Cavad Əfəndi
Zöhrə Məlikova
MƏKTƏBLƏRDƏ MÜASİR PSİXOLOJİ XİDMƏTİN TƏŞKİL EDİLMƏSİ
VƏ TƏNZİMLƏNMƏSİ
Metodik vəsait.
Bakı 2013
MÜNDƏRİCAT
Giriş
Psixoloji Xidmətin təşkil edilməsi
Psixoloqun effektivliyi meyarları
Psixoloq-məsləhətçinin statusu
Psixoloji kabinetinin təşkili
Psixoloji Xidmətin iş və proseduralarının tənzimlənməsi
Psixoloji Xidmətin Əsasnaməsi
Məktəbin Psixoloji Xidmətinin illik fəaliyyət planı
Psixoloqun etik kodeksi
Tələbələrin və heyətin qiymətləndirməsi standartları
Psixoloji xidmətə müraciət kartı
Şagirdin müayinə kartı
Əlavə qeydlər
İctimai intellekt testinin istifadəsi
Məktəbin müəllim heyətinə dəstək
Ədəbiyyat
Əlavələr
Əlavə 1
Əlavə 2
GİRİŞ
Məktəbdə psixolojı xidmətin vacibliyini izah etməyə ehtiac yoxdur. Bu artıq bir neçə
onilliklərdir ki, həm beynəlxalq, həm də yerli təhsil sistemində formalaşmış bir strukturdur. Buna
baxmayaraq, biz düşünürük ki, Azərbaycanın məktəbləri hələ də bu sahənin təkamülünü və fəal
inkişafını yaşadığından bizim təcrübəmiz həm yardımçı ola bilər, həm də bu sahədə təcrübəli digər
mütəxəssislər ilə konstruktiv müzakirələrə yol aça biləcəkdir.
Hazırkı vəsait Azərbaycan məktəbində psixoloji xidmətin təşkilinə dair məsləhətlər və onun
tənzimlənməsini kifayət qədər ətraflı şəkildə əhatə edən sənədlər toplusunu təqdim edir. Eyni
zamanda, bu sənədlərin əsasını təmin edən nəzəri baxışlar müzakirə edilir, və psixoloji xidmətin
heyətinə yardımçı olacaq xüsusi qeydlər verilir.
Ümüdvarıq ki, bu vəsait Sizlərə yardımçı ola biləcəkdir və işinizdə uğurlar və yüksək
nailiyyətlər arzu edirik!
PSİXOLOJİ XİDMƏTİN TƏŞKİL EDİLMƏSİ
Psixoloqun effektivliyi meyarları
Psixoloji xidmətin heyətinin (məktəb\praktik psixoloqların) seçimi - xidmətin gələcəyini
təyin edən proseslərdən biridir, və burada buraxılan səhvlər bütün məktəbin işinə mənfi şəkildə
təsir edə biləcək. Seçim meyarlarının ən vacibi müvafiq təhsil olsa belə, bu yeganə meyar deyil. Bu
səbəbdən, həm beynəlxalq həm də yerli təcrübəyə əsaslanaraq, Sizlərə məktəb psixoloqunun
effektivliyini təyin edən meyarlarının siyahısını seçim sorğusunun formasında təqdim edirik:
Meyar
1 bal
2 bal
3 bal
Psixoloji təhsil
bakalavr
doktor
maqistr
İş təcrübəsi
0-1 il
> 8 il
2-7il
Ailə vəziyyəti
subay
boşanmış
Evli
Uşaqları
yoxdur
1
≥ 2
Burada, daha çox bal yığan namizədin daha yüksək effektivliyə malik olacağını ehtimal
etmək olar. Əlbəttə ki, bu məktəb psixoloqunun seçimi prosesində istifadə ediləcək yeganə üsul
deyil – digər məktəb heyətinin seçiminə uyğun olaraq psixoloq da testlərdən (azından ictimai
intellekt və stressə qarşı davamlılıq şkalaları üzrə) kifayət qədər yüksək nəticələr göstərməlidir.
Xüsusi qeyd: subay və boşanmış namizədlərin müayinəsi zamanı emosional sahənin
göstəricilərinə xüsusi diqqət yetirməyiniz məsləhət edilir. Bu ümumi standart olmadığına
baxmayaraq, bəzi məktəblər psixoloq vəzifəsinə subay və ya boşanmış kəslərin namizədliyini qəbul
etməməyə qərar verir.
Psixoloq-məsləhətçinin statusu
Psixoloji xidmətin sadəcə olaraq məktəbin daxili strukturlarından biri olmağına baxmayaraq
psixoloqun statusu digər heyətin statusundan fərqlənir. Buna bir sıra səbəb var:
-
Psixoloqun heyətin seçimi və qiymətləndirilməsi proseslərində rolu;
-
Məsləhətləşmələr zamanı psixoloqun nəzərinə çatdırılan məlumatların məxfiliyi;
-
Psixoloqun şagirdlər (və onların valıdeynləri\ailələri) ilə qurduğu münasibətlərinin
xüsusiyyəti və s.
Bunları və psixoloji xidmətinin effektivliyinin vacibliyini nəzərə alaraq, psixoloji xidmətin heyət
üzvləri və rəhbərinə məktəb strukturu çərçivəsində xüsusi status ayirtmaq dünyada beynəlxalq
standart səviyyəsində qəbul edilir.
Bu status xüsusiyyətləri aşağıdakılardan ibarətdir:
-
Xidmətin iş haqqında hesabatlar yalnız məktəbin direktoruna və ya direktorlar şurasına
təqdim edilir;
-
Xidmətin heyəti bir sıra təşkilatların (məktəb-valideyn asosiasiyası, intizam komitəsi, və s.)
işində məsləhətçi kimi iştirak edir, lakin onların qərar-verə-bilən üzvü ola bilməz;
-
Xidmət heyətinin kabinetləri siniflərdən və idarə heyətinin kabinetlərindən mümkün qədər
ayrılıqda yerləşməlidir.
Xüsusi qeyd: yuxarıdakı xüsusiyyətləri və, ümumiyyələ, psixoloq işinin həssaslığını nəzərə
alaraq, psixoloji xidmətin heyətinin atestasiyasına yüksək tələblər tətbiq edilir. Avropa və ABŞ-da
bu mütəxəssislərin seçimi və sonraklı qiymətləndirilməsi üçün tam kənar strukturların (ölkə
psixoloqların assosiasiyası, supervizorlar kollegiyası, tanınmış məsləhətləşmə şirkətləri)
xidmətindən yararalanmaq praktikası geniş şəkildə yayınıb. Bu şəkildə aparılan seçim və attestasiya
məktəb-daxili proseslərin təsirindən qorunur və psixoloji xidmətin sonrakı işinin yüksək keyfiyyətini
təmin edir.
Psixoloji kabinetinin təşkili
Psixoloji kabinet üçüb ayrılan otağın sahəsi minimum 20-25 kv.m olmalıdır ki, orada eyni
zamanda orada 10-12 nəfərlə işləmək mümkün olsun. Divarların açıq və pastel rənglərdə olması
məsləhətdir.
Otağın tərtibatında portret və digər insan şəklindən ibarət olmayan incəsənət əsərlərindən
istifadə edilə bilər. Döşəmə yumşaq təbii rəngli xalça ilə örtülməlidir. Otaqda yumşaq və digər
mebelin tam siyahısı aşağıda verilir:
Mebelin adı
Sayı
Qeyd
1.
İş masası
1
Psixoloqun iş zonası və ilkin qəbul zonası
üçün
2.
Kompyuter
masası
(+kompyuter,
kseroks,
printer)
1
3.
Stul
2
4.
Kreslo
2
Konsultasiya işi zonası üçün
5.
Balaca yumru masa
1
6.
Şkaf
1
Sənədlər, metodik materiallar, vəsaitlər üçün
7.
Parta
2
Fərdi və ya kiçik qrupla iş üçün
8.
Stul
2
9.
Xalça
1
Oyun zonası üçün
Dostları ilə paylaş: |