Mehman ağayev



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə9/105
tarix23.01.2018
ölçüsü5,01 Kb.
#21931
1   ...   5   6   7   8   9   10   11   12   ...   105

 
31
artırır.Yumaqcıqlarda filtrasiya olunmuş karbamidin 50 %-i proksi-
mal kanalcıqlarda reabsorbsiya olunur. Qalan karbamidin miqdarını 
100 % götürsək, onda onun da 80 % - i yığıcı borucuqlarda 
reabsorbsiya olunur, ancaq 20 %-i sidiklə ifraz olunur. Reabsorbsiya 
olunmuş  80 % karbamidin 50 % Henle ilgəyində kanalcıq daxilinə 
və 30 % kanalcıq ətrafındakı kapillyarların daxilinə keçir.  Böyrəyin 
beyin maddəsində sidik cövhərinin diffuziyası osmotik qatılaşdırma 
və durulaşdırmada mühüm rol oynayır.  
Sidiyin osmotik durulaşdırılması və qatılaşdırılması. Sidiyin əmə-
lə  gəlməsində  və orqanizmin osmotik homeostazının saxlanmasında 
sidiyin osmotik qatılaşdırılması  və durulaşdırılmasının mühüm əhə-
miyyəti vardır. 
Osmotik homeostazın tənzim olunması, orqanizmin suya və 
osmotik aktiv maddələrə olan tələbatından asılı olaraq böyrəklərin 
sidiyi qatılaşdırmaq və durulaşdırmaq qabiliyyətinə  əsaslanır. 
Bədəndə su artıq olduqda (hiperhidratasiya) qan plazmasına nisbətən 
hipotonik, tərkibində az osmotik aktiv maddələr olan sidik ifraz 
olunur, amma bədən susuzlaşdıqda (dehidratasiya) az miqdarda 
hipertonik, tərkibində osmotik aktiv maddələrin qatılığı çox (qan 
plazmasına nisbətən 4-5 dəfə) olan sidik ifraz olunur. 
Təcrübə heyvanlarında və nefron modelində sübut olunmuşdur ki, 
osmotik qatılaşdırma və durulaşdırma sistemi əks-axın, dönmə-artma 
(ƏADA) prinsipinə  əsasən baş verir. Bu sistemin fəaliyyət gös-
tərməsində böyrək kanalcıqlarının bütün hissələri, böyrəyin beyin 
maddəsinin düz damarları və interstisial toxuma iştirak edir. Əks-axın 
mexanizmi ondan ibarətdir ki, kanalcıq mayesinin hərəkəti Henle 
ilgəyinin enən və qalxan hissəsində  əks istiqamətdə baş verir. Bu hal 
eyni zamanda beyin maddəsinin düz damarlarında venoz (qalxan) və 
arterial (enən) baş verir. Dönmə mexanizmi Henle ilgəyinin dizində 
kanalcıq mayesinin əks istiqamət alması üçün baş verir. Qatılaşdırma 
artma effekti interstisial toxumada sərhəd zonadan başlayaraq (osmotik 
təzyiq 280-300 mosm/l) piramidin zirvəsinə doğru artır və 1200-1500 
mosm/l-ə çatır. Bunun nəticəsində vertikal qatılaşdırma qradiyenti yara-


 
32
nır və buna görə bütün Henle ilgəyinin enən hissəsində su kanalcıqdan 
ara toxumaya keçir, kanalcıq mayesinin osmotik konsentrasiyası ilgəyin 
dizinə qədər artır. Həmçinin 200 mosm/l bərabər olan horizontal osmo-
tik qradiyent də mövcuddur, yəni horizontal, hər səviyyədə kanalcıq 
daxilində hüceyrəarası sahəyə nisbətən osmotik təzyiq 200 mosm/l az 
olur. Beləliklə, kanalcıqdaxili maye ilə ara toxuması arasında osmotik 
təzyiq fərqi hesabına yaranan osmotik qradiyent sidiyin əmələ  gəl-
məsinin bütün mərhələlərində suyun passiv reabsorbsiyasını təmin edir. 
ƏADA prinsipinə  əsasən sidiyin osmotik qatılaşdırılması  və 
durulaşdırılması  aşağıdakı kimi baş verir. Kanalcığın proksimal 
hissəsində su və osmotik aktiv maddələr (əsasən natrium və sidik 
cövhəri) elə bir mütənasiblikdə reabsorbsiya olunurlar ki, kanalcıq 
mayesinin osmolyarlığı qan plazmasının osmolyarlığına (280-300 
mosm/l) bərabər olur (izoosmotik). Sonra maye Henle ilgəyinin enən 
hissəsinə keçir ki, onun divarı su üçün keçilən olmasına baxmayaraq, 
osmotik aktiv maddələr üçün keçilməz olur. Mayenin kanalcıq ilə 
hərəkəti zamanı, böyrəyin qabıq maddəsindən beyin maddəsinə 
keçdikcə osmotik qradiyentin artması nəticəsində kanalcıq daxilindən 
daha çox su ara toxumaya çıxır. Kanalcıq mayesi tədricən azalır, onun 
osmolyarlığı artır, Henle ilgəyinin enən hissəsinin qalxan hissəsinə 
keçən döngədə, 1200-1500 mosm/l-ə çatır. Henle ilgəyinin qalxan 
hissəsində mayenin axını, interstisial toxumada osmolyarlığın azalma-
sı istiqamətində baş verir. Henle ilgəyinin qalxan hissəsinin divarı su 
üçün keçilən olduğuna görə osmotik qradiyentə əsasən ara toxumadan 
su kanalcıq daxilinə keçir. Bu hal Henle ilgəyinin yoğun hissəsinə 
qədər baş verir. Kanalcığın bu hissəsinin divarı su üçün keçirilməzdir, 
amma natriumu keçirir və natrium aktiv reabsorbsiya olunur. Bu 
böyrəyin beyin maddəsinin xarici zonasında natriumun qatılığının 
artmasına və osmotik qradiyentin yaranmasına və Henle ilgəyinin 
enən hissəsində suyun reabsorbsiyasına səbəb olur. Beləliklə, Henle 
ilgəyinin qalxan yoğun hissəsində natrium aktiv reabsorbsiya olunur, 
su isə reabsorbsiya olunmur; distal kanalcığa həmişə (hətta orqa-


 
33
nizmdə su çatışmadıqda belə) osmotik qatılığı 200 mosm/l olan hipo-
tonik maye (sidik) daxil olur. 
Sidik yaranması prosesinin sonrakı gedişi bu qaydada gedir. 
Orqanizmdə su çatışmadıqda (antidiurez) antidiuretik hormonun 
(ADH) sekresiyası artır, onun təsirindən distal kanalcıqların və yığıcı 
boruların su üçün keçiriciliyi artır, su osmotik qradiyent ilə 
interstisial toxumaya keçir. Kanalcıqdaxili mayenin yığıcı borularla 
beyin maddəsi ilə piramidin zirvəsinə  tərəf hərəkəti nəticəsində 
sidiyin qatılaşması davam edir. Nəticədə  tərkibində osmotik aktiv 
maddələrin miqdarı çox, osmolyarlığı piramidlərin zirvəsində 
interstisial toxuma mayesinə  bərabər, yəni 1200-1500 mosm/l olan 
az miqdarda sidik xaric olur. Bədəndə su çox olanda (su diurezi) 
ADH sekresiyası azalır, ya tam kəsilir, nəticədə distal kanalcıq və 
yığıcı borucuqların suyu keçirmək qabiliyyəti ya azalır, ya da tam 
kəsilir və o reabsorbsiya olunmur. Natrium isə distal kanalcıq və 
yığıcı borucuqlardan reabsorbsiya olunur. Nəticədə çoxlu miqdarda 
hipoosmolyar sidik (osmotik aktiv maddələrin qatılığı az – təxminən 
400-500 mosm/l) ifraz olunur. 
Qeyd etmək lazımdır ki, sidiyin osmotik qatılaşdırılmasında 
natrium ionlarından başqa sidik cövhəri də əhəmiyyətli rol oynayır. 
Əgər böyrəyin beyin maddəsinin xarici zonasında osmotik təzyiq 
natrium hesabına artırsa, daxili zonada natriumdan əlavə sidik 
cövhərinin də  əhəmiyyətli rolu vardır. Bu prosesdə ADH da iştirak 
edir, çünki beyin maddənin daxili zonasında yığıcı borucuqların 
divarının sidik cövhəri üçün keçiriciliyi bu hormonun təsiri ilə artır. 
Orqanizmdə suyun qıtlığı ADH sekresiyasını artırır, nəticədə 
beyin maddənin daxili qatında yığıcı borucuqların sidik cövhəri üçün 
keçiriciliyi artır və sidik cövhərinin reabsorbsiyası burada artır, bu da 
interstisial toxumanın osmotik təzyiqini artırır və suyun yığıcı 
borucuqlarda çoxlu reabsorbsiyasına səbəb olur. Beyin maddədən 
sidik cövhəri diffuziya yolu ilə Henle ilgəyinin qalxan nazik 
hissəsinin daxilinə keçir və kanalcıqdaxili maye ilə distal kanalcığa 
və yığıcı borucuğa çatır. Orqanizmin hiperhidratasiyası zamanı ADH 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   105




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə