Mehman ağayev



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə8/105
tarix23.01.2018
ölçüsü5,01 Kb.
#21931
1   ...   4   5   6   7   8   9   10   11   ...   105

 
28
Kanalcıq epitelisində  əmələ  gələn və hüceyrə membranın  şotkalı 
haşiyəsi nahiyəsində karboanhidraza fermenti təsirindən karbonat 
turşusu hidrolizə məruz qalır, suya və karbon qazına çevrilir. Karbon 
qazı hüceyrəyə diffuziya edir və yenə karboanhidraza fermenti tərə-
findən hidratasiya olunur, hidrogen və bikarbonat ionlarına parça-
lanır.  Əmələ  gəlmiş hidrogen ionları kanalcıq daxilinə sekresiya 
olunur, bikarbonat ionu isə natrium ionu ilə birgə hüceyrəarası, ka-
nalcıqyanı sahəyə keçir. 
Böyrəklər tərəfindən uçmayan turşuların ekskresiyası, kanalcıq 
epitelisi tərəfindən sekresiya olunmuş hidrogen ionları reabsorbsiya 
olunmayan anionlarla, o cümlədən, HPO
4
¯
 və NH
3
+
 ilə birləşir. Böy-
rək kanalcıqlarında qlutationdan qlutaminaza təsirindən ammonyak 
əmələ  gəlir və kanalcıq sidiyinə diffuziya olur, orada da hidrogen 
ionları ilə birləşir. Kanalcıq hüceyrələri ammonyakı  reabsorbsiya 
etmir, ona görə o sidiklə
-
 xaric olunur. Kanalcıq daxilində sidiyə 
sekresiya olunmuş hidrogen kationu  bikarbonat anionu ilə qarşılıqlı 
əlaqəyə girir: (Na

+  NCO
3
¯
) + H

→ (H 
2
CO

+ Na
+
). Əmələ gəlmiş 
karbonat turşusu karbon qazı  və suya parçalanır. Karbon qazı 
kanalcıq epitelisinə diffuziya edərək karbonat turşusunun resintezi 
üçün istifadə olunur. Beləliklə, bikarbonat anionu reabsorbsiya 
olunmur, reabsorbsiya olunan karbon qazıdır, ondan da hüceyrədə 
yenidən bikarbonat radikalı əmələ gəlir. 
Hidrogen ionundan və ammonyakdan başqa üzvi maddələr 
(fenolrot paraaminbenzoy turşusu, diodrast, penisillin, salisilatlar və 
b.) kanalcıq sekresiyası yolu ilə böyrəklərdən ekskresiya olunur. 
Bəzi maddələrin kanalcıq sekresiyası aktiv baş verir, yəni daşıyıcıla-
rın köməyi ilə müvəqqəti əlaqə vasitəsilə hüceyrədən kanalcıq mən-
fəzinə daşınır. Amma bəzi maddələrin sekresiyası (məsələn, ammon-
yak, salisilatlar və b.) passiv olaraq fiziki hadisələr  əsasında sek-
resiya olunurlar. 
Qlükozanın nəqli. Böyrək filtrindən keçən qlükozanın tam 
miqdarı kanalcıqların proksimal seqmentində reabsorbsiya olunur və 
sağlam  şəxsin gündəlik sidiyində ancaq 130 mq-a qədər qlükoza 


 
29
tapıla bilər. Qlükozanın reabsorbsiyası aktiv – fermentlərin iştirakı, 
enerjinin sərfi, oksigenin istifadə olunması ilə baş verir, çünki bu 
proses yüksək konsentrasion qradiyentin əksinə gedir. Bu prosesi 
sxematik belə təsəvvür etmək olar. 
Kanalcıq epitelisinin şotkalı haşiyəsinin zirvəsinin membranında 
qlükoza molekulu onu hüceyrə daxilinə daşıyan hipotetik daşıyıcı ilə 
birləşir və hüceyrə daxilində ondan ayrılır. Hüceyrə daxilində qlüko-
zanın yığılması  nəticəsində onun konsentrasiyası hüceyrəxarici, 
kanalcıqarası mayedəki konsentrasiyadan yüksək olduğu üçün  qlü-
koza hüceyrənin  əsas zarından kanalcıqarası sahəyə passiv nəql 
olunur. Kanalcıq epitelisində qlükoza əvvəlcədən fosforlaşır, qlü-
koza – 6 fosfat əmələ gəlir. 
Qlükozanın tam reabsorbsiyası daşıyıcıların miqdarından və onla-
rın hüceyrə membranından hərəkət sürətindən asılıdır. Yumaqcıqdan 
keçən bütün qlükoza molekulları proksimal kanalcıqdan reabsorb-
siya olunur. Qan plazmasında qlükozanın səviyyəsinin yüksəlməsi 
zamanı yumaqcıq filtratında da onun konsentrasiyası artır və kanal-
cıqlarda bütün qlükoza molekulları reabsorbsiya oluna bilmir, qlü-
kozuriya baş verir. Qlükozanın kanalcıqlardan maksimal reabsorb-
siya miqdarı normada kişilər üçün 375±79,7 mq/dəq, qadınlarda - 
303 ±55,3 mq/dəq təşkil edir (Y.V. Natoçin, 1983). Qlükozanın 
sidikdə peyda olması onun qandakı  səviyyəsinin yüksəlib müəyyən 
həddə çatdığı zaman baş verir, bu da qlükozanın minimal qapısı 
adlanır və normada 9,4-10 mmol/l-ə bərabərdir. 
Aminturşuların nəqli. Aminturşular kanalcıqların proksimal his-
səsində tam (99%) aktiv, daşıyıcının köməyi ilə reabsorbsiya olunur-
lar. Amin turşularının 4-dən 7-yə qədər mexinizm əsasında transport-
tunun baş verməsi haqda fikir yürüdülür. Bu mexanizmlərin bəzisi 
qələvi aminturşuların (sistin, lizin, arginin, ornitin), başqaları turş 
(qlütamin və asparagin), üçüncüsü – neytral (valin, leysin və b.) 
aminturşuların nəqlini təmin edir. Bəzi aminturşuların reabsorbsiya-
sının azalması onların sidiklə artıq miqdarda ekskresiyasına (amina-
siduriya) səbəb olur. Bu bir çox patoloji hallarda – sistinuriya, 


 
30
Fankoni sindromu və s. zamanı müşahidə olunur. Buna səbəb ana-
dangəlmə və ya qazanılma olaraq kanalcıq epitelisində fermentlərin 
aktivliyinin azlıgı olur ki, bu da bəzi amin turşularının kataboliz-
minin pozulmasına səbəb olur. 
Zülalın nəqli.   Normada yumaqcıqlarda filtrasiya olunan zülalın 
(17 – 20 q/gün) hamısı proksimal kanalcıqlarda reabsorbsiya olunur 
və gündəlik sidiklə cüzi miqdarda – 10 mq-dan 80 mq qədər zülal 
ifraz olunur. Zülalların kanalcıq transportu aktiv prosesdir və bu işdə 
proteolitik fermentlər iştirak edirlər. Zülalın reabsorbsiyası proksi-
mal kanalcıqlarda pinositoz nəticəsində baş verir. Bu zaman zülal 
hüceyrə xovunda əmələ  gələn mikroskopik batıqlığa daxil olur. 
Batıqlıq mikroskopik qovuğa (qovuq - pinos) çevrilir. Qovuq hərəkət 
edərək hüceyrə lizosimi ilə birləşir. Lizosimdə olan proteolitik 
fermentlərin təsirindən zülal amin turşularına parçalanır. Zülal hü-
ceyrənin  əsas zarından keçərək hüceyrəarası mayeyə keçir. Zülalın 
yumaqcıqdan artıq miqdarda filtrasiyası zamanı, kanalcıq epitelisinin 
reabsorbsiya qabiliyyətinin aşağı düşməsi nəticəsində zülal tam reab-
sorbsiya olmur və sidikdə peyda olur (proteinuriya). 
Sidik turşusunun nəqli.  Böyrək kanalcıqlarında sidik turşusu 
nəinki reabsorbsiya olunur, həmçinin sekresiya olunur. Hesab olunur 
ki, kanalcıqlarda yumaqcıq filtrasiyası ilə ora daxil olmuş sidik 
turşusunun 90%-i reabsorbsiya olunur və ancaq 10% sidik ilə ifraz 
olunur. Amma O. Şyuka (1975) və Y. B. Natoçinə (1972, 1983) görə 
yumaqcıqlardan filtrasiya olunmuş sidik turşusu kanalcıqlardan tam 
reabsorbsiya olunur. Sidik ilə isə xaric olan 10%-ə  qədər sidik 
turşusu distal kanalcıqlarda sekresiya olur. XBÇ zamanı böyrəklər 
tərəfindən sidik turşusunun ifrazının pozulması onun qan 
plazmasında səviyyəsinin artmasına səbəb olur. 
Sidik cövhərinin nəqli. Proksimal kanalcıqlarda sidik cövhərinin 
diffuziya vasitəsi ilə hissəvi reabsorbsiyası baş verir, amma onun ak-
tiv transportunun mümkünlüyü də inkar edilmir. Diurezin 2 ml/dəq-ə 
qədər artması sidik cövhərinin klirensinin sürətlənməsinə səbəb olur, 
amma diurezin bundan çox artması sidik cövhərinin klirensini cüzi 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   105




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə