  cinayət  törətməsi  və  ya  ədalət  mühakiməsinin  gedişinə  müdaxilə 

etməsi  təhlükəsi  və  ona  qarşı  ittihamların  ağırlığı  özlüyündə  onun  həbsdə 

saxlanmasına  haqq  qazandıra  bilməz.  O,  bir  çox  xəstəliklərdən  əziyyət  çəkirdi  və 

onun daimi qeydiyyat və yaşayış yeri vardı (o, tələbə idi). Bundan başqa, məhkəmələr 

yuxarıda göstərilən təhlükənin həqiqətən mövcud olduğunu əsaslandırmayıblar. Onun 

təqsirkar olduğuna dair ciddi sübut yox idi, çünki ittihamlar polisin provokasiyasına 

əsaslanırdı; onun yeni cinayət törətməsi riski mövcud deyildi; və ərizəçinin səhhətinin 

təhlükəli  vəziyyətdə  olması  onun  dərhal  azad  olunmasını  tələb  edirdi.  Onun 

barəsindəki  həbs  qətimkan  tədbirinin  müddətinin  artırılması  onun  ruhi  vəziyyətinin 

mütəmadi psixiatriya müayinəsindən keçirilməsi ilə bağlı idi. 

 

C. Məhkəmənin qiymətləndirməsi 

 

102. Məhkəmə öncə qeyd edir ki, ərizəçi barəsindəki həbs qətimkan tədbiri onun 



tutulduğu  29  oktyabr  1998-ci  il  tarixdən  məhkəmənin  onun  işi  üzrə  hökmünü  elan 

etdiyi  və  ərizəçinin  azad  olunduğu  11  noyabr  1999-cu  ilə  tarixinədək  davam  edib. 

Beləliklə, həbsdə saxlanmanın ümumi müddəti 1 il 23 günə bərabər olmuşdur.  

 

1. Ümumi prinsiplər 

 

103. Cinayətdə ittiham olunan şəxs, əgər dövlət onun həbsdə saxlanmasına haqq 



qazandıran  “müvafiq  və  yetərli”  əsasların  olduğunu  sübut  edə  bilməsə,  həmişə 

məhkəmə araşdırmasına qədər azad olunmalıdır (bax: Vemhoff Almaniyaya qarşı, 27 

iyun 1968-ci il tarixli qərar, A seriyaları, c. 7, b. 12; Yağcı və Sərgin Türkiyəyə qarşı

8 iyun 1995-ci il tarixli qərar, A seriyaları, c. 319-A, b. 52). 

104. Konvensiya üzrə presedent hüququnda şəxsin girov (zəmanət) müqabilində 

azad  olunmasından  imtinanın  yol  verilə  bilən  dörd  əsas  səbəbi  bunlardır: 

təqsirləndirilən  şəxsin  məhkəməyə  gəlməməsi  riski  (bax:  Stöqmüller  Avstriyaya 

qarşı,  10  noyabr  1969-cu  il  tarixli  qərar,  A  seriyaları,  c.  9,  b.  15);  təqsirləndirilən 

şəxsin azad ediləcəyi təqdirdə ədalət mühakiməsinə mane ola biləcək hərəkət etməsi 

(bax:  Vemhoffun  işi  üzrə  yuxarıda  adı  çəkilən  qərar,  b.  14);  yaxud  yeni  cinayət 

törətməsi  (bax:  Matsnetter  Avstriyaya  qarşı,  10  noyabr  1969-cu  il  tarixli  qərar,  A 

seriyaları, c. 10, b. 9); yaxud da ictimai asayişin pozulmasına səbəb olması ehtimalı 



(bax: Letelye Fransaya qarşı, 26 oyun 1991-ci il tarixli qərar, A seriyaları, c. 207, b. 

51). 


105. Konkret halda şəxsin məhkəməyə qədər həbsdə saxlanmasının zəruri olub-

olmadığını  müəyyən  etmək  ilk  növbədə  milli  məhkəmə  orqanlarının  üzərinə  düşür 

(bax: Nikolov Bolqarıstana qarşı, ərizə Nº 38884/97, b. 74, 30 yanvar 2003). Daxili 

məhkəmələrin  bu  kontekstdə  gəldiyi  nəticələri  Məhkəmənin  yoxlamaq  səlahiyyəti 

çox məhduddur: yalnız dövlət orqanlarının gətirdiyi əsaslar hüquqa zidd olduqda və 

ya  hər  hansı  faktual  əsas  olmadıqda  Məhkəmə  məsələyə  müdaxilə  edə  və  həbsdə 

saxlanmanın əsassız olduğunu müəyyən edə bilər. 

 

2. Ümumi prinsiplərin bu işə tətbiqi 

 

106.  Məhkəmə  qeyd  edir  ki,  cinayət  təqibi  orqanı  tərəfindən  ərizəçinin  həbsi 



barədə  çıxarılmış  30  oktyabr  1998-ci  il  tarixli  ilk  qərar  ərizəçiyə  qarşı  ittihamların 

ağırlığına  və  onun  qaçıb  gizlənməsi  riskinə  əsaslanmışdı.  Lakin  məhkəmələr 

ərizəçinin həbsdə saxlanma müddətinin artırılmasını və ya onun azad edilməsi barədə 

müdafiə tərəfinin verdiyi bir neçə vəsatətin rədd edilməsini əsaslandırmamışlar. 

107.  Buna  görə  də  Məhkəmə  xatırladır  ki,  ağlabatan  şübhənin  mövcudluğunun 

ibtidai həbs üçün zəruri şərt olmasına baxmayaraq, müəyyən müddət keçdikdən sonra 

daha həmin şübhə şəxsin həbsdə saxlanması üçün kifayət etmir (bax: Labita İtaliyaya 

qarşı  [GC],  ərizə  Nº  26772/95,  b.  153,  AİHM  2000-IV).  Məhkəmə  razılaşır  ki, 

ərizəçiyə qarşı ağlabatan şübhə onun ibtidai həbsdə saxlanması üçün əsas ola bilərdi. 

Lakin  o,  xatırladır  ki,  ittihamın  ağırlığı  özlüyündə  məhkəməyə  qədər  uzun  müddət 

həbsdə  saxlanılmağa  haqq  qazandıra  bilməz.  Şəxs  barəsində  azadlıqdan  məhrum 

edilmə  cəzasının  təyin  olunması  ehtimalı  da  buna  haqq  qazandıra  bilməz  (bax: 

Roxlina Rusiyaya qarşı, ərizə Nº 54071/00, b. 66, 7 aprel 2005; Pançenko Rusiyaya 

qarşı,  ərizə  Nº  45100/98,  b.  102,  8  fevral  2005;  və  Letelyenin  işi  üzrə  yuxarıda adı 

çəkilən qərar). Məhkəmə bu məsələ ilə bağlı qeyd edir ki, 30 oktyabr 1998-ci ildən 

sonra  ərizəçinin  həbsdə  saxlanma  müddəti  bir  neçə  dəfə  artırılıb  və  bir  ildən  artıq 

davam edib. Üstəlik, 1998-ci ilin dekabrında istintaq qurtarıb və iş birinci instansiya 

məhkəməsinə  göndərilib.  Məhkəmənin  fikrincə,  belə  vəziyyətdə  dövlət  orqanları 

ərizəçinin  davamlı  olaraq  həbsdə  saxlanmasını  əsaslandırmaq  üçün  yeni  səbəblər 

göstərməli idilər. 

108.  Hökumətin  izahatlarında  göstərilmiş  səbəblərə,  yəni  gizlənmə  təhlükəsinə 

və  ərizəçinin  “xarakterinə”  gəldikdə,  Məhkəmə  xatırladır  ki,  o,  5-ci  maddənin  3-cü 

bəndinin pozulub-pozulmadığı barədə qərarı mahiyyət etibarı ilə daxili məhkəmələrin 

qərarlarında  göstərilmiş  əsaslar  və  Məhkəməyə  müraciətində  ərizəçinin  qeyd  etdiyi 

faktlar əsasında çıxarmalıdır (bax: Yablonski Polşaya qarşı, ərizə Nº 33492/96, b. 79, 

21 dekabr 2000). İliyev Bolqarıstana qarşı məhkəmə işində (ərizə Nº 33977/96, b. 86, 

26 iyul 2001) Məhkəmə müəyyən etmişdir ki: 

 

“Hətta  ərizəçinin  azadlıqdan  məhrum  edilməsinə  haqq  qazandıran  faktlar  mövcud 



olsa belə, məhkəmə qərarlarında onlar göstərilməyib ... və belə faktları müəyyən etmək 

və  ərizəçinin  həbsi  barədə  qərar  çıxarmış  milli  hakimiyyət  orqanlarını  əvəz  etmək 

Məhkəmənin vəzifəsi deyil”. 

 

Ərizəçinin həbsdə saxlanmasının Hökumət tərəfindən göstərilmiş əsasları daxili 



məhkəmələrin  qərarlarında  göstərilməyib  və  Məhkəmə  həmin  əsasların  işin 

hallarından bəlli olduğu ilə razılaşa bilməz. Digər tərəfdən, ərizəçinin yaşı, sağlamlıq 

problemləri, əvvəllər cinayət törədib-törətməməsi kimi amillər, habelə daimi yaşayış 



Yüklə 314,66 Kb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   12




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə