Mehparə muxtarqizi yerin, göyün Xocalı, qan ağladı



Yüklə 0,49 Mb.
Pdf görüntüsü
səhifə8/17
tarix21.06.2018
ölçüsü0,49 Mb.
#50652
1   ...   4   5   6   7   8   9   10   11   ...   17

Mehparə Muxtarqızı

Xəyalında  o  anı,  yaşayaraq,

Acı  göz  yaşıyla  xatırlayarsan!

Kədərli  anm  da  sevinc  bilərsən.

Uşaqlıq  çağında  deyib-gülərsən.

Görən  yenə  əvvəlki  tək  sevərsən?

Görüşünə  sən  sevdiyin  gözəlin 

Yenədəmi,  sən  birinci  gedərsən?

Getsən  də  sən  yarının  görüşünə,

Onu  bil  ki,  görüşə  gecikərsən!

Nə  qədər  cavanam,  sən  söyləsəndə,

Ayaq  baxmaz  qocalanda  sözüünə.

Qocalıq  insanın  qəddini  əyər,

Qırış  düşər  yavaş-yavaş  üzünə!

Qara  saçın  bir  gün  insan  ağ  hörər 

Qocalarsan,  həyat  sözünü  deyər.

Keçən  günlərini  yada  salanda 

Hər  kəs,  ötən  günlərə  heyfsilənər.



2006

“Ölməz  sevgimiz”

Gözəl  bəstəkarımız  Nailə  Mirməmmədli  və 

vaxtsız  dünyasını  dəyişmiş  həyat yoldaşı  Hikmət 

Mirməmmədliyə  həsr  olunub.

Biz  xoşbəxt  yaşayırdıq  bütün  sevənlər  kimi 

Ölüm  aldı  əlimdən  həyatda  sevincimi.

Vaxtsız-vədəsiz  gəlib,  döydü  bir  gün  qapımı 

Amansız  ölüm  vaxtsız  apardı  sevgilimi!

Arzumuz  gül  açmamış  xəzan  oldu,  saraldı 

Xoşbəxt  günlərimizin  ömrü  çox  qısa  oldu.

Yerin, göyün, Xocalı,  qan  ağladı

Sənin  də  talehinə  nakam  ölüm  yazıldı 

Neçə  bəstələnməmiş  mahnın  yarımçıq  qaldı!

Küskün  oldum  həyatdan  sənsiz  mən  oldum  tənha 

Sənlə  keçən  günlərim  geri  dönməz  bir  daha. 

Sən  yoxsan,  sənsiz  həyat mənimçün  zülmət  gecə, 

Ümidsüz  göz  açıram,  hər  açılan  sabaha!

Səni  hər  an  kölgə  tək  mən  yanımda  sanıram 

Dost-tanış  arasında  hey  səni  arayıram.

Nə  qədər  axtarsam  da  heç  yerdə  tapmayıram 

Yalqız  qalıb  həyatda  mən  sənsiz  yaşayıram!

Hər gün  səni  yuxumda,  mən  röyamda  görürəm 

Səninlə  söhbət  edib,  danışıram-gülürəm.

Sevincli  anlarımı  yenə  sənlə  bölürəm,

Mən  yuxu  olduğunu  ayılanda  bilirəm!



Mehparə Muxtarqm

Kaş  ki,  bu  yuxularım  həyatda  çin  olaydı.

Keçən  xoş  günlərimiz  geriyə  qayıdaydı.

Yenə  xoşbəxt  olaydıq,  biz  xoşbəxt  yaşayaydıq. 

Amansız  ölüm  bizi  vaxtsız  ayırmayaydı!

Sevirsənsə

Sevgi  iki  qəlbin  çırpıntısıdır 

Sevən  gözlər  qəlblərin  aynasıdır.

Əgər  sevirsənsə,  bil  gözlərindən,

Baxan  hər  kəs,  sevdanı  duyasıdır!

Sevənlər,  hicranı-həsrəti  dadar 

"Ayrılıq"  sevən  qəlbləri  ağladar.

Sevən  ürək  hər  an  narahat  olar 

Saf məhəbbət  hər  bir  dərdi  sağaldar.

Sən  sevginin  qoynuna  atılarsan,

Sevgi  dənizində  xoşbəxt  olarsan. 

Sevgilinlə,  sevə-sevə  bir  yerdə, 

Məhəbbətlə,  sevgiylə  yaşayarsan!

03.02.2010.

Sən  mənim  eşqimə  layiq  deyilsən

Dedim  bir  gün  sevgilim  bəlkə  geri  dönərsən! 

Həsrətlə  görüşümü,  yolumu  gözləyərsən. 

Darıxıb  mənim  üçün,  görüşümə  gələrsən.

Yenə  görüş  yerində,  mənimlə  görüşərsən!

Darıxmışam  sənin  üçün,  əvvəlki  tək  deyərsən. 

Sevgi  dolu  gözünü,  gözlərimə  dikərsən. 

Danışaram,  sevgilim  sən  məni  dinləyərsən. 

Tutub  sən  əllərimdən,  mənlə  Qoşa  gəzərsən!

Yerin, göyün, Xocalı,  qan  ağladı

Sanırdım  ki,  sən  məni,  yalnız  məni  sevərsən! 

Düşünməzdim  qəlbində  başqasın  gəzdirirsən! 

Sən  demə  ki,  məni  yox  bir  özgəsin  sevirsən. 

Bu  təmiz  eşqimizə,  sən  xəyanət  edirsən!

Hər gün  aldadıb  məni  sevdiyini  deyirsən 

Yalançı  məhəbbətlə,  sən  qəlbimə  girirsən. 

"Sevirəm"  kəlməsini  hər  kəsə  söyləirsən 

Sən  mənim  bu  eşqimə,  bil  ki,  layiq  deyilsən!

Mən  bu  pak  məhəbəbti,  sənə  layiq  sanmaram! 

Qəlbimdə  mən  əbədi,  səni  heç  vaxt  anmaram. 

Sənin  tək  vəfasızın  qarşısında  bunu  bil 

Eşqimi  ucuz  tutub,  heç  zaman  alçalmaram!

Ağlama,  geriyə  qaytarmaq  üçün

Ağlama  geriyə  qaytarmaq  üçün,

Bir  daha  geriyə  dönməyəcəyəm!

Ağlama,  qəlbimi  yumşaltmaq  üçün,

Bil,  səni  bir  daha  sevməyəcəyəm!

Sənin  görüşünə  gəlməyəcəyəm,

Yuxuna  heç  zaman  girməyəcəyəm, 

Mənim  bu  saf,  təmiz  məhəbbətimə 

Səni,  heç  vaxt  layiq  bilməyəcəyə  m!

Bu  sevginin  acısın  dadacağaM,

Həyatda  sevgisiz  yaşayacağam,

Bu  yalançı  eşqə  aldandığım  üçün 

Qəlbimdə  hər  zaman  ağlayacağam!

Yuxu  kimi  xəyalında  qalacam,

Sənin  üçün  bir  əl  çatmaz  olacam! 

Düşünməki  mən  səni  axtaracam,

Bil  səni  əbədi  unudacağam!

4 7



Mehparə Muxtarqm

Gözlərin  eylədi  eşqini  bəyan

Ağladın,  göz  yaşm  kövrəltdi  məni 

Qarışdı  göz  yaşm  göz  yaşlarıma. 

Gülüm  ovsunladı  gözlərin  məni, 

Dikildi,  baxışın  baxışlarıma!

Gözlərin,  eylədi  eşqini  bəyan,

Alışdı  ürəyim  məhəbbətindən. 

Ələlrim  toxundu  əlinə  bir  an,

Titrədi  eşqimin  hərarətindən.

Gizlədə  bilmədim  mən  də  sevgimi 

Axtardı  hər  yerdə  gözlərim  səni. 

Verdim  gülüm  sənə  sevən  qəlbimi, 

Unuda  bilərmi,  sevən-sevəni!

Çalış  gəncliyinin  qədrin  biləsən

Sənin  ötən  gəncliyin,

Solmuş  gülə  bənzəyər 

Əsən  külək  bu  gülü,

Hər  yana  səpələyər.

Bu  qurumuş  çiçəklər 

Budağından  tökülər.

Əlinə  çiçək  deyil.

Gülün  ləçəyi  düşər.

Açılanda  çiçəklər,

Onu  dərib,  üzərlər.

Sevənlər  bir-birinə,

Gül-çiçək  göndərərlər.

Gün  gələr,  bu  çiçəklər 

Saralar,  olar  xəzəl.

Bu  ətirli  çiçəklər.

Ayaq  altda  əzilər.

Yerin, göyün, Xocalı,  qan ağladı

Gəncliyində  belədir 

Onu  verirsən  hədər, 

Düşünmürsən  ki,  bir  gün 

Gənclik  əlindən  gedər! 

Yada  düşər  o  günlər. 

Qəlbi  bürüyər kədər...

Bir gün  gələr,  sən  qara 

Saçım  ağ  hörərsən. 

Həyatın  şirinliyin 

Sən,  gənclikdə  görərsən! 

O  günlərə  dönərsən, 

Tənhalıqdan  bezərsən. 

Göz  yaşını  süzərsən.

Hər  zaman  düşünərsən 

Sən  qocalıq  yükünü 

Çiynində  gəzdirərsən 

Sən  ömür  səhifəsin 

Açıb  vərəqləyirsən.

Ötən  günün  qədrini 

Qocalıqda  bilirsən!

Sevgini  gözlər  deyir

Nə  vaxtsa  görüşərik 

Sevgilim  düşünərdik.

Biz  bu  görüş  gününü 

Həsrətlə  gözləyərdik.

Hər  zaman  bu  sevgini 

Biz  əlçatmaz  bilərdik. 

Ayrılsaq  da  sevgilim 

Gizli-gizli  sevərdik.

İllər,  aylar  ötüşdü.

Yenə  sənlə  görüşdük.



Yüklə 0,49 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   17




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə