MəKTƏB: SİNİF: ŞAGİRD



Yüklə 17,72 Kb.
tarix21.10.2017
ölçüsü17,72 Kb.
#6220

MƏKTƏB:

SİNİF:

ŞAGİRD: VIII SİNİF BSQ

AZƏRBAYCAN TARİXİ



1.Hansı hadisə ilə Azərbaycan Səfəvi dövlətinin birləşdirilməsi başa çatdı:

A)Şah İsmayılın 1501-ci ildə Səfəvi dövlətini yaratması ilə

B)Şah I Təhmasibin Şirvanı və Şəkini birləşdirməsi ilə

C)Qəsri Şirin sülhü ilə

D)Hörmüzün Portuqaliyalılardan alınması ilə

2. I İstanbul sülhünün şərtləri hansı bənddə düzgün verilib?

A)Şərqi Gürcüstan Səfəvilərə, Qərbi Gürcüstan Osmanlılara verildi, həmçinin Ərdəbil Səfəvilərin əlində qalırdı

B)Hörmüz Portuqaliyadan alınaraq Səfəvilərə qaytarıldı.

C)Şeybanilər Xorasanı geri qaytarmağa razılaşdılar.

D)Ərdəbil, Xalxal, Qaracadağ, Zəncan, Lənkəran Səfəvilərə, qalan bütün torpaqlar Osmanlılara verildi

3.XVI əsrin II yarısında hansı hadisə Səfəvi dövlətində sənətkarlıq və ticarətin inkişafına müsbət təsir göstərdi?

A)Təbriz şəhərinin ticarət yolları üzərində yerləşməsi

B)Tamğa vergisinin ləğvi

C)Şah I Abbasın “Böyük Sürgün” siyasəti

D)Paytaxtın köçürülməsi

4.Hansı şəhərdə Rusiya konsulluq açmağı qərara aldı?
5. Hansı bənddə şah və onun ailə üzvlərinə məxsus torpaq mülkiyyət forması verilmişdir?

A)vəqf B)malcəhət C)tiyul D)xalisə



6. Kitab çapı üçün Avropadan mətbəə avadanlığı gətirməyə təşəbbüs göstərmişdi:

A)Şah II Abbas

B)Şah Süleyman

C)II Təhmasib

D)Sultan Hüseyn

7. 1663-cü ildə tikilmiş memarlıq nümunəsinin adını qeyd edin
8.Nadir şah və I Abbasa aiddir:

A)Hər 2 hökmdar İsfahan şəhərini paytaxt seçmişdir

B)Hər 2 hökmdar Səfəvi sülaləsindəndir

C)Hər 2 hökmdar Azərbaycan adlı vahid inzibati bölgə yaratmışlar

D)İstanbul sülhünün imzalamışlar
9.Orduda zənburəklərin istifadəsi aiddir:

A) Nadir şah B)I Abbas C)I Təhmasib D) II Təhmasib



10. I Sam Mirzə ilə Hacı Davudu nə birləşdirir?

A) Rus tacirlərinin qarət edilməsi

B)Şirvanda üsyan qaldırmaları

C)Eyni ildə Ərdəbildə üsyana qalxmaları

D)Səfəvi dövlətinin bərpasına çalışmaları

11. 1667 və 1713-cü il hadisələrinin oxşar cəhəti

A) Rusiya ilə ticarət müqaviləsinin imzalanması

B)I Pyotrun yürüşünün başlanması

C)Səfəvi-Rusiya sülh müqavilələri

D)Hakimiyyətə qarşı üsyanlar

12. Qızılqaya xəyanətinin iştirakçılarını qeyd edin:


13. İzahlarını qarşısından yazın

Bəylik, ağalıq

Sərəsgər

Müqatiə


14. Xanlıqların banilərini qarşısında qeyd edin

Qarabağ


Şəki

15.Hansı Cənub xanlığı deyil:

A) Qaradağ B)Qarabağ C)Urmiya D)Sərab



16. Urmiyalı Fətəli xan Əfşarın Qarabağa yürüşü Qubalı Fətəli xandan fərqli olaraq:

A)Uğursuz oldu

B)Qarabağ asılılığı qəbul etdi

C)Məğlub olaraq geri qayıtdı

D) Rusiyanın köməyi ilə dəyandırıldı

17.Eyni ildə olan hadisələri seçin:

1. Qarabağın Urmiyadan asılı hala salınması

2.Dərbəndin Qubaya birləşdirilməsi

3.Bayat savaşı

4.Qızılqaya xəyanəti

A)1,2 B)3,4 C)1,4 D)2,4



18. Fətəli xanın “nigah diplomatiyası” ilə birləşdirdiyi ərazini xəritə üzərindən qeyd edin

.


19. Xronoloji ardıcıllığı qeyd edin:

1.Gavduşan döyüşü

2.Bayat savaşı

3.Qubalı Fətəli xanın Qarabağa yürüşü


20. Verilmiş döyüşün sxemini tamamlayın

Xatın arxı

Yüklə 17,72 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə