Mehman süleymanov



Yüklə 51,54 Mb.
Pdf görüntüsü
səhifə14/265
tarix01.08.2018
ölçüsü51,54 Mb.
#60398
1   ...   10   11   12   13   14   15   16   17   ...   265

Mehman Süleymanov 

 

32



 

 

Abbas Mirzə yeni formalaşdırılan qoşun dəstələrinə baxış keçirir 

 



Gülüstan müqaviləsi 

 

33



Qoşunların təlim-tərbiyəsinin aparılması üçün üç təlim mərkəzi təşkil 

edilmişdi. Bu təlim mərkəzləri Tehran, Təbriz və  İsfahanda idilər. 

Fransalı hərbçilər İran ərazisində olduqları bir il iki ay ərzində bu təlim 

mərkəzlərində qoşunların öyrədilməsi ilə məşğul olurdular (70).  

Abbas Mirzə özü də fransalılardan yeni hərbi təcrübənin öy-

rənilməsində  iştirak edirdi. Fransalı zabitlərin rəhbərliyi altında təlim 

dövrləri başa çatan kimi qoşun dəstələri Rusiya qoşunları ilə döyüşlərə 

göndərilirdi. 

Qacar qoşunlarının yenidən təşkili istiqamətində diqqət yetirilən 

məsələlərdən biri onun təchizat məsələsi idi. Yuxarıda qeyd edildiyi ki-

mi, general Qardan İrana gələn kimi Fransadan tüfəng alınması haqqında 

müqavilə imzaladı. Həmin müqaviləyə  əsasən, 20 min tüfəng, 5 min 

fişəng, 2500 fişəng yeri, 100 min tüfəng daşı Qacar qoşunlarına verilməli 

və 15 nəfər fransalı mütəxəssis də onların istifadəsini öyrətməli idi. Am-

ma bu müqavilə icra edilməmiş qaldı. Tarixi ədəbiyyatda Qacar sarayının 

pulunun çatmaması, Fransa tərəfindən məsələnin uzadılması  və s. mə-

sələlər ortaya atılsa da, əslində müqavilənin icra edilməməsi siyasi mə-

qamlarla bağlı idi. Çünki silah alış-verişi haqqında Qacar sarayı ilə ge-

neral Qardan arasında müqavilə imzalananda Fransa ilə Rusiya arasında 

artıq barışıq imzalanmışdı. Belə güman edilirdi ki, 1807-ci ilin iyulunda 

Fransa ilə Rusiya arasında Tilzit müqaviləsinin imzalanmasından general 

Qardan xəbərsiz idi və silah ticarəti haqqında müqavilə imzalananda 

Fransa ilə Rusiya arasında artıq barışıq imzalanmışdı. Belə güman edi-

lirdi ki, 1807-ci ilin iyulunda Fransa ilə Rusiya arasında Tilzit müqavi-

ləsinin imzalanmasından general Qardan xəbərsiz idi və silah ticarəti 

haqqında müqavilə imzalananda da onun Fransa ilə Rusiya arasında yara-

nan yeni münasibətlərdən xəbəri yox idi. Fransa sarayı isə tüfənglərin 

Qacar qoşunlarına verilməsinə razı olmadı. Çünki bu halda Qacar qoşun-

ları güclənib Rusiya qoşunlarına daha ciddi müqavimət göstərə bilərdi. 

Məlumdur ki, İranın özündə də tüfənglər istehsal olunurdu. Məsələn, 

qoşunların yenidən təlimlərinə başlanandan sonra Fətəli şah fərman verdi 

ki, İsfahanda 3 min ədəd tüfəng istehsal edilsin. Onun fərmanına əsasən 

15 min tüfəng də digər  şəhərlərdə istehsal edilməli idi (71).da onun 

Fransalı  hərbçilər Qacar qoşunlarının təchizi üçün lazımlı olan topların 

tökülməsində  və istehsalında da müəyyən işlər görə bildilər. Bu işlərə 

Qardan heyətinin üzvü Fabye rəhbərlik edirdi. Qacar qoşunlarının zərbə 

qüvvəsinin artırılmasında həlledici rol oynaya biləcək top istehsalı üçün 

həm Abbas Mirzə, həm də  Fətəli  şahın özü tərəfindən xüsusi diqqət 

ayrıldı. Bunun nəticəsi idi ki, əvvəlcə İsfahanda, sonra isə Təbrizdə top 

tökmə zavodu açıldı (72). 

O vaxta qədər Qacar qoşunlarında olan toplar rusların və portuqal-

ların istehsalı olan köhnə toplar idilər. Onların daşınması  və istifadəsi 

çətin, atəş zərbəsi isə çox zəif  idi. 



Mehman Süleymanov 

 

34



 

 

Qacar qoşunlarına sıra baxışı  




Gülüstan müqaviləsi 

 

35



 

Yəni topların istehsal edilməsi üçün Fabyeyə lazım olan şərait yara-

dıldı  və o, köməkçisi ilə birlikdə  İsfahana göndərildi. Fabyeyə verilən 

tapşırığa əsasən 0, 1808-ci ilin sonuna kimi 50 ədəd top hazırlamalı idi 

(73). 

İsfahandakı toptökmə zavodu ilə tanışlıqdan sonra istehsal 



texnologiyasını tamamilə yenidən qurmaq lazım gəldi. Çünki əvvəlki 

istehsal bazası yeni topların istehsalı üçün yararlı deyildi. Bundan başqa 

lazım olan kadrlar da mövcud deyildi. Onların hazırlanması da yeni 

vəzifələrdən biri idi. Yeni texnologiyanın yaradılması kifayət qədər 

mürəkkəb olsa da, Fabye nəhayət ki, topların istehsal edilməsinə nail 

oldu. Mövcud tarixi məlumatlara görə, Fabye 1808-ci ilin avqustunda 

istehsal etdiyi topların İsfahanda nümayişini keçirdi. Avqustun 15-də isə 

onların sınağı keçirildi və  şəhər  əhalisi qarşısında onlardan atəş açıldı. 

İsfahanda yeni topların istehsalı və onların uğurlu sınağı xəbərini Fətəli 

şah da sevinclə qarşıladı  və  sərəncam verdi ki, həmin toplar Tehrana 

gətirilsin. Fabye 1808-ci ilin oktyabrında belə bir tapşırıq aldı və dərhal 

da top təkərlərinin hazırlanmasına başladı. Bunun üçün bir müddət vaxt 

sərf edildi. 1808-ci ilin noyabrında İsfahanda tökülən toplar Tehrana yola 

salındı  və onların 1808-ci il dekabr ayının sonunda Tehrana çatması 

ehtimal olunur (74). 

Fətəli  şah 20 ədəd topa baxış keçirdi və  dərhal da onların Təbrizə 

göndərilməsinə göstəriş verdi. Abbas Mirzə də bu topları məmnuniyyətlə 

qəbul etdi və onları qoşunların istifadəsinə verdi. 

Qoşunların yenidən qurulması üçün şəxsi heyətin xarici görkəminin 

dəyişdirilməsi istiqamətində  də müəyyən işlər görüldü. Yeni geyim 

forması hazırlandı və bu zaman Fransa ordusunda mövcud olan təcrübə 

də  nəzərə alındı. Piyadaların geyimləri ingilis istehsalı olan göy və ya 

qırmızı mahuddan, topçuların geyimləri isə göy mahuddan ibarət idi. 

Sərbazlar bellərinə yun kəmər, zabitlər isə gümüş  kəmər bağlayırdılar. 

Şalvarlar ağ  rəngdə  və geniş olurdular. Qoşun üzvləri başlarına quzu 

dərisindən papaq, ayaqlarına isə çəkmə geyirdilər. 

Qeyd etmək lazımdır ki, müxtəlif tarixi araşdırmalarda yeni təlim 

keçmiş  və  təchiz edilmiş  şah qoşunlarının sayı haqqında müxtəlif 

rəqəmlər göstərilir. Buna baxmayaraq hər halda aydındır ki, general 

Qardanın rəhbərliyi altında hərbi təlimatçılar heyətinin İrana gəlməsi şah 

qoşunlarının yenidən qurulmasında bir canlanma yaratdı  və  təlim-

tərbiyəsi yenidən qurulan qoşunlar Cənubi Qafqazda Rusiya qoşunları ilə 

döyüşmək üçün nəzərdə tutulmuşdu. Fransalıların yardımı ilə  şah 

qoşunlarında belə  fəal işlərin aparıldığı bir vaxtda Qardanın, onu 




Yüklə 51,54 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   265




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə