Mehrəngiz əBÜLFƏt qizi nəbiyeva, ÇİNGİz həBİb oğlu nəBİyev



Yüklə 3,4 Kb.
Pdf görüntüsü
səhifə21/37
tarix14.06.2018
ölçüsü3,4 Kb.
#48983
1   ...   17   18   19   20   21   22   23   24   ...   37

Гарабаь дюйцшляри хатырланыр, йахуд Фикрят террорун гаршысыны неъя алды? 
 
 82 
məhəbbətdən böyük, hərarətli, dərin və müqəddəs heç bir hiss 
yoxdur. Sən mənim məbədimsən, ana diyarım!» Dünyanın  ən 
böyük dahilərini dahilik səviyyəsinə yüksəldən də bu hissdir. Bu 
böyük hiss olmasaydı, Tolstoy «Hərb və sülh» əsərini – mənsub 
olduğu rus xalqının bədii tarixini yarada bilərdimi?  İnsanları 
qurub-yaratmağa, vətənin xeyri üçün bir iş görməyə  səsləyən 
nəcib duyğular olmasaydı bu həyat maraqsız və sönük olardı. 
Fikrət Nəbiyev də  Vətən uğrunda döyüşlərdə qorxu, təlaş 
bilmədən vuruşmuşdur. 
Hazırda o, elmi işlərlə  məşğul olsa da, həyatının mənasını 
əzəmətli Milli Ordumuzun tərkibində düşmənə qarşı döyüşlərdə 
görür. 
Hər cür şərəfli yolda ona uğurlar arzulayırıq. 
 
SƏDAYƏ İBRAHIMOVA, 
AMEA Fəlsəfə və Siyasi-Hüquqi Tədqiqatlar  
İnstitutu «Sosial fəlsəfə» şöbəsinin əməkdaşı. 
 
 
 
Fikrət müəllimin gənclərlə ünsiyyəti onlara hər zaman elmi 
istiqamətdə  dəstək olması, onun həqiqtən də insanpərvər 
dəyərlərə malik olmasından irəli gəlir.  Ərazilərimizin bütövlüyü 
uğrunda apardığı mübarizədə onun iştirakı sübut edir ki, o əsl 
vətənpərvərdir. Fikrət müəllimin biz gənclərə  aşıladığı 
vətənpərvərlik hisslərinə görə ona minnətdarlıq edirik. Onun 
döyüş yolu bizim hamımız üçün nümunə olmalıdır. 
 
N.S.ƏSƏDOVA 
«Sosial fəlsəfə» şöbəsinin əməkdaşı  
 


Гарабаь дюйцшляри хатырланыр, йахуд Фикрят террорун гаршысыны неъя алды? 
 
 83 
 
Şəkildə Fikrət Nəbiyev AMEA Fəlsəfə  və Siyasi-Hüquqi 
tədqiqatlar institutunun «Politologiya» şöbəsinin alimləri və 
əməkdaşları ilə birlikdə (Soldan sağa p.e.n N.Həmidov, K.Qısımova, 
f.e.d. Ə.Tağıyev, f.e.n F.Nəbiyev, M.Tağıyeva, Ə.İbrahimov) 
 
 
HƏRBİ TƏLİM VƏ DÖYÜŞLƏRDƏ  
SINANMIŞ İNSAN 
 
 
İmam Həzrəti  Əli (əleyhissəlam) demişdir: «İnsanlar öz 
valideynlərindən daha çox öz dövrlərinin övladıdır». Xürrəmilər 
hərəkatının sərkərdəsi Cavidan isə uşaqlıq dövrlərində Həsən adı 
ilə tanınmış Babəkin qoçaqlığına və hazırcavablığına heyrət 
edərək: «İşin də dilin qədər olsaydı sənə bel bağlamaq olardı» - 
demişdi. 
XX əsrin Azərbaycan ictimai-siyasi həyatında millətin milli 
müqəddərat məsələsi ilə bağlı Yusif Vəzir Çəmənzəminli isə 
konkret belə bir fikir irəli sürür «Millətin yolunda görüləcək, hər 
bir iş üçün verdiyimiz söz ürəyimizin tərcümanı olmalıdır». Bax 
bütün bunları sadalamaqda da bir məqsəd ortalığa çıxır. 
«Polkovnik vəzifəsində çalışmış kapitan Fikrət Nəbiyevin həyat 


Гарабаь дюйцшляри хатырланыр, йахуд Фикрят террорун гаршысыны неъя алды? 
 
 84 
və döyüş fəaliyyətinə verilən qiyməti tamamlaya bilən, onu daha 
da dolğunlaşdıra bilən faktları əlavə etməklə görəsən onun nəyə 
qadir olduğunu bu yazıda əks etdirə biləcəyikmi? 
Haqqında yazılan çoxlu məqalələr, onun döyüş 
salnaməsindən xəbər verən verilişlər bir daha sübut edir ki, Fikrət 
Nəbiyev nəinki siyasi rəhbər, həm də bir komandir kimi diqqəti 
cəlb edir. Bütün məziyyətləri ilə o, həm Həzrəti Əlinin söylədiyi 
kimi «öz valideynindən daha çox öz dövrünün övladı olduğunu» 
sübut etmiş, adı Həsən olub Babək kimi məşhurlaşan sərkərdəyə 
oxşamış, Y.V.Çəmənzəminlinin ideal sandığı milləti üçün sözü 
ilə  əməlində sintez olan, əsl insan adına layiq olduğunu 
rəftarında, münasibətlərində göstərmişdir. 
Lüdviq Feyerbax «Dövlət və qanun» kitabında yazır: «İnsan 
dünyaya azad gəlməmişdir». Qurani-Kərimin ayələrindən birində 
isə deyilir: «Biz insanı  məşəqqətdə yaratdıq». Mahiyyətcə bir-
birinə yaxın olan bu ifadələri şərh edib nə qədər misallar çəksək 
yenə də bunlar fikrimizin bitməsini əsaslandıran sonuncu bir söz 
olmayacaq. 
«Tanrı bütün yaratdıqlarının hamısını bir gözlə görür» 
demişlər. Təəssüf ki, insanlar etidala (orta səviyyəli həyat tərzi) 
riayət etməkdə çoxlu səhvə yol verirlər. Bu səhvlər hər  şeydən 
öncə  nəfslərə uymaqdan irəli gəlir.  İnsanın təbiətində  qəddarlıq, 
tamahkarlıq, təkəbbürlülük, hiyləgərlik, zülmkarlıq və s. olduğu 
kimi bunların  əksi də olur. Dahi Nizami təbiətdəki vəhşilərdən 
biri olan şiri, ovunu yeyib doyduqdan sonra bir müddət dincəlib 
izafi ziyankarlıq etmədiyinə görə insandan üstün tutur. Çünki 
«Yer üzünün əşrəfi» adlandırılan həmin insan tamahkardır, 
öhdəsindəki malı-mülkünə, tanrının yetirdiyi nemətlərinə qane 
deyil. Bəs cıxış yolu nədədir? Yenə tanrının gücü ilə ağıl, fərasət, 
dərrakə işlədib çətinliyə, haqsızlığa qarşı sinə gərən başqa təbiətli 
insanların mövcudluğundadır.  Əsrlərin keşməkeşli yollarından 
uğurla çıxanlar da olub, uğursuzluğa düçar olanlar da. Çünki 
həyat bu tarazlıq üzərində bərqərarlaşmışdır. Tanrı birini gözdən, 
digərini yaxşı eşitməkdən, birini ağıldan, digərini fiziki qüvvədən 
və s. məhrum etsə  də, nəticə etibarilə yaradılışdakı bu «ikilik» 


Гарабаь дюйцшляри хатырланыр, йахуд Фикрят террорун гаршысыны неъя алды? 
 
 85 
qanununun daim yaşanmasının sabitliyi üçün çalışmışdır. Öz 
ürəyini  əfsanəvi Dankonun ürəyi kimi məşələ çevirib zülmətləri 
yararaq insanları nura, işığa doğru çəkib aparan xeyirxahlar 
həmişə olmuş və yenə də olurlar. Fikrət müəllim istər bənzərsiz
hündür boy-buxununa, istər fiziki hazırlığına, istərsə  də  mənəvi 
keyfiyyətlərinə görə tayı-bərabəri olmayan insanlardandır. 
Tanrı sanki onu bütün sınaqlardan keçirərək mətinləşdirmiş, 
«torpaq, uğrunda ölən varsa, vətəndir» deyənlərin imdadına 
çatdırmışdır. «Yaxşı ki, Səməd Vurğun var» - deyə-deyə 
sevincini hamıya göstərməyə çalışmış yazıçılar olduğu kimi, mən 
də «yaxşı ki, Fikrət Nəbiyev kimi oğullar var» deməklə sevincimi 
hamı ilə bölüşmək istəyirəm. Çünki, mən bunu əbəs yerə yox
insanlığına, mərdliyinə, zirəkliyinə, döyüşkənliyinə vurulduğum 
üçün deyirəm. Fikrət Nəbiyev mənə saydığım bütün 
keyfiyyətlərinə görə  həyatımda 40 ildən çox dostluq etdiyim, 
məğrur təbiətli,  əyilməz, qorxmaz, mətin bir insan kimi 
xatirələrdə yaşayan Fikrət Allahquluzadəni xatırladır. Hər iki 
Fikrəti birləşdirən ümumi cəhətlər nə  qədər çox olsa da, bir 
cəhətə görə Fikrət Nəbiyev üstünlüyə malikdir. Bu da onun 
tanrının məhəbbət bəslədiyi səbirli bir insan olmasıdır. Doğrudan 
da, Fikrət müəllim səbir və  təmkində, lakonik söhbətlərində, 
işgüzarlığında  əvəzsizdir. Bu gün onun ürəyində bir nisgil var. 
Vətəninin işğal olunmuş torpaqlarının yağı düşmənlərdən azad 
olunması. Vətən torpağı ondan ötrü hər şeydən əzizdir. Bir ovuc 
Vətən torpağı  qızıldan da, həyatın  əziz neməti olan candan da 
əzizdir, onun üçün Vətəninin, müqəddəs torpaqlarının səadəti 
naminə, onların bir qisminin işğaldan azad edilməsi üçün 
döyüşməyə hazırdır. Vətən torpağını azad görmək istəyir Fikrət 
müəllim! Bu arzu həm də yetim qalmış körpələrin, öz 
torpaqlarından didərgin düşmüş qaçqınların və öz xoşbəxtliyini 
Vətənin azadlığında, torpaqlarımızın bütövlüyündə tapmaq 
istəyən, çadırlarda yaşayan azərbaycanlıların arzusudur. Bir şairin 
2 misralıq şeri onun həyat devizidir: 
Bir ovuc torpağı qorumalıyıq 
Bir ovuc torpağa dönənə kimi. 


Yüklə 3,4 Kb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   37




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə