Mehparə muxtarqizi yerin, göyün Xocalı, qan ağladı



Yüklə 0,49 Mb.
Pdf görüntüsü
səhifə1/17
tarix21.06.2018
ölçüsü0,49 Mb.
#50652
  1   2   3   4   5   6   7   8   9   ...   17


MEHPARƏ MUXTARQIZI

Yerin, göyün 

Xocalı, 

qan ağladı

-  

SAAA9~

«-öaycan  Respublikası Prezidentinin 

Iştür İdarəsi

'   X İ D E N T   K İ T A B X A N A S I



BAKI 2010


M  03(2010)

Redaktor 

Hənifə  Alışanoğlu

Bu  kitab  şairə  Mehparə  Muxtarqızının  oxucular­

la  ikinci  görüşüdür.  Bu  kitabda  Vətən  məhəbbətli 

üdvi  və  müqəddəs  hisslərlə  dolu  sevgi  ünvanlı 

şeirlər  toplanmışdır.

M

051  (L-041)

---------------------   Sifarişlə

051-03(0160)2010

“Şuşa”  nəşriyyattı  2010



Ulvi  duyğuların  arxasında

Arabir  mətbuat  səhifələrində  şeirlərini  oxusam  da,  açığı 

bu şairə xanımla şəxsi tanışlığım yoxdu. İndi,  budur, şairənin 

"Nurlan"  nəşriyyatı  tərəfindən  nəfis  şəkildə yenicə  işıq  üzü 

görmüş  ilk kitabı  ilə üz-üzəyəm.  Əslən  həmyerlim  olan Meh­

parə  Muxtar  qızının  "Sevgi  yollarnıda  səni  gözlədim"  adlı 

şeirlər toplusunu vərəqlədikcə, poeziya dünyasına yeni bir is­

tedadlı qələm sahibinin gəldiyinə ürəkdən sevindim.

Bu yaxınlarda  bu gözəl təbiətli,  şirin  dilli,  son  dərəcə sə­

mimi və mehriban  olan Mehparə xanımla  ilk görüş  duyğula­

rımı  tərpətdi.  Şeirləri  də  özü kimi sadə  və səmimi  hissələrlə 

dolu  olan  bu  xanımı  ürəkdən  təbrik  elədim  və  ona  gələcək 

poeziya yollarında  inamlı  addımlar arzuladım.  Mehparə xa­

nımın  bu ilk kitabını sonadək tələsmədən oxudum.  Sevgi yük­

lü şeirləri məni  ürəkdən  "ovsunladı" desəm  -  səmimiyyətimə 

inanın.  Oxucularımız  və  xüsusilə  də yüksək poetik  duyumlu 

qələm sahibləri yaxşı  bilir ki,  ürəyində-qəlbində yüksək sevgi 

hissləri daşımayan, məhəbbət adlı ülvi duyğuları olmayan heç 

bir kəs gözəl, lirik duyğularla zəngin olan şeirlər yaza bilməz. 

Duyumsuz yazılan  sevgi  ünvanlı  şeirlər  isə  söz  yığımından 

başqa bir şey ola bilməz.  Belə ürəksiz, duyğusuz yazılmış mis­

ralar heç bir oxucunun rəğbətini qazana bilməz.

Sevindim ki,  ürəyi gözəl hisslərlə coşub-daşan, yüksək poe­

tik ilhama malik olan şairə Mehparə Muxtar qızının elə ilk ki­

tabı  şeirsevərlərin  stolüstü  kitabına  çevrilib.  Xüsusilə,  gənc 

oxucuların duyğularıma yaxın olan şeirləri onun  uğurları ta­

pıntılarıdır.

Öyrəndim ki,  Mehparə xanım  ikinci kitabın  nəşrə hazırla­

yır. Bu kitabda o,  öz lirik düşüncələrini qələmə almaqla yana­

şı,  həmçinin çox ağrılu  bir mövzuya  da toxunub.  Əhməd Ca-

3

 

—  

=


Mehparə Muxtarqızı

vad sevgisi şairəni əlinə qələm almağa və 1937-ci ilin günah­

sız qurbanlarından biri olan Əhməd Cavab haqqında bir poe­

ma yazmağa məcbur eləyib.  Doğrudur,  mövzunun  ağırlığı və 

tarixə  çevrilmiş  o  acı günləri xatırlamaq nə qədər çətin  olsa 

da,  Mehparə xanım hər halda bu işə girişib və qələmini sınaq­

dan  çıxarıb.

insafən,  bu  müəllifin  ilk poeması  olmasına  baxmayaraq, 

şairə bu işin  öhdəsindən  layiqincə gəlib.

Hörmətli oxucular,  səmimiyyətlə etiraf edim ki, yüksək əx­

laqa, gözəl mədəniyyətə malik olan bu şairə xanımla tanışlıq­

dan  məmnunluq  duydum.  Şirin-şəkər diliylə,  səmimi danışığı 

və qələmə aldığı sevgi ətirli şeirlərilə ürəyimə yol tapan şairə 

xanım  Mehparə  Muxtar  qızına  gələcək  poeziya  yollarında 

uğur diləməkdən başqa bir yolum  qalmadı.

Sənə  uğurlar  arzulayıram,  Mehparə  xanım!  İnanıram  ki, 

bizi yeni-yeni kitablarımızla sevindirəcəksiniz!

'k’k'k

Bu  günlərdə  eşitdim  ki,  həmyerlimiz,  gənc  şairə  M eh­

parə  Muxtarqızının  ilk  şeirlər  kitabı  işıq  üzü  görüb.  "Sev­

g i  yollarında  səni  gözlədim"  adlanan  bu  ilk  kitabındana 

birini  də  mənə  göndərmişdi.  Və  çox  istəmişdim  ki,  y en i 

kitab  haqqında  təəssüratlarımı  bölüşmək  üçün  onunla  gö ­

rüşüm.  Və  soyuq  fevra l  günlərinin  birində  onun  qonağı 

oldum.  Bu  görüşdən  sonra  şairə  xanım  Mehparə  haqqın­

da  duyğularımı  şeirə  çevirdim...

Nəğmələnsin  misraların

Biz  görüşdük...  şaxta,  soyuq..

Qış  sözünü  çırpır  üzə.

Qara,  yağışa  qarışıb

Səpələnir  çölə,  düzə.

İsindirdi  ürəyimi,

Bu  görüşün  həyəcanı.

4

Yerin, göyün, Xocalı,  qan  ağladı

Duyğuların  bulaq  kimi. 

Ürəyin  sevgi  məkanı.

Sevgi yüklü  duyğuların. 

Ovsunladı  bir  an  məni. 

Dilin  şirin,  sözün  şirin, 

Vallah,  etdin  heyran  m əni

Yaz,  ay  bacım,  neçə-neçə, 

Arzuların  hələ  öndə.

Şair  könlüm  duydu  səni, 

İstedadın  göz  önündə.

Səmimisən...  nəğmələnir, 

Duyğuların  öz-özünə.

Nə yaxşı  ki,  elə  indii 

Gəldim  sənin  görüşünə.

Arzuların  qucaq-qucaq, 

Söz-söhbətin  tutdu  məni. 

Hopdurursan  sətirlərə, 

Ürəyinin  həsrətini.

Gah  od  tutub  tonqalında, 

Alışırsan  çatır-çatır.

Bacım,  gah  da  şirin  dilin 

Sözlərinə  şəkər  qatır.

Haray  çəkib  Şuşam  deyə, 

Dağa-daşa  ün  salırsan. 

Kəlbəcərin,  Cəbrayılın 

Həsrətindən  saralırsan.

Vətən  dərdi...  şəhid  dərdi, 

Sızıldadır  için-için.


Yüklə 0,49 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   17




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə