Mehman ağayev



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə7/105
tarix23.01.2018
ölçüsü5,01 Kb.
#21931
1   2   3   4   5   6   7   8   9   10   ...   105

 
25
olunurlar və bu zaman kanalcıq epitelisinin ferment sisteminin 
iştirakı ilə oksigen istifadə olunmaqla enerji sərf olunur, başqa 
maddələr isə passiv – diffuziya və osmos qanunlarına əsasən, enerji 
sərf olunmaqla nəql olunurlar. Müasir təsəvvürlərə görə maddələrin 
aktiv nəqli daşıyıcıların köməyi ilə baş verir, belə ki,  onlar nəql 
olunan maddələrlə müvəqqəti əlaqə yaradırlar. Daşıyıcılarla daşınan 
maddələr arasında yaranan əlaqə  sərbəst (passiv) baş verir, amma 
bunların ayrılması enerji sərfi ilə  həyata keçirilir, bu enerji də 
kanalcıq epitelisinin bazal membranının daxili səthində zəngin olan 
ATF hesabına təmin olunur. 
Natriumun nəqli.  Yumaqcıqlarda filtrasiya olunmuş natrium 
ionlarının 80%-i kanalcığın proksimal hissəsində, 8 – 10%-i distal 
hissədə və yığıcı borucuqlarda reabsorbsiya olunur. Proksimal kanal-
cıqda natrium osmotik ekvivalent miqdarda su ilə birlikdə reabsorbsi-
ya olunur, ona görə də bu hissədə kanalcıqdaxili maye qan plazmasına 
nisbətən izoosmik olur. Henle ilgəyində natrium ancaq qalxan yoğun 
seqmentə reabsorbsiya olunur. 
Natriumun kanalcıq nəqli indiyə  qədər tam aydınlaşdırılmamış 
qalır. Hesab olunur ki, natriumun kanalcıq nəqli natrium – kalium 
nasosu prinsipi ilə baş verir, bu da aşağıdakı kimi gedir. Natrium 
elektrokimyəvi və konsentrasion qradiyentə  əsasən kanalcıq maye-
sindən hüceyrəyə keçir, çünki hüceyrə daxilində onun qatılığı  aşağı 
olur, həmçinin hüceyrə membranın daxili səthinin mənfi yüklənməsi 
də buna kömək edir. Hüceyrə daxilində bazal membranın yanında 
natrium (hipotetik) daşıyıcı ilə birləşir, o da natriumu interstisial 
sahəyə daşıyır. Bu sahədə natriumun qatılığı çox olduğu üçün onun 
çıxarılması aktiv proses olub, enerji və oksigen sərf etməklə 
konsentrasion qradiyentin əksinə baş verir. İnterstisial sahədə natrium 
daşıyıcıdan ayrılır. Daşıyıcı bundan sonra kalium ilə birləşərək onu 
yüksək konsentrasion qradiyentin əksinə hüceyrə daxilinə keçirir və 
ondan ayrılır. Yenidən natrium ilə birləşən daşıyıcı onu interstisial sa-
həyə keçirir və s. Natrium-kalium nasosu enzim mexanizmə malik 


 
26
olub, enerji və oksigenin sərf olunması ilə işləyərək hüceyrə daxilində 
natriumun alçaq və kaliumun yüksək konsentrasiyasını təmin edir. 
Natrium-kalium nasosunun natrium və kaliumun distal kanalcıq-
larda nəqlində rolu daha yüksəkdir, çünki bu zaman natrium intersti-
sial toxumada daha yüksək konsentrasion qradiyentə qarşı daşınır. 
Burada natriumun nəqli aldosteronun köməyi ilə  həyata keçirilir, 
çünki aldosteron səviyyəsinin yüksəlməsi distal kanalcıqlarda natriu-
mun reabsorbsiyasını təmin edir. Proksimal kanalcıqlarda natriumun 
reabsorbsiyası xlor və bikarbonat ionları ilə eyni vaxtda baş verir.  
Xlor ionunun nəqli. Ümumi qəbul olunmuş mülahizələrə görə Cl

natriumun dalınca hərəkət edərək passiv reabsorbsiya olunurlar, 
amma bəzi müəlliflərin fikirlərinə görə Henle ilgəyinin qalxan yoğun 
seqmentində və distal kanalcıqlarda xlor nasosunun fəaliyyəti nəticə-
sində xlor ionları aktiv reabsorbsiya olunurlar. Fizioloji şəraitdə, yaş-
lı şəxslərdə natriumun və xlorun ekskresiyası nisbəti 1:1 bərabərdir. 
Proksimal kanalcıqlarda xlor ionları hüceyrə vasitəsi ilə yox, hücey-
rəarasındakı sahə vasitəsi ilə nəql olunurlar.  
Kaliumun nəqli. Böyrək yumaqcıqlarında filtrasiya olunmuş kaliu-
mun 90-95%-i proksimal kanalcıqlarda geri qana sorulur. Kaliumun 
reabsorbsiyası Henle ilgəyində  də davam edir, amma distal kanalcıq-
larda o nəinki reabsorbsiya olunur, həmçinin sekresiyaya uğrayır. Bu 
zaman kaliumun reabsorbsiyası aktiv, amma sekresiyası passiv baş ve-
rir. Kaliumun, həmçinin natriumun aktiv reabsorbsiyası natrium-kalium 
nasosu prinsipi ilə baş verir. Natrium nasosundan fərqli olaraq kalium 
nasosu hüceyrənin bazal hissəsində yox, zirvəsində yerləşir. Kaliumun 
kanalcıq nəqli natriumun nəqli və hidrogen ionlarının sekresiyası ilə sıx 
əlaqəlidir. 
Kalsium və maqneziumun nəqli. Sağlam şəxslər sidik ilə gün ər-
zində 100-300 mq kalsium, 60-120 mq maqnezium xaric edir. Kal-
sium və maqnezium kanalcıqlarda ancaq reabsorbsiya olunurlar. Bu 
ionların reabsorbsiyası aktivdir və natriumun nəqli ilə müəyyən əla-
qəyə malikdir. Maqnezium əsasən (60%-ə  qədər) proksimal kanal-
cıqlarda və Henle ilgəyinin qalxan yoğun seqmentində reabsorbsiya 


 
27
olunur. Kalsiumun qatılığı proksimal kanalcıq epitelisində, kanalcıq 
daxilindəki mayeyə nisbətən 1000 dəfə azdır, ona görə də kalsiumun 
epiteliyə daxil olması konsentrasion qradiyentə görə passiv baş verir. 
Kalsiumun hüceyrə daxilindən interstisial sahəyə keçməsi aktiv, 
kalsium nasosu və ATF-azanın iştirakı ilə baş verir. Kalsiumun 
transportu iki hormonun parathormon və kalsitoninin iştirakı ilə 
tənzim olunur. 
Fosfat və sulfatların nəqli. Sağlam şəxslər gün ərzində böyrəklər 
vasitəsi ilə 400-800 mq qeyri-üzvi fosfor ifraz edir. Fosfatlar yumaq-
cıqda filtrasiya olunurlar və  əsasən proksimal kanalcıqlarda reab-
sorbsiya edilirlər.  İnsanlarda fosfat ionlarının sekresiya yolu ilə 
bədəndən çıxarılması haqda hələlik inandırıcı  məlumat  əldə edil-
məmişdir. Fosfatların kanalcıq nəqlinin tənzim olunmasında  əsas 
rolu, proksimal kanalcıqlarda fosfatların reabsorbsiyasını azaltmaqla, 
qalxanabənzərətrafı vəzin hormonu və reabsorbsiyanı artırmaqla boy 
hormonu oynayırlar. Sulfat ionları proksimal kanalcıqlarda demək 
olar ki, tam reabsorbsiya olunurlar.  
Hidrogen, bikarbonat ionlarının və ammonyakın böyrəklərlə 
ekskresiyası.   Bu maddələrin kanalcıq nəqli hesabına böyrəklər 
bədənin qələvi-turşu müvazinətinin (QTM) tənzim olunmasının aktiv 
iştirakını  təmin edir. Bədəndən turş  və ya qələvi məhsulların artıq 
hissəsini xaric etməklə böyrəklər qanın pH göstəricisini fizioloji 
hüdudlar daxilində (7,35 – 7,45) saxlayır. 
Hidrogen ionları  əsasən proksimal kanalcıqlarda aktiv sekresiya 
olunaraq natriuma «dəyişir»lər. 80-90% bikarbonatlar proksimal ka-
nalcıqlarda passiv, natriumun dalınca reabsorbsiya olunurlar. Distal 
kanalcıqlarda proksimal kanalcıqlara nisbətən çox az miqdarda hid-
rogen ionları sekresiya olunur və bikarbonat ionları reabsorbsiya 
olunurlar. 
Bikarbonatların reabsorbsiyası sxematik olaraq aşağıdakı kimi 
təsəvvür olunur. Hidrogen ionu, kanalcıq epitelisi tərəfindən 
sekresiya olunaraq kanalcıq mayesi tərkibində bikarbonat ionu ilə 
qarşılıqlı  əlaqəyə girir. Nəticədə  karbonat turşusu  əmələ  gəlir. 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   105




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə