Mehri xatun divan مهري خاتون ديوان baki 2011



Yüklə 2,19 Mb.
səhifə6/8
tarix18.05.2018
ölçüsü2,19 Mb.
1   2   3   4   5   6   7   8
Çar ənasir (dörd ünsür)
Topraq

Çünki mövcud oldu adəm xakdən,

Mehri, mehr umma ikən əflakdən.

Pəs bu dəhri pirə zəni mürdərdir,

Aqil isən göy üzü napakdən.
Su

Çünki əvvəl adəm əsli oldu ab,

Haq kəlamından dedi bizə kitab,

Hər ki gəlmişdir cahanə bisəbat,

Olusar «Ya leytəni küntü türab».
Od

Əslin, ey biçarə adəm, oldu od,

Od olunca, labüd olar onda dud.

Keç cahanın varlığından, fariq ol,

Ta ki narın nur edə sənin vədud.
Yel

Adəmi yeldən yaratdı çün xuda,

Yiylə tanıma ki, olarsan həba.

Qəflət yuxusundan oyan ölmədən,

Mehri, aləm labəqadır, labəqa.

243
«Əlif» əvvəl ol əhəddir bizaval,

Birliyinə yoxdur onun qeylü qal.
«Bi» bəqa oldur cahanda bigüman,

Haq buyurdu: «Küllü mən əleyha fan».


«Ti» Təala Allah yaratdı aləmi,

Onda mövcud etdi cümlə adəmi.


«Sə» sürəyyadan sərayadək nə var,

Onun əmri ilə oldu aşikar.


«Cim» cahanı yox ikən var eylədi,

Birliyinə mömin iqrar eylədi.


«Ha» həyat oldur verən ölmüşlərə,

Dəstgir oldur qamu qalmışlara.


«Xi» xeyr-şər nə kim, işlərsən sən iş,

Onun əmrinsiz olunmaz min duruş.


«Dal» dövlət bulmaq istərsən, ey qul,

Əmrilə ol padişahın hər dəm ol.


«Zal» zəlilü xar olar əmrin siyan,

Aqibət məhrum olar nəfsə uyan.


«Ri» rahin gözlə, gümra olmagil,

Qıl həzər iblisə, həmra olmagil.

«Zi» zinhar ol zəlalətdan bəri,

Bulmaq istərsən behişt içrə yeri.


«Sin» səni döyüb, sonuna qıl dua,

Ta şəfiq ola rəsuli-kibriya.


«Şin» şəfiq olmaq dilərsən gər rəsul,

Elmi-tövhid ilə daim yoldaş ol.


«Sad» sandınmı cahanı bərqərar?

Bu, fənadır, axır olar tarü mar.


«Zad» zidd ol nəfsin ilə hər nəfəs,

Keçməsin ömrün cahan içrə əbəs.


«Ta» təvaf etmək dilərsən Məkkəyi,

Hər fəqirə xor baxma, de: «iyi».


«Za» zülm adət edinmə kəndivünə,

Zira xeyr etməz sana öndən-sona.


«Eyn» eynindən rəvan et yaşü qan,

Hər nəfəs nəfsin əlindən qıl fəğan.


«Ğəyn» ğəflətdən oyat könül gözün,

Ta görəsən şübhəsiz cənnət üzün.


«Fə» fəna aləmdən eylərsən səfər,

Həzrətə cürm ilə varma, qıl həzər.


«Qaf» qətl et nəfsini, xoş fariq ol,

Kim nə der isə desin, sən sadiq ol.

«Gəf» gər dağlarca eylərsən günah,

Tövbə qılsan, əfv edər onu ilah.


«Lam» likən tövbəni tərk etməgil,

Qəflət yuxusilə qafil yatmagil.


«Mim» Mehri-asiyəm bir rusiyah,

Dərgahinə var umudum, ya ilah.


«Nun» nə dil ilə qılam mədhin bəyan,

Sən şahın mədhində aciz hər lisan.


«Vav» vay mana ki, xeyrim zərrə yox,

Tabuna layiq amal yox, cürm çox.


«Hə» həman, ey həyyi-rəbbülaləmin,

Fəzlinə sığınmışımdır mən həmin.


«La lam əlif» «la» deməzəm nöqsanıma,

Əfvini eylə şəfiq üsyanıma.


«Ya» yaratdın məni, ey rəbbül-ən’am,

Rəhmətini umaram yövmül-qiyam.

244
Qəsidə

Ərdi yenə sübhün nəfəsindən dəmi-İsa –

Qıldı qamu xoş, azmı rəmim olmuş əhya.
Saçdı yenə lə’l üstünə şəbnəm dürri-şəhvar,

Gülşəndə bu gün lütf ilə bu badi-Məsiha.


Hər lövheyi-bərg üzrə neçə dürlü qələmlər,

Yazdı, yürü, qıl qüdrət nəqqaşı tamaşa.


Lütfi-əsərindən bu gün ol rəbbi-kərimin,

Oldu bu cahan bağı qamu cənnəti-mə’va.


Pak eylədi fərraşi-səba ruyi-cahanı,

Gətirdi bahar əbr gözündən ona çün ma.


Hər guşədə bir sərvi-səhi abü rəvandır,

Kim ruhi-rəvana verər ol cami-müsəffa.


Çün vəqti-bahar olduyü həngami-çəməndir,

Bu dəmdə gülüstandan iraq olmaya əsla.


Gül mövsümüdür, çünki bu gün səhni-çəməndə,

Ney kimi fəğan eyləgil, ey bülbüli-şeyda.


Eyş et, dəmidir bəzmi-çəməndə gülə qarşı,

Fövt etmə, saqın, fürsəti bu dəm demə «la, la».


Gülruxları yadına bu gün cani-rəvan et,

Tez açıla, şayəd bulmazsan onu fərda.


Bənzər ki, gülüstana yenə sayə salıddır,

Bir ruxları gül, qönçədəhan, qaməti-bəla.


Xoş gör bu dəmi kim, verər ol ruha fütuh,

Bir zərrə dimağında qoymaz illəti-sevda.


Kimdir bu şahənşahi-cahan? Əhməd xandır,

Dal oldu onun dövləti-isminə müsəmma.


Gülzar cəmalilə məgər oldu lətafət

Ki, oldu çəmən ətrafı yenə xubü mütərra.


Mislin kimi, ey şahi-zaman, ruyi-cahanə,

Bu dövri-fələk bir dəxi göstərmədi qəta.


Xaki-rəhinə qılmağa isar şükufə,

Səbz üzrə qoydu simü zər, əsbabi-mühəyya.


Rəzminə müqabil durammaz Samü Nəriman,

Rüstəm olmaz ərlik içində sana həmta.


Uzatsa dilin dövlətinin şə’minə düşmən,

Can verməyə pərvanə sifət gəldi nə pərva.


Bəla qəddini gördü məgər türfə çəməndə,

Heyrətdə dürur sərvi-sənubər dəxi yek pa.


Sən sərvi-rəvan payinə üz sürmək üçündir,

Bostanda rəvan hər yana ma olduğu əcra.

Bitmədi xəddin kimi gülüstanda bənövşə,

Çeşmin kimi ya nərgiz, eya, gözləri şəhla.


Xəddinə bənövşə öykünəli, çeşminə nərgiz,

Oldu bunların biri siyah ruy, biri ağma.


Bitmədi, dəxi bitməyisər baği-cahanda,

Bir səncəlin ruxları gül, ləbləri həmra.


Gülruxlarını gördü çü həngami-çəməndə,

Dil bülbülü bu şeiri həman eylədi inşa.


Ey təl’əti-xurşid, eya hüsn ilə qürrə,

Eyd ayı kimi qaşların oldu çü hüveyda.


Sən qaşi-kəman, qəmzəsi ox çeşmi-xuramı

Bir tir ilə qıldı dilü can mülkünü yağma.


Hey razıyız ol qəmzələrə, qanımız içsin,

Rahətlər ola ruhuna afiyyətü səhha.


Dil mürğünü bir bənd ilə xoş dama düşürdü,

Can boynuna zülfün salalı halqeyi-sevda.


Xurşidi-cahantab dürur, gərçi deyildir,

Ayineyi-hüsnün kimi, ey mahi-mücəlla.


Çıxsın hələ min möhnət ilə can cahanda,

Hər kim ki, sənin yoluna can verməyə, cana.


Xəddini görüb, qorxaram ah etməyə nagah,

Ahimlə yana daireyi-çərxi-müəlla.

Olduqca bahar ilə müzəyyin qamu aləm,

Durduqca zəmin ilə zaman, qübbeyi-mina.


Tər, tazəyü səbz ola, şəha, baği-cəmalın,

Ömrünü məzid eyləsin ol həyyü təvana.


Bu mahi-siyam ilə bu eyd ayı haqqı çün,

Min üzr ilə tabunda edər onu təmənna.


Bu bəxti-siya Mehriyə, şəha, nəzər et kim,

İksir edə, xak eylədi dövran onu zira.


Mədh etməyə hüsnünü gülüstani-çəməndə,

Bir bülbüli-xoştə’b dürur bu dəxi guya.


Bustani-xəttin ləblərinin qönçələrindən,

Dil bülbülünü rədd edə, məhrum edə haşa.


Eydini mübarək qıla, ömrünü ziyadə,

İqbali-səadətdə məqamın ola ə’la.

245
Qəsidə
Təşnədir dil çün ləbindən çeşmeyi heyvan ona,

Mürdədir cismim qəmindən, nola, versən can ona.


Gəldiyincə can təndən qarşı çıxsa tanqmıdır,

Mülkəti-dildə xəyalın oldu çün sultan ona.


Rövzənindən zərrəvəş üstünə düşər Müştəri,

Gördü, bənzər gün cəmalın oldu sərgərdan ona.


Baxışının tirilə dil xanəsin zin eylədi,

Sinədə qəmzən xəyalı, olalı mehman ona.


Eylədim yoluna isar etmək üçün Xosrova,

Gözlərimin qanlı yaşın dürlə mərcan ona.


Xalisi-zər qılmaq üçün qəlbini aşiqlərın,

Gənci-hüsnün cövhərin saxlar dili viran ona.


Gülşəni-hüsnündə bülbül, mürğ xoş əlhan oxur,

Hər səhər gül dəftərindən nameyi-ünvan ona.


Bəzmi-hüsnün içrə lalə saqi olsa tanqmıdır,

Dolular içər gülüstanda güli-xəndan ona.


Almağa asan idi cənnət cəmalı meyvəsin,

Ruxlarında olmasa sü’ban saçın bağban ona.

Kimdir ol sultan Əhməd kim, cahan xosrovları,

Asitanında olubdur bəndeyi-fərman ona.


Müshafi-hüsnünə hər nadan qılarsa bir nəzər,

Kəşf olar ol dəmdə əzbər, şübhəsiz, Qur’an ona.


Ruhlari-şövqünə bülbül necə nalan olmasın,

Yaraşar gül qarşısına naləyü əfğan ona.


Gülşəni-hüsnündə zülfün tərpədib badi-səba,

Göstərər tavusvəş hər dəmbədəm cövlan ona.


Kuyi-yarı bir nəfəs tərk eyləməz hüccaci-eşq,

Əhli-eşqə Kə’bədir, yetər ruhi-canan ona.


Çeşminin qəsdi əgər can isə, ey şahi-cahan,

Yoluna olsun fəda, bir can nədir, min can ona.


Eyd vəslidır bu gün, gəl asitanında şahın,

Vaxtıdır, Mehri, qıl imdi canını qurban ona.


Eydi-vazehisin mübarək qılsın ol həyyi-qədim,

Dövləti-rə’fətdə dursun ömri-cavidan ona.


[Və ləhu fi mədhihi ənəri Allahu bürhanəhu]

Onun (Allahtəala onun dəlilini nurlandırsın) tə’rifi barədə


Eydi-vəslin ərz edib çün kim, götərdi şah niqab,

Nura qərq etdi cahanı, zahir oldu afitab.


Bir şahi-dövran adildir cahan ruyində kim,

Adəti-lütfü mürəvvərdir qamu fe’li səvab.

Sayəsində xoş keçər xəlqi-cahan, mirü gəda,

Dövləti-dövründə hərgiz kimsə çəkməz iztirab.


Ey səadət istəyən, gəl, canü dildən bəndə ol,

Asitanına üz çevir, bulmaq dilərsən fəthi-bab.


Ədli-mizanına gəldi kəffə oldu mehrü mah,

Lütfi-dəryasında oldu bəhri-ümman bir hübab.


Dövlət əsbində görüb, çəkdi inanını zəmin,

Gəldi meydan səadətdə, fələk öpdü riqab.


Kimdir ol? Sultan Əhməd ibn Sultan Bəyazid,

Gecəsi qadir olsun onun daima, gündüzü eyd.


***
Səltənət taxtı üzrə çıxıb yenə şahi-möhtərəm,

Taci-dövlət oranıb, geydi səxa, lütfü kərəm.


Rövşən etdi gün cəmali-pərtovundan aləmi,

Ərz edib, şahruxlarını xoş cahanə sübhdəm.


Çün tülu etdi şərəf bürcündə yenə afitab,

Hər kişi mədh etməyə min canü dildən açdı fəm. 


Dövləti-dövründə bu xəlqi-cahan oldu fərəh,

Ne’məti-xunilə doldu qamu aləmdə neəm.


Canü dildən ruzi-eydində gəlib, bel bağladı,

Ol hümayunun mələklər xidmətinə dəmbədəm.


Bir şahənşahi-cahandır binazirü bibədəl,

Bir nəzər qılsan, qoymaz canda məlamət, dildə qəm.


Kimdir ol? Sultan Əhməd ibn Sultan Bəyazid,

Səltənət təxtində olsun həşrədək ömrü məzid.


***
Ey şahi-dövran, həmişə xəlqə miri-ə’zəm ol,

Həşrədək hərdəm cahan ruyində şahi-aləm ol.


Bulduğunca nami-şöhrət ali-Osman xosrova,

Qamusundan, ey şahənşahi-zaman, sən ə’lam ol.


Ərməsin haq üstümüzdən ol hümafərr sayəni,

Dövlətü rə’fətlə bu xəlqi-cahanə məhrəm ol.


Durduğunca bu zəminü asiman, ey şəhriyar,

Zövqi-işrət sür cahan ruyində, şadü xürrəm ol.


Dostların hər dəm cahan ruyində olsun şadiman,

Daima düşmənlərin çəksin ələm, sən biqəm ol.


Bürci-iqbalü şərəfdə bu səma durduqca sən,

Ey səadət afitabı, dövlət ilə hər dəm ol.


Kimdir ol? Sultan Əhməd ibn Sultan Bəyazid,

Gecəsi qadir olsun onun daima, gündüzü eyd.


***

Gəldiyincə sövmi-eyd, ey şahi-dövran, hər zaman,

Ol səriri-səltənət təxtində hər dəm şadiman.

Sən səadət təxtgahında müqim ol həşrədək,

Dövlətin dövründə xoş keçsin qamu pirü cüvan.
Eydi-hüsnündə görüb, qaşın hilalın xosrova,

Xürrəm olsun daima sayəndə bu xəlqi-cahan.


Durduğunca bu zəminü asiman, olduqca eyd,

Eyləsin ol haq səni xəlqi-cahanə kamran.


Gəlməsin, cana, cəmalın afitabına küsuf,

Ərməsin ömrün dərəxti-bərginə badi-xəzan.


Qıl dua Mehri həman, qoy sözü, tətvil eyləmə,

Ol şahın mədhində acizdir, bilirsən hər lisan.


Kimdir ol? Sultan Əhməd ibn Sultan Bəyazid,

Gecəsi qadir olsun onun daima, gündüzü eyd.

246
Mətlə’indən aləmə ərz edəli xurşidi-tab,

Qalmadı qət’ən cahan ruyində zülmətdən səhab.


Nur verməzdi bu afaq içrə hərgiz mah onun,

Gün cəmali-ənvərindən etməsə gər iqtisab.


Titrədən xurşidi-tiği xofudur hər sübhdəm,

Bisəbəb sanma ki, bu əflakə daim inqilab.


Mətlə’indən şəms lərzan çıxdığı hər dəm budur,

Gün cəmalına müqabil olmağa eylər hicab.


Yalnız bir mah deyildir qapısı üftadəsi,

Min səfa ilə gələr baş üzrə hər sübh afitab.


Dərgahında pasiban olalı keyvan ol mahın,

Gəlmədi dövründə bir səyyarənin çeşminə xab.


Məzra’i-xanında xirmən olsa tanqmıdır cahan,

Oldu çün lütfi-həvasılə fələklər asiyab.


Əbri-lütfü tazə-tər qılsa, nola can gülşənin,

Mehrü mahdır köynəyi, çak ona olmuşdur dolab.


Əsməsə gülzara hüsnün gülşənindən bu nəsim,

Verməz idi xəlqə qət’ən buy reyhan, gül, gülab.


Şirvəş mindikcə dövlət atına ol müştəri,

Çərx çəkər hər dəm inanını, fələk tutar riqab.


Verəli ədlin əlilə aləmə lütfün məaş,

Şiddətindən ruzgarın kimsə çəkməz iztirab.


Ol hümanın görəli simrüği-ali hümmətin,

Dövləti-xanında gəldi, oldu aləm bir zübab.


Himməti-dəryası içrə bir gəmidir bu cahan,

Lütfünün bəhrində onun oldu ümman bir hübab.


Ol şahın şol rəsmidir ədli-cahan ruyində kim,

Kim nizami-aləm olar ona hər dəm intisab.


Ol cahangir zamanın görsə tiği-ləm’əsin,

Qorxusından kəndisini bilməyə Əfrasiyab.


Məktəb rayində əbcəd tüfeylidir, bil, şübhəsiz,

Görməsə hüsni-kitabından ülul-əbsar-bab.


Ol mütəvvəl lütfünün olmaz mə’anisi bəyan,

Arasan cümlə kitabı fəsli-fəslü babi-bab.


Buldu iqbal səadət, oldu hər dəm bəxtiyar,

Hər ki qıldı xidmətin can ilə dildən irtikab.


Afitabi-aləmara həft kişvəri-binazir,

Padişahi-əsri-ə’lam kamrani-rə’fəti-mab. 


Kimdir ol xaqani-ə’zəm, yəni Sultan Bəyazid,

Həşrədək olsun cahan ruyində ömrü bihesab.


Ey şahi-dövran, cahan ruyində dövlət istəyən,

Asitanında olarsan padişahin fəthi-bab.


Buldu lütfün şəmməsindən bu cahanın bağı bar,

Oldu lə’lin çeşməsindən abi-heyvanü cüllab.


Zəndə olar ta həşrədək bulur həyati-təşnə dil,

Xızırvəş hər mürdəyə versən, şəha, lütfünlə ab.


Səltənət taxtında hər dəm sana, ey kani-kərəm,

Ədli-xilqət, taci-dövlət adət olmuşdur səvab.


Ağladar hər dəm, şəha, biçarə Mehriyi fələk,

Daməni-rəhmin ilə sil yaşını, ey kamiyab.


Nola, ey kimiya nəzər, lütfünlə olsan dəstgir,

Payimal olub Amasiyyədə olmuşdur türab.


Dəhr əlindən xaneyi-qəmdə yeyibən-içməyə,

Əşki-çeşmim ab olmuşdur ürəyim həm kəbab.


Qılsan ey Yusifnəzər, lütfünlə mən biçarəyə,

E’tiqadım bu dürur bulam Züleyxa vəş şəbab.


Səltənət taxtında, şəha, dövlət ilə hər nəfəs,

Müstədam ol həşrədək görmə du aləmdə əzab.


İzzət ilə ol səma olduqca daim payidar,

Dövlət ilə dur, cahan durduqca, ey alicənab.


Fəzlin ilə qıl inayət, lütfün ilə et qəbul,

Mən qərib üftadənin, ya rəb, duasın müstəcab.


247
Xoş dəm deyilmi mövsümi-fəsli-bəhari-eyd,

Xürrəm deyilmi oldu cahan səbzəzar eyd.


Hər ca müzəyyən oldu şükufə ilə, qıl nəzər,

Səhni-çəməndə doldu səmən laləzar eyd.


Sübhün nəsimi ərəli səhni-bənövşəyə,

Oldu cahan dimağı qamu müşkbar eyd.


Hər gülüstanda laləyü nəsrinü yasəmən,

Hər bir çəməndə sərv ilə eylər çinar eyd.


Sər cümlə döndü cənnətə səhra üzü tamam,

Mamələkin axıdıb edər kuhsar eyd.


Gül təl’ətində gördü məgər lə’li-qönçəsin,

Hər bir nihali-səbzədə eylər həzar eyd.


Hüsnü münəvvər etsə cahanı əcəbmidir,

Bürci-şərəfdə eylədi ol şəhriyar eyd.


Ol kamiyab şahi-Süleymana sidq ilə,

Kim ola ki, etməyə dilü canı nisar eyd.


Gördü cəmalı Kə’bəsinin nurunu əyan,

Məqsudə ərdi idi səğirü kibar eyd.


Kəşf eyləyəli hüsni-ziyasını aləmə,

Doldu süruri-işrət ilə hər diyar eyd.


Zülfülə ruxları yetər ol xosrovun həman,

Əlqissə, xəlqi-aləmə leylü nəhar eyd.


Hər can ki vəsli-eydinə qurban olar onun,

Bunlar səadətiyü olar bəxtiyar eyd.


Olsun həmişə eyd ilə novruz hər günü,

Görsün cahanda dövlət ilə səd həzar eyd.


Ol məhliqanı gördü, necə xənda olmasın,

İllərlə keçdi görmək üçün intizar eyd.


Ya rəb, qıl onu təxti-səadətdə bərqərar,

Baqi deyilsə neyləyəlim biqərar eyd.


Hər dəm dəvami-dövlətinə, Mehri, qıl dua,

Ta həşr olunca eyləyə ol tacdar eyd.


Olsun, ilahi, sayeyi-dövlətdə müstədam,

Etsin müdam o sayeyi-pərvərdigar eyd.

248
Çün ruzi-eyd, mövsümi-fəsli-bahardır,

İşrət dəmi, fərəh gün, xoş ruzigardır.


Sübhün nəsimi ərəli hər caya qıl nəzər,

Rəngin çiçəkləri ilə qamu lalə zardır.


Qüdrət əlilə görünə reyhani-xədləri,

Yazdı yaşıl vərəqlərə ki ol kirdigardır.


Xızır misal olsa cahan tanqmı səbzəpuş,

Abi-həyat ərgürən əbri-bahardır.


Ənfası bat ərişdi məgər gülüstana kim,

Səhni-bənövşə şami-səhər müşkbardır.


Hal zəbanlə dirilib haqqı zikr edər,

Gülşənlər içrə mürği-həzaran həzardır.


Fərşi-zəbərcəd üstünə quruldu xeymələr,

Guya gəmisi zər gəmi, simdən hisardır.


Ənvai-zinət ilə cahan olsa tanqmı zin,

Ərz eyləyim cəmalını, çün şəhriyardır.


Sultan Əhməd, ol ki Firiduni-dəhrdir,

Mülki-cahanda dövlət ilə tacdardır.


Olsa əcəbmi xəlqə günəş kimi əyan,

Ol padişah ki, sayeyi-pərvərdigardır. 


Mislini görmədi dönəli bir dəxi fələk,

Bu neçə ki mahü salü leylü nəhardır.


Baği-İrəmdə ruxları gül, lə’li-qönçədir,

Səhni-çəməndə qaməti sərvi-çinardır.


Dil mürğü bəndi-zülfünə doluşsa vəchvar,

Zira kəməndi damına canlar şikardır.


Hər can, şəha, ki olmaya qurbanı hüsnünün,

Dəqiq bəlkə axır onun yeri nardır.


Ey afitab, əksi-ruxinlə günəş ikən,

Fəxr etməsin cahanda ona müstəardır.


Sən müştəri cənaba, şəha, gəlməsin zaval,

Nə edə ki, afitab səmada süardır.


Madam ki, bu sipehri-fələk eyləməz qərar,

Madam ki, bu zəminü zaman bərqərardır.


Ol sən həmişə təxti-səadətdə möhtərəm,

Gəlsin tabuna şol ki, səğirü kibardır.


Əyyami-dövlətində cahan bəyləri gəlib,

Dursun tabunda xidmət üçün hər ki vardır.


Mədh eyləmək şaha səni Mehri müxaldır,

Məddah sana mənciləyin səd həzardır.


249
Çünki göstərdi cahanə ruxlarından yar gül,

Eylədi ruyi-zəmin ətrafını ənvar gül.


Dağıdıb sünbüllərin baği-cahanın xoş səba,

Verdi əzhara rəvayih, eylədi izhar gül.


Qüdrətindən gör ki, sane’ necə göstərdi əyan,

Xakdən bərgi-səmən, lalə şəcərdən xar gül.


Döşədi çün kim, zümərrəddən bəsatını çəmən,

Guşinə taxındı şəbnəmdən dürri-şəhvar gül.


Növbaharın ləzzətin bulmaq dilərsən, bağa gəl,

Hər tərəf sərvü səmən, hər guşəsi gülzar gül.


Nə’rə urduqca səhər mürğü məgər tə’sir edər,

Qönçə gülər, sərv salar başını, oynar gül.


Səhi-sərvi üzrə çıxib, bülbül oxur şeiri-lətif,

Hüsnün əbyatın məgər kim eylədi aşkar gül.


Durma nalan ol dəxi şövqündə miskin əndəlib,

Adətidır çün kim, etmək bülbülünü zar gül.


Ruxlarınla xəttinü çeşmin gurladan xosrova,

Nərgizü lalə səməndən eylər istifsar gül.


Məclisi-səhni-çəməndə damənindən dəmbədəm,

Məqdəminə sən şahın yaqut edər isar gül.


Şah Sultan Əhmədin dövranıdır bəzmində gör,

Lalə saqi, qönçə badə oldu, xidmətkar gül.


Buyi-lütfündən bölüb verər cahan bağına buy,

Rəngi-ruyindən alıb, mərğub olar hər var gül.


Xub oxur eşqin məqamatın nəvada rastı,

Əndəlibə xoşca tə’lim eyləmiş ədvar gül.


Ya gülüb çün ruxlarına bənzərəm demiş məgər,

Sözünün bildi xətasın etdi istiğfar gül.


Çeşmini görməz məgər nərgiz ki, olub bibəsər,

Hüsnünə qılıb nəzər oldu ülul-əbsar gül.


Yazmağa xəddin bəratın gör qubar xətt ilə,

Arizi-süsəndə çəkmiş hüllələ pərkar gül.


Gül üzün baği-cahanə ərz olaldan xosrova,

Zahir oldu sanki nuri-Əhmədi Muxtar gül.


Gərçi əyyamında novruzun çəmən sultanıdır,

Leyk fəxr edər ki, ola bəzmində xidmətkar gül.


Həll olunmaz gördü eşqin müşkilatından səfaq,

Səfheyi-hüsnündə əbcəd başladı təkrar gül.


Qönçə xamuş oldu qeyrətdən dəhanın görəli,

Ruxların gördü, xəcalətdan gələr naçar gül.


Gülşəni-hüsnün, şəha, bəsdir gərəkməz cənnəti,

Gərçi kim, hər guşəsində neçə yüz min var gül.


«Ləblərinə bənzərəm» dediyiçün badi-səba,

Qönçənin çak edəli ağzın qəti qorxar gül.


Zinəti-hüsnün gülüstanında öyrənmiş məgər,

Bağlamış baği-cahanda gör nə xoş ətvar gül.


Dövləti-bağında, Mehri, həmdülilla bir şahın,

Sərvi-qəddi sayəsindəsən, nə qəm hər var gül.


Necə kim, ola şükufə ilə müzəyyən növbahar,

Necə kim, baği-cahanda açıla hər var gül.


Növbahari-hüsnün tər-tazə olsun ta əbəd,

Necə kim, ola çəmən iqliminə sərvar gül.


Eydini etsin mübarək ol kərimi-layəzal,

Gəldiyincə növbahar, olduqca bu gülzar gül.

250
Həzrəti-xaqani-ə’zəm padişahi-bimisal,

Eylədi xəlqi cahanda onu əlam Zülcəlal.


Zahir olaldan cahana gün cəmali-ənvarı,

Nura qərq oldu bu aləm, etdi zülmət irtihal.


Xülqü lütf ilə mürəttəp, binazirü bibədəl,

Elmü helm ilə mükəmməl, əhsənü sahibcəmal.


Bir şahi-dövran adildir bu gün aləmdə kim,

Dövləti-dövründə hərgiz kimsə çəkməz infiqal.


Yəni ol Sultan Əhməd kim, kərəm kanı bu gün,

Səltənət təxtində bir şahi-cahandır müstəal.


Nur verməzdi cahan ruyinə qəndili-səma,

Gün cəmali-ənvərindən olmasa gər ittisal.


«Bənzəyim» deyü kəman əbrularilə hüsnünə,

Gah bədr eylər qəmər, kəndi-özün gahi hilal.


Təl’əti-Mehri kimi göstərmədi şəmsi-münir,

Gərçi dövr eylər fələk leylü nəharü mahü sal.


Qaşına bənzədiyi bukən bu bədri-ayın hilal,

Ertə bir gün hüsnünə öykünə, yəni nə ehtimal.


Bir şahənşahi-zamandır kim, cahan xosrovları,

Hər cəhddən «La» deməz əmrinə eylər imtisal.


Aqil küll şagirdi lütf məktəbi-rayindədir,

Kimsə etməz ol şahın keyfiyyətindən qeylü qal.


Ruxlarında zülfünü tərpətdiyincə badi-sübh,

Cani-dil ihraqına ta ərişər rihi-şəmal.


Bir cahangiri-zamandır ol bu gün aləmdə kim,

Rüstəmi-Zal olsa, rəzminə gəlib etməz cidal.


Sübhdəm peyki-səba ərib dili-şuridəmə,

Dedi: ey qəmgin könül, xəndan ol, dedim: nə hal.


Dedi: vəsli-eydidir şahın, gərəkdir müjdən,

Mən dedim: can layiq isə, ibtida məndən məal.


Müshafi-hüsnündə fala niyyət etdim ol şahın,

Əvvəl əliflə hi gəldi, axırında mimü dal.


Qəm yemə şimdən qeyri, bəxti-siyahın məhv olub,

Taleyin sə’d oldu, ey Mehri, mübarəkdir bu fal. 


Rəf’ətin bürci-şərəfdə qaim olsun ta əbəd,

Təl’ətin mehrinə, şəha, ərməsin hərgiz zaval.


Dostların fövqəladə hər dəm olsun şadiman,

Düşmənin təxtis-sərada daim olsun payimal.


Ömrünü qılsın cahanda dövlət ilə müstədam,

Eydini etsin mübarək ol kərimü layəzal.


Dövlətin dövründə bulsun hər gəda izzət müdam,

Ne’mətin xanından alsınlar cahan xəlqi-nəval.

251
Sübhdəm gülşənə ərdi yenə ustadi-nəsim,

Verdi xoşbuyi-lətafət, bəzədi var nə kim.


Səbzənin tiflinə göstərmək üçün nəşv, gəlib,

Dəmbədəm səhni-gülüstanda edər dərs tə’lim. 


Bənzədib baği-cahanı yenə firdövsə bu gün,

Eylədi lalə ilə gülşəni cənnəti-nəim.


Can dimağını müəttər qılar uş hər dəmdə,

Güli-nəsrinü riyahın ilə gülşəndə nəsim.


Əsəri-lütfı ilə eylədi hər bağı behişt,

Çün nəzər etdi gülüstana bu dəm rəbbi-kərim.


Necə nəqş etdi gülüstanda ki, hər bir vərəqə,

Yədi-qüdrətlə bu gün, görsənə nəqqaşi-qədim.


Fövt olub getmiş ikən, lütfünə haqqın nəzər et,

Gör necə buldu həyat uşda yenə əzmi-rəmim.


Gülşənin hər tərəfi sərvü səhi oldu yenə,

Verdi xoş zövqü səfa cani-cahanə nitəkim.


Oturar təxti-səadətdə bu gün Xan Əhməd,

Sifəti şəmsi-münəvvərdir onun, zatı həlim.


Rahət-ədlin ilə buldu qamu xəlqi-cahan,

Rövnəqi-namın ilə oldu, şəha, həft iqlim.


Buyi-zülfündən əgər verməsə gülşəndə səba,

Gül gülüstanda cahan xəlqinə verməzdi şəm’im.


Xosrova gülruxunın şövqilə gülşəndə durub,

Tur vəş hər şəcər üstündə həzar oldu kəlim.


Xürrəm etdikcə cahan rayini gəldikcə bahar,

Olasan dövlət ilə təxti-səadətdə müqim.


Səbzəzar üstünə hər dəm gətirər badi-səba,

Xaki-payinə nisar etmək üçün zər ilə sim.


Baği-ömrünə xəzan ərmiyə haqdan dilərəm,

Eydi-əzhanı mübarək qıla rəhmanü rəhim.


Bir cahangiri-zaman sana ərə verməz aman,

Himmətin tiği edər dövi-nəriman dü nim.


Üzünə qarşu cədəl eyləməz Samü Süar,

Rüstəmi-Zal olammaz ərlik ilə sana kərim.


Oldu lütfün əsərindən bu cahan baği-behişt,

Gördü qəhrin sifətin kim, dəm urar nari-cəhim.


Mehri üftadəyə rəhminlə, şəha, eylə nəzər,

Eyləyə sana nəzər həşrədək ol heyyü alim.


Saxlasın əminü amanında səni daim əhəd,

Can içində nitəkim ola əlif hərfi-qədim.

252
Vəqti-bahar erib qoymadı dildə zərrə qəm,

Bu dəmdə qəm kimsənəyə layiq olarmı həm?


Nərgiz gözünü süzdü, görüb çeşmi-nazını,

Gülruxlarını oxşadı nəsrinü lalə həm.


Oldu çəmən ərusuna badi-səba qərin,

Gördü üzün şükufə saçar üstünə dərəm.


Dildar lə’li-yadına gülgün mey içməyə,

Xoşdur bu dəmdə al əlinə, saqi, cami-cəm.


Gəl qarşısına, cami-sübuhi sən eylə nuş,

Sığma dəriyə, qönçə kimi gül açıl bu dəm.


Gülruxların gördü məgər gülşən içrə kim,

Səhni-çəməndə tutdu həman əndəlib dəm.


Hüsnün bəratını əltdi səba gülüstana çün,

Gördü təbəssüm eylədi, hər qönçə açdı fəm.


Zülfün cahan dimağına xoşbuy can verər,

Tərpətdiyincə badi-səba onu sübhdəm.


Bənzər cəmali-bağını kəşf etdi şəhriyar,

Gül kimi güldü surəti-novruzi-möhtərəm.


Yəni cahanə xan olan ol Xan Əhmədin

Ədlini zikr edər mələk övci-fələkdə həm.


Gər bəhri-lütfünün ərə bir qətrəsi rəvan,

Ola vücudu mütəkif guşeyi-adəm.


Bulur həyati-tazəyü tər səbzəzar olar,

Ey sərvi-naz, hər yerə bassan nə dəm qədəm.


Təsvirini cəmalının, ey afitabi-hüsn,

Ruzi-əzəldə yazdı könül lövhünə qələm.


Şəha, havayi-zülfünə sabitqədəm durub,

Mehrin dəmində Mehri verər sübh kimi dəm.


Sənsən çıraği-rövşəni sübhi-səadətin,

Ey mənbəi-səxavət, vey mə’dəni-kərəm.


Eydin mübarək olsun, eya, xosrovi-zaman,

İqbalü dövlətin gününə ərməsin ələm.


Olduqca pür kəvakiblə asiman, şəha,

Sən aləm içrə dövlət ilə olasan aləm.

253
Arizin ərz edəlidən xətti-reyhan şəkil,

Məni divanə qılıb, eylədi heyran şəkil.


Qaşların Zöhrə cəbinində ki tuğra çəkdi,

Nə qələm yazdı xəttin üstünə ünvan şəkil.


Lalə xəttində ərib zülfi-siyahına səba,

Gör nə zinətlər edər sünbüli-reyhan şəkil.


Dil dilər qəmzən oxuna yer ola onun üçün,

Dərd ilə kəndi-özün eylədi peykam şəkil.


Lalənin dərd ilə dağ oldu həsəddən ciyəri,

Arizin ərz edəli sən güli-xəndan şəkil.


Dü cahan gülşəni bil gözümə zindan görünər,

Mana yar olmayacaq sən büti-rızvan şəkil.


Aləmin xəlqi yolunda necə can verməyə kim,

Sane’in sane’ tabundur, üzün iman şəkil.


Görəli çaki-zənəxdanına düşdü dilü can,

Eylədi başıma aləmləri zindan şəkil.


Çeşmi-şəhlanı nə rəmz ilə işarətlər edər,

Dilü can qəsdinə gör nərgiz fəttan şəkil.


Mehrü mah bənzəyəmi üzünə öykünmək ilə,

Gər ola ləbləri pür lə’li-Bədəxşan şəkil.


Şövqi-dəndanın ilə lə’li-dürəfşanın üçün,

Haşa Allah ki, deyəm lö’lövü mərcan şəkil.


Çevrəsin abi-həyatın ki, tutar müri-xəttin,

Guya ki xatimidir möhri-Süleyman şəkil.


Mürdeyi-canü dilə verdi həyati-əbəd,

Ləblərin olduğu çün çeşmeyi-heyvan şəkil.


Zülfi-tavusini gör gülşəni-hüsn içrə necə

Cilvələr ərz qılar hər yana cövlan şəkil.


Qəddi-dilcuy nihalını görüb rast dedim:

«Bu nə xoş meyvə ilə nəxli-xuraman şəkil».


Olma xamuş, yaraşmaz sana, ey qönçə dəhan,

Qıl təbəssüm, ola hər guşə gülüstan şəkil.

Ləbi-meygünü xəyal ilə gözüm xanəsinin

Qabağı safi dolubdur yenə pür qan şəkil.


Dövr edə dövri-fələk, çənbəri-çərxin yıxıla,

Görməyə sənciləyin bir mahi-taban şəkil.


Mana iqbalü səadətdə yetər mənsəbü cah,

Vəslinin şəmməsinə ki, ola ehsan şəkil.


Üzünə qarşı müqabil olammaz şəmsü qəmər,

Gördü bürtərdi üzün, eylədi nöqsan şəkil.


Dəhanın sirrini bilmədiyi çün qönçə açılıb,

Qaldı heyrətdə, yetər hali-pərişan şəkil.


Rövzeyi-kuyini gördükdə derəm: xüldi-nəim,

Yaraşar hurilə qulman ola dərban şəkil.


Ərşi-ə’laya ərişər əlim, ey şahi-cahan,

Hər haçan kim, vararam kuyinə mehman şəkil.


Dövri-Dara pozulub, dövri-İskəndərmi əylər,

Şəhriyar olalı sən xosrovi-xaqan şəkil.


Eydi-vəslinə ərərsəm əgər, ey məhliqa,

Qılayım canı fəda, yoluna qurban şəkil.


Gördü meydani-səadətdə günəş top oldu,

Çünki Xan Əhmədin ol zülfünü çovqan şəkil.


Düşmənin başını təkər kimi hər yana tökər,

Tiği-qəhrin ki, haçan bərq ura üryan şəkil.


Hər ki yavuz sanar isə sana, ey şahi-kərəm,

Gözü giryan olayü sinəsi büryan şəkil.


Dilərəm lütfi-şahənşah ilə mə’zur ola,

Mehrinin olmadığın lütfiyə iqran şəkil.


Şahi-alidən ərişərsə inayət nəzəri,

Əcəb olmaz gər olam şeir ilə Səlman şəkil.


Həmdülilla ki, xoşuyuz lütfi-nəsimilə bu gün,

Ah əgər çərxi-fələk cövr edə dövran şəkil.


«Afərin» deyəyü təhsin edə Cəbrail əmin,

Hər haçan kim, oxusam mədhini Həssan şəkil.

254
Şəha, dilərsə hər kişi kim, bəxti xar ola,

Baş qoysun ayağına ki, ona bəxt yar ola.


Bu xülqü bu səxavətü bu lütfü bu kərəm

Kim səndə var, cahanda dəxi kimdə var ola.


Göstər cahana gülşəni-hüsnün ki, xosrova

Gül kimi gülə surəti, aləm bahar ola.


Ey sərfəraz nazla seyr et ki, gülüstan,

Əksi-ruhinlə səhni-çəmən laləzar ola.


Sünbül saçına, gül üzünə, lalə xəttinə,

Gər «bənzərəm» der isə qəti-şərmisar ola.


Gülruxlarına kəndisini ərz qılmasın,

Hüsnün qatında ona dəxi nə etibar ola.


Gül «bənzərəm xəttinə» deyü laf urardı, gör,

Gəldi ki, dəstbus edə, nə vəchi var ola.


Cana cahan dimağını xoş müşkbuy qılar

Zülfün, üzarın üzrə haçan tarü mar ola.


Ya rəb, izzü dövlət ilə Xan Əhmədin

Bir günü bu cahanda həzaran-həzar ola.


Həlmü vüqarü lütfü şəfaət dedikləri,

Bu dəhri dun içində məgər səndə var ola.


Can lövhəsində yazdım xəttin xəyalını,

Ta həşr olunca saxlaya, ol yadigar ola.


Firdövs bağının güli-xəndanısan, çü sən

Bülbüllərin, şəha, bəs neçün qəmdə zar ola?


Gər sən səməndi-dövlətə olasan süvar, ey şah,

Rüstəm önüncə min dil ilə qaşiyədar ola.


Hüsnün günü münəvvər ola həşrədək şəha,

Neçə ki asimanü zəmin bərqərar ola.


Badi-xəzan ərişməyə ömrün baharına,

Ruyi-cahan neçə ki xəzanü bahar ola.


Ömrün binası möhkəm ola həşrədək sənin,

Bəxtın əsası dövlət ilə payidar ola.


Budur duası şamü səhər Mehrinin şaha,

Ömrün günü cahanda həzaran-həzar ola.


Dil əndəlibi dərd ilə qılsın qoy nalələr,

Çün qarşısında sənciləyin gül’üzar ola.






Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə