MəİŞƏt zorakiliği töRƏTMİŞ ŞƏXSİN İNZİbati VƏ Cİnayət məsuliYYƏTİNƏ CƏlb ediLMƏSİNİN



Yüklə 113,29 Kb.
Pdf görüntüsü
tarix01.11.2017
ölçüsü113,29 Kb.
#7868


 

- 1 - 


 

 

 



 

 

 



 

 

 



 

 

 



 

MƏİŞƏT ZORAKILIĞI TÖRƏTMİŞ ŞƏXSİN İNZİBATİ 

 VƏ CİNAYƏT MƏSULİYYƏTİNƏ CƏLB EDİLMƏSİNİN 

HÜQUQİ ƏSASLARI 

 

T Ə H L İ L 



 

 

 



 

 

 



 

 

 

 

 

 



 

 

 



 

 

 



 

 

BAKI-2014 



 

 


 

- 2 - 


 

 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

Bu təhlil  Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqası və “Təmiz Dünya” Qadınlara Yardım 



İctimai  Birliyindən ibarət  QHT  Koalisiyası  tərəfindən  həyata  keçirilən ABŞ  Beynəlxalq  İnkişaf 

Agentliyinin  vəsaiti  ilə  Kaunterpart  İnternational  təşkilatı  tərəfindən  maliyyələşdirilən 

Qadınlara qarşı zorakılığın aradan qaldırılması üzrə İctimai vəkillik kampaniyası“   layihəsi 

çərçivəsində hazırlanmışdır. 

 

 



 

“Bu təhlil ABŞ  Beynəlxalq  İnkişaf  Agentliyi  (USAİD)  vasitəsi  ilə  Amerika  Xalqının  təmənnasız 

yardımı hesabına işıq üzü görmüşdür. Burada əks olunmuş fikirlərə görə müəllif məsuliyyət daşıyır 

və bu fikirlər heç də  mütləq olaraq USAİD-in  və ya ABŞ Hökumətinın mövqeyi əks etdirmir.”

 

 



 

 

 



 

 

 



 

 

 

© Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqası                                                                              

©“Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyi  

 

 



                                                        

 

 


 

- 3 - 


 

MÜNDƏRİCAT 

 

Xülasə.............................................................................................................................................  4 

Məişət zorakılığının qarşısının alınmasının hüquqi əsasları.......................................................... 4 

Məişət zorakılığının qarşısının alınması sahəsində cinayət təqibi.................................................. 5 

Məişət zorakılığının qarşısının alınmasında hüquq-mühafizə  

orqanlarının vəzifələrinin müəyyən edilməsi................................................................................. 8 

Tövsiyələr..................................................................................................................................... 10 

İnzibati xətalar Məcəlləsində Məişət zorakılığının  

qarşısının alınmasına yönələn məsuliyyət ................................................................................... 11 

Tövsiyə......................................................................................................................................... 12 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 



 

- 4 - 


 

Xülasə 

 

Təqdim olunan tədqiqatda ailə-məişət zəmnində baş verən kriminal xarakterli zorakılıqlarla bağlı 

Cinayət Məcəlləsində nəzərdə tutulan cəzalar və onların xarakteri araşdırılır. 

Cinayət  Məcəlləsinə  ailə-məişət  zəmnində  baş  verən  cinayətlərlə  bağlı  ayrıca  cəzalar  nəzərdə 

tutulmur və bu cəzalar ümumi əsaslarla müəyyən edilir. 

Ailə münasibətlərinin spesfik xarakteri isə ailə daxilində baş verən cinayətlərin təqib olunmasında 

da  fərqli  yanaşma  tələb  edir.  Bu  baxımdan  tədqiqat  matrealında  Cinayət  Məcəlləsinə  müvafiq 

əlavə və dəyişikliklərin edilməsi və mövcud maddələrə ümumi əsaslarla tətbiq edilən cəzalardan 

fərqi, bir sıra hallarda isə alternativ olan cəzaların tətbiqi təklif edilir. 

Tədqiqata Cinayət Məcəlləsinə dəyişiklik və əlavələrlə bağlı tövsiyyələr də daxil edilmişdir. 

Tədqiqatda həmçinin cinayət xarakteri daşımayan zorakılıqlarla bağlı İnzibati Xətalar Məcəlləsinə 

müvafiq  əlavələrin  və  dəyişikliklərin  edilməsi  də əsaslandırılır  və  bu  dəyişikliklə  bağlı  konkret 

tövsiyyə verilir. 

 

Məişət zorakılığının qarşısının alınmasının hüquqi əsasları 

 

Məişət zorakılığı və ya ailədə zorakılıq halları yalnız bir ailənin deyil, cəmiyyətin təhlükəsizliyinin 



əsasları üçün təhdiddir. Məişət zorakılığının total xarakter daşıması, xüsusən də bu zorakılıqların 

patriarxat dəyər və adətlərin hökümran olduğu cəmiyyətlərdə baş verməsi cəmiyyətin və dövlətin 

inkişafını əngəlləyəcək qədər təhlükəlidir. Məişət zorakılığına qarşı mübarizə bütün cəmiyyətlərdə 

olduqca mürəkkəb bir işdir. Bir tərəfdə ailə münasibətlərinin bir çox tərəflərinin cəmiyyət üçün 

qapalı olması, digər tərəfdə ailəyə kənar müdaxilələrin bir çox hallarda problemin həll etməkdən 

çox  onun  dərinləşməsinə  və  ailənin  dağılmasına  gətirməsi  təhlükəsi  bu  sahədə  mübarizəni 

aparmaq üçün xüsusi və həssas yanaşma tələb edir. Həm də, ailə münasibətlərinə kənar müdaxilə 

“qanunvericiliklə  müəyyən  edilmiş  hallar  və  hüdudlar  istisna  olmaqla  hər  kəsin  şəxsi  və  ailə 

həyatına müdaxilənin yolverilməzliyi” prinsipinə əsaslanmalıdır. 

Bu baxımdan ailədə zorakılıq hallarının qarşısının alınmasına yönələn bir qanunun qəbulu kifayət 

deyildir. Məişət (ailə) zorakılığı probleminin həlli kompleks yanaşma, məqsədli tədbirlərin həyata 

keçirilməsini tələb edir. Kompleks tədbirlər zəruri hüquqi bazanın, o cümlədən inzibati cəza və 

cinayət  təqibinə  imkan  verən  qanunvericilik  aktlarının  qəbulu,  mexanizmlərin  yaradılması,  

zorakılığın xəbərdar edilməsi, zorakılığın qarşısının alınması, qurbanların müdafiəsi, reablitasiyası 

kimi tədbirləri əhatə etməlidir. 

Yaxın illərə qədər məişət zəmnində baş verən zorakılıqlara qarşı mübarizə yalnız cinayət təqibini 

həyata  keçirməklə  kifayətlənirdi.  Belə  ki,  məişətdə  (ailədə)  cinayət  əsaslı  zorakılıq  olduqda 

Cinayət qanunvericiliyinin müvafiq müddəaları tətbiq edilməklə cinayət təqibi həyata keçirilirdi. 

Lakin məişət zorakılığı yalnız kriminal xarakterli deyildir. Ona görə də məişət zorakılığına qarşı 

mübarizə yalnız Cinayət  qanunvericiliyi ilə aparıla bilməz. 

 Məişət zorakılığına qarşı mübarizənin hər tərəfli və kompleks şəkildə həyata keçirilməsi, məişət 

zorakılığının profilaktikasının təmin edilməsi məqsədi ilə 2010-cu ilin 22 iyun tarixində “Məişət 

zorakılığının qarşısının alınması haqqında” Azərbaycan Respublikasının Qanunu qəbul edilmişdir. 

Bu Qanun məişət zorakılığı zəminində baş verən zorakılığın qarşısının alınması mexanizmlərinin 

yaradılması  və  tənzimlənməsi  məqsədini  güdür.  Qanunun  əsas  yükü  ailə  münasibətlərinin 

qorunması  ilə  bərabər,  həm  də,  zorakılıqdan  zərər  çəkən  şəxslərin  sosial  mühafizəsini  təmin 

etməkdir. Qanunun qəbulu xəbərdaredici vasitələrin və reabilitasiya təsisatlarının formalaşmasına 



 

- 5 - 


 

və məişət zorakılığı ilə kompleksli mübarizə üçün vahid mexanizmlərin formalaşmasına hüquqi 

əsaslar yaratdı. “Məişət zorakılığının qarşısının alınması haqqında” Azərbaycan Respublikasının 

Qanunun əsas əhəmiyyəti onun məişət zorakılığının formalarını açıqlamaqdır: fiziki, psixi, cinsi 

zorakılıq və habelə iqtisadi xarakterli qanunsuz məhdudiyyətlər

1



“Məişət  zorakılığının  qarşısının  alınması  haqqında”  qanun    yalnız  qadınların  deyil,  digər  ailə 

üzvlərinin, o cümlədən uşaqların fiziki, psixi, cinsi və iqtisadi xarakterli zorakılıqlardan müdafiə 

edir. Nəzərə alınmalıdır ki, ölkənin əyalət hissələrində məişət zorakılığı  bir ailənin çərçivələrindən 

kənara çıxa bilər. Yəni, bir ailə tərkibində olmayan, lakin ailə ilə qohumluq əlaqələri olan şəxslər 

də məişət zorakılığının qurbanları və ya əksinə zorakılıq tətbiq edən şəxs rolunda ola bilər. 

Qanuna əsasən, məişət zorakılığı barədə şikayətə 2 növ dövlət orqanı baxır: 

 

Cinayət təqibini həyata  keçirən orqanları - cinayət-prosessual qanunvericiliklə müəyyən 



edilmiş  qaydada  -  əgər  şikayətdə  törədilmiş  və  ya  hazırlanan  cinayətlər  haqqında 

məlumatlar varsa, 

 

Müvafiq icra hakimiyyəti orqanları - əgər şikayətdə cinayət tərkibinin əlamətləri yoxdursa. 



Məişət zorakılığının qarşısının alınması sahəsində cinayət təqibi 

Azərbaycan Respublikasının Cinayət Məcəllləsində cinayət xarakterli cinayətlərin törədilməsi və 

ya hazırlanması ilə bağlı  xüsusi maddələr yoxdur. Cinayət Məcəlləsinin bir sıra maddələri məişət 

kriminalı ilə  bağlı cəzaları  müəyyən  edir.  Bu  maddələrə,   Qəsdən  adam  öldürmə  (maddə  120), 

Qəflətən baş vermiş güclü ruhi həyəcan vəziyyətində qəsdən adam öldürmə (maddə 122), Özünü 

öldürmə həddinə çatdırma (maddə 125), Qəsdən sağlamlığa ağır zərər vurma (maddə 126), Qəsdən 

sağlamlığa az ağır zərər vurma (maddə 127), Qəsdən sağlamlığa yüngül zərər vurma (maddə 128), 

Qəflətən baş vermiş güclü ruhi həyəcan vəziyyətində qəsdən sağlamlığa ağır və ya az ağır zərər 

vurma  (maddə  129),  Ehtiyatsızlıqdan  sağlamlığa  az  ağır  və  ya  ağır  zərər  vurma  (maddə  131), 

Əzab vermə (maddə 133), Öldürməklə və  ya  sağlamlığa ağır  zərər  vurmaqla hədələmə (maddə 

134),

 Qanunsuz azadlıqdan məhrum etmə (maddə 145), Zorlama (maddə 149), Seksual xarakterli 



zorakılıq hərəkətləri (maddə 150), Seksual xarakterli hərəkətlərə məcbur etmə (maddə 151), On 

altı  yaşına  çatmayan  şəxslə  cinsi  əlaqədə  olma  və  ya  seksual  xarakterli  digər  hərəkətlər  etmə 

(maddə 152),

 Əxlaqsız hərəkətlər (maddə 153), Qadını nikaha daxil olmağa məcbur etmə (maddə 

176-1) və s. aid edilir. 

Ümumi hallarda tətbiq edilən maddələrin çoxluğuna baxmayaraq bu maddələrin heç biri “Məişət 

zorakılığının qarşısının alınması haqqında” Qanunda əks olunmuş və zorakılıq forması olan psixi 

zorakılıqla  bağlı  cinayət  təqibini  həyata  keçirməyə  imkan  vermir.  Eyni  zamanda  Cinayət 

Məcəlləsində  psixi  zorakılığın  qarşısının  alınmasına  yönələn  cəzanı  nəzərdə  tutan  maddə  də 

yoxdur.  “Məişət  zorakılığının  qarşısının  alınması  haqqında”  Qanunun  məqsədləri  üçün  psixi 

zoraklıq dedikdə “ Qanunun şamil edildiyi şəxslərin birinin digərinə qəsdən psixi təzyiq göstərməsi 

və ya dözülməz psixi şərait yaradılmasına yönəlmiş hərəkətlər” nəzərdə tutulur. 

Cinayət  Məcəlləsinin  125-ci  maddəsində  (Özünü  öldürmə  həddinə  çatdırma)  göstərilən 



“Təqsirkardan maddi, xidməti və ya sair cəhətdən asılı olmuş zərərçəkmiş şəxsi onunla amansız 

rəftar  etmə,  onun  ləyaqətini  mütəmadi  olaraq  alçaltma,  ona  hədə-qorxu  gəlmə  yolu  ilə  özünü 

                                                             

1

 Ceyhun Qaracayev. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin hakimi. Mənbə: 



http://femida.az/2012/05/04/az%C9%99rbaycan-respublikasında-m%C9%99is%C9%99t-zorakılıgı-il%C9%99-

mubariz%C9%99-n%C9%99z%C9%99riyy%C9%99-tarix-v%C9%99-t%C9%99crub%C9%99/ 




 

- 6 - 


 

öldürmə  və  ya  özünü  öldürməyə  cəhd  həddinə  çatdırma”müddəanı  bu  halda  tətbiq  etmək 

mümükündür.  Lakin bu  yalnız o halda mümükündür ki, qurban özünə qəsd etmiş olsun.  Lakin 

cəmiyyətdən fərqli olaraq ailə daxilində özünü öldürmə həddinə çatdırma halının olmasını sübut 

etmək hər zaman mümükün olmayacaqdır və praktikada belə hallar intihar halı kimi qeydə alınır. 

Cinayət təqibi praktikasına əsaslansaq qeyd edə bilərik ki, cinayət təqibini həyata keçirən orqanlar 

(vəzifəli şəxslər) ictimai yerlərdə baş verən bu tipli hallara (özünə qəsd) zəmin yaradan halları 

qiymətləndirirlər və bunu ictimai təhlükəli əməl hesab edirlər, lakin eyni hal ailə daxilində baş 

verdikdə  yanaşma praktikası fərqli olur. 

 

 “Məişət zorakılığının qarşısının alınması haqqında” Qanunda nəzərdə tutulan digər bir zorakılıq 



formasının-məişət zəminində iqtisadi xarakterli qanunsuz məhdudiyyət-zəmnində olan əməllərin 

də cinayət təqibini həyata keçirilməsi üçün konkret müddəalar və cəza nəzərdə tutulmur.  

Qanunda məişət zəminində iqtisadi xarakterli qanunsuz məhdudiyyət dedikdə “ bu Qanunun şamil 

edildiyi  şəxslərin  birinin  digərini  onun  mülkiyyətində,  sərəncamında  və  ya  istifadəsində  olan 

əmlakdan, gəlirlərdən məhrum etməsinə, iqtisadi asılılıq yaratmasına, belə asılılığı saxlamasına 

və ya ondan sui-istifadə etməsinə yönəlmiş hərəkətləri” nəzərdə tutulur. 

Nəzəri baxımdan Cinayət Məcəlləsinin “iqtisadi sahədə cinayətlər” bölməsində nəzərdə tutulan 

bəzi  maddələrin  məişət  zəminində  iqtisadi  xarakterli  qanunsuz  məhdudiyyətlərin  olması  halıda 

tətbiqi mümükün ola bilər. Lakin bunun praktikada tətbiqi yalnız nikahın pozulması baş verdikdə 

ayrı-ayrı hallar üzrə mümükündür. 

Bu nöqteyi-nəzərdən yanaşaraq cinayət işlərinə yalnız ailədə qəsdən və ya ehtiyatsızlıqdan adam 

öldürmə, sağlamlığa ağır zərər vurma hallarında başlanılır. Digər konfliktlər, o cümlədən psixi və 

iqtisadi xarakterli zorakılıq formaları ailənin daxili işi kimi qalır. 

Cinayət Məcəlləsində hazırda mövcud olan cəzanın tətbiqini praktiki baxımdan mümükünsüz edən 

səbəblərdən biri də ailə daxilində baş verən zorakılıqların kifayət qədər latent (gizli, üstüörtülü) 

xarakter  daşımasıdır.  Məişət  zoraklığında  mövcud  olan  yüksək  latentlik  Cinayət  Məcəlləsində 

hazırda olan müddəaların bir çoxunun tətbiqinə imkan vermir. 

 

Məişət  zorakılığının  qarşısının  alınması  haqqında”  Qanunun  4-cü  maddəsində  qanunun  tətbiq 



edildiyi şəxslər göstərilmişdir.  

 



yaxın qohum olan ailə üzvlərinə (ər, arvad, valideynlər, uşaqlar, nənələr, babalar, nəvələr, 

doğma və ögey qardaşlar və bacılar, övladlığa götürmüş və övladlığa götürülmüş şəxslər), 

habelə birgə yaşadığı hallarda digər qohumlara; 

 



nikah pozulduqdan sonra birgə və ya ayrılıqda yaşayan keçmiş  ər-arvada

 



qəyyum və ya himayəçi təyin olunmuş fiziki şəxslərə, habelə üzərində qəyyumluq və ya 

himayəçilik təyin edilmiş şəxslərə; 

 

qanuni nikahda olmadan birgə yaşayan kişi və qadına, habelə onlarla birgə yaşayan yaxın 



qohumlarına

Praktikada məişət zorakılığının pozulması zəmində cinayət işlərinə başlanılması hallara içərisində  



nikaha xitam verildikdən sonra baş verən cinayət xarakterli zorakılıqlarla bağlıdır. 


 

- 7 - 


 

İstintaq və məhkəmə praktikasında həmçinin qısqanclıq zəmində ərin qadının sağlamlığına az ağır, 

ağır,  xüsusilə  ağır  xəsarətlərin  yetirilməsi,  qəsdən  və  ya  ehtiyatsızlıqdan  (məsələn  döymə 

nəticəsində) baş verən adam öldürmə cinayətləri üstünlük təşkil edir. 

 Bir çox hallarda məişət zorakılığının qurbanları hüquq-mühafizə orqanlarına şikayət etsələr belə 

sonradan  şikayətlərindən  imtina  edirlər.  Bunu  çoxsaylı  səbəbləri  içərisində,  hüquq-mühafizə 

orqanlarına inamsızlıq, qorxu, sonradan yaşamaq üçün imkanların olmaması (maliyyə və yaşayış 

yeri ilə bağlı asılılıq) ilə bağlı olan səbəblərdir.  

Hazırda  mövcud  olan  cəzaların  yalnız  ağırlaşdırıcı  hallarda  tətbiqi  onu  göstərir  ki,  məişət 

zorakılığı ilə mübarizədə cinayət təqibi ilə bağlı yanaşmalar əsaslı surətdə dəyişməlidir. 

Eynizamanda  hətta  hüquq  mühafizə  orqanlarına  şikayət  vermiş  qurbanların  bir  çoxu  cinayət 

xarakterli  zorakılığın  qarşısının  alınmasına  yönələn  tədbirləri  səmərəsiz  və  ziyanlı  sayır. 

Paraktikada  çoxsaylı  hallar  vardır  ki,  zorakılığı  tətbiq  edən  şəxs  müəyyən  müddətə  azadlığdan 

məhrum edilir. Lakin ər-arvad arasında nikah münasibətləri qalmaqda davam edir və ailənin bütün 

qayğıları,  o  cümlədən  cəza  çəkən  şəxsə  baş  çəkmək  (bununla  bağlı  yaranan  xələllər  də  daxil) 

qurbanın üzərinə düşür. Digər tərəfdən şikayət verən qurban nəinki qohumların, həm də əlaqəli 

cəmiyyət üzvlərinin (qonşular, iş yoldaşları və s.) qınaq obyektinə çevrilirlər. 

Hər  hansı  pul  cəzaları  da  sonda  qurbanın  da  üzv  olduğu  ailənin  maddi  vəziyyətini  daha  da 

pisləşdirir. 

 

Mövcud cinayət təqibi parktikası yalnız cəzalandırmağa əsaslandığından effektiv nəticə alınmır. 



Zərərçəkənin  şikayəti  nəticəsində  cinayət  xarakterli  əməl  müəyyən  edilərsə,  dərhal  cəza 

mexanizmləri  (istintaq,  məhkəmə  və  bunların  fəaliyyətinin  nəticəsi  olaraq  müəyyən  müddətə 

azadlıqdan məhrum etmə) işə düşür. 

 

Praktika göstərir ki, məişət zorakılığı törətmiş şəxslərin xeyli hissəsi ilk dəfə mühakimə olunan 



şəxslər olur. Bu baxımdan Cinayət qanunvericiliyində alternativ cəza növlərinin nəzərdə tutulması 

zərurəti vardır. 

 

Cinayət təqibi paraktikası ilə bağlı geniş yayılmış daha bir hal barədə.  Bir çox ölkələrdə (əsasən 



postsovet ölkələri timsalında) hüquq-mühafizə orqanları əslində cinayət xarakterli zorakılıqların 

bir çoxunu (məsələn: əzab vermə) ailənin daxili işi kimi qəbul edirlər. Bu zaman onlar konkret baş 

vermiş hadisə (konkret xəsarət, ağır zədə, xüsusən kəsici alətlərlə xəsarət yetirmə halında) cinayət 

işinə başlayırlar. 

Yəni hüquq mühafizə orqanları ailədə adam öldürmə və sağlamlığa ağır və xüsusilə ağır xəsarət 

yetirilməsi hallarında aldıqları informasiya  əsasında cinayət işinə başlayırlar, lakin  əzab vermə, 

döymə, təhqir və s. hallarda yanaşma fərqli olur. 

 

Məhz  bu  səbədən  mövcud  Cinayət  qanunvericiliyi  aliə  (məişət)  zəmnində  baş  verən  cinayət 



xarakterli əməllərin təqibi üçün yeni və alternativ cəza formaları ilə zənginləşdirilməlidir. 

Məişət  zorakılığının  qarşısının  alınmasında  hüquq-mühafizə  orqanlarının  vəzifələrinin 

müəyyən edilməsi   

“Məişət zorakılığının qarşısının alınması haqqında” Azərbaycan Respublikasının Qanununun və 

bu qanunun tətbiqi ilə əlaqədar qəbul olunmuş digər normativ-hüquqi aktlar məişət zorakılığına 



 

- 8 - 


 

qarşı  mübarizənin  və  bu  zəmində  baş  vermiş  zorakılıqlarla  bağlı  cinayət  təqibinin  və  inzibati 

məsuliyyətə cəlb etmənin yeni əsaslar üzərində qurulmasını tələb edir. 

Qanunun məqsədi yalnız  məişətdə baş verən cinayət xarakterli və ya inzibati məsuliyyət yaradan 

əməl  və  hərəkətləri  törədənlərin  cəzalandırılması  deyildir.  Qanun  əsas  qayəsi  ailə  məişət 

münasibətlərində ortaya çıxan konfiliktlərin qarşısını almaq və onun profilaktikasıdır. 

“Məişət  zorakılığının  qarşısının  alınması  haqqında”  Azərbaycan  Respublikasının  Qanununun 

komentariyasını  hazırlamış  Konstitusiya  Məhkəməsinin  hakimi  Ceyhun  Qaracayev  adı  gedən 

kitabda qeyd etmişdir ki, “Məişət zorakılığı anlayışı təhlil edilərkən onun bütün mövcud növlərini 

cinayət  xarakterli  adlandırmaq  düzgün  olmazdı.  Ailə  üzvlərinə  qarşı  təhlükəli  zorakılığın 

məzmunu  onun    ictimai  təhlükəsinin  dərəcəsi  və  xüsusiyyətindən  aslıdır.  Məişət  zorakılığının  

ictimai  təhlükəlilik  dərəcəsi  onun  hüquqa  zidd  olması,  qabaqcadan  hazırlanması,  cinsi  zəmində 

həyata kecirilməsi,şəxsiyyətin istəyinə zidd olaraq azadlıqdan məhrum edilməsi, insanın səhhətinə 

agır  dərəcəli  müxtəlif  xəsarətlərin  yetirilməsi  ilə  müəyyən  olunur.  Əməlin  ictimai  təhlükəlilik 

dərəcəsi müəyyən edildikdən sonra qanunvericilikdə onun cinayət, inzibati və ya digər sosioloji 

xarakterli olması göstərilə bilər

2

”. 


Bu baxımdan Qanunda məişət zorakılıqla bağlı şikayətlərə baxan iki orqan müəyyən olunmuşdur. 

Bunlardan  biri  hüquq-mühafizə  orqanıdır  (polis),  digəri  isə mülki  dövlət  orqanlarıdır.  Qanunun 

tətbiqi ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin imzaladığı Fərmana

3

 əsasən Nazirlər 



Kabineti 

Məişət 



zorakılığı 

barədə 

şikayətdə 

cinayət 

tərkibinin 

əlamətləri 

olmadıqda,şikayətlərə baxılma” Qaydasını

4

 qəbul etmişdir.  

 “5.1-ci  maddədə  cinayət-prosessual  qanunvericiliyə  istinad  edilərək  cinayət  xarakterli  məişət 

zorakılığı halları ilə şikayətlərə cinayət-prosessual qaydada baxılması göstərilsədə,aidiyyəti dövlət 

orqanının  növü  qeyd  edilmir.  Əksər  xarici  ölkələrin  müvafiq  qanunlarında  cinayət  xarakterli 

məişət  zorakılığı  ilə  bağlı  şikayətlərə  baxılması  polis  orqanlarının  səlahiyyətlərinə  aid  edilir. 

Məişət  zəminində  baş  verən  hüquq  pozuntularının  qarşısının  alınması    Azərbaycan  

qanunvericiliyinə  müvafiq  olaraq  polis  orqanlarının  vəzifəsidir.Güman  etmək  olar  ki,  məişət 

zorakılığı ilə bağlı psixi və ya iqdisadi zorakılığın qarşısının alınması vəzifəsi xüsusi təlim keçmiş 

polis orqanlarının  səlahiyyətinə aid ediləcək.  CPM-nin 47.1-ci maddəsində göstərilir ki, “cinayət 

təqibi  üzrə  icraat  cinayət  prosesini  həyata  keçirən  orqan  tərəfindən  aparılır.”  Deməli  gələcəkdə 

məişət  zorakılığına  dair  yeni  növ  cinayət  işləri  üzrə  təhqiqat  və  istintaq  polis  orqanlarının 

səlahiyyətinə aid ediləcək

5

”. 


Məişət  zorakılığının  qarşısının  alınması  və  ona  qarşı  mübarizə  ailənin  dağılmasına  deyil,  onun 

möhkəmləndirilməsinə və davamlı olmasına xidmət etməlidir. Bir sıra ölkələrin müvafiq qanunu 

“Məişət zorakılığının profilaktikası haqqında” Qanun adlanır. Əslində əsas məsələ də profilaktika 

üzərində qurulmalıdır. Bu sahədə fəaliyyət göstərən aidiyyatı təsisatlar və vəzifəli şəxslər peşəkar 

olmalı və konkret sahə üzrə ixtisaslaşmalıdırlar. 

                                                             

2

 

“Məişət zorakılığının qarşısının alınması haqqında” Azərbaycan Respublikasının Qanununun komentariyası. C.H. 



Qaracayev. Bakı 2011. Azərbaycan Hüquqşünaslar Konfederasiyası

 

3



 

“Məişət zorakılığının qarşısının alınması haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi 

barədə  Azərbaycan Respublikası Prezidentinin Fərmanı.

 Bakı şəhəri, 1 oktyabr 2010-cu il

 

4

 



Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2012-ci il 24 fevral tarixli 46 nömrəli qərarı ilə təsdiq edilmişdir

 

5



 

“Məişət zorakılığının qarşısının alınması haqqında” Azərbaycan Respublikasının Qanununun komentariyası. C.H. 

Qaracayev. Bakı 2011. Azərbaycan Hüquqşünaslar Konfederasiyası

 



 

- 9 - 


 

“Ailə  cəmiyyətin  və  dövlətin  hüceyrəsidir.  Ailə  münasibətlərinin  inkişafı  və  qorunması  hər  bir 

cəmiyyətin marağındadır. Ailə sabitliyindən nəslin davamı və cəmiyyətin inkişafı asılıdır. Məhz 

bu  baxımdan  dövlət  ailənin  qorunması  və  möhkəmlənməsində    maraqlıdır.  7.0.4-cu  maddədə 

məişət zorakılığı faktı üzrə araşdırmanın aparılması zamanı münaqişə tərəflərinin münasibətlərinin  

normallaşmasına və ailədə münasibətlərin bərpa olunmasına kömək göstərmək vəzifəsi müəyyən 

edilir. Bu vəzifə münaqişənin həlli ilə məşğul olan ixtisaslaşmış polis  əməkdaşları,sosial işçilər 

və digər vəzifəli şəxslər qarşısında qoyulur

6

”. 


 

Bu baxımdan məişət zorakılığınının profilaktikası, xəbərdar edilməsi, baş vermiş zorakılıqla bağlı 

inzibati tədbirlərin və cinayət təqibinin həyata keçirilməsi həm xüsusi yanaşma, həm də ümumi 

qaydalardan  fərqli  hüquqi  tənzimləmə  tələb  edir.  Bu  nöqteyi-nəzərdən  çıxış  edərək  ənənəvi 

metodların xarakteri əsaslı surətdə dəyişməlidir. Cinayət xarakterli məişət zorakılıqlarını araşdıran 

və  istintaq  hərəkətlərini  həyata  keçirən  hüquq-mühafizə  orqanı  bu  sahədə  ixtisaslaşmalıdır.  Bir 

sıra  ölkələrdə  (Qazaxstan)  poliş  şöbələrində  qadınların  zorakılıqdan  mühafizəsi  üzrə  qruplar 

yaradılmışdır. Azərbaycanda da,

  

bu məqsədlə ixtisaslaşmış polis təsisatı yaratmaq və ya mövcud 



struktur tərkibində ixtisaslaşmış şöbələrin və ya vəzifəli şəxslərin müəyyən edilməsi, xüsusən də 

belə şöbələrin və vəzifəli şəxslərin qadınlardan ibarət olması  vacibdir.  



 

 

                                                             

6

 

Məişət zorakılığının qarşısının alınması haqqında” Azərbaycan Respublikasının Qanununun komentariyası. C.H. 



Qaracayev. Bakı 2011. Azərbaycan Hüquqşünaslar Konfederasiyası 

 



 

- 10 - 


 

Tövsiyələr 

1.Cinayət  Məcəlləsində  məişət  zorakılığını  qəsdən  törədilmiş  cinayətlər  kateqoriyasına  aid 

edilməklə (AR Cinayət Məcəlləsi maddə 25) və Məcəllənin 61-ci maddəsinə (

Cəzanı ağırlaşdıran 

hallar

)  “ailə  üzvünə  qarşı  zorakı  xarakterli  cinayətin  törədilməsi”  bəndinin  əlavə  edilməsi 

məqsədəuyğun olardı. 

2.Məişət  zəminində  psixi  zorakılığa,  yəni  şəxs  tərəfindən  digər  şəxsə  qəsdən  psixi  təzyiq 

göstərilməsinə  və  ya  dözülməz  psixi  şərait  yaradılmasına  yönəlmiş  hərəkətlərə  görə  Cinayət 

Məcəlləsinin  133-cü  maddəsinə  xüsusi  bəndin  əlavə  edilməsi  və  bu  əmələ  görə  azadlıqdan 

məhrumetmə cəzası da daxil edilməklə cinayət məsuliyyətinin nəzərdə tutulması məqsədəuyğun 

olardı. 


3.Cinayət Məcəlləsinin müvafiq maddələrinə (Maddə 122, 125, 126, 127, 128, 129, 131, 134, 145, 

149, 150, 151, 152,153,176-1 və s.) cinayət tərkibi yaradan əməllər sırasına  məişət zoraklılığı ilə 

bağlı məsuliyyəti müəyyən edən  cinayətin təsnifedici əlamətlərinin daxil edilməsi məqsdəuyğun 

olardı.  Belə  əlavələr  Cinayət  təqibi  prosesində  eyni  əlamətli,  lakin  ailə-məişət  münasibətləri 

zəmnində baş verən cinayətlərə fərqli yanaşmanı (o cümlədən cəza sanksiyası ilə bağlı) müəyyən 

etməklə məişət zorakılığına qarşı mübarizənin effektivliyini artıra bilər. 

4.Cinayət Məcəlləsinin 176-1 maddəsinə qadını nikaha məcbur etmə halının olub olmamasından 

asılı  olmayaraq  erkən  nikahlarla  bağlı  valideynlərin  məsuliyətini  və  cəzanı    müəyyən  edən 

müddəanın əlavə edilməsi məqsədəuyğun olardı. 

5.Yuxarıda göstərilən maddələrdə məişət zorakılığı ilə bağlı cinayətlərin təsnifedici əlamətlərinin 

daxil edilməsi ilə yanaşı bu əlamətlər üzrə cəzaların müəyyən edilməsində də fərqli yanaşmalar 

olmalıdır. Belə ki, ümumi əsaslarla müəyyən olunan cəzalarla yanaşı məişət zorakılığı ilə bağlı 

baş verən cinayət hallarında daha çox alternativ cəza növlərinin tətbiqinə üstünlük verilməlidir və 

bu cəzalar tətbiq olunarkən ailənin mənafeləri əsas götürülməlidir. 

6.Alternativ cəza növləri sırasına ailə-məişət münasibətləri zəmnində cinayət törətmiş şəxslərin 

icbari sosial reablitasiya kurslarını, zəruri hallarda isə  narkomaniya və alkoqolizmdən məcburi  

müalicə keçməsi öhdəlikləri müəyyən edilə bilər. 

7.Cinayət  xarakterli  məişət  zorakılıqlarını  araşdıran  və  istintaq  hərəkətlərini  həyata  keçirən 

hüquq-mühafizə  orqanı  bu  sahədə  ixtisaslaşmalıdır.  Bu  məqsədlə  ixtisaslaşmış  polis  təsisatı 

yaratmaq  və  ya  mövcud  struktur  tərkibində  ixtisaslaşmış  şöbələrin  və  ya  vəzifəli  şəxslərin 

müəyyən  edilməsi,  xüsusən  də  belə  şöbələrin  və  vəzifəli  şəxslərin  qadınlardan  ibarət  olması 

məqsədəuyğundur. 

 

 

 



 

- 11 - 


 

İnzibati xətalar Məcəlləsində Məişət zorakılığının qarşısının alınmasına yönələn məsuliyyət 

Bir çox ölkələrin inzibati xətalarla bağlı qanunvericiliyində məişət zorakılığı ilə bağlı xüsusi olaraq 

maddələr  daxil  edilmişdir.  Bu  maddələrdə  mühafizə  orderi  tətbiqi  qaydalarını  pozmaqla  bağlı, 

cinayət əməli sayılmayan məişət zorakılıqları ilə bağlı cərimələr və inzibati həbs kimi sanksiyalar 

nəzərdə tutulur. 

“Məişət zorakılığının qarşısının alınması haqqında” Qanunun qüvvəyə minməsi  və bu qanunun 

tətbiqi  ilə  əlaqədar  qəbul  olunmuş  digər  normativ-hüquqi  aktlara  uyğun  olaraq  Azərbaycan 

Respublikasının  müvafiq  qnunvericilik  aktlarında  müvafiq  əlavələr  və  dəyişikliklərin  edilməsi, 

həmçinin digər normativ hüquqi aktların bu qanunun tələblərinə uyğunlaşdırılması nəzərdə tutulur. 

Cinayət  əməli  sayılmayan  məişət  zorakılıqlarının  qarşısının  alınması  üçün  Azərbaycan 

Respublikası İnzibati Xətalar Məcəlləsinə 38-2. Maddəsi əlavə edilmişdir. 

Həmin  maddədə  məişət  zəmnində  iqtisadı  xarakterli  qanunsuz  məhdudiyyətlərin  tətbiqinə  görə 

məsuliyyət nəzərdə tutulur. 

Həmin maddədə “məişət zəminində psixi zorakılığa, yəni şəxs tərəfindən digər şəxsə qəsdən psixi 

təzyiq  göstərilməsinə və  ya dözülməz psixi şərait  yaradılmasına  yönəlmiş hərəkətlərə görə” də 

inzibati məsuliyyət müəyyən edilmişdir. 

Maddədə  “məişət  zorakılığından  zərər  çəkmiş  şəxslərə  qeyri-dövlət  yardım  mərkəzlərinin 

akkreditasiyadan keçmədən fəaliyyət göstərməsinə görə” də məsuliyyət müəyyən edilir. 

Lakin hər üç halda nəzərdə tutulan məsuliyyət pul cərimələridir. Yuxarıda qeyd olunduğu kimi, 

pul  cərimələrinin  tətbiqi  sonradan  zorakılıq  qurbanı  olan  şəxslərin  də  maddi  durumunun 

pisləşməsinə gətirib çıxarır. Bu isə sonuncuları müvafiq orqanlara şikayət etməkdən çəkindirir. 

 

İnzibati Xətalar məcəlləsinə cinayət xarakteri daşımayan digər zorakılıq halları, eləcə də mühafizə 



orderi  ilə  müəyyən  edilən  qaydaların  pozulması  ilə  bağlı  sanksiyalar  göstərilməyib.  İnzibati 

Xətalar Məcəlləsində 38-1. Maddəsi döymə adlanır. Bu ümümi halda tətbiq olunan maddədir. Yəni 

yalnız ailə-məişət zəmnində baş verən döymə hallarına deyil, bütün hallara tətbiq olunur. 

Nazirlər  Kabineti  tərəfindən  qəbul  olunmuş  “Məişət  zorakılığı  barədə  şikayətdə  cinayət 



tərkibinin əlamətləri olmadıqda,şikayətlərə baxılma” Qaydalarında məişət zorakılığı halında 

və  Qanunun 6.1-ci maddəsinə  əsasən  məişət  zorakılığı  üzrə  araşdırmanın  aparılmasına 

aşağıdakılar səbəb ola bilər: 

 



Zərər çəkmiş şəxsin özünün və ya onun ailə üzvlərinin şikayəti; 

 



Fiziki və ya hüquqi şəxslərdən, dövlət və yerli özünüidarə orqanlarından, o cümlədən təhsil 

və  ya  səhiyyə  müəssisələrindən,  qeyri-hökumət  təşkilatlarından,  kütləvi  informasiya 

vasitələrindən daxil olmuş müraciətlər. 

Mövcud  praktika  onu  göstərir  ki,  cinayət  xarakterli  olmayan  məişət  zorakılıqları  ilə  bağlı 

araşdırmaların aparılması halları çox azdır. Bu qurbanlar tərəfindən şikayətlərin daxil olmaması 

və  digər  maraqlı  tərəflərdən  məlumatların  az  daxil  olması  ilə  əlaqədardır.  Məhz  bu  səbəbdən 

Azərbaycanda  daha  çox  cinayət  xarakterli  məişət  zorakılıqları  halları  araşdırılır  və  istintaq  və 

məhkəmə hərəkətləri həyata keçirilir. 

 

Şikayət  və  ya  maraqlı  tərəflərin  müraciətləri  əsasında  məişət  zorakılığı  üzrə  araşdırmanın 



aparılmasının nəticələri aşağıdakı şəkildə müəyyən olunur:

 



 

- 12 - 


 

 



Məişət  zorakılığı  ilə  bağlı  hərəkətlər  törətmiş  şəxsə  cinayət  və  inzibati  məsuliyyət  izah 

edilməklə,  məişət  zorakılığının təkrarlanmaması barədə  xəbərdarlıq  edilməsi  və  zərər 

çəkmiş şəxsə qısamüddətli mühafizə orderinin verilməsi

 



Məişət  zorakılığı  ilə  bağlı  hərəkətlər  törətmiş  şəxsin  valideynlik  hüququndan  məhrum 

edilməsi və ya valideynlik hüquqlarının məhdudlaşdırılması ilə bağlı məhkəməyə müraciət 

edilməsi; 

 



Əməllərində  cinayət  tərkibi  və  ya  inzibati  xəta  olan  şəxsin  cinayət  və  ya  inzibati 

məsuliyyətə cəlb edilməsi barədə səlahiyyətli dövlət orqanlarına müraciət edilməsi; 

 

Zərər çəkmiş şəxsə uzunmüddətli mühafizə orderinin verilməsi ilə əlaqədar məhkəməyə 



müraciət edilməsi; 

Yuxarıda göstərilənlərin əsasında inzibati məsuliyyətin müəyyən edilməsi və müvafiq sanksiyanın 

tətbiqi məqsədi ilə İnzibati Xətalar Məcəlləsinə yeni əlavə və təkilflərin daxil edilməsi zəruridir. 

 

Tövsiyə 

 

Təklif  olunur  ki,  İnzibati  Xətalar  Məcəlləsinin  5-1-ci  fəslinin      adı  (Sağlamlıq  əleyhinə  olan 



inzibati xətalar) dəyişdirilərək “Sağlamlıq əleyhinə və Ailə-məişət münasibətlərində şəxsiyyət 

əleyhinə yönələn olan inzibati xətalar” adlandırılsın və bu fəslə müvafiq olaraq aşağıdakı mətndə 

maddə əlavə edilsin: 

 

Maddə.... Ailə-məişət münasibətlərində qanunsuz hərəkətlər 

...1.Söyüş,  təhqiredici  yanaşma  və  alçaldıcı  hərəkətlər  və  ifadələr  işlətmək,  ev  avadanlıqlarını 

zədələmək və ya məhv etmək, xətanı törədən şəxslə ailə-məişət münasibətlərində olan şəxsin, və 

ya şəxslərin sakit həyat tərzini pozan digər hörmətsiz hərəkətlər,  ailənin  yaşayış sahəsində baş 

verən və cinaəyt əməlinin əlamətləri olmayan əmələ görə- 

......manatdan…....manatadək miqdarda cərimə və ya 5 sutkadan 10 sutkayadək inzibati həbs tətbiq 

edilir. 

  ...2. Bu məcəllənin ...1 maddəsində göstərilən hərəkət inzibati məsuliyyətin tətbiqindən sonra bir 

il ərzində təkrar baş verdikdə 

......manatdan…....manatadək miqdarda cərimə və ya 10  sutkadan 15 sutkayadək inzibati həbs 

tətbiq edilir. 

 ...3. mühafizə orderində göstərilən qadağaların pozulması halı baş verdikdə 

....manatdan...manatadək cərimə və ya 10 sutkadan 15 sutkayadək inzibati həbs tətbiq edilir. 

 

Həmin fəslin 38-1 maddəsində göstərilən sanksiyada cərimə ilə yanaşı inzibati həbslə bağlı 



müddəalar əlavə edilsin. 

 

 

 

Yüklə 113,29 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə