Məktəbəqədər yaşlı uşaqların əqli tərbiyəsinin məqsədi və vəzifələri


Uşaq bağçasında təlim- tərbiyə işlərinin planlaşdırılmasının əhəmiyyəti



Yüklə 76,6 Kb.
səhifə35/41
tarix25.02.2023
ölçüsü76,6 Kb.
#101522
1   ...   31   32   33   34   35   36   37   38   ...   41
MQT m.pedaqogika-2

Uşaq bağçasında təlim- tərbiyə işlərinin planlaşdırılmasının əhəmiyyəti

Uşaq bağçasında tərbiyə və təlim işlərinin planlaşdırılması vacib bir məsələdir və bunun həyata keçirilmesi müdirin, metodistin, tərbiyəçinin fəaliyyətindən çox asılıdır. Planlaşdırma uşaq bağçasında tərbiyə və təlim işlərini pedaqoji, elmi və metodiki cəhətdən düzgün, mövcud şəraitə uyğun olaraq müntəzəm və ardıcıl həyata keçirilməsi nəzərdə tutulan nəzəri və əməli işləre deyilir. Planlaşdırmada "Məktəbəqədər müəssisələrdə tərbiyə və təlim proqramı" əsas sənəd kimi nəzərə alınır. Azərbaycanda da dünya məktəbəqədər pedaqoji nəzəriyyələrnin məzmunundan, başlıca müddəalarından səmərəli istifadə edilir. Uşaq bağçalarında işin planlaşdırılmasında uşaq şəxsiytinin kiçik yaşdan hərtərəfli inkişafı, sosial mühit və tərbiyə faktorlarının dialektik imkanı nəzərə alınmalıdır. İnkişaf üçün həlledici faktor olan tərbiyə prosesi uşaqlarda yaş və anlaq səviyyəsinə uyğun müəyyən ictimai,tarixi, təcrübi biliyi, əqli və əməli vərdişləri, bacarıqları, exlaqi və estetik görüşləri formalaşdırır. Tərbiyə prosesinin məzmunu isə qabaqcadan proqram xarakterli planlaşdırmada öz əksini tapır. Terbiyəçi fealiyyetini planlaşdırarken ümumi pedaqoji və psixoloji qanunauyğunluqlara esaslanmalı, uşaqların yaşı və fərdi xüsusiyyətləri nəzərə alınmalıdır. Uşaqların psixi, fizioloji ve ictimai inkişafi obyektiv qanunauyğunluqdur və tərbiyə prosesinin məzmunundan və onun həyata keçiril meşinden çox asılıdır. (Uşaqların tərbiyə-təlim işlərinin planlaşdırılması və həyata keçirilməsində klassik pedaqoqların, Azerbaycanın görkəmli maarif xadimlərinin fikirlerindən, islam dininin mənəvi dəyərlərindən və milli ənənələrdən geniş istifadə olunmalıdır.





  1. Məktəbəqədər tərbiyə müəssisəsinin maliyyələşdirilməsi

Respublikamızda məktəbəqədər tərbiyə müəssisələrinin əksəriyyəti dövlət ixtiyarındadır. Lakin özəl xarakterli uşaq bağçaları da mövcuddur. Dövlətin ixtiyarında olan məktəbəqədər tərbiyə müəssisəsi dövlət büdcəsi hesabına maliyyələşdirilir. Maliyyə vəsaitinin xərclənməsində valideynlərdə fəal iştirak edə bilirlər. Valideynlərin bağçaya ödədikləri pul ata-ananın əmək haqqından asılı olur. Dövlət valideynlırin ailə və iş şəraitindən asılı olaraq uşaqların gün ərzində, bəzən də şənbə və istirahət günlərində bağçada qalması üçün şərait yaradır.Məktəbəqədər tərbiyə müəsisəsinin ehtiyacları dövlət maliyyə planında öz ifadəsini tapır ki, bu smeta adlanır. Smeta əsasında bağça il ərzində pulla təmin olunur. Smeta xüsusi formada doldurulur və respublika Maliyyə Nazirliyi tərəfindən təsdiq olunur. Smetada hər uşağa il ərzində xərclənən pul ayrıca göstərilir. Onun həcmi uşaqların sayından, bağçanən tipindən və vəziyyətindən asılı olur. Bağçanın müdiri smetada ayrılmış pulun düzgün və vaxtında xərclənməsinə ciddi nəzarət edir və məsuliyyət daşıyır. Məktəbəqədər tərbiyə müəssisəsinin smetasında göstərilmiş vəsaitin düzgün xərclənməsi həm rayon və şəhər maliyyə şöbələri, həm də Maliyyə Nazirliyi tərəfindən müntəzəm surətdə yoxlanılır. Məktəbəqədər tərbiyə müəssisəsinin pedaqoji və tibbi kadrlarla, xidmət işçiləri ilə komplektləşdirilməsi "Məktəbəqədər tərbiyə müəssisəsinin əsasnaməsi"ndə bağçanın tipindən asılı olaraq müəyyənləşdirilir. Bağça yeni fəaliyyətə başlayırsa, müdir onun açılşına kimi təsərrüfat işləri üzrə müdiri və mühasibi işə götürür, smeta tərtib edir və onlarla birgə təchizat işləri ilə məşğul olur. Bağçanın fəaliyyətə başlamasına bir ay qalmış təhsil şöbəsi vasitəsilə tərbiyəçi kadrları seçilir.Bu müddətdə bağçanın xidmət işçiləri seçilib yerləşdirilir. Buraya dayə-xadimə, axrana işçiləri, paltaryuyan, gözətçi, bağban və b. daxildir. Hər bir işçi fəaliyyətə başlayarkən bağçanın daxili qaydaları və əmək intizamına verilən tələblərlə tanış olurlar. Müəssisənin açılışına kimi vəzifəsindən asılı olmayaraq, hər bir işçi təchizat və tərtibay işlərində, uşaqların qəbulunda fəal iştirak edir. Təşkilati işlərdən qabaq hər bir işçinin tərcümeyi-halı, iş qabiliyyəti, məsuliyyət hissi birtərəfli öyrənilir və bağçanın rejimi ilə tanış edilir.



  1. Yüklə 76,6 Kb.

    Dostları ilə paylaş:
1   ...   31   32   33   34   35   36   37   38   ...   41




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə