Mehman süleymanov



Yüklə 51,54 Mb.
Pdf görüntüsü
səhifə7/265
tarix01.08.2018
ölçüsü51,54 Mb.
#60398
1   2   3   4   5   6   7   8   9   10   ...   265

Mehman Süleymanov 

 

16



onların qarşısında duruş  gətirə bilməz. Müqavilə imzalamaq səlahiy-

yətlərinə malik olub-olmadığını Rumiyodan soruşanda o, şaha cavab 

verdi ki, gəlişinin məqsədi ölkənin vəziyyətini və ehtiyaclarını öyrənmək 

və şah qoşunlarının qarşılaşdığı çətinliklər barəsində məlumat toplamaq-

dır. Bunu eşidəndə  şaha aydın oldu ki, Rumiyo heç də gözlənilən elçi 

deyilmiş (34). Ona görə  Fətəli  şah kifayət qədər təmkin göstərmək 

məcburiyyətində qaldı. 

Bəzi tarixi ədəbiyyatda Rumiyonun Tehrana oktyabr ayının 

əvvəllərində çatdığı göstərilir. Eyni zamanda qeyd olunur ki, Fətəli  şah 

Napoleonun elçisini çox soyuqqanlı  və inamsız qarşıladı. Çünki, o hələ 

də ingilislərin imzalanmış müqaviləyə sadiq qalacağına və  şah sarayına 

hərbi yardımlar göstərəcyinə ümidlər bəsləyirdi. Ona görə də şah sarayı 

ilə Rumiyo arasındakı müzakirələrin nəticəsi olmadı (35). 

Hər halda Rumiyo danışıqlar zamanı şah sarayının Fransa ilə ittifaqa 

girməsinə  nə  dərəcədə hazır olduğunu yoxlamağa çalışdı. O, saray 

əyanlarının nəzərinə çatdırırdı ki: 1) şah sarayı Fransa ilə müttəfiqliyə 

razı olsa, Fransa rus qoşunlarının qovulması üçün yardım edə bilər. 

Fransa Rusiyaya qarşı elə bir hücum təşkil edər ki, heç vaxt yaddan 

çıxmasın; 2) Bunun əvəzində isə Qacar sarayı Fars körfəzindəki 

limanlardan birini Fransaya verməlidir (36). 

Ölkənin vəziyyəti ilə bir neçə günlük tanışlıqdan sonra Rumiyo belə 

bir qənaətə  gəldi ki, şah qoşunlarının Cənubi Qafqazda uğursuzluğa 

düçar olmasının əsas səbəblərindən biri sərbazların müharibə qaydalarına 

bələd olmamasıdır. O, İrəvan xanlığının böyük strateji əhəmiyyətə malik 

olmasını da anlayırdı. Rumiyonun fikrincə, Rusiya qoşunları əsas diqqəti 

Şirvan üzərinə yönəltməklə  həm ticarət karvanlarının təhlükəsizliyini 

təmin edər, həm də  Xəzərdən mümkün ola biləcək təhlükənin qarşısını 

ala bilərdi. Lakin Rusiyanın əsas niyyətlərindən birinin Osmanlı dövləti 

üzərinə hücum etmək olduğu üçün İrəvan xanlığının işğalı daha böyük 

əhəmiyyət kəsb edirdi. Məhz ona görə də Rusiyanın Qafqazda başladığı tə-

cavüzün mərkəzində məhz İrəvan xanlığının ələ keçirilməsi dayanırdı (37). 

Aparılan qarşılıqlı müzakirələrə bir aydınlıq gətirilməmiş Rumiyo 

Tehranda qəflətən dünyasını dəyişdi. Bununla, Fransa ilə yaradıla biləcək 

ittifaq məsələsi də bir anlaşılmazlıq kəsb etdi. Cəbhədə isə  şah 

qoşunlarının vəziyyəti mürəkkəb olaraq  qalmaqda idi. Cənubi Qafqazın 

müəyyən hissələri artıq Rusiyanın işğalı altına düşmüşdü. 

Elə bu vaxtlarda Napoleonun birinci elçisi olan Jober haqqında 

məlumat alındı və şah sarayının bütün diqqəti yenidən Fransadan ehtimal 

edilən yardımlara dikəldi. 



Gülüstan müqaviləsi 

 

17



Tarixi ədəbiyyatda mövcud olan məlumatlardan aydın olur ki, Joberin 

son dərəcə ehtiyatlı  hərəkətlərindən ingilislər xəbərdar ola bilmişdi və 

Fransa elçisinin İrana yollanması barəsindəki məlumatı onlara ermənilər 

vermişdilər. Tarixi ədəbiyyatda ingilislərin xeyrinə casusluq edən 

erməninin adı Ovanes Pitkarn kim göstərilmişdir. Ovanes Təbriz 

ermənilərindən idi və Abbas Mirzənin ətrafı ilə müəyyən əlaqələrə malik 

idi. Elə  Təbrizdə ikən  o, iki  fransalı elçinin müxtəlif marşrutlarla  şah 

sarayına gələcəyi barədə məlumat göndərmişdi (38). 

Bu casusluğun nəticəsi idi ki, Jober Bəyaziddə həbs edildi və bir neçə 

ay həbsdə qalmalı oldu. Bu barədə xəbər Abbas Mirzəyə çatandan sonra 

onu əsirlikdən azad etmək mümkün oldu. Jober əvvəlcə Təbrizə gəldi, bir 

neçə gün Abbas Mirzənin yanında qaldı. Sonra isə şahla görüşmək üçün 

Soltaniyyə çəməninə yollandı (39). 

1806-cı ilin iyun ayında Jober Tehrana yetişdi. Yolda rastlaşdığı 

çətinliklər, həbs yorğunluğu və s. Joberi əldən saldı. Tehranın klimatının 

namünasibliyi də onun səhhətinə  mənfi təsir göstərdi. Buna baxmayaraq 

Jober çox tezliklə  şah tərəfindən qəbul olundu və Napoleonun yazdığı 

məktub ona təqdim edildi. Şah Napoleonun elçisini çox böyük 

məmnunluqla qəbul etdi. Çünki bu görüş şahın ümidlərinə bir aydınlıq gətirə 

bilərdi. Məktubda yazılanlar isə Napoleonla ittifaq yaradılmasının müm-

künlüyünə ümidi xeyli artırdı. 

Napoleon Jober vasitəsilə  Fətəli  şaha kifayət qədər geniş bir məktub 

göndərmişdi. Məktubunun  əvvəlində Napoleon dünyada baş verənləri 

diqqətlə izlədiyini, kimlərin köməyə ehtiyacı olduğunu bildiyini qeyd edirdi. 

Sonra o yazırdı ki, Fətəli  şahın hansı köməyə ehtiyacı olduğunu onun öz 

dilindən eşitmək istəyir. Napoleon İranın tərifini edir və belə bir ölkənin 

yaxşı hökumətə layiq olduğunu vurğulayırdı. Bu məktubun maraqlı məqam-

larından biri Napoleonun Nadir şah haqqında fikir söyləməsi idi. O yazırdı: 

"Nadir şah böyük cəngavər idi və əlində böyük bir qüdrət toplaya bilmişdi. 

O, fitnəkarlar qarşısında qorxmaz, öz qonşuları qarşısında isə dəhşət yaradan 

idi, düşmənləri üzərində  qələbə çaldı, iftixarla padşahlıq etdi. Lakin 

uzaqgörən deyildi. Özü haqqında və gələcəyi haqqında fikirləşmədi " (40). 

Sonra Napolein yazırdı ki, xidmətçilərindən birini onun yanına göndərir 

ki, fikirlərini ona çatdırsın. Napoleon öz elçisinə inandığını  və onun 

vasitəsilə  Fətəli  şahın fikirlərini öyrənmək istədiyini bildirirdi. Şahın 

fikirlərini öyrənəndən sonra isə müvafiq əlaqələri qurmaq olardı. Napoleon 

sonra yazırdı ki, bu dünyada hamının bir-birinə ehtiyacı vardır. O vəd edirdi 

ki, şahın fikirləri ilə tanış olandan sonra iki ölkə arasındakı münasibətlərə 

yenidən baxıla bilər. 



Yüklə 51,54 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   265




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə