Mehman süleymanov



Yüklə 51,54 Mb.
Pdf görüntüsü
səhifə3/265
tarix01.08.2018
ölçüsü51,54 Mb.
#60398
1   2   3   4   5   6   7   8   9   ...   265

Gülüstan müqaviləsi 

 

7



C.Malkolm Məsqət soltanı ilə görüşmək üçün əvvəlcə Məsqətə üz tutdu 

və sonra Buşehrə doğru hərəkətini davam etdirdi. Çox ləng keçən bu 

yolçuluqdan sonra C.Malkolm 1800-cü il fevral ayında Buşehrə çatdı (6). 

Con Malkolmun elçiliyinə  həm ingilislər, həm də  şah sarayı böyük 

əhəmiyyət verirdi. Mövcud olan məlumata görə, Con Malkolmun 

elçiliyindən  əvvəl  İran  ərazisinə heç vaxt belə böyük rəsmi heyət 

gəlməmişdi. Con Malkolm heyəti malik olduğu səlahiyyətlər və gətirdiyi 

hədiyyələrin miqdarı etibarilə  də özündən  əvvəlki elçiliklərdən 

fərqlənirdi (7). 

Ser Con Malkolm rəsmi olaraq Hindistanın ingilis baş hakimi 

Velslinin rəsmi nümayəndəsi sayılırdı. Elçilik Buşehrdə 4 aya yaxın vaxt 

keçirməli oldu. Onun rəhbərlik etdiyi heyətə  şah sarayında ümidlər 

bağlandığı üçün bu heyətin qarşılanmasına da şah sarayı  tərəfindən 

xüsusi diqqət yetirilirdi. Şah sarayının bu heyətə xüsusi diqqəti heç 

şübhəsiz ki, şah qoşunlarının təchizatı üçün ingilislərin köməyinə 

bağlanan ümidlərdən irəli gəlirdi. 

Buşehrin aid olduğu Fars vilayətinin hakimi Fətəli  şahın oğ-

lanlarından olan Hüseynəli Mirzə idi. O zaman onun 12 yaşında olduğu 

bildirilir. Şah sarayından aldığı tapşırığa əsasən, Hüseynəli Mirzə də Con 

Malkolmun yaxşı qarşılanmasına diqqəti gücləndirdi. Con Malkolmun 

Şiraza müşayiət edilməsi üçün Hüseynəli Mirzə öz nümayəndəsini 

mehmandar kimi ingilis elçisinin yanına göndərdi. Mehmandar 1800-cü 

ilin martında Buşehrə yetişdi və bir müddətdən sonra ingilis elçiliyi onun 

müşayiəti ilə Şiraza doğru hərəkətini davam etdirdi (8). 

Con Malkolm heyətinin qarşılanması üçün Şirazda xüsusi bir 

mərasim təşkil olundu. Hüseynəli Mirzənin tapşırığı  əsasında  əvvəlcə 

miraxur və 9 baş bəzədilmiş at ingilis elçiliyinin qarşılanmasına çıxarıldı. 

Sonra iki sırada düzülmüş olan atlılar təbil və ney sədaları altında 

qarşılanma mərasiminə qoşuldu. Elçiliyin önündə çadırlar aparılırdı. 

Elçiliyin arxasınca isə qılınclarını sıyırmış atlılar hərəkət edirdilər. Elçilik 

Şiraza yerləşəndən sonra iyun ayının 21-də Hüseynəli Mirzənin vəzirləri 

ingilislərin görüşünə getdilər. Səhəri gün isə ingilslər Hüseynəli Mirzənin 

görüşünə yollandılar (9). 

Con Malkolmun elçiliyi uzun müddət Şirazda qalmalı oldu. Bu dövr 

ərzində ona yüksək qonaqpərvərlik nümayiş etdirildi. 1800-cü il avqust 

ayının 21-də ingilis heyəti Şirazdan Tehrana yola düşdü. Tehrana hərəkət 

marşrutu üzərində yerləşən  İsfahan  şəhəri ingilis elçiliyinin növbəti 

dayanacağı oldu. Burada da elçiliyə xüsusi diqqət göstərildi və  nəhayət 

noyabr ayında Con Malkolm Tehrana yetişdi. Onun Buşehrdən Tehrana 

qədər olan yolçuluğu bir ilə  qədər uzanmalı oldu. Tehranda Con 




Mehman Süleymanov 

 

8



Malkolm elçiliyinə lazımi diqqət yetirildi və şahın əmri ilə Con Malkolm 

vəzir Mirzə İbrahim xan Etimadüddövlənin evində yerləşdirildi (10). 

1800-cü il noyabr ayının 16-da və 27-də Con Malkolm Fətəli  şahla 

görüşdü. Bu görüşlərin həyata keçdiyi zaman bölgədə baş verən bütün 

dəyişikliklər ingilislərin Qacar sarayına olan ehtiyacını bir qədər azaltdı. 

Belə ki, bu zaman Fransanın Misirdən çəkilmək məsələsi gündəmə gəldi. 

Fransanın Misirdən çəkilməsi isə  İngiltərənin narahatçılığını azalda 

bilərdi. Görüşlər zamanı Con Malkolm şaha və onun əyanlarına çoxlu 

hədiyyələr bağışladı. O, Qacar dövlət ilə daha çox ticarət 

münasibətlərinin gücləndirilməsi haqqında müzakirələrə üstünlük verdi. 

Qacar sarayı adından danışıqları aparan sədr-əzəm Mirzə  İbrahim xan 

Etimadüddövlə ingilislərin həm siyasi, həm də ticarət müqaviləsinin 

bağlanmasına təkid göstərirdi. Bunun nəticəsi kimi, 1801-ci il yanvar 

ayının sonlarında Con Malkolm Qacar sarayı ilə iki müqavilə imzaladı. 

Onların biri siyasi müqavilə, digəri isə ticarət müqaviləsi idi. Ticarət 

müqaviləsinə  əsasən, ingilis şirkətlərinə  əvvəldən verilmiş güzəştlər öz 

qüvvəsində saxlandı və ingilis tacirlərinin İran ərazisində fəaliyyəti üçün 

daha yaxşı  şərait yaradıldı. Müqaviləyə  əsasən, ingilis tacirlərinə icazə 

verilirdi ki, İran  ərazisindəki liman şəhərlərində istədikləri qədər 

qalsınlar. Bu güzəşt  İngiltərənin koloniyası olan Hindistandan gələn 

tacirlərə də şamil edilməli idi. İngilis dövlətinə aid olan yüklər Qacarlar 

dövləti tərəfindən heç bir gömrük vergisinə  məruz qalmalı deyildi. 

Mümkün vergiləri isə alıcılar ödəməli idilər.  İngilislər  İran  ərazisində 

istədikləri qədər yerli adam işə götürə bilər və onları öz qaydalarına 

uyğun idarə edə bilərdilər. Qacar sarayı ilə əldə edilmiş razılaşmaya görə, 

ingilislər tikinti işlərində, mülk alınıb-satılmasında da azad idilər. 

İngilislər eyni zamanda istədikləri vaxt, istədikləri yerə  hərəkət etmək 

azadlığına malik idilər. Bir sözlə, imzalanmış ticarət müqaviləsi ingilis 

tacirləri və bütünlükdə ingilislər üçün əlverişli bir müqavilə idi (11). 

Ticarət müqaviləsi  şah tərəfindən təsdiq edildi və bundan sonra 

vilayət hakimlərinə  şahın fərmanı göndərildi. Həmin fərmanda vilayət 

hakimlərindən tələb olunurdu ki, Con Malkolmla bağlanmış olan ticarət 

müqaviləsinin bütün maddələri yerlərdə lazımi  şəkildə yerinə yetirilsin 

(12). 


Qacar sarayı üçün daha çox siyasi müqavilə  əhəmiyyət kəsb edirdi. 

Lakin ingilislər diplomatik məharətini işə salaraq Qacar qoşunlarının 

təchizatının yaxşılaşdırılması üçün Qacar sarayı qarşısında xüsusi öhdəlik 

götürməkdən boyun qaçırdılar. 

Bu anlaşma kifayət qədər yığcam olmaqla müqəddəmə  və beş 

maddədən ibarət idi. Anlaşmanın 2-ci və 3-cü maddələrində bildirilirdi 




Yüklə 51,54 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   265




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə