Mehman ağayev



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə2/105
tarix23.01.2018
ölçüsü5,01 Kb.
#21931
1   2   3   4   5   6   7   8   9   ...   105

Bundan başqa  əvvəllər məlum olmayan morfogenezin xüsusiy-
yətlərinin aydınlaşdırılması, birincili və ikincili böyrək xəstə-
liklərində ekskretor və inkretor funksiyaların pozğunluqlarını  aşkar 
etmək imkanı əldə olunmuşdur. 
 
BÖYRƏKLƏRİN  MORFOSTRUKTURU 
VƏ YERLƏŞMƏSİ 
 
Böyrəklər – cüt orqan olub, özünəməxsus görünüşə malik - lobya 
formasındadır. Hər bir böyrəyin yuxarı və aşağı qütbü, medial (iç) və 
lateral (bayır) kənarları, ön və arxa səthləri vardır (şəkil 1). Medial 
kənarın ortasında böyrək qapısı  (hilus renalis) yerləşir, buradan 
orqana böyrək arteriyası, sinirlər daxil olur və orqandan böyrək 
venası, limfa damarları xaric olurlar. Burada həmçinin, böyrək ləyəni 
yerləşir. 
 
 
 
 
Şəkil 1. Böyrəyin quruluşu. 
а – ümumi görünüş; b – boylama kəsik; 1 – qabıq maddə; 
2 – beyin maddə; 3 – böyrək qapısı; 4 – böyrək ləyəni; 
5 – böyrək kasacığı; 6 – sidik axarı. 
 
 
6


 
7
Normal şəxslərdə böyrəklərin uzunluğu 12 sm (11-14 sm),   eni 6 
sm (5-7 sm), qalınlığı 3-4 sm-ə  bərabərdir. Böyrəklərin normal 
ölçülərini bilməklə onların polikistoz, pielonefrit və başqa xəstəliklər 
zamanı (bir, ikitərəfli ) kiçilməsi və ya böyüməsini düzgün təyin 
etmək mümkün olur.  
Hər bir böyrəyin yaşlı insanda çəkisi 150-160 qramdır. Böyrəklər 
peritonarxası sahədə, onurğa sütunun yanında, yuxarı qütbü XII döş 
fəqərəsinin yuxarı  kənarı, aşağı qütbü III bel fəqərəsinin yuxarı 
kənarı  səviyyəsində yerləşir. Sağ böyrək qaraciyər tərəfindən aşağı 
sıxışdığından 1/2  fəqərə  aşağı yerləşə bilər. Böyrəklərin boylama 
oxu fəqərənin oxuna nisbətən çəp yerləşir, belə ki, yuxarı qütblər 
fəqərəyə yaxın, aşağı qütblər uzaq yerləşirlər. Normada vertikal 
vəziyyətdə böyrəklər 1/2 fəqərə hündürlüyü qədər yerini aşağı dəyişə 
bilər. Böyrəklərin peritonarxası sahədə stabil vəziyyəti qarın 
divarının əzələsinin tonusu nəticəsində meydana çıxan qarın boşluğu 
daxilindəki təzyiq nəticəsində  təmin olunur. Böyrəklərin vəziy-
yətinin qorunub saxlanmasında böyrək damarları və böyrəkətrafı piy 
toxumasının da rolu vardır. Qarın boşluğu divarının  əzələlərinin 
tonusunun aşağı düşməsi, böyrəkətrafı toxumanın xeyli azalması, 
böyrək damarlarının uzanması böyrəklərin (bir, ya ikitərəfli) müxtə-
lif dərəcəli sallanmasına səbəb olur. 
Böyrəklərin  üstü sərt birləşdirici toxumadan ibarət kapsula ilə 
örtülmüşdür. Böyrək səthi hamar, qəhvəyi rəngdədir. Kəsikdə böy-
rəyin iki qatı-qabıq və beyin maddəsi ayırd edilir. Bu iki qatın 
arasında qövs arteriyaları  və venaları, limfa damarları  və sinirlər 
keçən birləşdirici toxuma qatı yerləşir. Qabıq maddədə lupa altında 
diqqətlə baxdıqda çoxlu sayda qırmızı  rəngdə nöqtəvari törəmələr- 
böyrək cisimcikləri (corpusculus renis) və ya malpigi cisimcikləri 
(corpuscula Malpighii ) görünür (onları ilk dəfə olaraq kəşf etmiş 
alimin  şərəfinə adlandırılmışdır). Qabıq maddəsinin qalınlığı 7-8- 
mm olur, amma çoxlu yerdə o beyin maddənin dərinliyinə, radial 
yerləşmiş sütunlar şəklində  (columnae renalis)  girir. Axırıncılar 
böyrəyin beyin maddəsini böyrək piramidlərinə (pyramides renalis


bölür ki, bunların da əsası xaricə, zirvəsi daxilə yönəlmişdir. Belə 
piramidlərin sayı hər böyrəkdə 8-18-ə qədər olur. Piramidlərin zirvə-
ləri sərt birləşdirici toxuma futlyarına, kiçik böyrək kasacıqlarına 
(calycex) geyindirilir. Bir kasacıq iki-üç piramidin zirvəsini  əhatə 
edərək məməciyi  əmələ  gətirir və odur ki, kasacığın sayı 
piramidlərin sayından az olur. Hər bir məməciyin səthində  yığıcı 
borucuqların (Bellini kanalcıqları) açıldığı 13-15 dəlik vardır, 
bunlardan sidik  axaraq kiçik kasacıqlara və sonra ləyənə tökülür. 
 
NEFRONUN  QURULUŞU 
 
Böyrəyin əsas struktur-funksional vahidi nefrondur (şəkil 2).  
 
 
 
Şəkil 2. Nefronun quruluşu. 
1 – damar yumaqcığı; 2 – kanalcıqların əsas (proksimal) hissəsi;  
3 – Henle ilgəyinin nazik seqmenti; 
4 – kanalcıqların distal hissəsi; 5 – yığıcı borular. 
 
8


Sağlam insanın hər böyrəyində 1,2  mln  nefron vardır. Hər bir 
nefron böyrək və ya malpigi cisimciyi və kanalcıqdan ibarətdir. 
Böyrək cisimciyi nefronun başlanğıc hissəsi olub yumaqcıq və onu 
örtən kapsuladan (Şumlyanski – Boumen kapsulası) ibarətdir. Yu-
maqcıq (qlomerulus) – damar törəməsi kimi, 50 kapillyar ilgəyindən 
ibarət olub gətirici yumaqcıq arteriolası ilə  (arteriola  glomerulis 
afferens seu vas afferens) başlayır və  çıxarıcı yumaqcıq arteriolası 
(arteriola glomerulis efferens seu vas efferens) ilə qurtarır. Kəsikdə 
Şumlyanski – Boumen kapsulası fincan formasında olub daxilində 
yumaqcıq yerləşir və iki qatdan (daxili və xarici) ibarətdir. 
Yumaqcıq kapsulasının daxili (visseral) qatı (səhfəsi) yumaqcıq 
kapillyarlarının divarına bitişərək və eyni zamanda onların xarici 
(epitelial) qatını təşkil edir (şəkil 3). 
 
 
 
 
Şəkil  3. Yumaqcıq (Malpigi cisimciyinin sxemi). 
1 – yumaqcığın gətirici arteriolası; 2 – yumaqcığın çıxarıcı arteriolası; 
3 – yumaqcığın kapilyar ilgəkləri; 4 – kapsula; 5 – kanalcıq. 
 
9


Kapsulanın xarici (parietal)  qatı daxili vərəqdən bir qədər aralı 
yerləşir və nəticədə onların arasında mikroskopik boşluq- Şumlyanski 
– 
 
Boumen kapsulasının boşluğu  əmələ  gəlir. Bu boşluğa filtrasiyadan 
sonra qan plazmasının duru hissəsi - ultrafiltrat, birincili (preventiv) 
sidik daxil olur. Yumaqcıq kapsulasının boşluğu kanalcığın mənfəzinə, 
kapsulanın xarici qatı 
– 
kanalcıq divarına keçir. Yumaqcığın gətirici və 
çıxarıcı arteriyaları bir-birinin yanında yerləşərək onun qütbünü əmələ 
gətirir və  Şumlyanski – Boumen kapsulası ilə örtülmür. Yumaqcıq 
kapillyarları elə bil bu qütbdən asılmış olur. Hesablamalar göstərir ki, 
hər bir nefronun uzunluğu 30-50 mm olmaqla ümumiyyətlə bütün 
nefronların uzunluğu 25 km, yumaqcıqların filtrasiya səthi 1,5 m
2
-
 
ə 
bərabərdir (şəkil 4). 
 
 
 
Şəkil  4. Böyrək yumaqcığının kapilyar ilgəyinin quruluşunun sxemi. 
1 – kapilyarın mənfəzi; 2 – endoteli; 3 – podosit; 4 – pedikulalar; 
5 – trabekulalar; 6 – bazal membrana. 
 
10


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   105




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə