Mehman ağayev



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə5/105
tarix23.01.2018
ölçüsü5,01 Kb.
#21931
1   2   3   4   5   6   7   8   9   ...   105

 
18
birlikdə reabsorbsiyada iştirak edən ikinci həlqədir. Bu funksiyanın 
pozulması böyrək toxumasının ödeminə  və hipoksiyasına səbəb 
olur, kanalcıq epitelisinin distrofiyasına, zülalın kanalcıqda reab-
sorbsiyasının pozulmasına, proteinuriyanın peyda olmasına və 
sonda böyrək toxumasının sklerozuna səbəb olur.  
 
BÖYRƏKLƏRİN  İNNERVASİYASI 
 
Böyrəklər simpatik və parasimpatik sinir lifləri ilə  zəngin təchiz 
olunmuşdur. Simpatik innervasiya böyük və kiçik qarın sinirləri he-
sabına və  həmçinin doqquzuncu döş  və dördüncü bel seqmentləri 
səviyyəsində simpatik sinir qanqlionların hesabına təmin olunur. 
Parasimpatik sinir lifləri azan  sinirindən ayrılır. Böyrək qapısından 
orqana keçən simpatik və parasimpatik sinir lifləri böyük və kiçik 
damarların  ətrafında tor kimi hörülərək damar gedişi boyunca onu 
müşayiət edir və kapillyar damarlara qədər davam edir, o cümlədən, 
gətirici və  çıxarıcı arteriya, yumaqcıq kapillyarlarının, kanalcıqları-
nın bazal membranasına qədər çatır.  
 
BÖYRƏK  YUKSTAQLOMERULYAR  APARATI 
 
Yukstaqlomerulyar aparat (YQA – yumaqcıqüstü aparat) gətirici 
və  çıxarıcı arteriolaların arasında yerləşən,  əsas funksiyası renin 
əmələ  gətirməkdən ibarət olan funksional vahidə deyilir. Morfoloji 
strukturuna görə YQA 4 komponentdən ibarətdir (şəkil 7). Epiteloid 
hüceyrələr - gətirici arteriolanın ətrafında yerləşir və onu manjet ki-
mi əhatə edir. Onlar arteriolanın endotelial plastinkası ilə birbaşa əla-
qəlidir, ancaq ondan nazik əsas zar ilə ayrılır. Еndotelial hüceyrələr 
müəyyən miqdarda yumaqcığın çıxarıcı arteriolasının divarında, 
yumaqcıq mezangiumunda və  tək-tək halda paycıqarası arteriyanın 
gedişi boyu rast gəlir. 


 
 
Şəkil 7. Yukstaqlomerular aparatın quruluşu. 
I – dənəvər epiteloid (yukstaqlomerular) hüceyrələr; II – tünd ləkə 
hüceyrələri (macula densa); III – Qurmaqtiq hüceyrələri (lacis hüceyrələri); 
IV – mezangial hüceyrələr; 1 – yumaqcığın gətirici arteriolası; 
2 – distal şöbənin kanalcığı; 3 – yumaqcığın çıxarıcı arteriolası; 
4 – mezangium; 5 – yumaqcıq kapilyarı; 6 – kapsulanın boşluğu; 
7 – kapsulanın xarici təbəqəsi. 
 
Bu hüceyrələr qeyri-düz, poliqonal formalı olub, çıxıntıları vardır. 
Onlar üçün sitoplazmada xırda qranulanın olması xarakterikdir. Qra-
nulaların miqdarı epiteloid hüceyrələrin funksional aktivliyindən ası-
lı olub, lifləri bu hüceyrələrə çatan simpatik sinir sistemi tərəfindən 
stimulyasiya olunur. Qranulalarda renin toplaşır, çünki epiteloid hü-
ceyrələr onun əmələ gəlmə yeridir. Hüceyrə sitoplazmasında qranu-
laların miqdarının çoxalması onların aktivliyinin və reninin sekresi-
yasının artmasını göstərir. 
YQA ikinci hissəsi oval və ya qeyri-düz formalı, bəzən uzun 
sitoplazmatik çıxıntısı olan differensasiya etməmiş hüceyrələrdir. 
 
19


 
20
Bunlar Qurmaqtiq hüceyrələri (lacis - hüceyrələr) adlanır, gətirici və 
çıxarıcı arteriola ilə tünd ləkə arasındakı üçbucaqda yerləşirlər. 
Strukturu və funksiyasına görə onlar mezangiositlərə yaxın olub, 
onlar kimi faqositar aktivliyə malikdirlər. 
Tünd ləkə  (makula densa) distal kanalcığın yumaqcıq qütbünə 
yaxınlaşdığı yerdəki hüceyrələrindən  əmələ  gəlir. Burada kanalcıq 
epitelisi uzanmış silindrik forma  alır, nüvələri hüceyrə zirvəsinə 
tərəf çəkilir. 
Tünd ləkə hüceyrələri epiteloid və lacis hüceyrələrlə sıx əlaqədə 
olur. Bunun nəticəsində YQA reninin əmələ  gəlməsini artırıb-
azaltmaqla arterial təzyiqin və plazmanın elektrolit tərkibinin tənzim 
olunmasını  gətirici arterioladan keçən qan plazmasında və kanalcıq 
mayesində natriumun və kaliumun konsentrasiyasını  nəzərə alaraq 
həyata keçirir. Bu mexanizmi yumaqcıqda baş verən qanın filtrasiya 
prosesinin tənzim olunması kimi qiymətləndirmək lazımdır.  
 
BÖYRƏKLƏRİN  EKSKRETOR  FUNKSİYASI 
 
Bədənin daxili mühitinin daima sabit saxlanılması – homeostaz 
böyrəklər tərəfindən su-duz, qələvi-turşu müvazinəti (QTM), azot 
mübadiləsi, AT səviyyəsi, eritropoez, qanın laxtalanma prosesi və s. 
tənzim olunması hesabına baş verir. Bu fəaliyyətləri böyrəklərin 
ekskretor və inkretor funksiyaları yerinə yetirirlər. 
Ekskretor (ifrazat) funksiyasına bədəndən yad maddələrin 
mübadilənin (əsasən azot mübadiləsinin) son zərərli məhsullarının və 
bədən fəaliyyəti üçün vacib olan, amma bədəndə artıq miqdarda 
əmələ gələn məhsulların çıxarılması aiddir. 
Analoji funksiyaları başqa orqan və sistemlər – dəri, mədə-
bağırsaq traktı, ağciyərlər, qaraciyər yerinə yetirirlər. Tər vəziləri ilə 
bədəndən su, natrium xlorid, sidik cövhəri, sidik turşusu və başqa 
maddələr xaric olurlar. Böyrəklərin ekskretor fəaliyyəti pozulduqda 
tər vəziləri fəaliyyətlərini kompensator artırırlar, amma böyrəklə 


 
21
müqayisədə onlar bədəndən çox az miqdarda suyu, duzları, azot 
mübadiləsi məhsullarını çıxara bilirlər. 
Mədə-bağırsaq traktı (MBT) vasitəsi ilə fizioloji halda bədəndən 
su, duzlar, Ca, Mg və başqa ionlar, bəzi zülal tərkibli maddələr, 
böyrək fəaliyyəti pozulduqda azot mübadiləsi məhsulları (məsələn, 
sidik cövhəri) bədəndən çıxarılır ki, bununla da böyrək fəaliyyəti 
pozulduqda azotifrazetmə funksiyası müəyyən qədər kompensə olu-
nur. Bəzi dərman vasitələri və yad maddələr  öd vasitəsi ilə və MBT 
ilə  bədəndən xaric olurlar. Ağciyərlər vasitəsi ilə  bədəndən karbon 
qazının çıxarılması hesabına QTM tənzim olunur. Amma bədəndən 
çıxarılması vacib olan maddələrin kənar edilməsində birinci dərəcəli 
rolu böyrəklər oynayırlar. Böyrək ifrazat funksiyasının aşağı düş-
məsi və ya dayanması, hətta başqa orqan və sistemlərin normal 
fəaliyyəti zamanı belə  həyatla uyuşmayan homeostazın ağır 
pozğunluqları ilə müşayiət olunur. Böyrəklərin bu funksiyaları, yəni 
homeostazın tənzim olunması  və maddələr mübadiləsinin son 
məhsullarının orqanizmdən çıxarılması bədənin heç bir başqa orqanı 
tərəfindən kompensə oluna bilmir. 
 
SİDİK  VƏ  ONUN  ƏMƏLƏ  GƏLMƏ  MEXANİZMİ 
 
Böyrəklərin fəaliyyətinin son nəticəsi mürəkkəb bioloji maye olan 
sidiyin əmələ gəlməsidir. Onun tərkibi 150 üzvi və qeyri-üzvi kimyəvi 
maddələrdən ibarətdir. Gün ərzində yaşlı adamda 1-1,5 l sidik əmələ 
gəlir, bunun da miqdarı  qəbul olunan mayenin miqdarından asılıdır. 
Sidiyin gündəlik miqdarının 500 ml aşağı düşməsi və ya 2000 ml çox 
artması patoloji hal kimi qiymətləndirilir. Sağlam  şəxslərdə sidik ilə 
gün  ərzində 20-35 q karbamid, 0,5 – 1,4 q sidik turşusu, 1 - 2 q 
kreatinin, 10 – 100 mq zülal, 8 - 18 q natrium xlorid, 5 q natrium, 3 q 
kalium, 100 – 300 mq kalsium, 60 – 120 mq maqnezium və s. xaric 
olur. 
Sidiyin  əmələ  gəlməsi çox mürəkkəb proses olub, bu məsələnin 
bütün tərəfləri axıra qədər açılmamış qalır. Müasir teoriyaya görə 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   105




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə