Mehman süleymanov



Yüklə 51,54 Mb.
Pdf görüntüsü
səhifə8/265
tarix01.08.2018
ölçüsü51,54 Mb.
#60398
1   ...   4   5   6   7   8   9   10   11   ...   265

Mehman Süleymanov 

 

18



Joberin sonradan çap olunmuş xatirələrində  Fətəli  şahla olan görüşü 

haqqında qeydlər də vardır. Fransa elçisinin sözlərinə görə, danışıqlar 

zamanı Fətəli şah dəfələrlə fransalılara heyranlığını, Napoleonun əzəmətinə 

vurğunluğunu ifadə etdi və sonra da ruslara nifrətini, ingilislərə isə 

narazılığını  bəyan etdi. Jober bildirirdi ki, Fətəli  şah Napoleonla ittifaq 

bağlamağa razı olduğunu bildirməklə öhdəsinə götürürdü ki, Fransa 

imperatorunun xəbəri olmadan Rusiya ilə heç də danışıqlara və sülh müqa-

viləsinə getməyəcəkdir. Qacar şahı eyni zamanda ümid etdiyini bildirirdi ki, 

Fransa imperatoru da qacarların marağını  nəzərə almadan ruslarla heç bir 

danışığa getməyəcəkdir. Joberin yazdığına görə, Fransa ilə  əməkdaşlıq 

naminə  Fətəli  şah Hindistanda İngiltərəyə düşmən olan dairələrin qiyam 

qaldırmasına öz köməyini göstərəcəkdir. Fətəli şah sonra onu da bildirirdi ki, 

Napoleonun maraqları indi onun da maraqlarıdır və Napoleona böyük 

ümidlər bəsləyir (41). 

Joberin Tehrana səfəri şah sarayında da Fransanın köməyinə müəyyən 

ümidlər yaratdı. Bu baxımdan Joberin səfəri Rumiyonun səfəri ilə 

müqayisədə konkretliyi ilə seçilirdi. Joberin səfərinin nəticələrindən biri də o 

oldu ki, fransalı elçi şah sarayını Fransaya öz elçisini göndərməyə razı saldı. 

Bu elçi şah sarayının marağında olduğu məsələlərin müzakirəsini aparmaqla 

Napoleonla müqavilə də imzalaya bilərdi. Fətəli şah bu təklifi qəbul etdi və 

Mirzə Məhəmməd Rza xan Qəzvinini Joberlə birlikdə Fransaya göndərdi. 

Mirzə  Məhəmməd Rza xan eyni zamanda Fətəli  şahın məktubunu 

Napoleona çatdırmalı idi (42). Tehranda olduğu vaxt Joberin də  səhhəti 

pisləşdi. Onun da Rumiyo kimi Tehranda dünyasını  dəyişə biləcəyindən 

ehtiyatlanan Fətəli şah onu yola salmağı qərara aldı. 

Joberin Tehrana yetişməsi  ərəfəsində  şah sarayı bir daha imzalanan 

müqaviləyə  əsasən  İngiltərədən kömək almağa cəhd göstərdi. 1806-cı ilin 

may ayında Fətəli  şah elçisi Məhmməd Nəbi xanı Hindistandakı ingilis 

hakiminin yanına göndərdi.  Şah elçisinin ingilis hakiminə apardığı 

məktubda Fransa nümayəndələrinin Tehrana gəlməsi haqqında məlumat 

verilir və bir daha ingilislərdən hərbi yardım göstərməsi xahiş olunurdu. 

Amma şah sarayının bu cəhdi də uğursuz oldu və ingilislər Rusiyaya qarşı 

Cənubi Qafqazda aparılan müharibədə  şah sarayına kömək göstərməkdən 

boyun qaçırdı (43). 

Bununla da şah sarayının  İngiltərəyə olan az-çox ümidlərinə son 

qoyuldu və bütün diqqət Fransaya tərəf istiqamətləndirildi. 

Hadisələrin  şahidi və Rusiya ilə müharibənin salnaməçisi  Mirzə 

Məhəmməd Sadıq Vəqayeneqar da yazırdı ki, Fransa ilə kifayət qədər 

ümidverici münasibətlərin formalaşdığı bir dövrdə belə şah sarayı bir daha 

İngiltərə ilə  əməkdaşlığın mümkünlüyü məsələsini aramağa çalışdı. Bu 




Gülüstan müqaviləsi 

 

19



məqsədlə  sədr-əzəm Mirzə  Şəfinin və Abbas Mirzənin razılığı  əsasında 

Rusiya təcavüzünün qarşısının alınması ilə bağlı kömək üçün İngiltərəyə 

müraciət edildi. Lakin yenə də ingilislərdən konkret cavab alınmadı və onda 

ittifaq anlaşmasının imzalanması üçün şah sarayı öz nümayəndəsini 

Napoleonun yanına göndərməyi qərara aldı (44). 

Şah sarayının Napoleonla əlaqələr yaratmaq cəhdləri Rusiya tərəfindən 

də diqqətlə izlənilirdi. Rusiya ilə Fransa arasındakı münasibətlərin 

mürəkkəbləşməsi Rusiyaya imkan vermirdi ki, Cənubi Qafqaza kifayət 

qədər qoşun göndərə bilsin və  şah sarayının bu bölgəyə olan iddialarının 

qarşısını bir dəfəlik alsın. Bu dövlətin Cənubi Qafqazdan geri çəkilmək 

niyyəti isə yox idi. Ona görə Rusiya da bölgədəki maraqlarını qorumaq üçün 

şah sarayına nümayəndə heyəti göndərməyi və  Cənubi Qafqaz məsələsini 

danışıqlar yolu ilə  həll etməyi qərara aldı. Stefanov adlı birisi tərəfindən 

rəhbərlik edilən həmin nümayəndə heyəti 1806-cı ili aprelində Tehrana 

gəldi. Özü ilə çoxlu hədiyyələr gətirən Stefanovun əsas məqsədi o idi ki, 

Rusiya ilə  şah sarayı arasında müqavilə imzalansın və  həmin müqaviləyə 

əsasən Rusiyanın nəzarəti altına keçən Gürcüstan, Cənubi Qafqaz və 

Dağıstana şah sarayı daha heç bir iddia irəli sürməsin. Mənbələrdə olan mə-

lumata görə,  şahın bu təklifə cavabı birmənalı  və  qəti oldu. O bildirdi ki, 

sülh məsələsi istisna deyil. Amma nə  qədər ki, ruslar işğalçılıqdan  əl 

çəkməyiblər Rusiya dövlətinə qarşı düşmənçiliyi və inamsızlığı aradan 

qaldırmaq mümkün olmayacaq (45). 

Bu sərt cavabdan sonra saray əyanları  şaha məsləhət bildilər ki, 

Rusiyaya qarşı  dərhal müharibənin yeni mərhələsini başlamasın. Təmkin 

göstərilsin, bəlkə Rusiya məsələnin nə yerdə olduğunu anlayıb Cənubi 

Qafqazda bir daha müharibəyə başlamasın. Abbas Mirzə isə bu mövqe ilə 

razı deyildi. O inanmırdı ki, Rusiya özünün Cənubi Qafqaz siyasətində 

yumşalmaya yol verə bilər. Ona görə tapşırıq göndərdi ki, hər yerdə  Rusiya 

qoşunları ciddi müşahidə altında saxlansın. 

Fransa ilə formalaşmaqda olan münasibətlərdən yaranan ümidlər də şah 

sarayını Rusiyaya qarşı sərt münasibətlər göstərməyə sövq edirdi. 1806-cı 

ildə şah sarayı ilə Fransa arasındakı əlaqələr daha da intensivləşdi və bu iki 

dövlət arasında hərbi ittifaqın yaradılması ehtimalı da artdı. Xüsusilə, Napo-

leonun yazdığı məktublar şah sarayında heç bir şübhə yeri qoymadı. 1806-cı 

il oktyabrın 18-də Napoleon yazırdı: "Russo və Jober vasitəsilə  İran 

məqamlarına elan edin ki, indidən özlərini Fransanın müttəfiqi bilsinlər və 

özlərinin bütün qüvvələrini düşmənə qarşı mübarizəyə  səfərbər etsinlər. 

Avropadakı müharibə uzun müddət davam edə bilməz. Asiyadakı müharibə 

də oxşar şəkildə və oxşar qüvvələrlə aparılsa tezliklə başa çatacaqdır. Həmin 

müharibə Rusiyanın tutduğu Gürcüstanı və Xəzər sahili vilayətləri gərək bu 




Yüklə 51,54 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   265




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə