Mehman süleymanov



Yüklə 51,54 Mb.
Pdf görüntüsü
səhifə5/265
tarix01.08.2018
ölçüsü51,54 Mb.
#60398
1   2   3   4   5   6   7   8   9   ...   265

Mehman Süleymanov 

 

12



1802-ci il iyun ayının 26-da Fransa ilə Osmanlı dövlət arasında 

imzalanmış müqaviləyə əsasən, boğazlar Fransa gəmilərinin keçidi üçün 

açıq elan edildi. Bu məsələ Fransanın şərqlə bağlı olan ticarət maraqlarını 

daha da rövnəqləndirdi. Fransanın Bağdaddakı konsulu Russo və bu 

ölkənin  İstanbuldakı ticarət təmsilçilərindən olan Eskalon yeni şəraitdə 

Napoleonun diqqətini  İrana göstərilməsinin  əhəmiyyətinə  cəlb etməyə 

çalışdılar. Onlar xüsusilə,  İranın Hindistanla qonşu olmasına görə 

Napoleonun bu ölkəyə olan marağını daha da artıra bildilər. Xüsusilə, 

Misirin işğalından sonra Napoleon Bosfor və Anadolu ilə bağlı daha 

ciddi maraqlanmağa başladı. 1802-ci ildə fransalı marşal Brune İstanbula 

gedəndə Napoleondan tapşırıq aldı ki, Qacar sarayı ilə müzakirələrə 

girmək imkanını da arasın (20). 

1803-cü il sentyabr ayının 24-də Napoleon Fransanın xarici işlər 

nazirinə göstəriş verdi ki, Fars dövləti (Persiya) ilə münasibətlər qurmaq 

istəyir (21). Fransanın xarici işlər naziri Taleyran da həmin ilin 

oktyabrında Fransanın Bağdaddakı nümayəndəsi Jan Fransua Russoya 

yazdı ki, Napoleon İranla münasibətlər qurmaq istəyir və bununla 

əlaqədar ona tapşırdı ki, Qacar sarayı ilə məktublaşmanın yolunu tapsın. 

Qacar qoşunları Azərbaycan xanlıqlarına olan iddialarının həyata 

keçirilməsi üçün rus qoşunları ilə müharibəyə başlayanda, Napoleon bir 

daha Taleyrana tapşırdı ki, Fars dövləti ilə bağlı Russonun məlumatlarını 

toplasın, Rusiya ilə  İran arasında başlanan müharibədə  İngiltərənin 

rolunun olub-olmaması aydınlaşdırılsın. Napoleon eyni zamanda tələb 

etdi ki, Peterburq qəzetlərində  İran haqqında yazılı  məlumatlar 

araşdırılsın, fars dili bilən şəxslər tapılsın, həkim və ya alim adı altında 

kimsə fars dövləti haqqında məlumat toplamaq üçün İrana göndərilsin. 

1804-cü ilin martında İstanbuldakı Fransa səfirinə tapşırıldı ki, Tehrana 

Fransa səfirinin göndərilməsi üçün zəmin yaradılsın (22). 

1804-cü ildə Eçmiədzin ətrafında rus qoşunlarna qarşı aparılan döyüş 

kampaniyası dövründə Fətəli şah Eçmiədzin keşişləri ilə görüşməli oldu. 

Bu görüş zamanı Eçmiədzin keşişləri Fətəli şaha Napoleonun fəaliyyəti 

və  hərbi uğurları barəsində xeyli məlumat verdilər. Həmin məlumatları 

alandan sonra Fətəli şah nəhayət ki, Napoleonla əlaqələrin yaradılmasını 

qətiləşdirdi və həmin əlaqələrin yaradılmasında yenə Eçmiədzin keşişləri 

onun köməyinə  gəldilər. Fətəli  şah Napoleona məktub yazdı  və  qərara 

alındı ki, həmin məktub İstanbulakı Fransa səfirliyi vasitəsilə Napoleona 

çatdırılsın. Məktubun  İstanbula aparılması isə Osip Vasilyeviç adlı bir 

erməniyə tapşırıldı. Osip Vasilyeviç Fətəli  şahın məktubunu alan kimi 

dərhal yola düşdü və 1804-cü ilin dekabrında o, İstanbula yetişdi. 

Məktub Fransa səfirliyinin müşavirinə  təhvil verildi və onun diqqətinə 




Gülüstan müqaviləsi 

 

13



çatdırıldı ki, bu məktub Naoleona yetişən kimi Fətəli  şah Parisə öz 

elçisini göndərə bilər (23). 

Fətəli  şah Napoleona göndərdiyi ilk məktubunda yazırdı ki, Cənubi 

Qafqazda Rusiyaya qarşı mübarizə aparmaq üçün ona kömək lazımdır və 

o, Fransadan belə bir kömək istədi. Fətəli şah təklif etdi ki, Fransa və İran 

öz aralarında müttəfiqlik  əlaqələri yaratsınlar və Rusiyaya qarşı iki 

istiqamətdən hərbi  əməliyyata başlasınlar. Qeyd etmək lazımdır ki, 

Təbriz hakimi Əhməd xan da Fransa ilə  əlaqələrin yaradılması 

istiqamətində müəyyən addımlar atdı. O, Qasım adlı öz nümayəndəsini 

Hələbdəki Fransa  ticarət komissarının yanına göndərdi və ondan iki ölkə 

arasında əlaqələrin yaradılmasına kömək göstərməsini xahiş etdi (24). 

Fətəli  şahın məktubu 1805-ci ilin yanvarında Napoleona çatdı.  O, 

Fətəli  şahdan belə bir məktub almağa çox sevindi. Çünki o da Qacar 

sarayı ilə ikitərəfli  əlaqələr yaradılmasında maraqlı idi. Napoleon yaxşı 

anlayırdı ki, onun şərq siyasətində Qacar dövləti əhəmiyyətli rola malik 

ola bilər. Bu dövlətlə müttəfiqlik  əlaqələri həm Rusiyanın böyük 

planlarının qarşısının alınması, həm də Hindistan planlarının həyata ke-

çirilməsi üçün faydalı ola bilərdi. 

Şah eyni zamanda Napoleondan xahiş etdi ki, onun qoşunlarının 

öyrədilməsinə, qoşunların silahla təmin edilməsinə kömək göstərsin. 

Napoleon bu məktubu alan kimi dərhal Fətəli  şaha cavab yazdı  və 

sarayının tərcüməçisi olan Amade Jober vasitəsilə Fətəli şaha göndərdi. 

Jober 1805-ci ilin fevralında  İrana doğru hərəkətə başladı. Verilən 

tapşırığa əsasən Jober bir məktubu Osmanlı soltanına çatdırmalı və sonra 

yolunu davam etdirərək digər bir məktubu da Fətəli  şah yetirməli idi. 

İkinci tapşırıq daha mühüm və gizli sayılırdı. Napoleon ümid edirdi ki

şərqi yaxşı bilən Jober bu tapşırığın öhdəsindən  daha  bacarıqla gələ 

bilər. O, Joberə tapşırdı ki, İrana səfərini tam gizli saxlasın, Fətəli  şah 

tərəfindən Napoleona göndərdiyi məktubda yazılanların doğru olub-ol-

madığını müəyyənləşdirsin, şahın hansı hərbi yardıma ehtiyacı olduğunu 

aydınlaşdırsın.  Şahın məktubunda yazılanların doğru olacağı  və ona 

doğrudan da Rusiyaya qarşı mübarizədə kömək lazım olduğu təqdirdə 

Jober Fətəli şaha təklif etməli idi ki, Parisə öz elçisini göndərsin. Jober 

eyni zamanda şah ordusu haqqında da ətraflı məlumat toplamalı idi (25). 

Napoleonun Qacar sarayı ilə əlaqə qurmaq cəhdi həm Rusiyanın, həm 

də  İngiltərənin narahatçılığına səbəb oldu. Ona görə bu ölkələrin 

İstanbuldakı diplomatları fransalı nümayəndənin missiyasının 

pozulmasına çalışırdılar. Rusiya İstanbuldakı səfiri İtalinskini hər vasitə 

ilə çalışmalı idi ki, Joberin Osmanlı soltanı III Səlimlə görüşü baş 



Yüklə 51,54 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   265




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə